Gəncə Avropanın ən gözəl şəhərlərindən biri olacaq

 

2016-cı ilə kimi 1000-ə yaxın layihənin icra olunacağı gözlənilir

 

Azərbaycan hazırda dünyanın ən sabit və davamlı inkişaf edən dövlətlərindəndir. Son 10 ildə həyata keçirilən düzgündüşünülmüş siyasətin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etmiş, valyuta ehtiyatları artmış, əhəmiyyətli sosial proqramlar reallaşdırılmışdır. Ölkəmizin iqtisadi qüdrətinin artması bölgələrimizin inkişafına da dəyərli töhfə verir. Xüsusən də regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin maddi rifahının durmadan yaxşılaşması buna misaldır. Gəncə şəhərinin timsalında bütün bunlar aydın nəzərə çarpır.

Ötən  il ərzində Gəncədə ümumi məhsul buraxılışının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq 743,3 milyon manat, əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 20,4 faiz artaraq 2 min 251 manat təşkil etmişdir. Ümumi daxili məhsulun 23,8 faizi sənaye, 0,4 faizi kənd təsərrüfatı, 41,7 faizi tikinti, 9,3 faizi nəqliyyat, 0,6 faizi informasiya və rabitə, 24,2 faizi ticarət və xidmət sahələrinin payına düşmüşdür. Bundan başqa, şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə   15,6 faiz artaraq 300,8 manat təşkil etmişdir. Şəhər sənayesində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 173 milyon 864 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.  Bu,  2012-ci illə  müqayisədə 5,7 faiz çoxdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,6 faizini təşkil etmişdir. Ümumi istehsalın 88,4 faizi sənaye mallarının, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Hesabat dövründə sənayedə istehsalın səmərəliliyini və işin keyfiyyətini daha da yüksəltmək sahəsində  mühüm tədbirlər reallaşdırılmışdır. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev söhbət zamanı dedi: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ilielan etmişdir. Ona görə də bu il Azərbaycanın gələcək  inkişaf dinamikasını müəyyənləşdirən  sənaye sahəsinə daha böyük diqqət veriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, böyük sənaye komplekslərinin yaranması – bütün bu işlər  ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Gəncədə də yeni istehsalemal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi  minlərlə yeni yerlərinin açılmasına, yeni malların istehsalına, məhsul buraxılışı çeşidinin artmasına şərait yaradacaqdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin metallurgiya sənayesinin inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncama əsasən, Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən Polad İstehsalı Kompleksi yaradılacaqdır. Bu, minlərlə yeni yerlərinin yaradılması deməkdir. Ümumiyyətlə, cari il metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılacaqdır, bu sahənin tərəqqisi üçün ölkəmizdə yetərli qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi çox böyük nailiyyət olacaqdır.

2012-ci il   yanvarın 21- də  dövlət başçısının xeyir-duası ilə istifadəyə verilmiş “DET.AL AlüminiumMMC-nin alüminium zavodunun ilk 50 min ton  istehsal gücünə malik 1-ci mərhələsi işə başlamışdır. 2014-cü ilin əvvəlində isə cənab Prezidentin Gəncəyə son səfəri zamanı beynəlxalq standartlara uyğun, ümumi istehsal gücü ildə 50 min ton olan 2 modern zavod fəaliyyətə başlamışdır. Bunlar metaltökmə və fasiləsiz yayma, həmçinin təzyiqlə yaymaboyama müəssisələridir. Həmin müəssisələrin istifadəyə verilməsi nəticəsində 300-ə yaxın yeni yeri açılmışdır. Bütövlükdə kompleksdə 1400 nəfər işlə təmin olunmuşdur. “DET.Al  AlüminiumMMC-nin elektroliz zavodunun II fazasının tikintisi isə davam edirbu ilin sonunda inşasının başa çatması planlaşdırılır.

Gəncə Gil-torpaq zavodunda il ərzində  istehsal həcminin 450 min tona çatdırılması, habelə gil-torpaq məhsulunun  qumvari” şəkildə istehsalı sexinin yenidən qurulması nəzərdə tutulmuşdur.

Ötən ilin yanvar ayında fəaliyyətə başlayan “SEMPA” Qapalı Səhmdar Cəmiyyəti  plastik su boruları və  fitinqlərin  istehsalı ilə məşğuldur. Burada  suvarma sistemi üçün ipli su borularının istehsal sahəsinin yaradılması, müəssisənin ətrafının abadlaşdırılması, ofis binası və yeməkxananın tikintisinin başa çatdırılması, istehsal sahəsində havalandırma və istilik sistemlərinin quraşdırılması və digər quruculuq işlərinin aparılması nəzərdə tutulur. Görülən işlər nəticəsində ilin sonuna işçilərin sayının 110-a çatdırılması gözlənilir.

“Gəncə-qənnadı” Açıq Səhmdar Cəmiyyətinin süd emalı zavodunda hazırda quraşdırılmış avadanlıqlar test sınağından keçirilir, müəssisənin mart-may aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Zavodun işə düşməsi ilə 100 nəfər işlə təmin olunacaqdır.

“Gəncə Əlvan Metal Emalı” Açıq Səhmdar Cəmiyyətinin müəssisəsində neft sənayesinin sifarişini təmin etmək üçün dərin özlüklərin, estakadaların korroziyadan qorunması məqsədilə alüminium əsaslı protektorlardan başqa maqnezium əsaslı, daha mürəkkəb, daha keyfiyyətli protektorların istehsalına başlanılmışdır. Bununla yanaşı, bazarın tələbatına uyğun yeni istehsal sahələrinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir.

Müdafiə Sənayesi Nazirliyinin maşınqayırma zavodunda yeni yaradılmış “Palıd-G”, digər iki istehsal və köməkçi sahələri, həmçinin inzibati bina əsaslı  təmirdən sonra istifadəyə verilmişdir. Müəssisənin daxili ərazisi abadlaşdırılmış, yaşıllıq sahələri yaradılmışdır.

“Gəncə-Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətində müəssisənin illik xammala olan ehtiyatını ödəmək məqsədilə  hər biri 5 min ton olan 2 ədəd taxıl çəni və aidiyyəti qurğular quraşdırılıb istifadəyə verilmiş, taxıl ehtiyatının ümumi həcmi 17 min tondan 27 min tona çatdırılmışdır.

Bu ilin əvvəlində “NEON” firmasında istifadəyə verilmiş illik istehsal gücü 30 min ton olan müasir çörək zavodunun fəaliyyətə başlaması şəhər əhalisinin və hərbi hissələrdə xidmət edən əsgərlərin yüksək keyfiyyətli çörəklə təminatının  yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir.

Bu  il Gəncədə vaqon istehsalı zavodunun inşasına başlanılması nəzərdə tutulurbununla bağlı  İsveçrənin “Ştadler” şirkəti ilə danışıqlar aparılır. Hazırda müəssisənin layihə-smeta sənədləri  hazırlanır.

Gəncədə ötən il ərzində böyük həcmdə tikinti -quruculuq, abadlıq işləri  görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əməl edilməsi nəticəsində şəhər durmadan inkişaf edir, reallaşdırılan yenidənqurma və abadlıq-quruculuq işləri özünün geniş miqyası ilə diqqət çəkir.

Hesabat dövründə şəhərin iqtisadi-sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 329,3 milyon manatya əvvəlki ildən 2,5 dəfə çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 92,5 faizini təşkil edərək 304,8 milyon manat olmuşdur. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 2,6 dəfə artmışdır.

Şəhərin sosial-iqtisadi həyatında müşahidə olunan davamlı və sürətli inkişaf, əlverişli investisiya mühiti investorların fəaliyyətini genişləndirmişdir. Bunu belə bir fakt da təsdiqləyir: əsas kapitala yönəldilmiş ümumi sərmayənin 25,2 faizi istehsal  müəssisələrinin inşasına, 74,8 faizi xidmət sahələri üzrə obyektlərin tikintisinə yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin hamısı daxili vəsaitlərdən ibarət olmuşdur.

Ötən il dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 282,3 milyon manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 29,2 milyon manat vəsait sərf etmişlər. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində büdcə vəsaitləri  81,7 faiz, müəssisə və təşkilatların vəsaitləri 9 faiz, bank kreditləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,9 faiz, əhalinin şəxsi vəsaitləri 1,2 faiz təşkil etmişdir. 2013-cü ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 10,2 faiz üstələmişdir. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 60,5 milyon manat təşkil etmişdir. Tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin 95,1 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 1,1 faizini əsaslı təmir, 3,7 faizini cari təmir, 0,1 faizini isə sair təmir işləri təşkil etmişdir.

Hesabat dövründə ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində bir sıra sosialyönümlü obyektlər – sahəsi 29715 min kvadratmetrya 1,9 dəfə çox fərdi yaşayış evləri, 2 min 310 şagird yerlik ümumtəhsil məktəbləri, mədəniyyət ocaqları və digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 270-ə yaxın sosial xidmət və fərdi yaşayış evinin inşası isə davam etdirilir.

Öz dühası ilə Azərbaycanın  müasir simasını müəyyənləşdirmiş  və xalqın taleyində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevin adına  park - komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev  nadir memarlıq abidəsi - Heydər Əliyev Mərkəzinin açılış mərasiminin iştirakçıları ilə görüşündə vurğulamışdır ki, “Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunmuşdur”.

Ümumi ərazisi 450 hektar olan park - kompleksdə Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlikAmfiteatrKompleksi, ümumi sahəsi 70 min kvadratmetr olan “Gəncə göl”, Gənclər və Çinarlar Alleyası, “Zəfər Tağı” inşa edilmişdir. Gəncənin simasını nəzərə çarpacaq dərəcədə dəyişmiş bu parkın ərazisində 7 kilometrdən çox avtomobil yolu asfaltlanmış, 60 min kvadratmetrə yaxın sahəyə qranit, metlax, tamet döşənmiş, 224 ədəd müxtəlif işıqlandırma sistemi quraşdırılmış, 18 fəvvarə tikilmiş, minlərlə dekorativ gülağac kolları, tinglər əkilmiş, 300 hektardan çox yaşıllıq sahəsinin suvarılması məqsədilə 30 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir. Bütün bu işlərlə tanışlıqdan sonra ölkə rəhbəri bildirmişdir ki,  belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səy göstərmişlər.

Hesabat dövründə Nizami Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi mərkəzləri istifadəyə verilmiş, hazırda Gəncə Dövlət Filarmoniyasının tikintisi davam etdirilir.

Ölkə  Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində inşa edilmiş “ASAN xidmət”  Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz şəffaflığın artırılmasına, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına xidmət edir. “ASAN  xidmət” Azərbaycanın məhsuludur, ixtirasıdır və brendidir. Bu mərkəzdə gün ərzində 300 - dən çox vətəndaşın qəbul edilməsi üçün əlverişli şərait yaradılmışdır.

Regionların sosial-iqtisadi inkişafı II Dövlət Proqramı çərçivəsində Gəncəçayın şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidən qurulması işləri davam etdirilir. Sahilboyu park salınır, mövcud parklar yenidən qurulur, sosial obyektlər tikilir. Şəhərdə yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan mühüm işlər hesabat dövründə də davam etdirilmişdir.

Dövlət başçısının müvafiq sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186  min 574 kvadratmetr asfalt örtüyü salınmış, 400 ədəd  işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılmış, yol kənarına həmişəyaşıl ağaclar əkilmiş, qəsəbənin ictimai nəqliyyat işləyən küçələrində dayanacaqlar quraşdırılmışdır.

Şəhər sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində, xüsusən də yaşayış binalarının dam örtüklərinin əsaslı təmir olunmasında, həyətyanı sahələrin abadlaşdırılmasında, lift təsərrüfatının yenidən qurulmasında  müəyyən  tədbirlər həyata keçirilmişdir.

Şıxzamanlı qəsəbəsində, aeroport yolu istiqamətində və digər ərazilərdə 365-dən çox fərdi yaşayış evinin, 250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü  dəyişdirilmiş, çoxmənzilli binalarda 70-dən çox istismar müddətini bitirmiş liftlər yeniləri ilə əvəz edilmişdir.

Ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmaqla, şəhərdə mövcud yaşıllıqlara yüksək səviyyədə  aqrotexniki qulluq göstərilməsi, əlavə yaşıllıq zolaqlarının salınması və mühafizəsi  istiqamtində davamlı olaraq müəyyən tədbirlər həyata keçirilir.

Nəqliyyat-kommunikasiya, rabitə və informasiya texnologiyaları  sahələrinin inkişafı, beynəlxalq standartlara çatdırılması dövlət siyasətinin  prioritet istiqamətlərindəndir. Məhz elə bunun nəticəsidir ki, şəhərdə sərnişindaşıma üzrə fəaliyyət göstərən avtomobil nəqliyyatı müəssisələri  tərəfindən hesabat dövründə 78,3 milyon nəfər sərnişin daşınmışdır. Bu isə 2012 - ci illə müqayisədə 7,2 faiz çoxdur.

Ötən il  Qərb dəmir yolu nəqliyyatı ilə 2 milyon 341 min ton yük daşınmışdır. Orta hesabla gün ərzində 115 vaqonya 6 min 414 ton vaqon yüklənmişdir. Yük vaqonlarının məhsuldarlığı 2012 - ci illə müqayisədə  8,7 faiz artmışdır. Hesabat ili ərzində qatarlarla Qərb və digər istiqamətlərdə 382 min 464 nəfər, o cümlədən Gəncə stansiyası üzrə 60 min 939 nəfər sərnişin daşınmışdır.

Ötən  ilin əvvəlindən əsaslı təmirinə başlanılan Gəncə dəmir yolu vağzalının inzibati binasının 2 min 300 kvadratmetr dam örtüyü müasir tələblərə uyğun yenidən qurulmuş, 2 min 600 kvadratmetr fasadı üzlük aqlay daşı ilə üzlənmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Vağzal mərkəzləşdirilmiş kondisioneristilik sistemi ilə təchiz olunmuşdur. Burada sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə VİP zalı, anauşaq otaqları yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müasir dövrdə elm və təhsilin ən yüksək dünya standartlarına çatdırılması naminə ölkəmizdə neft kapitalının insan amilinə çevrilməsi siyasəti dövlətin inkişaf prioritetlərindən biridir. Bu baxımdan təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi, gənc nəslin bir şəxsiyyət kimi formalaşması, ümumbəşəri dəyərlər əsasında layiqli təhsil alması şəhər icra hakimiyyəti rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərindən biridir. Məhz buna görə də ötən il şəhərin  ali,  ümumtəhsil və texniki peşə məktəblərinin və liseylərin, orta-ixtisas müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,  genişləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi sahəsində ciddi addımlar atılmış, təhsildə müasir informasiya texnologiyalarının tətbiqi üçün müvafiq şərait yaradılmışdır.

Gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində gerçəkləşdirilməsi şəhər icra hakimiyyətinin gündəlik fəaliyyətində prioritet məsələlərdən biri olmaqla daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi mədəni irsimizin mühüm tərkib hissəsi olan tarix-memarlıq abidələrinin təmiri və bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində Gəncə şəhərində mühüm işlər görülürbu sahədə müəyyənləşdirilmiş kompleks tədbirlərin icrası  gündəlik nəzarətdə saxlanılır.

Prezident İlham Əliyevin insan amilinə söykənən inkişaf strategiyası və  vətəndaşların müraciətinə baxılması şəhər icra hakimiyyətinin  ciddi diqqət yetirdiyi  məsələlərdəndir. Bu baxımdan  vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması şəxsən  şəhər icra hakimiyyəti başçısının nəzarətində saxlanılır, öyrənilir, müntəzəm olaraq şuralarda, aparat müşavirələrində və iclaslarda müzakirə olunur,  müvafiq tədbirlər görülür.

Ötən il  ərzində şəhər icra hakimiyyətinə 9 min 782 müraciət daxil olmuşdur ki, bunun da 79,4 faizini bilavasitə yerli icra hakimiyyətinə ünvanlanan müraciətlər təşkil etmişdir. Daxil olmuş müraciətlərin  yalnız 3,4 faizini şikayətlər və təkliflər təşkil edir. Vətəndaş müraciətlərinin sayının artması tendensiyası, onların baxılmasına nəzarətin gücləndirilməsi, qaldırılan məsələlər barədə vaxtında tədbirlərin görülməsi ən əsası şəhər rəhbərliyinə olan inamın artmasından irəli gəlir.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 5.