Yolunuz Ağdaşa
düşsə...
Son vaxtlar Ağdaşa yolu düşənlər təəccüb və heyrətlərini gizlədə bilmirlər: şəhər, az qala, sökülüb təzədən tikilir. Söhbət, əlbəttə, təkcə şəhərin kənarında, “Ağdaş - Bakı” yolunun sağ tərəfində tikilən müxtəlif təyinatlı ictimai və yaşayış binalarından, salınan küçə və səkilərdən, meydan və yaşıllıq zolaqlarından getmir. Yeri gəlmişkən, deyək ki, ağdaşlılar, haqlı olaraq, buranı “Yeni Ağdaş” adlandırırlar.
Bu gün Ağdaşın, demək olar ki, sökülməyən, bərpa və təmir olunmayan küçəsi yoxdur. Yəqin ki, həssas oxucu bayaqkı heyrət və təəccübün əsl səbəbini hiss etdi. Doğrudan da, Ağdaş gözlərimiz qarşısında tikilir, yeniləşir, daha abad, müasir və gözəl olur.
Elə buradaca inkişaf dinamikasını, sürət və irəliləyişi əks etdirən fakt, rəqəm və göstəriciləri yada salmaq yerinə düşərdi. Ümumiyyətlə, son iki ilin statistikasına nəzər yetirsək, aydın şəkildə görmək olar ki, bütün sahələri əhatə edən inkişaf və yüksəliş əvvəlki illərlə müqayisədə qat-qat artıq olmuşdur. Belə ki, yeni inzibati mərkəzdə Heydər Əliyev Mərkəzinin, “Bayraq” meydanının, rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və yanğından mühafizə hissəsi üçün inzibati binaların tikintisi davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 11 yaşayış məntəqəsini birləşdirən, 20 min nəfərin istifadə etdiyi 34 kilometr uzunluğunda Ləki - Pirəzə - Xınaxlı avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Ləki qəsəbəsində yeni dəmir yolu vağzalının tikintisində də son tamamlama işləri görülür.
Bundan başqa, Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri davam etdirilmişdir. Burada ana və uşaq otağı, kölgəlik, gənclər kafesi, kinozal elektron oyunlar, tir-atıcılıq mərkəzi, 200 metr uzunluğunda uşaq dəmiryol şəhərciyi, “Şeytan çarxı” və digər attraksionlar qurulmuşdur. Parkın ətrafı 900 metr məsafədə hasara alınaraq, əyləncəli rəsmlərlə bəzədilmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. 15 minədək gül kolu, 18 minədək dekorativ ağac əkilmiş, 10 min kvadratmetr sahəyə plitə döşənmişdir.
Ümumiyyətlə, ötən
il rayonda 303,7 milyon manatlıq - 2012-ci ildəkindən 20,9 faiz çox ümumi məhsul, 7 milyon
32 min manatlıq - 0,1 faiz
çox sənaye məhsulu, 112,5 milyon manatlıq - 2,1 faiz çox kənd təsərrüfatı məhsulu
istehsal olunmuşdur.
Rayonda aparılan
tikinti işlərinin
həcmi 48,8 milyon manat artaraq
108,7 milyon manat təşkil etmişdir.
Son 10 ildə rayonda 20278 yeni iş yeri
yaradılmışdır ki,
bunun da 7420-i daimidir.
Sahibkarlığın inkişafı sahəsində
ardıcıl tədbirlər
görülmüşdür. 2013-cü ilin
avqust ayında rayonda Azərbaycan Respublikası İqtisadiyyat
və Sənaye Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına
dövlət dəstəyi”
mövzusunda tədbir
və kredit yarmarkası keçirilmiş,
24 sahibkara 333 min manat güzəştli kredit verilmişdir. Sahibkarlığa Kömək Milli
Fondunun vəsaiti hesabına 83 layihə üzrə 1 milyon 523 min manat həcmində kredit verilmişdir. Maliyyə dəstəyinin yaxşılaşdırılması
məqsədilə 4 bankın
və 2 kredit təşkilatının filialları
yaradılmışdır. Sahibkarlığa Kömək
Milli Fondunun maliyyə dəstəyi ilə Ərəbocağı
kəndi ərazisində
1200 başlıq heyvandarlıq
kompleksinin, 80 başlıq
atyetişdirmə məntəqəsinin,
yeni beton zavodunun, meyvə qurusu istehsalı sahəsinin, “Şirvan-göl”
istirahət mərkəzinin
tikintisi başa çatmışdır.
Aqrar sahənin
inkişafı ilə
bağlı məqsədyönlü
tədbirlərin həyata
keçirilməsi, fermerlərə
güzəştli kreditlərin
ayrılması məhsul
istehsalının artmasına
və kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olan insanların yaşayış
səviyyəsinin daha
da yaxşılaşmasına
səbəb olmuşdur. Təkcə
ötən il
rayon üzrə 44 min tona
yaxın taxıl istehsal olunmuşdur ki, bu da
əvvəlki illərdəkindən
xeyli çoxdur. Bu müddətdə ət istehsalı 430,3 ton artaraq
11 min 904 ton, süd 1650 ton artaraq
39 min 789 ton, yun isə
6,6 ton artaraq 183 ton olmuşdur.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının daha da yaxşılaşdırılması
sahəsində işlər
uğurla davam etdirilir.
Tikintisinə 2010-cu ildə başlanılmış
220/110 kilovatlıq Ağdaş
regional elektrik yarımstansiyasında
inşaat işləri
başa çatmaq üzrədir.
Son vaxtlar
şəhər, qəsəbə
və kəndlərdə
43 min 698 metr uzunluğunda
müxtəlif ölçülü
qaz xətləri yeniləşdirilmiş, 989 ədəd
yeni qaz sayğacı quraşdırılmış,
Tofiqi, Əmirmahmud, Qarağan - Saatlı, Güvəkənd, Əmirarx
və Bəylik kəndlərinə təbii
qaz verilişi bərpa olunmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təhsilə
və mədəniyyətə
qayğısı bütün
digər bölgələr
kimi, Ağdaş rayonunda da öz
konkret nəticələrini
verir. Belə ki, son illər Heydər Əliyev Fondu tərəfindən rayonun Pirkəkə kəndində 200 yerlik yeni məktəb binasının tikintisi, Maqsud Şeyxzadə adına təbiət,
texniki və humanitar fənlər təmayüllü gimnaziyanın
binasının əsaslı
təmiri, Habil Əliyev adına Musiqi Məktəbi üçün yeni binanın inşası və ən müasir avadanlıqlarla təchiz olunması bu qayğının bariz nümunəsidir.
Ümumiyyətlə, son 10 ildə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı dövlət
proqramları çərçivəsində,
eləcə də Heydər Əliyev Fondu tərəfindən rayonda 16 yeni məktəb binası və 7 əlavə sinif otağı inşa edilmiş, 7 ümumtəhsil məktəbinin
binaları əsaslı
təmir olunmuş, bütövlükdə 8 min nəfər
şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır.
Təkcə ötən
il rayonun Qəribli, Eymur, Cardam və Kotanarx kəndlərində
4 tam orta məktəb,
Şordəhnə və
Qaradağlı kəndlərində
2 ümumi orta məktəb, Qaraoğlan kəndində isə 1 ibtidai məktəb üçün yeni bina tikilib istifadəyə
verilmişdir. Bundan əlavə,
5 kənddə – Birinci
Aral, Qarağan-Şıxlar, Qülbəndə, Ərəbşəki
və Tofiqi kəndlərində orta məktəb binasının
tikintisinə başlanmışdır.
Səhiyyə sahəsində islahatların
həyata keçirilməsi
və aparılan profilaktik tədbirlər nəticəsində yoluxucu
xəstəliklərin yayılmasının
qarşısı alınmış,
tibb müəssisələrinin
müasir avadanlıqlarla
təchizatı davamlı
xarakter almışdır. 100 çarpayılıq müasir
xəstəxanada əhaliyə
nümunəvi tibb xidmətləri göstərilir.
Əsas diqqət tibb müəssisələrinin maddi-texniki
bazasının daha da gücləndirilməsinə
yönəldilmişdir. Məsələn, təkcə son aylar
ərzində Qolqəti,
Ərəbocağı və
Tofiqi kəndlərində
yeni həkim məntəqələrinin tikintisi
başa çatmışdır.
Son illər Ağdaş
rayonunda həyatın
bütün sahələrində
əldə edilmiş
böyük uğurlardan,
dinamik inkişaf və yüksəlişdən,
genişmiqyaslı tikinti-abadlıq
və quruculuq işlərindən danışarkən
bir vacib məsələ üzərində
ayrıca dayanmaq lazım gəlir. Bu da
rayon icra hakimiyyətinin,
onun yerli strukturlarının təşəbbüskar
və yaradıcı fəaliyyəti, ardıcıl
və sistemli icra intizamı, daha çox elmi münasibətə əsaslanan iş üslub və metodlarıdır. Belə bir
cəhət xüsusilə
diqqəti cəlb edir ki, insan
amili, onun vacib sosial ehtiyaclarının
vaxtında və dolğun ödənilməsi,
bu zaman həssas və qayğıkeş münasibət
ön plandadır.
Təkcə ötən
il rayon icra
hakimiyyəti başçısı
aparatına 632 təklif,
ərizə və şikayət daxil olmuşdur ki, bu da əvvəlki
illə müqayisədə
39 ədəd azdır.
Burada bir çox digər amillərlə yanaşı,
müntəzəm olaraq
yerlərdə keçirilən
səyyar-qəbulların rolu
böyük olmuşdur. Müvafiq idarə,
müəssisə və
təşkilatların, hüquq-mühafizə
orqanlarının rəhbərlərinin
də iştirak etdikləri belə səyyar-qəbullarda vətəndaşlar
təkcə onları
narahat edən məsələlər barədə
danışmırlar. Açıq
söhbət və səmimi diskussiya şəraitində keçən
görüşlərdə öz qəsəbə və kəndlərinin inkişafı ilə bağlı fikir və təkliflər bildirir, maraqlı təşəbbüslər irəli
sürülür. Bu isə aydındır ki, işin daha
yaxşı təşkilinə
kömək edir.
Ötən il
rayon icra hakimiyyətinin
başçısı 1184 nəfəri qəbul etmişdir. Onu da əlavə
edək ki, qaldırılan məsələlərin
böyük əksəriyyəti
öz müsbət həllini tapmışdır.
...Ağdaşa son səfərimiz
zamanı, əgər
belə demək mümkünsə, şəhəri
“sökülən”, tikilən,
qurulan gördük. Sakinlər – ağsaqqallar, ziyalılar,
gənclər aparılan
genişmiqyaslı tikinti-abadlıq
işlərindən böyük
razılıqla danışır,
bu bölgənin daha abad və
xoşbəxt gələcəyindən
həvəslə söhbət
açır, sabaha dərin inam və ümidlə baxırlar.
Bəli, bu gün Ağdaşda
həyatın axarı
gurdur. İşin ahəngi bir an belə zəifləmir,
şəhər öz
simasını hər
gün dəyişir,
yeni hədəflər,
arzu və təşəbbüslər meydana
çıxır. Ağdaşlılar
bu yüksəliş və inkişaf, gündəlik diqqət və qayğı üçün, ilk növbədə,
ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkür və
minnətdarlıqlarını bildirir, aparılan ardıcıl və qətiyyətli daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini
və müdafiə etdiklərini bəyan etdilər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 4.