Sumqayıt hadisələri – erməni fitnəkarlığı

 

Sülhsevərliyi, humanistliyi, tolerantlığı ilə seçilən Azərbaycan xalqı və onun qızıldan qiymətli torpağı tarix boyu xarici düşmənlərin hədəfində olub. Bu ölkəyə sahib çıxmaq, onu nəzarətdə saxlamaq istəyənlər isə, ən azı, özləri qədər acgöz və qaniçən xalqdan – ermənilərdən dəyənək kimi istifadə ediblər. Xəstə təfəkkürlü bu millət isə tarix boyuBöyük Ermənistan” qurmaq həvəsi ilə yaşayıb, ancaq buna nail ola bilməyib. Ermənilər 1980-ci illərin ortalarından başlayaraq himayədarlarının köməyi ilə yenidən özlərinin çirkin məqsədlərini həyata keçirmək üçün fəaliyyətə başladılar. Əsas hədəfləri isə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Ancaq məsələnin miqyasını genişləndirmək üçün, necə deyərlər, nəyisə bəhanə etməyə ehtiyac var idi. Bu, Sumqayıt hadisələri oldu.

Azərbaycan oğulları Sovet İttifaqı dönəmində də dəfələrlə ölkəmizdən torpaq qoparmaq sevdasına düşən ermənilərin qarşısında ən böyük maneəyə çevrilmişdilər. Xüsusən, ulu öndər Heydər Əliyevin nüfuzundan çəkinən bədnam qonşularımız öz istəklərinə nail ola bilmirdilər. Ermənilər məhz  Heydər Əliyev keçmiş Sovet İttifaqı rəhbərliyindən istefa verdikdən sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətlərini genişləndirdilər.  Hətta bir müddət sonra  hiyləgər bir plan da hazırlamışdılar: DTK-dakı ermənilərin və himayədarlarının dəstəyi ilə Sumqayıtda iğtişaşlar törədiləcək, bu hadisələr haqqında dünya ictimaiyyəti məlumatlandırılaraq, azərbaycanlıların vəhşi xalq olduğu barədə yanlış rəy formalaşdırılacaqdır. Beləliklə, erməni-azərbaycanlı qarşıdurmasının dönməz xarakter aldığı və dinc nizamlama perspektivlərinin heçə endiyi sübuta yetirilməyə çalışılacaqdı.

 Bu hadisələrin fonunda Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün muxtar vilayəti Ermənistana birləşdirmək barədə qərarın qəbul olunmasına heç bir tərəf və ya ölkə etiraz edə bilməyəcəkdi. Hər şeyi qabaqcadan planlaşdıran  daşnaklar Sumqayıt şəhərini təsadüfən seçməmişdilər. Məlumdur ki, həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilərin törətdikləri vəhşiliklər təbii ki, onlarda qəzəb hissi yaratmışdı. Qorbaçovun “yenidənqurması” isə Sumqayıtı, sözün həqiqi mənasında, ölü şəhərə çevirmişdi. Burada işsiz qalan sakinləri təxribatlara çəkmək daha asan idi.

ermənilər buna nail oldular... 1988-ci il fevral ayının 27-28-də həyata keçirilən “ssenarinin  baş qəhrəmanı” olan erməni Eduard Robertoviç Qriqoryanın rəhbərliyi ilə Sumqayıtda törədilən kütləvi iğtişaşlar nəticəsində 32 nəfər həlak oldu, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 200-ə yaxın mənzil, 50-dən artıq mədəni-məişət təyinatlı obyekt və 40-dan çox avtonəqliyyat vasitəsi hücumatalana məruz qaldı, yandırıldı. Azərbaycana təqribən 7 milyon sovet rublu məbləğində ziyan dəydi. Ölkəmizin beynəlxalq imicinə vurulan zərbənin miqyasını isə hesablamaq mümkün deyildi.

Təsdiqini tapmış istintaq materiallarından da aydın olur ki, erməni başbilənləri tərəfindən təlimatlandırılan Eduard Qriqoryan aranı qızışdırmaq üçün hər  vasitəyə əl atıb. Hadisə şahidlərinin verdikləri ifadələrdən belə məlum olur ki, o, ehtiyac içərisində olan qaçqın gənclərə özünü Paşa kimi təqdim edibonlardan “səxavətini əsirgəməyərək” hər birinə 50 sovet rublu verib. Bu yolla gənclərin etimadını qazanan E. Qriqoryan hətta bir çoxuna narkotik-psixotrop həblər də paylayıb. İğtişaşlarda iştirakına görə təqsirləndirilən Ə. İsayev isə ifadəsində deyir: “Edik (xuliqanlar öz aralarında Qriqoryanı Edik adlandırırdılar-R.K.) hamıya həb paylayırdı, hansı ki, qəbul etdikdən sonra çox gücləndiyimi hiss etdim”.  Buradan da belə görünür ki, Qriqoryan müxtəlif narkotik həblər verdiyi gəncləri istiqamətləndirmək imkanı qazandığını anlayan kimi dərhal “vəzifəsini” yerinə yetirməyə başlayıb. “Qarabağ bizimdir! Ermənilərə ölüm!” – deyərək onları qızışdırıb və əvvəldən müəyyənləşdirilmiş ünvanlarda yaşayan ermənilərə divan tutmağa aparıb.

Bu, həmin ermənilər idi ki, terrorçu təşkilatlara maliyyə yardımı göstərməkdən imtina edir, Azərbaycana qarşı təxribatlar törətmək barədə Moskvanın, İrəvanın və xaricdəki erməni lobbisinin çağırışlarına məhəl qoymurdular. Daşnaklar Sumqayıt hadisələrini törətməklə həm “itaətsizlik” göstərən erməniləri cəzalandıracaq, həm də azərbaycanlıları vəhşi millət kimi dünya ictimaiyyətinə təqdim etmək fürsəti əldə edəcəkdilər. Hadisələrdə təqsirləndirilən Q. Məmmədov 1989-cu il fevralın 22-də verdiyi ifadədə təsdiq edir ki,  Eduard Qriqoryanın aldatdığı gənclərə Sumqayıtda məhz daşnakların hədəfində olan ermənilərin ünvanlarını göstərmişdi. Bu barədə danışan Q. Məmmədov deyib: “...Edik dedi ki, həmin mikrorayonda yaşayır və ermənilərin harada yaşadıqlarını dəqiq bilir”. Təqsirləndirilən İsayevlə Hüseynovun üzləşmə protokolunda da bu məsələ öz əksini tapıb. İsayev ifadəsində deyib: “Qriqoryan Edik cibindən siyahı çıxartdı, ona baxdı və mənim yaxınlığımda olan bir qrupu binaya tərəf apardı”. Necə deyərlər, hər şey gün kimi aydındır...

Bir daha faktlara nəzər salaq: Keçmiş SSRİ-nin baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, baş ədliyyə müşaviri Vladimir Semyonoviç Qalkinin imzaladığı 18/55461-88 nömrəli cinayət işinin ittiham aktında əvvəllər müxtəlif cinayətlərinə görə dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın kütləvi iğtişaşlarda bilavasitə iştirak etdiyi, şəhərdə yaşayan erməniləri öldürmək və onların şəxsi mülkiyyətini talamaq məqsədilə cinayətlər törətdiyi xüsusi qeyd olunmuşdur. İttiham aktında deyilir ki, Qriqoryan Sumqayıtdakı iğtişaşlarda fəal iştirak edən xuliqan qruplarını dəfələrlə erməni millətindən olan vətəndaşların mənzillərini talan etməyə çağırmışdır: Bundan əlavə, xuliqanlıq edən çoxsaylı şəxslər qrupu arasında yalnız erməni millətindən olan vətəndaşlar Mejlumyanın, Qriqoryanın, Yeseyanın, Petrosyanın ailələrinin mənzillərini və əmlakını talan etmək üçün erməni millətindən olan vətəndaşlar E.S.Qriqoryanı, M.Ş.Petrosyanı qəsdən öldürməyə yönəlmiş nümayişkarənə hərəkətləri ilə, əslində, erməni və Azərbaycan millətindən olan vətəndaşlar arasında milli düşmənçilik və ayrı-seçkilik yaratmaq məqsədilə təşviqat aparmış, onlarda nifrət hissi oyatmışdır”.

Sumqayıt hadisələri ilə bağlı qaldırılan cinayət işinin ittiham aktında o da qeyd olunur ki, Qriqoryan şəhərdə yaşayan erməni millətindən olan vətəndaşlara qarşı cinayətlər törətmək məqsədi ilə saat 16 radələrində şəhər avtovağzalı rayonunda, SülhDostluq küçələrinin kəsişdiyi yerə gəlmiş, metal boru parçaları, metal çubuqlar, dəyənək və başqa əşyalarla silahlanmış bir qrup şəxsə qoşulmuşdur. O və iğtişaşların digər iştirakçıları öncə L.Ş.Yeseyana məxsus Albina Yeseyanın idarə etdiyi “Moskviç-2140" markalı avtomobili saxlatdıraraq, I qrup gözdən əlil Levon Yeseyanı, Albina Yeseyanı və onların yetkinlik yaşına çatmamış qızları Narine Yeseyanı maşından çıxararaq döyməyə başlamışlar. Həmin gün saat 18 radələrində Qriqoryan və digər tərəfdaşları 3-cü mikrorayonda Mejlumyanlar ailəsinin yaşadığı evin qapısını sındıraraq mənzilə soxulmuş, oranı talan etmiş, pəncərə şüşələrini sındırmış, mebeli və digər ev əşyalarını qıraraq dağıtmış, bir hissəsini isə həyətə ataraq yandırmışlar. Qriqoryan Roza, QriqoriLyudmila Mejlumyanları vəhşicəsinə döymüş, Karina Mejlumyanı zorlamışdır. O, yanındakı digər xuliqanları öz hərəkətləri və sözləri ilə cinayətə cəlb etmişdir. Bu barədə istintaq qrupuna ifadə verən K. Mejlumyan belə demişdir: “Məhz E.R.Qriqoryan mənim anamı döyür, sındırılmış stulun ayağı ilə onun başına güclü zərbələr vururdu”.

Özü erməni olan Qriqoryanın öz millətinin nümayəndələrinə qarşı xüsusi amansızlıq etməsi maraqlıdır, deyilmi? Bununla bağlı onlarca fakt vardır. Həmin faktlardan bir neçəsini də oxucuların diqqətinə çatdıraq. Məsələn,  18/55461-88 nömrəli cinayət işinin ittiham aktında deyilir: “...Şəhərin 1-ci mikrorayonunda 33/14 nömrəli evdə erməni millətindən olan Petrosyanların 58 nömrəli mənzilini talamışlar. Balta ilə silahlanmış E.R.Qriqoryan digər iştirakçılar ilə birlikdə həmin mənzilə soxulmuşdur. E.R.Qriqoryan həmin mənzildə gördüyü Petrosyan Manvel Şamiloviçi qəsdən öldürmək məqsədilə onun başına zərbə endirmişdir. Lakin E.R.Qriqoryanın iradəsindən və istəyindən asılı olmayan səbəblərə görə M.Ş.Petrosyanı qətlə yetirmək niyyətini başa çatdırmamışdır, çünki zərərçəkən müdafiə olunaraq E.R.Qriqoryanın balta tutduğu əlinə çəkiclə zərbə endirmişdir. Bununla əlaqədar, zərərçəkənin başına E.R.Qriqoryanın əlindəki baltanın tiyəsi deyil, onun küpü dəymiş, nəticədə M.Ş.Petrosyanın əmgək nahiyyəsində kəllə-beyin travması, baş beynin silkələnməsi baş vermişdir”.

Bütün bunları edən Qriqoryan isə hər kəsə özünü azərbaycanlı kimi təqdim edir  və törətdiyi vəhşilikləri azərbaycanlıların adına çıxmağa çalışırdı. Bu, bir daha göstərirdi ki, Sumqayıt hadisələri ermənilər və keçmiş Sovet DTK-sı tərəfindən məqsədli şəkildə törədilib. Xatırladaq ki, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da hadisələrin Moskvadan idarə olunduğu faktını təsdiq etmişdi. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan isə vurğulamışdı ki, Sumqayıt hadisələri birbaşa Moskva tərəfindən təşkil olunub. Təbii ki, burada söhbət həm də sovet paytaxtında cəmləşən erməni daşnaklarından gedir.

Maraqlı olan digər bir fakt da ondan ibarətdir ki, İttifaq dönəmində SSRİ-də akkreditə olunmuş əcnəbi  xarici jurnalistlərin hamısı hadisələr baş verməzdən əvvəl Moskvadan Sumqayıta gəlib.  İğtişaşlar başlayanda həmin jurnalistlər Artaşes Qabrielyan adlı erməni ilə birlikdə Sumqayıtda sərbəst gəzişir, şəhərdə baş verənləri sakitcə kameraya çəkirdilər. Daha sonralar Qabrielyan çəkdiyi görüntülər əsasında “Bizi xilas edin” adlı “sənədli” film hazırlayır və erməni lobbisi bunu bütün dünyaya yayır. O dövrdə sovet rəhbərliyində təmsil olunan şəxslərin və ermənilərin məqsədi də bu idi. Sovet rəhbərliyi ona görə bunu istəyirdi ki, gələcəkdə Azərbaycan onun nəzarətindən çıxmaq istəsə, buraya növbəti dəfə qoşun yeritməyinə haqq qazandıra bilsin. Əgər belə olmasaydı, o vaxtlar sayı 12 minə çatan rus əsgərləri Sumqayıtdakı iğtişaşlara müdaxilə edərdi.

SSRİ Ali Sovetinin deputatı, xalq yazıçısı Anar Rzayev Moskvada müşavirədə bu sualı M.S.Qorbaçova verəndə sovet rəhbəri  özünü itirərək, suala-sualla cavab verdidedi: “Doğrudan da Sumqayıtda 11 min 600 əsgər var idi, onlar niyə iğtişaşın qarşısını almadılar?” Həmin günlərdə hadisələrin ermənilər tərəfindən törədilməsinin M. Qorbaçov tərəfindən ört-basdır edilməyə çalışılması da diqqətlərdən yayınmadı. Qorbaçov açıqlamalarının birində dedi ki, Sumqayıt hadisələrini bir qrup xuliqan şəxs törədib.  Con Hopkins Universitetinin Mərkəzi AsiyaQafqaz Tədqiqatları İnstitutunun baş direktoru Svante Korellinin yazdıqları isə başqa məqamlardan xəbər verir. O yazırdı: “Sumqayıtda sovet ordu hissələrinin və daxili qoşunların olması heç nəyi dəyişmirdi. Adama elə gəlirdi ki, ordu kənarda dayanıb talanları sakitcə müşahidə edirsovet hakim dairələri nəinki qan tökülməsinin qarşısını almaq niyyətində deyildi, hətta, iki etnik icma arasında münaqişə yaratmağa çalışırdılar”.

İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilsə də, ona 12 il azadlıqdan məhrumetmə cəzası, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarıldı. Məhkəmədən qısa müddət sonra Ə. Əhmədov Moskvada güllələndi. Qriqoryan isə hələ fevralın 29-da saat 13.00-da müəyyən olunmuş yerdən İrəvana aparılmalı idi. Lakin məlum səbəblərdən bu vaxt uzandı və o, məhkəmə yekunlaşandan sonra İrəvana aparıldı. Orada isə məhkum kimi deyil, qəhrəman kimi qarşılandı. Çünki öz ermənilərinin nümayəndələrinin qanını tökərək, azərbaycanlıları vəhşi bir millət kimi təqdim etmək məsələsində “qəhrəmanlıq”  göstərmişdi. Digər tərəfdən, Eduard Qriqoryanın ələ keçməsi ermənilərin planlarını alt-üst etdi. Çünki üzləşdirmə zamanı demək olar ki, zərərçəkmiş bütün ermənilər məhz Qriqoryanın onları öldürməyə çalışdığını, insanları təxribata çəkdiyini bildirdilər. Vəziyyətdən çıxmaq üçün ermənilər hətta şikayət edərək istintaqın SSRİ prokurorluğu tərəfindən aparılmasını tələb etdilər. Bu tələb dərhal qəbul olunduistintaq işini SSRİ baş prokurorunun mühüm işlər üzrə müstəntiqi Vladimir Semyonoviç Qalkin apardı. Lakin bu da onların yalanlarını gizlətməyə kifayət qədər kömək etmədi. Ona görə ki, hadisələrin hansı motivdə baş verməsi və proseslərin nəyə görə bu məcrada getməsi artıq göz qabağında idi.

Bütün faktlar da belə deməyə əsas verir ki, heç kəs “Sumqayıt işini saxtalaşdırmaqda bizi ittiham edə bilməz. Çünki bu işi SSRİ Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələrindən ibarət müstəntiqlər aparıblar. İşin özəyini təşkil edən istintaq hərəkətləri İrəvanda SSRİ və Ermənistan prokurorluğunun erməni, rus, ukraynalı müstəntiqləri tərəfindən keçirilib. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni fitnəsinin nəticəsi idi.

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 4.