Füzuli: sosial-iqtisadi inkişaf dinamik prosesə çevrilmişdir

 

Regionların inkişafına məcburi köçkünlərin problemlərinin həllinin sürətləndirilməsinə dair dövlət proqramlarının ardıcıl, təşəbbüskarlıqla həyata keçirilməsi son illərdə Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində əsaslı dəyişikliklər yaratmış, kənarda yaşayanların rayona qayıdışı ilə müşayiət olunmuşdur. Bu gün rayon ərazisi nəhəng tikinti meydançasını xatırladır. Sosial-iqtisadi həyatı daha da canlandırmaq, əhalinin problemlərini sürətlə aradan qaldırmaq üçün gecəli-gündüzlü gedir.

Füzuli  Rayon İcra Hakimiyyətində keçirilən 2013-cü  ilin sosial-iqtisadi inkişafının yekunları 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat konfransında bütün bunlar barədə işgüzar söhbət getdi, məruzə çıxışlarda uğurlarla yanaşı, qarşıda duran vəzifələr diqqət mərkəzində oldu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dövlət proqramlarının həyata keçirilməsi gedişi barədə məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiqlənmişAzərbaycan Respublikası regionlarının 2009-2013-cü llərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonla bağlı nəzərdə tutulmuş 17 tədbirin, demək olar ki, hamısı uğurla başa çatdırılmışdır. Dövlət Proqramında mühüm kənd təsərrüfatı məhsulları olan  taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin inkişaf etdirilməsi nəzərdə  tutulmuşdur.

Taxılçılıqdakı uğurlar ürəkaçandır. Keçənilki  nəticə sevindirici  olmuşdur. 39,7  min  hektar  sahənin  məhsulu  nəzərdə  tutulmuş  müddətdə  biçilmişdir, 111 min  ton  taxıl  əldə  edilmişdir. Rayonun  tarixində  ilk dəfə olaraq 2011-ci ildə 90 min ton, 2012-ci ildə 101 min ton, keçən il isə 111 min ton taxıl istehsal etmişik. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Bu gün sevindirici hesab edilən nəticə yaxın illərdə 160-200 min ton səviyyəsinə yüksəldiləcək.

Rayonda  heyvandarlıq  məhsulları  istehsalı  da  dinamik  inkişaf  etdirilir. Hazırda  rayonda 31647 baş   qaramal, 118300 baş  qoyun-quzu, 330 min  baş  ev quşları  vardır. Ötən il   heyvandarlıq  məhsulları  istehsalında yenə  dinamik  inkişafa  nail  olunmuş, 4236 ton ət, 17394 ton  süd, 6,5 milyon  ədəd  yumurta, 151 ton  yun  istehsal  edilmişdir. Bunlar  isə  öz  növbəsində  əvvəlki ilin  müvafiq  dövrü  ilə  müqayisədə xeyli çoxdur. Keçən il fermerlər  1620 ton kartof, 10550 ton bostan-tərəvəz məhsulları, 40 min ton çuğundur, 327 ton pambıq, 1160 ton meyvə, 500 ton üzüm, 819 ton qarğıdalı, 145 ton günəbaxan başqa məhsullar əldə edərək nəticələrini xeyli yaxşılaşdırmışlar.

Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilir. Son 2 ildə adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edənQarabağ-Broyler” MMC fəaliyyətə başlamışdır. Müasir üslubda Qarabağ Ailəvi İstirahət Mərkəzi, bir neçə şadlıq evi istifadəyə verilmişdir. İş adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik südlük istiqamətində heyvandarlıq kompleksi sutkada ilk növbədə 10 ton süd qəbul edəcək zavodun tikintisinə başlamışlar.

Rayonun Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatları istehsal edən zavodun yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramına uyğun olaraq rayonun içməli suvarma suyuna ehtiyac olan 10 yaşayış məntəqəsində 20 ədəd artezian quyusu istismara verilmiş, bu sahədə mövcud problemlər həll olunmuşdur. Bu il gələn ildə ərazidə əlavə 36 artezian quyusu qazılacaq su ilə bağlı problemlər əsasən aradan qaldırılacaqdır. Əhalinin  həyat səviyyəsi yüksəkdir, dolanışıq şəraiti daim yaxşılaşır.

 Məruzəçi daha sonra bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarına dövlət proqramına uyğun olaraq rayona təbii qaz çəkilişi surətlə davam etdirilir. İndiyədək 24 yaşayış məntəqəsində 9 minədək abonent təbii qazdan istifadə edir. Hesablamalara görə, bu il avqust sentyabr aylarında rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcəkdir. Prezidentin 2011-ci il 13 iyun tarixli sərəncamı ilə rayonun 11 yaşayış məntəqəsinin 33 kilometrlik tam yararsız vəziyyətdə olan yolları əsaslı bərpa olunmuşdur. Hazırda həmin yollardan 25 min nəfər əhali istifadə edir.

2013-cü ildə imzalanmış daha bir sərəncama uyğun olaraq, rayonun 13 yaşayış məntəqəsinin–Qarabağ-Əhmədbəyli-Böyük Bəhmənli-Kərimbəyli-Arayatılı-Qazaxlar-Mirzənağılı kəndlərinin yararsız vəziyyətdə olan 34,6 kilometrlik yolları əsaslı bərpa olunur. Hələlik 13 kilometrlik yollar təmir olunmuşdur. Yaxın vaxtlarda qalan yollar da bərpa olunacaqdır. Həmin yaşayış məntəqələrinin 16 min nəfərlik əhalisi diqqət qayğıya görə ölkə başçısına minnətdardırlar.

Rayondakı XIII əsrə aid Şeyx Babı türbəsində bərpa tədqiqat işləri aparılır. Bərpa qazıntılar zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə vaxtilə yeraltı şəhər olmuşdur. Təbii ki, arxeoloji işlər davam etdiriləcəkdir rayonumuzun gələcəkdə turizm məskəni kimi məşhurlaşmaq imkanı da olacaqdır.

Dövlət proqramına uyğun olaraq rayonda təhsil səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Son beş ildə Horadiz şəhərində altı kənddə orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Hazırda Qazaxlar kəndində tam orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya binaları tikilir. Proqramda nəzərdə tutulmuş Müalicə Diaqnostika Mərkəzi, İdman Kompleksi, Muğam Mərkəzi artıq  Füzuli ətraf rayonların sakinlərinin istifadəsindədir.

Rayonda həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə rayon üzrə 4 mindən artıq, son beş ildə 3 minə yaxın yeri, 2013-cü ildə isə 548 daimi, 10 mindən çox müvəqqəti yerləri açılmışdır. Bu sahədə müntəzəm tədbirlər həyata keçirilir.

Hesabatda bildirildi ki, rayonda tikinti-abadlıq işləri sürətlə davam etdirilir. 2013-cü ildə Horadiz şəhərinin görkəmi daha da gözəlləşdirilmişdir. Hazırda burada 8 hektar ərazidə Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart soyqırım qurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi tikilir. Ağsaqqallar evi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalı isə bir neçə aya istifadəyə veriləcəkdir. Şəhərdə işğal dövrü yandırılmış 227, Alıxanlı kəndində 50 ev sürətlə bərpa olunur. Rayon ərazisindəhər adama bir gül əkəktəşəbbüsü ilə 120 min qızıl gül, 20 mindən artıq müxtəlif həmişəyaşıl ağaclar əkilmişdir. Daha möhtəşəm işlər hələ qabaqdadır.

Konfransda ayrı-ayrı qurumların rəhbərləri təmsilçiləri qarşıda duran vəzifələri müzakirə etdilər, səyləri səfərbər etməklə uğurları artırmağın zəruri olduğunu vurğuladılar. Nöqsan problemlərdən işgüzar söhbət açıldı, cavabdeh şəxslərə tapşırıqlar verildi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Pənah Cahangirov konfransda iştirak edirdi.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 6.