Elmin inkişafı üzrə milli strategiya: zaman kontekstində baxış

 

(əvvəli qəzetin 27 fevral 2014-cü il tarixli sayında)

 

Maraqlı məsələlərdən biri də, Mili Elmlər Akademiyasının səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Belə ki, Milli Strategiyada ölkənin bütün elmi strukturlarında–akademiyada, onun elmi-tədqiqat müəssisələrində, nazirliklərdə, dövlət komitələrində, səhmdar cəmiyyətlərdə, şirkətlərdə, ali təhsil müəssisələrində, ayrı-ayrı kafedralaboratoriyalarda aparılan bütün elmi-tədqiqat işlərinin vahid mərkəzdən idarə olunması, elmi ekspertızaların aparılması, elmi tədqiqatların təhlili və səmərəliliyinin qiymətləndirilməsi, bütün elm sahələrində, dövlət siyasəti səviyyəsində əsas istiqamətlərin müəyyən edilməsi funksiyası da ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmış və bu mühüm vəzifələrin həyata keçirilməsi üçün vahid mərkəzdən idarə olunan yeni modelin tətbiqi vacib hesab edilmişdir. Eləcə də elmi qurumların strukturununmüasir standartlarının müəyyən edilməsi kimi mühüm vəzifələr akademiyaya tapşırılmışdır. Haqlı olaraq göstərilmişdir ki, Milli Strategiyanın müddəaları təkcə Milli Elmlər Akademiyasının ixtisaslaşmış elmi-tədqiqat institutlarının deyil, ayrı-ayrı istiqamətlər üzrə cavabdeh olan rəsmi strukturların qarşısında da təxirəsalınmaz vəzifələrin həyata keçirilməsini tələb edir. Buna görə də səylərin birləşdirilməsi, əlaqələndirilməsi və koordinasiyası son dərəcə vacibdir. Ötən dövr ərzində Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi sahəsində sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirilmişdir. Milli Elmlər Akademiyasının, onun ayrı-ayrı elmi tədqiqat institutlarının, digər qurumlarının fəaliyyəti əsaslı surətdə təkmilləşdirilmiş, normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmış, modernləşmə və innovasiya siyasətinin uğurlu həlli sahəsində səmərəli tədbirlər görülmüşdür. Elmi fəaliyyətin normativ-hüquqi bazasının yaradılması istiqamətində hazırda tədbirlər davam etməkdədir.

Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış “Elm haqqında” Qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Bu qanunun diqqətlə öyrənilməsi, müzakirəsi və qəbulu ölkə ictımaiyyətinin, xüsusilə elmi fəaliyyətlə məşğul olan insanların gündəlik marağındadır. Bu baxımdan əsas məsələlərdən biriElm haqqında” Qanun layihəsinin 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublıkasının “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq məcburi hüquqilinqvistik ekspertizalardan keçirilməsi, mütəxəssislərin iştirakı ilə müzakirəsi və qəbul edilməsidir. “Təhsil haqqında” Qanunun layıhəsi ilə bağlı buraxılan qüsurların, sonradan müəyyən çətinliklərə səbəb olması nəzərə alınaraq “Elm haqqında” Qanunun layihəsi ilə bağlı oxşar səhvlər təkrar edilməməli və mükəmməl bir normativ-hüquqi akt qəbul edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsi əqli mülkiyyət hüququnu və 51-ci maddəsi vətəndaşların yaradıcılıq azadlığını bəyan etmişdir. Bu da onu göstərir ki, elm insan fəaliyyətinin mühüm bir sahəsi, mühüm bir növüdür. Bu baxımdan layihənin adında göstərilən “elm” anlayışına bir qədər yaradıcı yanaşmağa zərurət vardır. Belə ki, təbiət, cəmiyyət və insan təfəkkürü haqqında yeni biliklər sisteminin formalaşmasına yönəlmiş yaradıcı tədqiqat fəaliyyəti sahəsində ictimai münasibətləri tənzimlədiyinə görə, layihənin adının “Elmi fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu adlanması məqsədəuyğun olardı. Gələcəkdə isə bir sıra qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq və elmi fəaliyyətin bütün məsələlərini kompleks qaydada həll edə bilən “Elm Məcəllə”sini də hazırlamaq mümkündür.

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin layihəsi hazırlanarkən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə ciddi əməl edilməli, layihə qəbul edilməzdən əvvəl müvafiq ekspertizalardan keçırilməli və “Hüquqi aktların dövlət reyestri”ndə qeydə alınması üçün tədbirlər görülməlidir. Buna görə “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 4-cü maddəsində müvafiq dəyişikliklər aparılmalı, Azərbaycan Milli Elmlər Akademiyası və onun Rəyasət Heyətinin qərarlarının normativ xarakterli hüquqi aktlar sırasına daxil edilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılmalıdır.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.04 maddəsində akademiyaya - “müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən fundamental, tədqiqi və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi kimi” defınisiya verilmişdir. Bu anlayış Azərbaycan Milli Elmlər Akademiyasının hazırda qüvvədə olan nizamnaməsində (maddə 2,4) akademiyaya verilən anlayışla fərqli mahiyyət daşıyır. “Təhsil haqqında” Qanunun 1.0.20-ci maddəsində “fəxri professor”, 1.0.25-ci maddəsində “institut”, 1.0.52-ci maddəsində “tyutor” anlayışlarına verilmiş definisiyalar da qüsurludur. Belə səhvlərin nəticəsidir ki, hazırda “Təhsil haqqında” Qanunun ciddi surətdə təkmilləşdirilməsinə və onun dövlətin təhsil siyasətinin müasir tələblərinə uyğunlaşdırılmasına zərurət yaranmışdır. Oxşar vəziyyətlə üzləşməmək üçünElm haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsində istifadə edilən müxtəlif terminlərə verilən anlayışlar diqqətlə öyrənilməli, layihənin ayrı-ayrı maddələrindəki fərqli cəhətlər, habelə qüvvədə olan “Təhsil haqqında” Qanunla, digər normativ-hüqüqi aktlarla qarşılıqlı surətdə müqayisə apardıqdan sonra müzakırəyə çıxarılması üçün tədbirlər görülməlidir. Milli Strategiyanın qəbulunun tezliklə 5 illiyi tamam olacaqdır. Təəssüf ki, “Elm haqqında” Qanunun müzakirəsi və qəbulu gecikməkdədir.

Elmi fəaliyyətlə sıx bağlı olan Ali Attestasiya Komissiyasının elmi işçilərin attestasiyası sahəsində son dərəcə əhəmiyyətli və sistemli tədbirlər həyata keçirməsini xüsusi olaraq vurğulamaqla yanaşı, bu komissiyanın fəaliyyətini tənzimləyən müxtəlif əsasnamələrin də təkmilləşdirməsinə və normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırılmasına zərurət vardır. İnsan hüquqları və azadlıqları ilə sıx bağlı olan bu əsasnamələr gələcəkdə dəyişdirilməli və hesab edirəm ki, “Elmi dərəcələrinelmi adların verilməsi haqqında” müvafiq qanun qəbul edilməlidir. Bu zaman “fəlsəfə doktoru” və “elmlər doktoruelmi dərəcələrinin verilməsi şərtləri də əsaslı şəkildə təkmilləşdirilməlidir. Mövcud əsasnamənin 7-ci maddəsinə görə, elmlər doktoru elmi dərəcəsi üçün iddiaçının apardığı elmi tədqiqatların və araşdırmaların, mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeniböyük elmi problemin həllini təmin etməsi, müvafiq elm sahəsinin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəaların işlənib hazırlanması və elmi - texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfələr verilməsi, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texnikitexnoloji işləmələrin həll olunması kimi şərtlər mühüm tələblər kimi irəli sürülmüşdür. Göründüyü kimi, müasir dövr üçün elmlər doktoru kimi yüksək elmi dərəcə iddiasında olan şəxs qarşısında belə mücərrəd vəzifələrin qoyulması tamamilə yolverilməzdir. Fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçıları isə (maddə 8) müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif etməsi (nəinki həll etməsi, hətta sadəcə olaraq təklif etməsi), böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texnikitexnoloji işləmələrin təkmilləşdirilməsinə dair elmi şərhin verilməsi tələb olunur. Hesab edirəm ki, bu meyarlar dəyişdirilməlidir. Bu gün alim adı verilən hər bir şəxsin dissertasiya işi, əslində, kəşf mahiyyəti daşımalı, tədqiqatçının patentləri, ixtiraları, elmi konstruktor işləri, layihələri, mühüm problemin yeniuğurlu həllini təmin edən monoqrafiyaları elmə töhfə səciyyəsi daşımalıdır.

Qloballaşan dünyada elmelmi fəaliyyət qarşısında mühüm vəzifələrin qoyulduğu bir şəraitdə elmlər doktoru və fəlsəfə doktoru kimi yüksək elmi dərəcə iddiasında olan şəxslərə qarşı belə sadə tələblərin qoyulması düzgün hesab oluna bilməz. Əsasnamədə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarının informatikadan, xarici dildən və ixtisasdan imtahan verməsi qaydası nəzərdə tutulduğu halda, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarının hər hansı bir fəndən, ümumiyyətlə imtahan verməsi belə nəzərdə tutulmamışdır. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahədə ali təhsili olan şəxslərin, pedaqoji sahədə isə iddiaçıların iki il pedaqoji stajının olması tələb edildiyi halda, konkret ixtisas üzrə heç bir baza təhsili olmayan şəxsin, sadəcə olaraq imtahan verməklə istənilən ixtisas sahəsində elmlər doktoru olmasına imkan verilməsi yanlış təcrübədir. Lazımi balı toplayıb hüquq fakültəsinə daxil ola bilməyən şəxs, sonradan çox asanlıqla hüquq elmləri doktoru ola bilir. Doğrudur, bir sıra başqa ölkələrdə də iddiaçılara belə anormalqeyri-elmi tələblər irəli sürülsə də, biz, heç olmazsa, milli elmimizin inkişafı xatirinə iddiaçılara qarşı belə qeyri-adekvat tələblərin qoyulmasını və baza təhsilinə əhəmiyyət verilməməsi kimi qeyri-normal vəziyyəti aradan qaldırmalıyıq. Bu gün baza təhsilli zoomühəndis, alim-aqronom, kulinariya, coğrafiya müəllimi və s.bu kimi ixtisaslara sahib olan şəxslərin, hüquq ixtisaslarından bir imtahan verməklə (bu imtahanların necə verilməsi hamımıza məlumdur) hüquq elmləri doktoru, digər müvafiq fənlərdən imtahan verməklə siyasi elmlər doktoru, fəlsəfə elmləri doktoru, sosiologiya elmləri doktoru alimlik dərəcələri almasına dair çoxsaylı faktlar göstərmək olar. Belə yanlış praktikaya son qoyulmalıdır. Elə buna görə də akademik Ramiz Mehdiyev haqlı olaraq göstərir ki, biz lazım olan yüksək ixtisaslı kadrları, peşəkarları tapmaqda çətinlik çəkirik: “Əgər Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı bir hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir”.

Azərbaycan elminin bugünkü səviyyəsini uzun tarixi bir dövrün, təkamül yolunun təbii nəticəsi kimi qiymətləndirmək olar. Bununla belə, SSRİ dövründə də Azərbaycanda elmi daim dinamik inkişafda olması xüsusatlarının qeyd edilməsi zəruridir. Bütün bunların nəticəsidir ki, ölkəmizdə elmin müasir inkişafı neft sənayesinin və texnologiyasının, sənətkarlığın və memarlığın, kənd təsərrüfatının və aqrar sektorun müxtəlif sahələrində yadda qalan böyük uğurlar kimi tarixə düşmüşdür.

Elmi-texniki vasitələrdən səmərəli istifadə edilməsi, sosioloji sorğuların aparılması, sistemli strukturstatistik təhlil metodları, ümumiləşdirmələr, nəzəriyyə və təcrübənin əlaqələndirilməsi, kompleks təhlil kimi metodlar olmadan hüquq elmləri sahəsində uğurlu nəticələr əldə etmək mümkün deyildir. Dissertasiya tədqiqatları zamanı kompleks elmi tədqiqatlar sistemaltı element kimi əsas mövzunun müxtəlif hissələrinin tədqiqini və əldə edilən nəticələrin ümumiləşdirilməsini tələb edir. Hüquqi tədqiqatlar zamanı araşdırılan mövzu diqqətlə öyrənilməli, bununla bağlı müxtəlif müəlliflərin fikirləri və mülahizələri təhlil edilməli və müəllifin mövqeyi ciddi surətdə əsaslandırılmaqla formulə edilməlidir. Bu zaman normativ-hüquqi aktlardan yaradıcılıqla istifadə edilməli, tədqiq edilən mövzunun hüquqi tənzimlənməsi sahəsində boşluqlar göstərilməli və onların aradan qaldırılmasına dair təkliflər irəli sürülməlidir. Belə hallarda təcrübi materiallardan, statistik məlumatlardan, ümumiləşdirmələrdən, sosioloji sorğulardan və ən nəhayət məhkəmə aktlarından istifadə edilməsi əldə edilən nəticələrin mötəbərliyi üçün çox vacibdir. Tədqiqatçı gəldiyi nəticələri və irəli sürdüyü təklifləri elə əsaslandırmalıdır ki, onun dürüstlük dərəcəsi şübhə doğurmasın, irəli sürülən fikirlər və mülahizələr problemin yenidaha uğurlu həllini təmin etmiş olsun.

Milli elmimizin inkişafına ayrılan büdcə vəsaitinin artırılması da olduqca vacibdir. Necə deyərlər, bu, cənab Prezidentimizinneft kapitalını insan kapitalına çevirmək” haqqında çağırışına bir cavab olardı. Milli Strategiyada göstərildiyi kimi, əgər keçən əsrin 90-cı illərində büdcədən elmə ayrılan xərclər ümumidaxili məhsulun 0,3-0,5 faizi hüdudlarında idisə, 1998-2008-ci illər ərzində bu rəqəm cəmi 0,2 faiz təşkil etmişdir. Buna görə də elmə ayrılan vəsaitin artırılması istiqamətində görülmüş tədbirlər elmin maddi - texniki imkanlarının artırılması və alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş tədbirlərə adekvat olaraq öz elmi bəhrəsini verməlidir.

Bu gün ölkəmiz müharibə şəraitində olmasına baxmayaraq, dünyanın qabaqcıl və ən inkişaf etmiş dövlətlərindən birinin rəhbəri kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin böyük uzaqgörənliklə təsdiq etdiyi elmin inkişafı üzrə Milli Strategiya mahiyyət etibarilə ölkəmizin milli maraqlarının və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinin elmitexnoloji əsaslarını müəyyən etmiş, ölkədə demokratik, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin inkişafına, davamlı iqtisadisosial tərəqqiyə xidmət edən bir sənəd kimi tarixə düşmüşdür. İllər ötəcək və milli elmimizin möhtəşəm uğurları, nailiyyətləri qürur hissi ilə qeyd edilərkən bu sənədin müstəsna əhəmiyyəti daha dərindən hiss ediləcəkdir.

 

 Bəhram ZAHİDOV,

 

AMEA Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor

 

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 4.