Oğuzun işıqları bu gün daha gur yanır

 

Son zamanlar Oğuzun elə bir ili olmur ki, hesabat məqamı gələndə fəxrlə sadalanmalı onlarca faktya rəqəm dilə gətirilməsin. Ötən ilbu baxımdan faktlar və rəqəmlərlə zəngin oldu. 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun səsləndirdiyi hesabatda da bu barədə kifayət qədər söz açıldı.

Rayon rəhbəri qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsi üçün 2013-cü ildə rayon üzrə kifayət qədər layihələr reallaşdırılıb. Dövlət başçısının iyul ayında imzaladığı sərəncama əsasən ayrılmış 1 milyon manat vəsait hesabına şəhərin Cavanşir küçəsində və buradan şəhərin girişindəki dairəvi yoladək olan məsafədə müasir işıqlandırma sistemi yaradılıb, şəhər icra nümayəndəliyinin inzibati binası təmir edilib, yağış və sel sularının axıdılması üçün xüsusi xətt çəkilib, müxtəlif küçələrdə 31 min kvadratmetrlikdən çox asfalt örtüyü çəkilib.

Dövlət başçısının ehtiyat fondundan avqust ayında ayrılmış 2 milyon manat vəsait hesabına isə Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Cavanşir və Dədə Qorqud küçələrində yaşayış binaları təmir edilib, əsaslı şəkildə abadlıq işləri görülüb. Eyni zamanda,Sincan-Xaçmaz- Filfilli avtomobil yolunun yenidən qurulması üzrə tikinti işlərinə başlanılıb.

Rayon rəhbəri qeyd etdi ki, hesabat ilində Oğuzun Bayan, Calut, Sincan, Muxas, Baş Daşağıl, Xaçmaz, Böyük Söyüdlü, Yemişanlı, Ərmənət, Xalxal, Dəymədərə və Tərkeş kəndlərinin qazlaşdırılması məqsədilə maliyyə-smeta sənədlərinin hazırlanması üçün sifariş verilib. Padar kəndində isə qazlaşdırma işi artıq başa çatdırılıb. Eyni zamanda, Oğuz şəhərinin yeni salınmış yaşayış massivinin qazlaşdırılması da başa çatdırılıb.

Böyük Söyüdlü, Xaçmaz, Kərimli, Bayan, Bucaq, Muxas, Baş Daşağıl kəndlərində su çəkilişi sahəsində işlər başa çatdırılıb və bu xətlər tam istifadəyə verilib. Türyançay sistemində Mollalı kəndinin seldən müdafiəsi üçün 200 metr müdafiə bəndi qurulub. Ümumiyyətlə, son 5 ildə Dövlət Proqramının 6 maddəsi üzrə işlər tam icra olunub.

Ötən il il şəhərin Babək küçəsində təməli 2010-cu ildə qoyulmuş, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına tikilən DSMF Oğuz Rayon Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Eyni zamanda, təməli 2010-cu ildə qoulmuş Oğuz şəhərinin sukanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işləri də başa çatdırılıb. Oğuz-Qəbələ avtomobil yolunun 2011-ci ildə başlanmış əsaslı təmiri işləri üzrə 31 kilometr yol sahəsinə 3-cü qat asfalt örtüyü salınması və yolun çiyinləri qum-çınqıl qarışığı ilə düzəldilməsi işləri başa çatdırılaraq istifadəyə verilib. Oğuz şəhərində rayon Baytarlıq İdarəsi və Diaqnostika Kabinetinin, Xaçmaz, Kərimli, Böyük Söyüdlü , PadarSincan kəndlərində sahə baytarlıq məntəqələri binası istifadəyə verilib.

Rayonun Yaqublu kəndində isə qeyri-hökümət təşkilatının köməyi ilə Yaponiya səfirliyinin vəsaiti hesabına həkim ambulatoriyası tikilərək istifadəyə verilib.

Hesabat ilində rayonda açılmış 322 yeni yerinin hamısı daimidir. Onlardan 6-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, qalanları isə fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılıb.

2013-cü ildə İqtisadi İnkişaf Nazirliyinin yanında fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən oğuzlu sahibkarlardan 12 nəfərə 174 min manat məbləğində kreditlər verilib.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələırin yerinə yetirilməsi ilə əlaqədar rayonda istehsalçılara yanacaqmotor yağlarına, buğda əkinlərinə görə yardımların verilməsi ilə bağlı xeyli görülüb. 2013-cü ildə rayona 72.84 milyon kilovat/saat elektrik enerjisi, 8.50 milyon kub metr isə təbii qaz verilib. İstehlakçılar fasiləsiz olaraq sutka ərzində təbii qazla təmin olunublar.

Məlum olduğu kimi, Oğuz Azərbaycanın turizm rayonlarından biridir. Son illər rayonda bu sahənin inkişaf etdirilməsi məqsədilə kifayət qədər işlər görülür. Məhz həmin işlərin nəticəsidir ki, 2013-cü ildə rayona gələn turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 2,5 dəfə artıb. İl ərzində rayonun turizm potensialı, tarix,və mədəniyyət abidələri, Oğuz qalaları, milli adət-ənənələr və yerli mətbəx haqqında müxtəlif verilişlər hazırlanaraq telekanallarda nümayiş etdirilib. Rayon mədəniyyət və turizm şöbəsinin xəttiylə həyata keçirilən tədbirlər bu qədim diyarın yeni növrağının ölkə əhalisinə və respublikamızın qonaqlarına məhz olduğu kimi çatdırılmasını təmin edir.

Rayondakı Heydər Əliyev Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində bu ünvan artıq yüzlərlə ağsaqqal, ziyalı və gəncin toplaşdığı məkana çevrilib. Ulu öndərlə eyni dövrdə fəaliyyət göstərmiş oğuzlu ziyalılarla keçirilən görüşlər isə qonaqlar və tədbir iştirakçıları üçün daha da maraqlı olur.

Eyvaz Qurbanov qeyd etdi ki, rayonun təhsil, səhiyyə, rabitə və digər sahələrdə qazanılmış uğurları respublikamızın ümumi inkişaf səviyyəsinə uyğundur. Bir sözlə, Oğuzun işıqları bu gün daha gur yanır.

Yığıncağın işində Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak və çıxış etdilər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 6.