Parklar Bakının
yaraşığıdır
Bakı son illərdə tanınmaz dərəcədə dəyişmişdir. Bunu təkcə bakılılar deyil, şəhərimizin qonaqları da etiraf edirlər. Yeni prospektlər və küçələr, mehmanxanalar, yaşayış evləri, yollar, keçidlər və körpülər, çoxmərtəbəli inzibati binalar, teatr və konsert salonları onun füsunkar gözəlliyinə yeni çalarlar bəxş edir.
Bu gözəlliyi tamamlayan yeniliklərdən biri
də şəhərimizdə
salınmış bir-birindən yaraşıqlı parklar və xiyabanlardır.
Paytaxtımızın
salınan yeni parklarının müəlliflərindən
biri, Türkdilli
Ölkələrin Beynəlxalq Elmlər Askademiyasının professoru, Ümumdünya
Reklamçılar İttifaqının üzvü,
memar Cahid Həsənov
bu barədə
bizimlə söhbətində
dedi:
– Hörmətli Prezidentimiz İlham
Əliyevin göstərişləri əsasında son illər Bakı
şəhərində və regionlarımızda yeni parkların
salınmasına və mövcud
olanların yenidən
qurulmasına xüsusi diqqət yetirilir. Prezidentin dediyi kimi, Bakı gözəl, müasir,
inkişafda olan şəhərdir. Doğrudan
da, şəhərimiz günbəgün inkişaf edir, yeniləşir.
Şərqlə Qərbin memarlıq ənənələrini
özündə birləşdirir.
Şəhərimizdə sosial obyektlərin tikilməsi, köhnələrin
yenidən qurulması da diqqətdən yayınmır. Görün, son illər nə
qədər parklar, xiyabanlar
salınmışdır. Bunlar əhalinin
istirahəti, asudə vaxtını səmərəli keçirməsi
üçün çox
əhəmiyyətlidir.
Bakının elə rayonu yoxdur ki, orada
müasir tipli parklar
salınmasın.
Həm də bu parklar tərtibat
xüsusiyyətlərinə, memarlıq üslubuna görə bir-birindən fərqlənir. Bakıya gələn memarlar
bizim parklara həsəd aparırlar. Bu
parkların milli dəyərlərimizə
uyğun olaraq qurulması onların gözəlliyini daha
da artırır. Bizim
Milli Parkda olanlar
yaxşı bilirlər ki, bura sözün əsl mənasında, gözəlliklər diyarıdır. Milli
Park Xəzər sahili boyu ilbəil genişlənir, hər gün burada minlərlə bakılı və şəhərimizin qonaqları istirahət edirlər.
Bakı parkları, həqiqətən, füsunkardır. Onların memarlıq həllində müxtəlif materiallardan
istifadə olunur. Bunun çoxu xarici ölkələrdən gətirilir. Həm də onların inşasında təcrübəli ustalar işləyirlər.
Adətən, deyirlər ki, hər bir ailənin
qonaq otağı olduğu
kimi parklar da şəhərin “qonaq
otaqları”dır. Ona görə də
gözəl və cazibədar olmalıdır. Xarıcdən gələn qonaqlar bu parklarda istirahət
etməyə daha
çox maraq göstərirlər.
Parklar xalq üçün yaradılır. Ona görə də onun tərtibatında xalqın zövqü,
milli mentalitet nəzərdən
qaçırılmamalıdır. Milli atributlar
aparıcı element olmalıdır.
Xarici qonaqlar bu parklarda milli dəyərlərimizin
nümunələrini görməli,
onlarla tanış olmalıdırlar.
Mən şəhərimizdə
salınan Heydər Əliyev
parklarının tərtibatını
olduqca yüksək qiymətləndirirəm. Bu parkların ərazisində
gənclər mərkəzlərinin yaradılması da vacibdir. Gənclərin istirahəti və maariflənməsində onlar əhəmiyyətli
rol oynaya bilər.
Bakıdakı Şəhidlər
Xiyabanı, Fəxri Xiyaban və başqa bu tipli xiyabanlara vətənpərvərlik ruhu təlqin edən məkan kimi baxmaq
lazımdır.
Mən özüm memar kimi, bir neçə
parkın layihə müəllifiyəm. Cənab
Prezidentin göstərişi ilə Milli Qəhrəman Koroğlu Rəhimovun adına park salındı. Dövlət
başçımızın
istəyi əsasında yaradılan bu
park bir sıra
xüsusiyyətlərinə görə başqalarından fərqlənir. Biz orada buta formasında fəvvarə yaratdıq. Baxmayaraq
ki, burada modern
ünsürlərdən istifadə olunub,
klassik ənənələri də
unutmamışıq. Bu parkda Şərqlə Qərbin memarlıq nümunələrinin sintezini yaratmağa
çalışmışıq.
Mənim bir neçə
layihəm əsasında
salınan parkda da bu xüsusiyyətlər nəzərə
alınmışdır. Qaradağ rayonu ərazisindəki Heydər
Əliyev Parkı da mənim layihəm
əsasında yaradılmışdır. İlk
dəfə olaraq mənim layihəm əsasında yanacaqdoldurma məntəqəsi
ətrafında park
salınmışdır. Bu təcrübə,
yəqin ki, davam
etdiriləcək, onlar da şəhərimizin gözəlləşməsinə xidmət
göstərəcək.
Ümumiyyətlə,
şəhərimizdəki
parkların hər biri
füsunkardır. Onların sayı artdıqca
paytaxtımız daha da gözəlləşir. Bu yaxınlarda “Böyük
Bakının Pegional İnkişaf
Planı” hazırlanıb. Bu planda da yeni-yeni
parkların, xiyabanların salınması nəzərdə tutulub. Elə tikintisi sürətlə davam edən “Ağ şəhər”də də belə parklar çox olacaq. İndi Bakı
təkcə neft şəhəri kimi deyil, həm də gözəlliklər şəhəri kimi
məşhurlaşacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 5 iyul.- S.7.