İnformasiyakommunikasiya ilinin gətirdiyi böyük uğurlar

 

Təbiidir ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları var. Hazırda dünyada gedən əsas inkişaf tendensiyaları və trendləri daha çox informasiya kommunikasiya texnologiyaları amilinə söykənir. Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlar sırasında da informasiya-kommunikasiya texnologiyaları sahəsindəki yeniliklər məxsusi yer tutur.

Cənab Prezident İlham Əliyev tərəfindən inkişafımızın prioritet istiqaməti elan edilən bu sahə son 20 ildə böyük sürətlə tərəqqi yoluna çıxmışdır. Heç təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda “İnformasiya kommunikasiya texnologiyaları ilikimi tarixə düşmüşdür. Cənab Prezident İlham Əliyev demişdir: “Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü iliİnformasiya-kommunikasiya texnologiyaları ilielan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.

Artıq 2013-cü il arxada qalmışdır. Bəs “İKT ili”ndə Azərbaycan hansı uğurlara imza atdı?

Ümumiyyətlə, nəzər salsaq görərik ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizmbank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır.

Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzaladıqdan sonra bu istiqamətdə işlər sürətlənməyə başladı. Azərbaycanın strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakı üçün yeni imkanlar yarandı, digər mühüm layihələrin icrası da davam etdirildi. Təsadüfi deyil ki, 2013-cü ili “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırırlar.

“İKT ilinin gətirdiyi uğurlardan ən başlıcası ötən il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın özünün ilk peykini fəzaya qaldırmasıdır. Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etmişdir.

“İKT ili” çərçivəsində həyata keçirilən digər mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihədə “Azərbaycanda evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə bu layihəyə 103,6 milyon manat vəsait ayrılmışdır. Yüksək rentabelli bu layihənin üç il müddətində həyata keçirilməsi planlaşdırılır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbiri reallaşdırmağa başladı və 2013-cü ildə keçirilən “Bakutel” beynəlxalq sərgisi Azərbaycanın bu sahədəki beynəlxalq imicinə güclü təsir göstərdi.

Son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib. Bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Azərbaycanın İKT sektorunun inkişafına verilən beynəlxalq qiymətə gəlincə, Dünya İqtisadi ForumununThe Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib.

Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internetdən istifadə edənlərin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və orta dünya göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır.

Məlumdur ki, Azərbaycanda İKT sahəsində həyata keçirilən ilkin tədbirlərdən biriElektron hökumət” layihəsidir. Onun həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə “Elektron hökumət” layihəsi əhəmiyyətli rol oynayır.

2013-cü ildə qazanılmış uğurlardan biri mobil identifikasiya sisteminin istifadəyə verilməsidir. Artıq smartfon tablet tipli digər mobil qurğulardanElektron hökumətportalına təhlükəsiz girişlərin təmin edilməsi üçün vətəndaşlara mobil ID sertifikatları verilir. Elektron hökumətportalına 45 qurum fiziki olaraq qoşulmuş Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 280-i vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. 270 xidmət Vətəndaşlar üçün Elektron Xidmətlər Portalında, 313 xidmət isə dövlət qulluqçuları üçün Elektron Xidmətlər Portalında yerləşdirilib. Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılmasılayihəsi üzrə işlər davam etdirilir.

“İKT ili”ndə bu sahədə kadr hazırlığına da xüsusi diqqət yetirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin yaradılması onun 2013-2014-cü tədris ilindən tələbə qəbuluna başlaması da ilin uğurlu yekunlarındandır. Hazırda bu universitet Azərbaycan Diplomatiya Akademiyasının nəzdində fəaliyyət göstərir. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malik olan bir addım idi. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramıçərçivəsində İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tutulur.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli xarici investisiyaların cəlb olunmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikası İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond) uzunmüddətli perspektivə hesablanmış siyasətin tərkib hissəsidir. Əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli xarici investisiyaları cəlb etməkdən ibarət olan bu qurum 2013-cü ildə öz fəaliyyətini xeyli fomalaşdırmışdır.

Bir məsələni qeyd etmək istərdik. “İKT iliçərçivəsində cəmiyyətin İKT- tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Rabitə İnformasiya Texnologiyaları Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlamışdır.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənənAzərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyasında öz əksini tapıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq. Eləcə də 2020-ci ilə qədər “elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən qısa zaman ərzində göstərilən daha asan, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

Qarşıdakı illərdə Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edəcək. Hətta Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiya xidmətləri yaradılacaqdır. “İKT ili”ndə bunun üçün güclü stimul yaradılmışdır.

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 4.