Nyu-Yorkda azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirmişlər
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu-York Azərbaycan-Amerikan Qadınlar Assosiasiyası Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin və BMT Baş Assambleyasının binası qarşısında etiraz aksiyası təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Amerika bayraqları, Xocalıya ədalət tələb edən və faciəni əks etdirən plakatlar tutublar.
Onlar “Ermənistan terrorçu”, “Ermənistan uşaq və qadın qatili”, “Ermənistan, etdiklərindən utan!”, “Ermənistan, Azərbaycandan və Türkiyədən əlini çək!” kimi şüarlar səsləndirib. Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciəsi haqqında broşürlər paylanıb.
Aksiyaya Türk icmasının nümayəndələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dəhşətli faktı bütün dünyaya çatdırmaq üçün bütün vasitələrdən istifadə edəcəklərini bildirmişlər.
Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro
etiraz nümayişində iştirak
edib. O, Ermənistan və Azərbaycan
arasındakı uzunmüddətli münaqişənin həlli
yolunda əlindən gələn köməyi
göstərəcəyinə söz vermişdir.
Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 5.