Avropa Parlamentində “Azərbaycanda innovasiyamobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növümövzusunda konfrans keçirilmişdir

 

Fevralın 19-da Avropa Parlamentində “Azərbaycanda innovasiyamobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növümövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilən islahatlarla bağlı məsələlər müzakirə edilmişdir.

Konfransda Avropa Komissiyasının və Avropa Parlamentinin üzvləri, Azərbaycanın və Estoniyanın hökumət və biznes nümayəndələri, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Avropa Parlamentinin Estoniyadan olan deputatı, Estoniyanın sabiq xarici işlər naziri xanım Kristina Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğulamış, “Skype”ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələdiyini qeyd etmişdir.

K.Oyulandın sözlərinə görə, ölkəsi Azərbaycanın da bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradanşagird müəllimini ötüb keçmişdir”. O, Azərbaycanda çox qısa bir müddət ərzində böyük populyarlıq qazanmış ASAN xidmətin nailiyyətlərini alqışlamış və bunun tək vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu söyləmişdir. Xanım Oyulandın sözlərinə görə, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən Asan İmzanın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını bildirmişdir. O, “ASAN imza” layihəsinin Azərbaycan və Aİ arasında daha səmərəli əlaqələrin qurulmasına töhvə verəcəyini vurğulamışdır.

Konfransda “ASAN xidmət”ə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov öz çıxışında 2005-dən etibarən elektron hökumətin yaradılmağa başlandığı barədə məlumat verərək uzun illər planlı təsərrüfat sistemində yaşamış Azərbaycanda əvvəllər vergi orqanlarının olmadığını, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin formalaşdırılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirmişdir. S.Ələkbərov konfrans iştirakçılarına Azərbaycanın vergi sistemi, bu sahədə aparılan islahatlar barədə məlumat verərək qeyd etdi ki, əvvəllər biznesin qeydiyyatı üçün təxminən 2 aya qədər vaxt tələb olunurdusa, son iki ildə bu proseslərin elektronlaşdırılması nəticəsində bu proses cəmi bir neçə dəqiqə ərzində başa çatdırılır.

Dünya Bankının sonDoing Business” hesabatına əsasən, bu gün Azərbaycan biznesin qeydiyyatı sahəsində ilk on dövlətin sırasında qərarlaşıb. 2013-cü ildən etibarən Azərbaycanda “ASAN imza” layihəsinin tətbiqinə başlanılması və təhlükəsizlik sisteminin yaradılması isə istifadəçilərə mobil telefonlar vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratmışdır. “ASAN imza” mobil-hökumət layihəsi çərçivəsində yeni nəsil elektron xidmətlərin tətbiqində inkişaf mərhələsinin başlanğıcı hesab edilir.

Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. Enerji sahəsində əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu qeyd edən T.Kotka bunun bütün sahələri əhatə etdiyini, yeni texnologiyaların və bu sahədə aparılan islahatların insanların həyatının rahatlaşdırılması, yeni yerləri, sərmayə sahələri, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını bildirmişdir.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışmış və Azərbaycandakı elektron xidmətlərin cari vəziyyətilə bağlı arayış vermişdir.

Avronest Parlament Assambleyasının həmsədri, bolqarıstanlı Yevgeni KirilovAvropa Parlamentində Mühafizəkarlar və İslahatçılar qrupunun başçısı Martin Kallanan konfransda çıxış edərək Azərbaycanda həyata keçirilən “elektron hökumət” layihəsini yüksək qiymətləndirmiş, mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

Daha sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında ASAN Sertifikat Xidmətləri Mərkəzi və Estoniyanın Sertifikatlaşdırma Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu Azərbaycan tərəfdən vergilər nazirnin müavini Sahib Ələkbərov,  Estoniya tərəfdən Sertifikat Mərkəzinin İdarə Heyətinin sədri  Kalev Pihl imzalamışlar.

Sonra konfrans öz işini 2 paneldə davam etdirmişdir.

Müzakirələr panelinin 1-ci hissəsi “Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı” mövzusunda olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva Asan İmza layihəsi haqqında təqdimatla çıxış edərək, mobil hökumətin elektron hökumət ideyasının növbəti mərhələsi olduğunu vurğulamışdır. S.Musayeva Asan İmzanın hansı zərurətdən doğduğu, vətəndaşlara hansı rahatlıqlar gətirdiyini faktlarla izah etmişdir. O, təmsil etdiyi nazirliyin Asan İmzanın öz xidmətlərinə necə inteqrasiya etdiyinibuna bağlı olan digər xidmətləri də təqdim etmişdir. Onun sözlərinə görə, mobil kimliyin gələcəkdə bütün sahələrdə tətbiq olunması qaçılmazdır.

“Signwise”-ın yaradıcısı və icraçı direktoru Tiit Anmann elektron imzanın texniki tərəfləri barədə məlumat vermişdir. Onun sözlərinə görə, növbəti elektron inqilab imza inqilabı olacaqdır.

Gemalto Solutions” şirkətinin satış direktoru Remi Belluar Azərbaycana səfəri və səfərin təəssüratları barədə danışaraq, elektron sahədə əldə olunmuş nailiyyətləri təqdir etdiyini bildirmişdir. Çıxışını satış və xidmət sahələrində rəqəmsal alətlərin inteqrasiyası barədə fikirlərlə davam edən natiq müxtəlif ölkələrdə elektron xidmətlərin necə həyata keçirildiyini müqayisəli şəkildə göstərmişdir.

“Signwise”ın nümayəndəsi Liisi Yürgen Azərbaycan Elektron İmza Qanunu ilə Avropa İttifaqı Elektron İmza Direktivi arasında paralel müqayisələr aparmışdır.

Elektron hökumətlə bağlı ikinci müzakirə panelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi İsbəndiyar Əliyev “elektron hökumət” layihəsinin həyata keçirilməsinin cari vəziyyəti ilə bağlı məlumat vermiş, ASAN Xidmətin şöbə müdiri Azad Cəfərli isə təmsil etdiyi qurumun fəaliyyətinin insan hüquqları kontesktində təhlilini vermişdir.

“Cybernetica”nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, Vergilər Nazirliyinin Baş İdarə rəisi İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiyaTexnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın gələcək perspektivlərindən danışmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 21 fevral.- S. 8.