“Xocalıya ədalət!”
tarixi zərurətdən yarandı
Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının ildönümü ərəfəsində yazıcı-publisist, əməkdar jurnalist Vasif Səmədovun və politoloq, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlalq erməni terroruna qarşı yeni strateci model)” üçcildliyinin ilk iki cildi çapdan çıxmışdır. Bu fundamental nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanin təşəbbüsü və rəhbərliyi ilə aparılan beynəlxalq kampaniyanın genişmiqyaslı işi, Xocalı həqiqətləri ilə bağlı bir sıra mühüm tarixi-hüquqi sənədlər və aksiyanın gedişində əldə edilən uğurlar əhatəli əksini tapmışdır. Müəlliflərin kampaniyanın tarixi əhəmiyyətindən və gedişindən bəhs edən yaxısını oxuculara təqdim edirik.
Ən çətin dəqiqələrdə belə, həqiqəti demək, ədalətin və haqqın keşiyində dayanmaq insandan həmişə, cəsarət tələb edib. Amerikalı sosioloq Rark Robert isə (1864-1944) iddia edir ki, həqiqəti deməklə iş bitmir. Ən başlıca məqamlardan biri dediyin həqiqəti, ədaləti müdafiə etməkdir. Prezident Heydər Əliyevin 30 iyul 1997-ci ildə etdiyi çıxışa (ABŞ, Vaşinqton) diqqət yetirək.
Bu cəsarətli çıxış Azərbaycan və beynəlxalq ictimayyət üçün çox vacib, həm də əhəmiyyətli idi. Ulu öndər Heydər Əliyev Ağ Ev rəhbərliyinə, konqresmenlərə, güclü siyasi xadimlərə, dövlət nümayəndələrinə və iş adamlarına kəskin bir mövqedən xatırladırdı: “Amerika dövlətinin, cəmiyyətinin dünyada ən böyük xüsusiyyəti onun ədalətli olmasıdır. Amma ABŞ Konqresinin belə ədalətsiz hərəkəti (söhbət torpaqlarımızı işğal edən erəməni separatçılarının Konqres tərəfindən müdafiə olunması və ədalətsiz qərarların verilməsindən gedir - V.S., R.V.) Amerikanın ümumi işinə heç uyğun gəlmir. Biz bu məsələləri qaldırarkən bəzən deyirlər ki, bunlar erməni diasporunun, lobbisinin təsiri altında olublar. Mən bəzən düşünürəm - erməni lobbisi Amerikanın hakimiyyət dairələrindən güclüdürmü? Mən belə düşünmək istəmirəm. Mənə deyirlər ki, Amerikada bir milyon erməni yaşayır. Amerikanın 300 milyon əhalisi var. Əgər bir milyon erməni sizin başınıza bu işi gətirəcəksə, onda bir azdan sonra Amerikada da bir erməni dövləti yaranacaqdır, bu təhlükənin qarşısını alın.”
Bu iradəli çıxış, sanki, bir çox diplomatları silkələmişdi. Bu gün isə həmin o cəsurluğu, yəni düşmənə qarşı barışmaz mövqedən çıxış etməyi, ona fürsət və aman verməməyi ən ağır və tənha qalan vaxt “Ədalət yürüşü” ilə düşmənin sinəsindən vurub, ən yüksək tribunalardan yerə salmaq kimi yüksək prinsipləri biz “Xocalıya ədalət!” çağırışının fəaliyyətində görürük. “Xocalıya ədalət!” Azərbaycan xalqının ən qüdrətli siyasi, mənəvi-psixoloji səngəridir.
Xocalıya Ədalət!” Beynəlxalq erməni terroruna qarşı mübarizədə yeni strateci model olaraq yaranmışdır. 2008-ci ilin mayın 16-da İstanbuldakı “Qrand Cəvahir” hotelində İslam Konfransı Təşkılatının (İTK) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə başlanmış ikigünlük iclasda İKT-nin humanitar faciələr üzrə ekspertləri XX əsrdə müsəlman xalqlarına qarşı törədilmiş soyqırımı aktlarını müzakirə etdilər. İclasda Türkiyə və Azərbaycanın mədəniyyət nazirliklərinin nümayəndələri, deputatlar, İslam ölkələri gənclər təşkılatlarının təmsilçiləri və diplomatlar iştirak edirdilər. İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası çərçıvəsində aparılan müzakirələrdə, aksiyalarda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən ətraflı bəhs olunmadaqdır.
Forumun baş katibi Elşad İsgəndərov bildirmişdir ki, son illər dünyada getdikcə artan islamofobiya meyilləri və Qərb ölkələrinin tətbiq etdikləri ikili standartlar ucbatından müsəlmanlara qarşı törədilmiş soyqırımlar lazımi qiymətini almamışdır. Azərbaycanda, Bosniya və Herseqovinada, Türkiyənin şərq vilayətlərində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə dair sənədlər, fılmlər, fotoşəkillər bütün dünyada daha fəal yayılmalıdır. İslam ölkələrində vahid soyqırımı qurbanları gününün təsis edilməsi təklifi də İKT rəhbərliyinə təqdim olunmuşdur. Bütün bu işlərin səmərəliliyinin artırılması məqsədini daşıyan Fəaliyyət Proqramı da geniş müzakirə ediImişdir.
İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında yekun sənəd qəbul olunmuşdur. Elşad İsgəndərov bildirmişdir ki, İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəklənmiş və 26 Fevral Xocalı Soyqırımı Gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuşdur.
Bundan əlavə, Xocalı qenosidinin İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklif də İKT nazirlərinin toplantısına təqdim ediləcəyi qeyd olunmuşdur. Qəbul olunmuş sənəddə Xocalı soyqırımının Avropa, Asiya və Afrika ölkələri regional parlamentlərarası Assambleyalarının dialoqu zamanı bəşəriyyətə qarşı kütləvi qırğın kimi tanınması barədə məsələ də qaldırılması da nəzərdə tutulmuşdur. Toplantı iştirakçıları Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış və Xocalı soyqırımından bəhs edən sərgi ilə, habelə Bosniya və Herseqovinada, Fələstində törədilmiş qətliamlardan bəhs edən fotoşəkillərlə də tanış olmuşlar. Müzakirələrin yekununa dair qəbul olunmuş sənəd İKT Mədəniyyət Nazirləri Şurasına təqdim olunacağı barədə məlumat verilmişdir.
İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət- Qarabağa azadlıq” təşəbbüsü təsdiq ediImişdir. İKT-nin dialoq və əməkdaşlıq uğrunda Gənclər Forumunun (İKT GF) katibliyindən bildirmişlər ki, bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul edilmişdir. Qətnamənin bu kampaniyaya həsr ediImiş xüsusi paraqrafının layihəsi Azərbaycan XİN nümayəndə heyəti tərəfındən İKT GF-in ənənəvi qətnaməsinə daxil edilmiş və Ciddədə İKT-nin ekspertlərinin iclasında dəstəklənmişdir.
Qətnamənin xarici işlər nazirləri tərəfındən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafıq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaratmışdır. Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnaməyə əsasən, Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyaların yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulurdu.
Qətnaməyə əsasən, 2009-2010-cu illərdə keçirilmiş Xatirə günü çərçivəsində öncül tədbir kimi, Leyla Əliyevanın “Xocalıya ədalət- Qarabağa azadlıq” təşəbbüsü təsdiq edilmişdi. Qətnamədə İKT üzvü olan ölkələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfındən işğal edilməsi barədə dəqiq məlumatın yayılması, eləcə də kampaniyanın tezisinin imici barədə rəylərin yerləşdirilməsi üçün informasiya veb-portalı yaradılması nəzərdə tutulmuşdur. Kampaniyanın əsas tezisini açıqlayan ən yaxşı fotomaterialları əsasında fotosərgilər təşkil edilir. Həmin fotosərgilər beynəlxalq təşkilatların qərargahlarında təqdim edilir. Mətbuat üçün brifinqdə çıxış edən Leyla Əliyeva onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsini razılıq hissi ilə qeyd etmişdir. Leyla Əliyeva demişdir: “Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində foruma geniş səlahiyyətlər verir. Bir sözlə, qarşıda görüləsi işlər çoxdur”. Kampaniya çərçivəsində aparıcı beynəlxalq təşkilatların parlament birlikləri tərəfindən Xocalı faciəsinin soyqırım kimi tanınmasına nail olmaq nəzərdə tutulur. İKT xarici işlər nazirlərinin bundan əvvəl, 2007-ci ilin may ayında İslamabadda keçirilmiş sessiyasında İKT Gənclər Forumunun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilmişdir.
İKT-nin Gənclər Forumu İKT-nin affiliasiya edilmiş təşkilatı statusuna malik olan beynəlxalq qurumdur. Forum 2004-cü ilin dekabr ayında yaradılmışdır. Onun mənzil-qərargahı İstanbulda yerləşir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfırliyi tərəfindən Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar təşkil edilmiş anım mərasimi və İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüşü ilə irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təqdimatı keçirilmişdi. Ər-Riyad şəhərinin aparıcı konfrans zallarının birində Xocalı faciəsini əks etdirən kitab və materiallardan ibarət guşə yaradılməş, Xocalı soyqırımı və erməni terroru haqqında filmlər nümayiş etdirilmlş, müvafiq çıxışlar və diskussiyalar təşkil olunmuşdu. Eyni zamanda, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi keçirilmişdi. Tədbirlərdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin, Səudiyyə Ərəbistanı Krallığının dövlət və hökumət üzvləri, eləcə də Ər-Riyaddakı xarici ölkələrin, beynəlxalq təşkilatların, Azərbaycan və türk diaspor təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı baş tutdu . Bu, siyasi bir hadisə idi. Azərbaycan tarixinin beynəlxalq erməni terroruna qarşı mübarizədə yeni bir strateci səhifəsi belə yarandı.
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Misirdə və eyni zamanda, akkreditə olunduğu Liviya Cəmahiriyyəsində tədbirlər keçirilmlşdi. O vaxt həmin tədbirlərdə Azərbaycan icmasının, “Vətən” tələbə təşkilatının, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, habelə Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvləri iştirak etmişdilər. Fevrahn 26-da Misirin ən qabaqcıl xəbər televiziya kanalı olan və bir neçə dildə yayımlanan “Nile Akhbar” kanalında Azərbaycanın Misirdəki o vaxtkı səfiri Faiq Bağırovun müsahibəsi və Xocalı hadisələrindən bəhs edən “Məhv edilmiş şəhər” filmi ərəb dilində nümayiş etdirilmişdi.
Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən faciə ilə bağlı hazırlanmış təbliğat materialları, səfirliyin xüsusi xəbər bülleteni, Misirdə fəaliyyət göstərən “Vətən” tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr edilən “Azərbaycan” qəzetinin faciəyə həsr olunmuş xüsusi sayı, “Xocalıya ədalət!” kampaniyası və kampaniyanın internet səhifəsi haqqında məlumatlar Misir və Liviyanın Xarici İşlər nazirliklərinə, parlamentlərinə, Ərəb Dövlətləri Liqasına, bu ölkələrdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarına, ictımai-mədəni və təhsil müəssisələrinə, kitabxanalara, diplomatik nümayəndəliklərə, beynəlxalq və regional təşkilatların ofislərinə göndərilmişdir.
Beynəlxalq aləmdə, artıq, xanım Leyla Əliyeva fenomeni formalaşmaqda idi. Məsələn, 2009-cu ilin fevralın 24-də Böyük Britaniyanın tanınmış tədqiqat mərkəzlərindən sayılan İmperiya Hərb Muzeyində Xocalı soyqırımı qurbanlarının anma mərasimi və “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Britaniya Parlamentinin üzvü Mayk Henkok, dövlət qurumlarının, o cümlədən xarici işlər nazirliyinin rəsmiləri, Londonda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Qafqaz regionu üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin təmsilçiləri, curnalistlər, Azərbaycan və türk icmalarının üzvləri iştirak etmişdilər. Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov Xocalı faciəsinin xalqımızın tarixində qanlı səhifələrdən biri olduğunu vurğulamış, faciə qurbanlarının yalnız azərbaycanlı olduqları üçün kütləvi qətlə məruz qaldıqlarını qeyd etmişdir. O, eyni zamanda, faciəyə indiyə qədər beynəlxalq ictimaiyyət və əlaqədar beynəlxalq təşkilatlar tərəfindən müvafiq siyasi və hüquqi qiymət verilmədiyinə təəssüf etdiyini diqqətə çatdırmışdır...
Beləliklə 5 ildir ki, “Xocalıya ədalət!” uğurlu marafonunu ardıcıl davam etdirir.
Vasif SƏMƏDOV,
əməkdar jurnalist, yazıçı-publisist,
Rövşən
VƏLİZADƏ,
professor, politoloq
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 9.