Mingəçevir: il ildən uğurlu gəlir

 

Bu qəbildən olan hesabat yığıncaqlarını Mingəçevirdə çox görmüşəm. Söylənilən faktları, rəqəmləri, dilə gətirilən arqumentləri çox eşidib, çox yazmışam. Qeyd edilməli uğurlar da çox olub, nailiyyətlər də. Ancaq insaf naminə demək lazımdır ki, mən və o biri kütləvi informasiya vasitələrində çalışan həmkarlarım heç zamanNur şəhəri”nin indiki sosial-iqtisadi inkişafına tay inkişafın şahidi olmamışıq. “2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər yığıncağında eşidib şahidi olduğumuz faktlar və rəqəmlər bir daha sübut etdi ki, Mingəçevirdə təkcə il ildən uğurlu gəlmir, elə aylar da bir - birinin bəhsinə giribmiş kimi daha çox nailiyyətlərlə yadda qalırlar.

 Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, 2013-cü ildə şəhərimiz üçün ən əlamətdar hadisə aprel ayının 16-da Prezident İlham Əliyevin Mingəçevirə səfəri olub. Dövlət rəhbəri səfər çərçivəsində yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin, “Gənclər evinin açılışında iştirak edib, “Dostluq” və “Sahil” parklarında aparılan yenidənqurma işləri ilə, Fövqəladə Hallar Nazirliyi xətti ilə yaradılmış Mingəçevir Su Elektrik Stansiyasının və su anbarının təhlükəsizlik sistemi ilə tanış olub, məcburi köçkünlər üçün inşa edilən yeni qəsəbədə, yeni salınmış Bayraq Meydanında olub və şəhərdə aparılan abadlıq və quruculuq işlərinə çox yüksək qiymət verib. Eyni zamanda, cənab Prezident səfərin nəticəsi olaraq aparılan yenidənqurma işlərinin genişləndirilməsi məqsədilə şəhərə əlavə maliyyə yardımı göstərilməsi haqda müvafiq sərəncamlar imzalayıb. Ölkə rəhbərinin şəhərimizə səfəri zamanı verdiyi göstəriş və tapşırıqlar Mingəçevir Şəhər İcra Hakimiyyəti və aidiyəti qurumlar tərəfindən fəaliyyət proqramı kimi qəbul olunaraq il ərzində bu istiqamətlərdə işlər davam etdirilib.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosia-iqtisadi inkişafı Dövlət Proqramı”nda Mingəçevir şəhərinə aid 11 bəndin hər biri uğurla icra olunub. Ümumiyyətlə, son 10 ildə dövlət proqramlarının icrası nəticəsində Mingəçevir şəhərində bir sıra istehsal, xidmət və emal müəssisələri yenidən tikilibya fəaliyyətini bərpa edib. KürElektron Avadanlıqları istehsalı müəssisəsi və “İnterenerji” Yüksək Gərginlikli Elektrik Beton Dayaqları zavodu, fəaliyyətlərini bərpa edən “Azneftemaş”, “Mingəçevir İzolit”, “Akkord maşınqayırma zavodu” ASC-lər, əsaslı yenidən qurulmuşKürOlimpiya Tədris-İdman kompleksi, Mingəçevir Dövlət Dram Teatrı, şəhər stadionu bu qəbildən olan obyektlərdir. Son 10 ildə qeyd olunan obyektlərin hesabına Mingəçevirdə 11 min 623 yeni yeri açılıb ki, onun da 10 min 829-u daimi yerləridir. O cümlədən, 2013-cü ildə 1010 yeni yeri açılıb.

Niyazi Bayramov qeyd etdi ki, Mingəçevirin energetika müəssisələri bu şəhərin adını 2013-cü ildə də ləyaqətlə doğruldublar. Ötən il bu müəssisələrdə 8 milyard 370 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Dövlət proqramlarına uyğun olaraq, hər iki müəssisədə əsaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb. Belə ki, Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji blokunun hər biri əsaslı şəkildə yenidən qurulub, digər qurğu və avadanlıqların etibarlı və qənaətli rejimləri təmin edilib. Başçı qeyd etdi ki, son illər fəaliyyətsiz olan bəzi müəssisələrin bazasında ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il geniş-profilli texnoparkların yaradılması nəzərdə tutulur.

Qaz İstismar Sahəsi il ərzində şəhərin qaz təsərrüfatına texniki xidmət göstərilməsi və əhalinin fasiləsiz təbii qazla təmin olunması ilə yanaşı, şəhərin müxtəlif küçələrində yeni yerüstü qaz xətləri çəkilib. Şəhər Elektrik Şəbəkəsi tərəfindən balansda olan 5 ədəd transformator dəyişdirilib, 1 ədəd zədəli 560 KVA transformator 630 KVA transformatorla əvəzlənib, Az.İES ərazisində 500 metrlik hava xətti çəkilib, 7 ədəd beton dayaq basdırılıb. Şəhər Sukanal İdarəsi tərəfindən əhaliyə və digər abonentlərə su-kanalizasiya xidməti göstərilməklə yanaşı, şəhərin bir sıra küçələrində müxtəlif diametrli 2160 metr su xətti yenilənib. Yüksək mərtəbəli yaşayış binalarını içməli su ilə təmin edən su nasos stansiyalarında əsaslı və cari təmir aparılaraq zəruri avadanlıqlar yenilənib.

Ötən il Mingəçevirin orta məktəb məzunlarının 408 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək respublikanın və xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunublar. Ali məktəblərə qəbul olanlardan 2 məzun 700 bal, 32 nəfəri 600-dan yuxarı bal toplayaraq tələbə adı qazanıb, 3 nəfər mingəçevirli tələbə isə Prezident təqaüdünə layiq görülüb.

Şəhərin səhiyyə müəssisələri barədə danışan icra başçısı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2013-cü il tarixli sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı. Məlum sərəncamdan sonra şəhər mərkəzi xəstəxanası əsaslı təmirə dayandırılıb və hazırda təmir işləri sürətlə davam etdirilir.

Şəhər icra hakimiyyətinin başçısı əmin olduğunu bildirdi ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas götürən mingəçevirlilər 2014-cü ildə də müstəqil Azərbaycanımızın adına layiq uğurlar qazanmaq əzmindədirlər.

Yığıncağda Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və Milli Məclisin deputatı Aydın Mirzəzadə iştirak və çıxış etmişlər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 6.