Suraxanı rayonunda 2013-cü ilə yekun vurulmuşdur

 

Rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında  ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə  qarşıda duran vəzifələr  müzakirə edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, “Bayraq meydanı”nda  həmişəyaşıl ağaclar əkmiş, “Gözəl şəhər: Bakı riqalıların gözü ilə” adlı foto sərgiyə baxmışlar.

Daha sonra tədbir iştirakçıları icra hakimiyyətinin rəsm qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrində buraxılan məhsullarla tanış olmuşlar.

Yığıncaqda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında filmslaydlar göstərildikdən sonra hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, ötən il rayonda sənaye   məhsulunun   istehsalı   353,6  milyon manat, tikinti-quraşdırma işləri 224,3 milyon manat, nəqliyyat xidmətləri 20,3 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 168,7 milyon manat təşkil etmiş, orta aylıq əmək haqqı 575,3 manat olmuş, daimi olmaqla 2380 yeni yeri açılmışdır.

Tədbirə müxtəlif səbəblərdən gələ bilməyən sakinlər Prezident Administrasiyasının tapşırığına əsasən icra hakimiyyətində yaradılmış operativ idarəetmə mərkəzinin imkanlarından istifadə edərək yığıncağı video bağlantı ilə izləmiş və onları narahat edən məsələləri “onlaynqaydada  rayon rəhbərliyinin diqqətinə  çatdırmışlar.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyey, Milli Məslisin deputatı Fərəc Quliyev, iri müəssisə və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri  çıxış etmişlər.

Rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

Hesabat yığıncağını yekunlaşdıran icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə, ölkəmizi böyük qətiyyətlə irəliyə apardığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və əmin etmişdir ki, həmişə olduğu kimi, cənab dövlət başçısının ətrafında sıx birləşərək, respublikamızın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi  naminə qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək, ulu öndər Heydər Əliyevin əbədiyaşar irsinə sadiq qalacaqlar.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçılarının ünvanladığı müraciətin mətni oxunmuşdur.

Yığıncaqda Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Ağacan Abıyev  iştirak etmişlər.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 5.