Şəki: illik hesabat təqdirəlayiqdir

 

Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də ötən il kifayət qədər uğur və nailiyyətlərlə yaddaşlara yazıldı. Elə bir sahə, elə bir təşkilat olmadı ki, əvvəlki ilə nisbətən daha uğurlu göstəricilər qazanılmasın. Görülmüş işlərə yekun vurularkən üz ağlığı ilə söhbət açılmalı məqamlar onlarla, yüzlərlədir. Biz ilboyu həmin göstəricilər barədə söhbət açmışıq. Ona görə də indi ancaq şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun 2013-cü ilin sosial-iqtisadi inkişafı və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağındakı hesabatında səsləndirilən fakt və rəqəmlərin bəziləri ilə kifayətlənirik.

Rayon rəhbəri yığıncaqda qeyd etdi ki, 2013- ilin avqust ayı Şəki üçün kifayət qədər əlamətdar hadisələrlə zəngin oldu. Avqustun 14-də cənab Prezident İlham Əliyev Şəkiyə gəldi. Dövlət başçısı şəhərimizdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evinin açılışında iştirak etdiSabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu.

Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bizim hər birimizi məmnun edən fikirlər söyləyərək dedi: “ Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Bizbunu bərabər edəcəyik.”

Yığıncaqda qeyd edildi ki, 2013-cü ildə Şəkinin müəssisələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 335 milyon 8 min manatlıq məhsul buraxılıb. İl ərzində 1656 yeni yeri açılıb. Bunun da 95,8 faizi daimi yerləridir. Rayonda iqtisadisosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 93 milyon 432 min manat olub.

 Şəhərin yeni Baş Planına uyğun olaraq 9 hektar ərazidə Heydər Əliyev adına parkın, Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının, şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanıb. 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binaları tikilib istifadəyə verilib. 7 məktəbin tikintisiya əsaslı təmiri başa çatdırılıb, 5 məktəbin tikintisinə başlanılıb. Eyni zamanda şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası istifadəyə verilib, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi başa çatdırılıb.

Rayonun ümumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermişdi. Onlardan 680 nəfəri tələbə adını qazanıb. Ali məktəbə daxil olanların 145 nəfəri 500-dən , 55 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Xatırladaq ki, Şəki məktəblərinin sonuncu məzunlarından 11 nəfəri  qızıl medala layiq görülmüşdü.

Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyindəki tibb müəssisələri 2013-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəldib, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilib.

Çoxsaylı fakt və rəqəmlərlə zəngin olan hesabatın sonunda rayon rəhbəri əminliklə qeyd etdi ki, Şəkidə son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu ildavam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Cavanşir Feyziyev və Əli Məsimov iştirak və çıxış etmişlər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 6.