Sosial problemlərin həlli

iqtisadi inkişafın rəhnidir

 

 Məlumdur ki, iqtisadi vəziyyətdən yaranan sosial problemlər, öz növbəsində, iqtisadiyyatın inkişafına ciddi təsir göstərir. İqtisadisosial problemlər elə bir sistemdir ki, burada elementlər inkişafın vasitə və məqsədi kimi həyata keçirilərək, qarşılıqlı əlaqədədir, biri digərindən asılıdır və bu qarşılıqlı əlaqənin qırılması bütövlükdə sistemi məhv edə bilər.

 

İslahatların təşəbbüsçüsü qismində dövlət çıxış edərkən iki məqama xüsusi diqqət yetirilməlidir: birincisi, dövlətin islahatçılıq fəaliyyəti cəmiyyətin sosial-iqtisadi inkişafının vəziyyəti və tendensiyaları  barədə dərin biliklərə arxalanmalıdır; ikincisi, əgər dövlət təsərrüfat subyektlərinin özlərinin müstəqilliyini və təşəbbüskarlığını hərəkətə gətirə bilməsə, onda  dövlətin islahatçılıq imkanları əhəmiyyətli dərəcədə azalacaqdır.

İqtisadi inkişafın sosial yönümlülüyü istehsalın istehlakçıya tabe etdirilməsini bildirir. İstənilən bazar strukturunda istehsalçıların iqtisadi maraqları istehlakçıların tələbatlarının ödənilməsindən savayı digər bir həyata keçirilmə forması tanımır və belə bir forma ümumiyyətlə yoxdur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə formalaşmış sosial yönümlü iqtisadiyyatın müasir tipi  aşağıdakı amillərlə xarakterizə olunur:

Əhalinin daha az təminatlı təbəqələrinin nəfinə gəlirlərin  cəmiyyətin yüksək gəlirlərə malik təbəqələri arasında yenidən bölüşdürülməsinin əhəmiyyətli dərəcədə geniş miqyas alması;

– büdcə vəsaitləri hesabına əhaliyə pulsuz sosial xidmətlər göstərilməsi üçün fondların yaradılması;

– işsizliyə görə və ölkənin əmək  qabiliyyəti olmayan vətəndaşlarının saxlanmasına görə müavinətlərin ödənilməsi üçün büdcələrdə (yerli və ümumdövlət) ehtiyat fondların yaradılması;

– əhalinin müəyyən kateqoriyalarına müxtəlif xidmətlər göstərən  ictimai fondların geniş şəbəkəsinin mövcudluğu;

– dövlət və işəgötürənlər tərəfindən göstərilən sosial xidmətlərə və təqdim olunan imtiyazlara vətəndaşların  hüquqlarının qanunvericiliklə təsbit olunması və bu hüquqların reallaşdırılmasını təmin edən təsirli mexanizmlərin olması.

Qeyd etmək lazımdır ki, sosial yönümlü müasir bazar iqtisadiyyatı Qərb ölkələrinin sosial-iqtisadi inkişafının uzunmüddətli təkamülünün, sahibkarların və muzdlu işçilərin iqtisadi maraqlarının bir-birindən asılı olmasının, elmi-texniki inqilab dövründə istehsalın rentabelliliyinin təmin edilməsi sahəsində çalışanların keyfiyyət xarakteristikalarının əhəmiyyətinin artmasının nəticəsidir. Lakin bunu da qeyd etmək ədalətli olar ki, əhalinin sosial tələbatlarının ödənilməsi kapitalın ilkin məqsədi deyildir. Bununla birlikdə,  Azərbaycan Respublikasında iqtisadi islahatların və bazar münasibətlərinə keçidin bütün mərhələlərində sosial problemlərin həllinə, hər şeydən əvvəl, əhalinin az təminatlı və sosial baxımdan zəif təbəqəsinin sosial müdafiəsinə böyük diqqət yetirilmişdir. Bu, iqtisadi islahatların dərinləşdirilməsi və sosial yönümlü bazar iqtisadiyyatının formalaşdırılması şəraitində vacib vəzifələrdən biridir. Öz növbəsində, əmtəə istehsalının və bütün iqtisadiyyatın  keyfiyyətcə yenidən qurulması, zəngin təbii və digər resurslara malik iqtisadi potensialdan səmərəli istifadə olunması əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bütün sosial münasibətlər sisteminin təkmilləşdirilməsi ilə sıx bağlıdır.

 Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixən qısa zaman kəsiyi ərzində iqtisadiyyatın islahatlar yolu ilə yenidən qurulması üzrə çox vacib, eyni zamanda, son dərəcə mürəkkəb vəzifələri həll etməli, həm də bu zaman sosial sarsıntılar və cəmiyyətdə parçalanma üçün əlyeri qoymamalı idi. Məsələ burasındadır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflicsosial kollaps vəziyyətinin yaranması ilə nəticələnmişdi. Üstəlik, həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yurd—yuvasından didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu.

Lakin bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. Bu gün cəsarətlə demək olar ki, keçid dövrünün saysız-hesabsız çətinlikləri dəf olunaraq  tarixə  çevrilmiş, qeyri-sabit ictimai mühit, beynəlxalq aləmdən təcrid olunmuş ölkə, dağıdılmış iqtisadiyyat, hiperinflyasiya və digər problemlər artıq keçmişdə  qalmışdır. Ölkə iqtisadiyyatındakı  müsbət irəliləyiş  əhalinin həyat səviyyəsinin və alıcılıq qabiliyyətinin  sabitləşməsinə, nominal pul gəlirlərinin artmasına, ailə büdcələrində  ehtiyatların  yaradılmasına  imkan  vermişdir.

Artıq uzun illərdir ki, ölkənin vergi və büdcə siyasətində xərclər üzrə aşağıdakı  cəhətlərə xüsusi  diqqət  yetirilməsi  nəzərdə  tutulur:

– Xərclərin investisiya  istiqamətini və sosial  yönümlülüyünü  təmin etmək;

– ölkənin daxili  potensialından  və büdcə  resurslarından səmərəli  istifadə  etməklə, iqtisadi  regionlar  üçün  xüsusi əhəmiyyəti olan  sahələrin  inkişafına, istehsal  müəssisələrinin fəaliyyətinin daha da  genişləndirilməsinə, ixrac yönümlü məhsul   istehsalının stimullaşdırılmasına, yerli  sahibkarlığın  inkişafı  yolu  ilə əhalinin məşğulluq  əmsalının yüksəldilməsinə, həyat səviyyəsinin  yaxşılaşdırılmasına  və ölkə  iqtisadiyyatının  daha da   canlanmasına  kömək etmək;

sosial  siyasətin  ardıcıl həyata keçirilməsi üçün  yoxsulluğun  mərhələlərlə  aradan  qaldırılmasına, əməkhaqqının, pensiya  əlillik müavinətlərinin  artırılmasına  nail olmaq və onların ünvanlılığını  təmin edən  tədbirlər  görmək;

– dövlət  qulluqçularının sosial müdafiəsini gücləndirmək;

kiçik  orta  sahibkarlığın  inkişaf  etdirilməsi üçün hazırlanmış  proqramların həyata  keçirilməsində  büdcənin  rolunu  və vəsait  qoyuluşunu  artırmaq.

İqtisadi  sosial  inkişafın  əsas  makroiqtisadi  göstəriciləri ümumi daxili məhsulun   artımına, onun  tərkibində qeyri-neft sektorunun və regionların iqtisadi inkişafının  xüsusi  çəkisinin müsbət  istiqamətdə  dəyişməsinə, daxili  istehsalın  həcminin genişləndirilməsinə,  iqtisadiyyata  xarici  investisiyaların axınına şərait yaradacaqdır. Dövlətin  təsərrüfat  subyekti kimi  iqtisadi  tənzimləmə  prosesində  aparıcı funksiyalarını  özəl  qurumlara verməsi də  reallığa  çevrilməkdədir. Son illərdə  qəbul  edilib  həyata keçirilən dövlət  büdcələri əsasən sosial  yönümlü  olmuşdur.  Bu, onu göstərir  ki, Azərbaycan dövlətinin  rəhbərini  birinci  növbədə  əhalinin  sosial  durumu,  maddi rifahının  yaxşılaşdırılması  düşündürür. Həyata  keçirilən iqtisadi  proqramlar nəticəsində hər yeni büdcə ilində  sosial müdafiə  xərcləri  əhəmiyyətli  dərəcədə  yüksəlir. Uşaqlar, əlillər, qaçqın və  məcburi köçkünlər üçün  ayrılan  müavinətlərin,  büdcədən maliyyələşən təşkilatlarda  çalışan  işçilərin əməkhaqqının  artırılması, onların  orta  aylıq əməkhaqqının  arasındakı fərqin  azaldılması  istiqamətində  işlər  davam etdirilir. Qeyd etmək  yerinə  düşərdi ki,  büdcə  təşkilatlarında çalışan və dövlət  təminatında olan əhalinin  sosial  müdafiəsini gücləndirmək  məqsədilə  son  illərdə ölkə Prezidenti tərəfindən çoxsaylı  sərəncam  imzalanmışdır. Bu  sərəncamlar səhiyyə, təhsil,  elm, idman,  mədəniyyət, ədəbiyyat, incəsənət, sosial-təminat sahələrinin  işçilərini,  pensiya  və müavinət alanları, qaçqın    məcburi  köçkünləri  əhatə  etmişdir.

Məlumdur ki, beynəlxalq iqtisadi inteqrasiyanın güclənməsi, sahələrarası və sistemdaxili təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi, istehsalın böyük miqyasları və dərin ixtisaslaşması, elmi-texniki tərəqqinin və innovasiya proseslərinin inkişafı şəraitində, insanın, texnikanın və təbiətin mürəkkəb qarşılıqlı fəaliyyəti və bütün təkrar istehsal prosesində insanın rolunun yüksəlməsi  zamanı, iqtisadisosial səmərəlilik arasında optimal proporsiyaların qoyulması çox çətin vəzifədir.

Bu vəzifənin həllinin çətinliyi respublika əhalisinin həyat səviyyəsini yüksəltmək və ona sosial xidmətlər göstərmək zərurətində, deməli, iqtisadi islahatlar şəraitində sosial sferanın inkişafına məsrəfləri artırmaqdadır. Həm də bu zaman istehlak standartlarının inkişaf etmiş ölkələrdə təşəkkül tapmış səviyyəsi ilə postsovet məkanındakı faktiki səviyyə arasında əhəmiyyətli fərqlərin mövcudluğu sosial təyinatlı istənilən tədbirin səmərəliliyini azaldırdı. Belə bir şəraitdə iqtisadi və sosial səmərəlilik arasında optimal uzlaşdırmanı tapmaqbu əsasda cəmiyyətin inkişafında nəzərəçarpacaq tərəqqiyə nail olmaq heçasan vəzifə deyildi.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider  Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi nəticəsində qısa müddət ərzində ölkəmizin möhkəm iqtisadi təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır. Daha konkret desək,  Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli fərmanda qeyd olunduğu kimi, “Azərbaycanda 1993-1995-ci illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, bir çox sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlığın təməli qoyulmuşonun inkişafında əhəmiyyətli uğurlar qazanılmış, əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır”. Rəqəmlərlə ifadədə, 1998-2003-cü illərdə ümumi daxili məhsul 60 faiz, kapital qoyuluşu 2,8 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə artmışdı. Bu dövrdə dövlət büdcəsinin kəsiri 2 faizdən, inflyasiyanın səviyyəsi isə 2,5 faizdən çox olmamışdı. Ümumi daxili məhsulda özəl bölmənin payı 1998-ci ildəki 59,5 faizdən 2003-cü ildə 73 faizə, o cümlədən sənayedə 26 faizdən 54 faizə çatmışdı. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək və problemləri kompleks həll etmək məqsədilə 10-dan çox dövlət proqramı qəbul edilib  həyata keçirilmişdir.

Dövlət  müstəqilliyimizin bərpasından sonra Azərbaycan iqtisadiyyatını milli  mənafelərə uyğun zəmində  yenidən  qurmaq  məqsədlərinin ardıcıl həyata  keçirilməsi tarixdə  ilk dəfə olaraq  məhsuldar qüvvələrin  ölkə ərazisi daxilində daha səmərəli yerləşdirilməsinə də böyük imkanlar açmışdır.  Məlumdur ki,  beynəlxalq aləmdə regional  istehsalın tarazlı  inkişafı hər bir ölkənin bu əsasda ümumi  sosial-iqtisadi  tərəqqisinin  ən əlamətdar  göstəricilərindən biri kimi qiymətləndirilir. Dünya  təcrübəsi  göstərir ki,  bu mühüm problemin  düzgün həllinin  əsasında, ilk növbədə, hər bir  ərazinin  yerli  təbii  sərvətlərindən,  istehsal imkanlarından, işçi qüvvəsindən  səmərəli    dolğun  istifadə  etməklə, ölkənin çoxşaxəli və geniş tərkibli iqtisadi inkişafı  durur.

Planlı təsərrüfatçılıq sistemində Azərbaycan  iqtisadiyyatı uzun illər boyu əsasən  elmi-texnikiümumi inkişaf  tələblərinə  uyğun olaraq dinamik şəkildə artsa da, bütün  dövrlərdə inkişaf bu  ya digər  dərəcədə  birtərəfli getmişdir.  Azərbaycanın  böyük  imkanlarından  son dərəcə məhdud  istifadə  edilməsinin nəticəsi olan  bu hal bütün dövrlərdə məhsuldar  qüvvələrin, əsasən də  sənayenin  inkişaf  səviyyəsinə  görə regionlar arasında böyük  fərqlərin  yaranmasının  başlıca  səbəblərindən  biri olmuşdur. Bu  vəziyyət təqribən  bir əsrə  yaxın dövr ərzində daha kəskinliklə  özünü  büruzə  vermişdir.  Müstəqillik  əldə etdikdən sonra ilk illər  Azərbaycan  iqtisadiyyatının  məlum  səbəblər  üzündən  düçar olduğu  ağır  böhran  onun bir  çox  regionlarının  inkişafını  daha böyük  miqyasda tənəzzülə  uğratdı.  Sonralar  Azərbaycan  iqtisadiyyatının ümumi  dirçəliş    yüksəliş  mühitinin  yaranması    aparılan  aqrar islahatlar nəticəsində  əsas kənd  təsərrüfatı  məhsullarının  istehsalı böyük  həcmdə  artsa da,  emal  müəssisələrinin  zəif  bərpası bir çox rayonlarda bütövlükdə  sənayenin  əvvəllər nail  olunmuş  yüksək  səviyyəyə  qalxmasını  hələ  təmin  etməmişdir.

Digər ölkələrdə  olduğu  kimi, Azərbaycanda  da hər bir regionun ahəngdar sosial-iqtisadi  inkişafı onun səmərəli  təsərrüfat sisteminin yaradılmasının əsaslarından  birini təşkil  edir. Məhsuldar   qüvvələrin  ümumi  inkişaf  səviyyəsinə  görə  regionlar  arasında  uyğunsuzluqların yaranması isə ölkənin   sosial-iqtisadi  durumunun  həyati  əhəmiyyət kəsb edən bütün  tərəfləri üçün  yolverilməz mənfi  nəticələrin  törənməsinə  səbəb olur. Hər  şeydən əvvəl,  istehsalın  kiçik  ərazidə  həddən artıq  yüksək  səviyyədə   toplanması müəssisələrin  fəaliyyətində müxtəlif  xarakterli  çətinliklər meydana  çıxarır,  şəhərdaxili  nəqliyyatın  hərəkəti  çətinləşir,  ətraf  mühitin  çirklənməsi   xeyli  kəskinləşir, əhalinin mənzil, su,  təzə  ərzaq  məhsulları  ilə  təchizatında  böyük  problemlər  yaranır və  s. Bu amillərin mənfi təsirinin  yumşaldılması isə xeyli  miqdarda  əlavə  vəsaitin  sərf  edilməsi  hesabına müəyyən  dərəcədə  tənzimlənir.  Digər tərəfdən,  ümumi  sosial-iqtisadi  inkişaf  səviyyəsinin  aşağı  qalması  üzündən başqa  regionlarda    yerlərinin  kifayət  qədər  olmaması, onlarda  mədəni-məişət  xidməti  müəssisələrinin  azlığı    nisbətən məhdud dərəcədə  fəaliyyət göstərməsi nəticəsində  insanların  yaşayışı  üçün  son dərəcə əlverişli olan  ərazilərdən  əhalinin  boşalması  meyili  baş verir.  Bütövlükdə, ölkə  üzrə  əhalinin qeyri-bərabər  məskunlaşması isə ümumi  sosial-iqtisadi  inkişaf vəzifələrinin həlli  məqsədlərini  çətinləşdirir,  bəzən hətta  onların   reallaşmasının mümkünsüzlüyü şəraitini yaradır.  Azərbaycanda  çox  uzun bir  dövrdür ki, belə  məskunlaşma sistemi  təşəkkül tapmışdır.  Onun  təkmilləşməsi xeyli  vaxt    lazımi  sosial-iqtisadi  inkişaf tədbirləri həyata  keçirməyi  tələb  etdiyindən  problemin həlli aktual olaraq  qalırdı.  Təkcə  bu fakt bütün  regionlarda   məhsuldar  qüvvələrin  ümumi  səviyyəsini onların imkan  və tələbatına  uyğun inkişaf  etdirməklə, Azərbaycan   ərazisində ölkənin böyük iqtisadi   potensialı  ilə birlikdə  xeyli  sayda əhalinin  məskunlaşması  üçün  çox böyük imkanların olduğunu  göstərirdi.

Bu mənada Azərbaycan əhalisinin  rifahının  daha  da  yüksəldilməsinə, müxtəlif  regionlarda əlavə   yerlərinin  açılması  üçün müxtəlif istehsal sahələrinin artırılması  imkanlarının müəyyən edilməsinə, bu məqsədlə  islahatların  dərinləşdirilməsi və   genişləndirilməsinə, yerli  sahibkarlığın  fəaliyyətinin  gücləndirilməsinə  yönəldilən  çoxsaylı dövlət tədbirləri respublika  iqtisadiyyatının  inkişafında  əhəmiyyətli  bir mərhələnin başlandığına dəlalət edir. Azərbaycanın  dönməz xarakter almış  davamlı  yüksək  inkişafı,  xüsusən  neft  strategiyası məqsədlərinin ardıcıl olaraq  mərhələ-mərhələ  gerçəkləşdirilməsi, ölkə  iqtisadiyyatının başqa sahələrinin   dirçəlişinə miqyaslı neft müqavilələrinin yaratdığı əlverişli  şərait  respublikanın regionlarında  məhsuldar  qüvvələrin sürətli artımı  üçün  geniş  imkanlar açmışdır. Bu imkanlar  “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli fərmanın davamı olaraq 2004-cü il 11 fevral tarixli fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” dolğun əksini tapmışdır.

Azərbaycanın  regionlarında istehsalın müxtəlif sahələrinin  yüksək  səviyyədə  inkişafını  şərtləndirən belə bir cəhəti xüsusi  vurğulamaq  lazımdır ki, onların  hamısı çoxlu təbii  sərvətlərə    başqa   imkanlara  malikdir. Bu  da çox əhəmiyyətlidir ki,   əgər Abşeron özünün  zəngin  neft, təbii qaz  başqa  mühüm sərvətləri ilə bütün dünyada  məşhurdursa,  Azərbaycanın  başqa  regionları neft-qazla  zənginliyi  ilə yanaşı, çox geniş  tərkibdə başqa  xammal  imkanlara  da  malikdirlər.   Regionların, demək olar ki, hamısı  müxtəlif  tərkibli    təyinatlı  təbii  tikinti  materialları ilə zəngindir; ölkə  ərazisinin  bütün  hissələrinin  son dərəcə əlverişli torpaq-iqlim  şəraiti və  suvarma  təminatı  özünün yüksək  keyfiyyətinə  görə  dünya bazarlarında  geniş  yer tuta  biləcək  müxtəlif  kənd təsərrüfatı  məhsulları  istehsal  etməyə, habelə  bu əsasda emal sənayesini inkişaf  etdirməyə  imkan verir;  Azərbaycanın bütün  regionları zəruri  amillər   toplusuna   görə çoxfunksiyalı  müalicə-istirahət və turizm təsərrüfatı kompleksinin  böyük  miqyasda  inkişafı  üçün  müstəsna  əlverişli  şəraitə  malikdir; regionların hamısında  kifayət qədər yerli əmək ehtiyatları vardır, həm də  onların  çoxu müxtəlif  peşə    ixtisasa  sahib olan hazır  işçi qüvvəsidir; iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını  sürətləndirmək    istehsalın təşkilini nisbətən  daha az  vəsaitlə  başa  çatdırmaq üçün  istisnasız  olaraq bütün regionlar ilkin tələblərə cavab verən səviyyədə mənimsənilmişdir və s. Bütün bunlar isə o deməkdir ki, respublikanın  hər  bir ərazisinin sərvətlərindən səmərəli istifadə  etməklə,  ölkəmiz öz iqtisadiyyatını heç bir dövlətdən asılı olmadan, hərtərəfli kompleks inkişaf etdirə bilər.

Bu məqamları nəzərə alaraq, regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən Dövlət Proqramı ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini – neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkənin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Dövlət Proqramı bütövlükdə ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapmış, regionların siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta və digər iri şəhərlərə axını səngiyərək əks proses başlanmış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır.

Bütün bunlar isə iqtisadi cəhətdən səmərəli, sosial yönümlü bazar sistemi şəraitində baş vermişdir. Azərbaycanın regionlarında görülən işlərin, həyata keçirilən proqramların mahiyyətini açıqlayarkən Prezident İlham Əliyev demişdir:  “Azərbaycanın hərtərəfli inkişafı bölgələrin inkişafından asılıdır. Məhz buna görə də biz bölgələrə yeni infrastruktur gətirməyə çalışırıq. Yaradılan müəssisələr, fabriklər, zavodlar bölgələrin inkişafına xidmət edir. Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun, bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin.

Əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır, Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Biz düz yolla gedirikbu yol inkişaf yoludur”.

Buradaca qeyd  etmək yerinə düşər ki,  iqtisadi cəhətdən səmərəli, sosial yönümlü bazar sisteminin yaradılması çox mürəkkəb və ağır  bir işdir. Cəmiyyətin belə bir halı rəngarəng və dünya bazarında rəqabət qabiliyyətinə malik  malların (xidmətlərin) yüksək inkişaf səviyyəli istehsalına keçmək yolu ilə mümkündür ki, bu da əhalinin həyat səviyyəsini yüksəltməyin və onu tədricən inkişaf etmiş, iqtisadiyyatı, sözün həqiqi mənasında, sosialyönümlü olan ölkələrin həyat standartlarına yaxınlaşdırmağın zəruri şərti sayılır. Bu kontekstdə makroiqtisadi səviyyədə  müasir texnologiyaların geniş tətbiqi yolu ilə istehsalın təşkilinin keyfiyyətcə təkmilləşdirilməsi, yüksək dərəcədə təşkilatlanmış iqtisadi sistemin formalaşdırılması əsasında dayanıqlı və sabit iqtisadi artıma nail olmağa yönəlmiş səylərin göstərilməsi tamamilə əsaslandırılmış görünür.

İstənilən ölkədə, şübhəsiz ki,  müəyyən resursların sərf edilməsi hesabına əldə olunan ictimai inkişaf müxtəlif iqtisadisosial nəticələrin məcmusu kimi dəyərləndirilir. İqtisadi nəticələr ÜDM-in həcmi ilə, sosial nəticələr isə ÜDM-in istehlaka yönəldilən hissəsi ilə müəyyən olunur. Səmərəlilik nəticələrin məsrəflərə nisbətidir. Bu nöqteyi-nəzərdən iqtisadi səmərəlilik ÜDM-in həcminin bütün məsrəflərə nisbəti, sosial səmərəlilik isə ÜDM-in  istehlak üçün istifadə edilmiş həcminin həmin məsrəflərə nisbəti kimi müəyyən edilir. Deməli, ümumi daxili məhsulun istehlak olunan hissəsini artırmaqla, sosial nəticələrin yaxşılaşdırılmasına nail olmaq, əhalinin sosial cəhətdən zəif təbəqəsinin, işsizlərin, əlillərin, uşaqların və s. taleyinə daha çox diqqət yetirmək olar. Lakin bu, istər-istəməz ümumi daxili məhsulun yığıma, investisiyaya və istehsalın inkişafına yönəldilən payının azaldılmasına səbəb olar ki, bu da iqtisadi inkişafın templərində şəksiz əksini tapacaqdır. Bununla əlaqədar olaraq, tamamilə məntiqi bir sual yaranır: Bu sahələrin (iqtisadiya sosial) hansı birində daha yüksək nəticələrin əldə olunması ölkə üçün prioritet əhəmiyyət daşıyır?

Sosial prioritetlər probleminin mühüm aspekti istehsalın iqtisadi səmərəliliyi ilə onun sosial yönümlülüyünün qarşılıqlı əlaqəsidir. Cəmiyyətin inkişafı lap əvvəldən vahid tamın iki tərəfini – sosialiqtisadi tərəfləri müəyyən edən ikili sosial-iqtisadi proseslərlə xarakterizə olunur. Sosialiqtisadi tələbatların qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı istehsalın və bütövlükdə, cəmiyyətin inkişafında ilkin və həllediçi amil kimi çıxış edir. Sosialiqtisadi tələbatların ümumiliyi və fərqləri, deməli, həm də maraqları tarixən istehsalın inkişaf səviyyəsi və hər şeydən qabaq, izafi əməyin həcmi ilə müəyyənləşmişdir. İstehalın yetərincə inkişaf etməməsi, yəni ekstensiv xarakter daşıması şəraitində ictimai tərəqqinin hər iki tərkib hissəsi (iqtisadisosial) bir-birinə əks olan xarakter daşıyır və qarşılıqlı artıma yardım etmir.

İstehsalın iqtisadi səmərəliliyinə sosial ədalətin möhkəmləndirilməsi ilə bağlı olan sosial amillər ciddi təsir göstərir. İşçinin əmək və məişət şəraiti, sağlamlığı, asudə vaxtı, ətraf mühit ölkənin dayanıqlı iqtisadi  inkişafının təmin edilməsinin, adamların əmək fəallığının artırılmasının təsirli vasitəsi, həm əməyə və həm də onun nəticələrinə yeni münasibətin formalaşdırılmasının mühüm amilidir. Əmək şəraitinin sağlamlaşdırılması, təhsil almaqixtisas, peşəkarlıq səviyyəsini yüksəltmək üçün əlverişli imkanların yaradılması, əmək rejiminin yaxşılaşdırılması və s. sosial amillər təkcə əmək məhsuldarlığına və istehsalın səmərəliliyinə təsir göstərmir, həm də bazar təsərrüfatçılıq şərtlərinə uyğun gələn yeni əmək münasibətlərinin formalaşmasına kömək edir.

 

(ardı var)

 

Ayaz ORUCOV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 1 iyul.- S.7.