Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları
qəbul etmişdir
Ucarda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun vətəndaşlarla görüşü keçirilmişdir. Görüşdə Ucar sakinləri ilə yanaşı, Zərdab, Göyçay və Kürdəmir rayonlarının sakinləri də iştirak etmişlər. Komitənin məsul əməkdaşlarının iştirakı ilə 40-a yaxın vətəndaş dinlənilmişdir.
Görüşdə səsləndirilən müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olmuşdur. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilmiş və qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll edilmişdir.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti qurumlara çatdırılması məqsədilə qeydiyyata alınmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 9.