Suraxanı rayonu tərəqqinin keyfiyyətcə yeni mərhələsini yaşayır

 

Bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Suraxanı  rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin  imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun 2013-cü ildə  uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Rayonda 2013-cü il ərzində  bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla reallaşdırılmışdır. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli görülmüşdür.

“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Suraxanıda  sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratmışdır. Həmin proqramların icrası nəticəsində rayon yeni inkişaf mərhələsinə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

 

Statistik göstəricilər davamlı inkişafdan xəbər verir

 

Ötən il sosial-iqtisadi sahələrdə əldə edilən mühüm uğurlar hər bir  suraxanılının gündəlik həyatına, məişətinə, maddi rifah halına öz müsbət təsirini göstərmişdir. Rəqəmlərə diqqət yetirək. 2013-cü  ildə   rayonda  353,6  milyon manatlıq sənaye   məhsulu istehsal olunmuş, 224,3 milyon manat həcmində  tikinti-quraşdırma işləri görülmüş,  əsas kapitala yönəldilən investisiyalar 168,7 milyon manat təşkil etmişdir.

Rayonda orta aylıq əmək haqqı 575,3 manata çatmış,  daimi olmaqla 2380 yeni yeri açılmış, 4 mindən artıq hüquqifiziki şəxs sahibkarlıq fəaliyyəti göstərmişdir.

 

Abadlıq-quruculuq və yüksəliş...

 

2013-cü ildə rayonda infrastruktur təminatı daha da yaxşılaşmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını  təmin edən tədbirlər həyata keçirilmişdir. Şəhər nəqliyyatının işinin tənzimlənməsi, elektrik enerjisi, qaz, istilik su təchizatı və kanalizasiya xidməti və s.üzrə məsələlər diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə   154,6 min poqonometr qaz, 116,8 min poqonometr  su, 4,9 min poqonometr kanalizasiya xətləri çəkilmiş, 3 min yeni abonent qazla təmin olunmuş, 47,6 min poqonometr kabel xətti, 41,2 min poqonometr naqil çəkilmiş, 5,7 min poqonometr su,  1,6 min  poqonometr kanalizasiya xətti dəyişdirilmiş, 4 istilik qazanxanasının tikintisi başa çatdırılmış, 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevirilmişdir.

İl ərzində rayonda 501 min kvadratmetr asfalt örtüyü salınmış, o cümlədən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bülbülə və Əmircan qəsəbələrində avtomobil yollarının yenidən qurulması məqsədilə rayon icra hakimiyyətinə ayrılmış 2 milyon manat vəsait hesabına 57  mindən artıq əhalinin istifadə etdiyi ümumi uzunluğu 18,11 kilometr, sahəsi 118,13  min kvadratmetr olan qəsəbədaxili yollar asfaltlanmışdır.

Bu gün ölkəmizin müxtəlif bölgələrində olduğu kimi, rayonda da yeni sosial yönümlü obyektlər inşa olunur, bir qismi isə  əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilir. Ötən il 2 saylı Bərpa Xəstəxanası binasının yerində yeni xəstəxana, 3 məktəbdə 1300 şagird yerlik əlavə tədris korpusları tikilmiş, 2 xəstəxana, 2 poliklinika, 2 saylı uşaq evi, 7 uşaq bağçası əsaslı təmir edilmiş, 84 saylı orta məktəbin yerində 960 şagirdlik yeni məktəb binası, 104 saylı orta məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin inşası, 2 uşaq bağçasında əsaslı təmir   davam etdirilmişdir.

Yeri gəlmişkən, burada bir məqama da diqqət yetirmək istərdik. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması, yeni parkların salınması, insanların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları,  bağlardaxiyabanlarda ən yüksək standartlar səviyyəsində infrastrukturun yaradılması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. Bu baxımdan rayonda yenidən qurulmuş Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində yerləşən və sahəsi 15,5 min kvadratmetr olan park  daha çox diqqət çəkir. Parkda fəvvarə, uşaqlar üçün əyləncə-oyun meydançası, istirahət guşələri tikilmiş, qəsəbə sakinlərinin istirahəti üçün gözəl bir məkan yaradılmışdır.

Nazirlər Kabinetinin 20I3-cü il 30 dekabr tarixli sərəncamı ilə Yeni Günəşli “V” yaşayış sahəsində yeni parkın salınması və Qaraçuxur qəsəbəsində Neftçilər parkının yenidənqurulması məqsədilə 1,5 milyon manat vəsait ayrılmış və işə başlanılmışdır.

“Atəşgah məbədi” qoruqətrafı ərazilərdə, Atamoğlan Rzayev, Səttar Bəhlulzadə, Vladimir Balandin küçələrində genişmiqyaslı abadlıq işlərinə başlanılmış, fərdi yaşayış evlərinin fasadları abadlaşdırılmış, dam örtükləri dəyişdirilmiş, Səttar Bəhlulzadə dairəsindəki park yenidən qurulmuşdur.

Ötən il rayonda dörd çoxmənzilli yaşayış binası tikilmişdir. Nazirlər Kabinetinin sərəncamına əsasən, Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış  binası sökülmüş, yeni 5 mərtəbəli, 25 mənzilli və Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 9 mərtəbəli 81 mənzilli, Əmircan qəsəbəsində isə FHN-nin əməkdaşları üçün iki 12 mərtəbəli hər biri 72 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir.

Hesabat dövründə “Abad həyət” layihəsi çərçivəsində rayonun qəsəbələrində müasir standartlara uyğun 9 məhəllə abadlaşdırılmış, kompleks şəkildə yenidən qurulan həyətlərdə yaşıllıq örtüyü salınmış və sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

Rayon səliqə - sahmanı, təmizliyi ilə göz oxşayır

 

Ötən il rayonun sanitar təmizliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılmışdır. Respublika hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilən “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində məişət tullantıxanaları,  “Dədə Qorqud” adlandırılan yaşayış sahəsindəki tullantıxana təmizlənmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına icra hakimiyyətinə 7 ədəd “Ford” markalı məişət tullantıları daşıyan maşın verilməsi də  rayonda təmizlik işlərinin aparılmasına öz müsbət təsirini göstərmişdir.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri də davam etdirilmişdir. Dövlət Neft Şirkəti və iri özəl neft - qazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda olan 96 ğölməçə qurudulmuş, texniki rekultivasiya üsulu ilə 25,8 hektar torpaq sahəsi bərpa edilmişdır. Bundan başqa,  27 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, ərazilərdə 3900 ağackol əkilmişdir.

 

Heydər Əliyev Mərkəzi ideoloji mərkəzdir

 

Rayondakı  Heydər Əliyev Mərkəzi ulu öndərin adını daşıyan parkın ən gözəl guşəsində, icra hakimiyyəti inzibati binasının sag tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadratmetrdir. Ətrafında tikilmiş tağbəndlərdən ibarət dekorativ divar binanın görünüşünü daha da gözəlləşdirir.

Mərkəzin önündəki meydanda ümumilli liderin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.

2009-cu il may ayının 4-də Prezident İlham Əliyevin açılışı bildirən qırmızı lenti kəsməsilə fəaliyyətə başlayan  mərkəz ötən illər ərzində rayonun ideoloji mərkəzi kimi tanınmışdır. Burada indiyədək müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlarMilli Məslisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə 120-dən çox tədbir keçirilmişdir.

Mərkəzdə multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir. Bu ilin əvvəlinədək  45 mindən çox  yerlixarici ziyarətçi mərkəzin fəaliyyətilə tanış olmuş, elektron kitabxananın xidmətindən isə 12 mindən çox istifadəçi faydalanmışdır.

Yeri gəlmişkən, xatırladaq ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə  Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmişUlu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 11-ci sinif şagirdləri üçün dərslərin tədrisinə başlanmışdır.  Cari  ilin fevral-may ayları üzrə hazırlanan qrafik əsasında  keçirilən dərslər  tarix müəllimləri, eyni zamanda, ölkəmizin ali təhsil və elmi müəssisələrində çalışan alimləri tərəfindən aparılacaq.

 

Təhsilin keyfiyyəti, insanların sağlamlığı önə çəkilir

 

Rayonda ümumtəhsil məktəblərinin, uşaq bağçalarının təmiri, tikintisi geniş vüsət almışdır. Təlim-tərbiyə ocaqlarında təhsilin keyfiyyətinin, tədrisin səviyyəsinin yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Artıq rayon  icra hakimiyyətində  ən yaxşı məktəb direktorlarının, fənn müəllimlərinin, şagirdlərin, fənn olimpiadaları qaliblərinin mükafatlandırılması, onların əməyinin qiymətləndirilməsi ənənə şəklini almışdır.

Yuxarıda sadalananlarla bağlı bir neçə fakta nəzər salaq. Ötən tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında 275 saylı tam orta məktəb də olmuş, 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova ikinci dəfə “Ən yaxşı müəllim” adına layiq görülmüşdür.

Rayon üzrə 2012-2013-cü tədris ilində 1899 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1631 nəfəri ali məktəblərə sənəd vermiş və 992 nəfəri, yəni imtahanda iştirak edənlərin 60,8 faizi tələbə adını qazanmışdır.

Ötən tədris ilində 4 məzun orta məktəbi qızıl medalla bitirmiş, abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamış, 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür. Hesabat ilində rayonda vətəndaşların sağlamlığının qorunması, tibb xidmətin səviyyəsinin ildən-ilə yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığına uyğun olaraq cari il fevral ayının 17-dən başlayaraq  rayon sakinləri yenidən tibbi müayinəyə cəlb edilmiş, bununla əlaqədar icra hakimiyyətində komissiya yaradılmış və 10 gün ərzində 20 mindən yuxarı sakin dispanserizasiyadan keçmişdir.

 

Qayğı, diqqət olan yerdə...

 

Rayon icra hakimiyyəti hər zaman Milli Qəhrəman, şəhid, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, əlillərin və digər imtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır, onların problemlərinin operativ həll olunması üçün tədbirlər görür. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd olunması, ictimai təşkilatlar, siyasi partiyalardini qurumlar, habelə təhsil, səhiyyə, mədəniyyət müəssisələrilə qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası məsələlərinə mühüm önəm verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ötən il sentyabrın 27-də  Yeni Günəşli” yaşayış massivində yerləşən 2 nömrəli uşaq evində olmuşdur. Leyla xanım burda təhsil alan uşaqlarla görüşmüş, onlarla söhbət etmiş, yaşayış şəraiti ilə maraqlanmışdır.

2013-cü il ərzində rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 684 ailəyə yeni sosial müavinət,  3126 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 1798 yeni doğulmuş uşağa 142,3 min manat birdəfəlik müavinət, bütövlükdə bu dövr ərzində 4,8 milyon manat sosial müavinət və 4,9 milyon manat  sosial yardım ödənilmişdir. Sosial-məişət xidməti sektoru tərəfindən sanator-kurort müalicəsinə, istirahət mərkəzlərinə və pansionatlara 165 nəfər göndərilmişdir.

 

“Atəşgah məbədi” Qoruğunda bərpa və yenidənqurma işləri

 

Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.

 Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuşUNESCO-nunDünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu  ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilmişdir. 2012-ci ilin sentyabrından isə bu   Heydər Əliyev Fondunun dəstəyilə uğurla başa çatdırılmışdır.

Ötən il martın 29-da  Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva  Suraxanı rayonuna gəlmiş, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşlar.

 

Hər bir məmurun başlıca vəzifəsi...

 

Ötən il ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilmişdir.

Hesabat dövründə rayon icra hakimiyyətinə 5198 vətəndaş müraciəti daxil olmuş, onlardan 1230-u təkrar, 427-si kollektiv ərizələrdir. Müraciətlərin böyük hissəsi sukanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması və işıqlandırılması, fərdi yaşayış evlərinin tikintisi, mənzillərin sənədləşdirilməsi, işlə təmin olunma, torpaq sürüşməsi-çökməsi zonasında yerləşən evlər, qəyyumluq, himayə və addəyişmə məsələləri, sosial yardım göstərilməsi və s. haqqında olmuşdur.

Vətəndaş müraciətlərinin 2039-u müsbət, 45-i qismən həll olunmuş, 2294-nə müvafiq izahat verilmiş, 18-i əsassız sayılmış, 94-ü icraatdadır, 235-nin icrası nəzərdə tutulmuş, 473-ü baxılmaq üçün tabeli qurumlara və aidiyyəti orqanlara göndərilmişdir.

Səyyar görüş-qəbullar hər növbəti ay üçün təsdiq olunmuş qrafikə uyğun keçirilmişdir. 2013-cü ildə 2806 nəfərin iştirakı ilə 41 səyyar görüş-qəbul olmuşdur. Görüş-qəbullarda qaldırılmış 110 məsələdən 42-si müsbət həll edilmiş, 16-na qanunamüvafiq izah verilmiş, 58-nin dövlət və yerli proqramlarda icrası nəzərdə tutulmuşdur.

Rayon icra hakimiyyətinin başçısı tərəfindən  2013-cü ildə 1397 nəfər vətəndaş, ümumiyyətlə, icra hakimiyətində 3178 nəfər vətəndaş qəbul edilmişdir.

 

 Qarşıda mühüm vəzifələr durur...

 

Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə Azərbaycan Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və müvafiq “Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında əvvəlki illərdə icra olunmamış tədbirlərin başa çatdırılması nəzərdə tutulmuşdur.

Yeni Dövlət Proqramının rayonda həyata keçirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı imzalanmış,  qərargah yaradılmışdır. Ümumiyyətlə, Tədbirlər Planında rayon üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuşdur.

Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması,  yolların asfaltlanması, ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, səhiyyə, təhsil, məktəbəqədər, mədəniyyət, idman müəssisələrinin əsaslı təmiri və tikintisibir çox digər tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.

2014-cü ilin Azərbaycanda “Sənaye ilielan olunması, ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, bu məqsədlə bir sıra bölgələrdə texnoparkların, eləcə də hər bir şəhərdə xüsusi sənaye yerlərinin və zonalarının  yaradılması onu deməyə əsas verir ki, bu yaxınlarda qəbul edilmiş Bakı şəhərinin və qəsəbələrinin üçüncü inkişaf proqramı şəhərimizin, eləcə də Suraxanı rayonunun davamlı və tarazlı inkişafı üçün əlavə imkanlar yaradacaq, bununla da əhalinin həyat səviyyəsi daha da yaxşılaşacaqdır.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, rayonun əmək kollektivləri və sakinləri Suraxanıda son illər əldə edilmiş uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi naminə yeni Dövlət Proqramında qarşıya qoyulan vəzifələri də layiqincə yerinə yetirəcəklər.

 

 Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 27 fevral.- S. 5.