Prezident İlham
ƏLİYEV: Bu gün
qarşıda duran ən
mühüm strateji məqsəd Azərbaycanı
dünyanın ən inkişaf
etmiş və rəqabətə davamlı ölkələri
səviyyəsinə yüksəltməkdir
İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində ölkə Prezidenti İlham Əliyev demişdir: Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişafını nümayiş etdirir. Son 10 il ərzində biz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olmuşuq. Sosial və iqtisadi islahatlar firavanlığı təmin edib, işsizliyi və yoxsulluğu azaldıb. Hesab edirəm ki, hökumətimizin ən böyük nailiyyətlərindən biri sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə müşayiət olunmasından irəli gəlir.
Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən
çox artıb. Bu, dünyada ən sürətli inkişaf
göstəricisidir. Eyni zamanda,
yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir.
Biz ümumən işsizlik
məsələsini həll etmişik. İşsizlik də təxminən 5 faiz səviyyəsindədir. Çox
sabit maliyyə sistemimiz
mövcuddur. Xarici borcumuz ümumi daxili məhsulun yalnız 8 faizini
təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən
biridir. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu
təşkil edir. Bunun
sayəsində bizim sərmayə qoymaq və beynəlxalq bazarlarda
kredit götürmək imkanımız
vardır. Kredit reytinqimiz
S&P, Moody’s və Fitch
kimi əsas reytinq
agentlikləri tərəfindən
yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində
sərmayə yatırılıb. Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir.
Gələcək üçün iqtisadi perspektivlər çox
müsbətdir. Hazırda biz
iqtisadiyyatımızın şaxələndirilməsi üzrə
fəal çalışırıq...”.
Bu gün Azərbaycanın
sosial-iqtisadi inkişafında digər uğurlar da diqqət
çəkir. Bunların bir qisminə nəzər
salaq. Hazırda ölkəmizdə mühüm infrastruktur
layihələri yüksək səviyyədə icra olunur. Böyük İpək Yolunun bərpasına və
canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni
Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir
yolunun yenidən qurulması,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin
davam etdirilməsi məqsədilə maliyyələşmələr davam etdirilir. Azərbaycanda
artıq həm kosmik sənayenin əsası
qoyulmuş, peykimiz fəzaya
qaldırılmış,
ölkəmizin neft-qaz
potensialının inkişafı və möhkəmləndirilməsi
üçün tarixi
“Şahdəniz-2" investisiya sazişi bağlanmışdır. Bunlar tarixi nailiyyət, Azərbaycanın
tarixi qələbəsidir.
Müstəqilliyimizin
ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması və xarici kapital
axınının təmin edilməsi qarşıya mühüm vəzifə kimi
qoyulmuşdur. Düzdür, 2005-ci ilədək
iqtisadiyyata qoyulan
investisiyanın böyük bir qismi enerji
sektoruna yönəldilirdi, lakin
sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişdi. Ümumiyyətlə,
investisiya siyasəti Azərbaycan hökumətinin
müəyyənləşdirdiyi
uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm
tərkib hissəsidir. İnvestisiya
axınının təşviq edilməsində əsas məqsəd
iqtisadiyyata xam vəsaitlərin
daxil olması və istehsalat
bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli
biznes mühitinin
formalaşdırılması kimi mühüm məsələlərin həllini
sürətləndirməkdir.
Xatırladaq ki, hazırda Azərbaycan xarici
investisiyaları lazımi qaydada qoruyan ölkə kimi böyük nüfuza malikdir. Ötən 10 ildə ölkəmizə
170 milyard dollar məbləğində
sərmayə yatırılmışdır. Keçən il bu göstərici 28 milyard dollar olmuşdur. Bu rəqəmin
70 faizi yerli, 30 faizi isə xarici
investisiyadır.Ekspertlərin fikrincə, gələcək üçün iqtisadi
perspektivlər də müsbətdir.
Burada bir məsələ
də xüsusilə diqqət çəkir. Bu
da neft-qaz
resurslarından səmərəli istifadə olunması ilə
bağlıdır. Azərbaycanın güclü neft-qaz
potensialı onun beynəlxalq və regional miqyaslı enerji
layihələrinin əsas təşəbbüskarına
çevrilməsinə imkan
yaratmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz
ehtiyatlarının istismarının genişlənməsi
respublikamızın enerji təhlükəsizliyini
tam təmin etmişdir.
Hazırda Azərbaycanın zəngin enerji
resursları 7 neft-qaz kəməri ilə dünya bazarına nəql edilir.
Ümummilli liderimiz Heydər
Əliyev enerji layihələrinin uğurla həyata keçirilməsinə həmişə
xüsusi diqqət və qayğı ilə
yanaşırdı. Dahi öndərin təşəbbüsü
ilə “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində
ölkəmizdə yeni neft strategiyası
uğurla həyata keçirilməyə
başladı. Məhz bu müqavilədən sonra
dünya dövlətlərinin Azərbaycan
iqtisadiyyatına marağı qat-qat
artdı və ölkəmizin neft
ehtiyatlarının istismarına böyük
həcmdə xarici
investisiyalar yönəldildi.
Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji
əhəmiyyəti getdikcə yüksəlir. Artıq Azərbaycanın
iştirakı olmadan regionda
hər hansı bir infrastruktur
layihəsinin reallaşdırılması mümkünsüzdür.
Çox mühüm coğrafi mövqedə yerləşən
respublikamız regionda əsas enerji resurslarına malikdir.
Bundan başqa, ölkəmiz
Asiya ilə Avropa
arasında həm də təbii körpü
rolunu oynayır. Hazırda bu
regionda qlobal əməkdaşlığa
daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz
enerji dəhlizləri daha
çox əhəmiyyət
daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz
ölkə deyil, eyni zamanda, bunları hasil edən
dövlətdir. Eyni zamanda,
nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm
dövlətinə çevrilməsi təbiidir.
Neftin və qazın irihəcmli nəqlini və
xarici bazarlara
ixracını təmin etmək məqsədilə
çoxşaxəli boru nəqliyyat infrastrukturunun yaradılması mühüm
əhəmiyyət daşıyır. Belə ki, yeni neft
strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa
boru kəmərlərinin yenidən
qurulması, daha sonra neftin və qazın etibarlı və
irimiqyaslı ixracını təmin etmək məqsədilə
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum
(BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək
istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya
bazarına çatdırılmasında önəmli rol oynamışdır. Xüsusən də Xəzər
dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji
dəhlizi ölkənin tranzit
potensialının daha da
güclənməsinə əlverişli şərait
yaradır.
Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara
verilməsi ölkəmizin enerji təhlükəsizliyi
məsələsində həlledici rol
oynadı. Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və
fasiləsiz ixracında əvəzedilməz rol
oynayan BTC Mərkəzi Asiya
dövlətləri üçün də müstəsna əhəmiyyət
kəsb edir. Eyni zamanda, illik ötürücülük qabiliyyəti 60 milyon ton olan
BTC sutkada 1,2 milyon barel neftin Səngəçal
terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan
yaradır.
Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərinin
fəaliyyətə başlaması ilə respublikamız Qərbin
mühüm qaz
ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından
birinə çevrilmişdir. “Şahdəniz”
yatağında qazın istismarının genişlənməsi
isə ölkənin daxili tələbatını tam ödəməklə
yanaşı, beynəlxalq bazarlara da daşınmasını təmin etdi. Bu, dövlətimizin iqtisadi qüdrətinin durmadan
artmasının bariz nümunəsidir.
Hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin
Azərbaycan sektorunda yerləşən
yuxarıda adını çəkdiyimiz “Şahdəniz” strukturundan əldə edilir.
Müstəqil Azərbaycanın tarixində ilk
dəfə olaraq iri qaz-kondensat yatağı sayılan “Şahdəniz”
1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən
“Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən
iri qaz-kondensat
yataqlarından hesab edilir.
Yatağın ehtiyatları 1,2 trilyon
kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir.
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində
hasil olunan qaza “Cənub qaz dəhlizi”
layihəsi üçün əsas mənbə
kimi baxılır. “Şahdəniz-2"
layihəsi üzrə qazın ixracına 2017-ci ildən
başlanılması planlaşdırılır.
“Şahdəniz-2"dən
əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə,
10 milyard kubmetri Avropa ölkələrinə
satılacaqdır. Azərbaycan qazını Avropaya
aparan yollar da məhz Türkiyədən keçəcəkdir.
Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın –
Trans Anadolu Qaz Boru Kəmərinin
üzərinə düşür.
Keçən ilin iyun
ayında Prezident İlham
Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan iki ölkə arasında
TANAP üzrə hökumətlərarası müqavilə
imzalamışlar.
Bütün bunlar barədə
Bakıda ATƏT Parlament
Assambleyasının “Helsinki+40: Hər kəs üçün
təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik
sessiyasının plenar iclasının
açılış mərasimində ölkə Prezidenti İlham Əliyev
demişdir: “Azərbaycan dünyada
ilk ölkədir ki, Xəzər,
Qara və Aralıq dənizlərini
şaxələndirilmiş boru kəmərləri
ilə birləşdirir. Bunun sayəsində
biz təchizat marşrutlarını
müxtəlifləşdirmişik ki, bir marşrutdan
asılı olmayaq. Bu,
hasilatçı kimi bizim
üçün çox
vacibdir. Eyni zamanda, həmin şaxələndirilmə tərəfdaşlarımız
üçün də vacibdir.
Onlar enerji
resurslarının əlavə mənbələrini
qazanır, neft və qaz
yataqlarımızda aparılan hasilat və
infrastrukturumuz Avropanın enerji
təhlükəsizliyinə töhfə verir.
Avropa İttifaqı ilə Azərbaycan
arasındakı münasibətlər müəyyən dərəcədə
enerji əməkdaşlığına
söykənir. Mənimlə Avropa
Komissiyasının sədri arasında 3 il
əvvəl imzalanmış memorandumda Azərbaycan
“Cənub” qaz dəhlizinin əsas tərəfdarı
və təşəbbüskarlarından biri
kimi qeyd olunur. “Cənub” qaz dəhlizi
Azərbaycanın irəli sürdüyü
tarixi layihədir. Biz
maliyyə yükünün əsas hissəsini
öz üzərimizə götürmüşük.
Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz dəhlizi
üç əsas elementdən ibarətdir:
dünyada ən böyük
qaz yataqlarından biri
sayılan “Şahdəniz” yatağından qazın
hasilatı, həmin qazın nəqli və şaxələndirmədir.
Qazın nəqli üç boru kəməri ilə həyata keçiriləcəkdir.
Tikinti işləri başa
çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya
gedən böyük boru
kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu,
Cənubi Qafqaz və Trans-Adriatik
boru kəmərlərindən gedir. Bu, Avropa
üçün hazırda həyata
keçirilən ən böyük infrastruktur layihəsidir.
Azərbaycan isə
belə bir tarixi layihənin
həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə
bölgəmizin və Avropanın enerji xəritəsini
dəyişəcək və bizim, yəni
hasilatçıların, tranzit ölkələrin
və istehlakçıların maraqlarına xidmət edəcəkdir.
Enerji siyasəti, enerji təhlükəsizliyi
və enerji diplomatiyası sahəsində
həmin üç komponent
arasında maraqların tarazlığı uğur
üçün əsas şərtdir.
Əminəm ki, biz buna nail olacağıq. Gələn
illərdə tərəfdaşlarımızla bir yerdə biz bu tarixi layihəni başa çatdıracağıq...”.
Azərbaycanın enerji siyasətindən danışarkən, bir məqamı da vurğulamaq istərdik. Bu
da dünyada neft ölkəsi kimi
tanınan respublikamızda iqtisadiyyatın neftdən
asılılığına son
qoyulması ilə bağlıdır. Xatırladaq ki, bu məsələ ümummilli lider Heydər
Əliyevin müəyyən etdiyi əsas
prioritetlərdən biri sırasında olmuşdur. Məhz buna görə də Azərbaycanın malik olduğu əmək
ehtiyatlarından, təbii və iqtisadi
potensialından səmərəli istifadə etməklə
neftdən gələn gəlirləri iqtisadiyyatın digər
sahələrinə yönəltmək, ölkədə rəqabətqabiliyyətli
malların istehsalını artırmaq, əhalinin yoxsulluq səviyyəsini
aşağı salmaq, müasir
tipli infrastruktur yaratmaq məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il
fevralın 11-də “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”
icrası ilə bağlı fərman imzalamışdır.
Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala,
Şirvan, Lənkəran, Aran,
Gəncə-Qazax və Yuxarı Qarabağ
iqtisadi rayonlarına daxil
olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə olaraq
17 sərəncam imzalanmışdır. Bununla
da regionların iqtisadi
inkişafında üçüncü mərhələnin
başladığını demək olar.
Proqramın icrası
nəticəsində regionların sosial - iqtisadi inkişafı əhalinin gəlirlərinin
və həyat səviyyəsinin
yaxşılaşdırılmasına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə,
proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft
sektoruna qoyulan
investisiyanın həcmi isə 6,2 dəfə artmış və
ümumi investisiyaların strukturunda
onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
çatmışdır. Ölkə sənayesində
2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.
Prezident İlham Əliyev
başladığı işləri daha böyük əzmlə davam
etdirmək məqsədilə 2009-cu il aprelin 14-də
“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramını
imzaladı. Dövlət Proqramında qeyd
olunduğu kimi, bu sənədin əsas məqsədi ölkədə
qeyri-neft sektorunun
inkişafının
sürətləndirilməsinə, iqtisadiyyatın
diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa,
əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi.
Bu məqsədlərdən irəli gələn
vəzifələrin icrası 5 il ərzində
Azərbaycanın iqtisadi inkişaf
tempini daha da irəli aparmağa
yönəlmişdi. Təbii ki, buna da nail
olundu.
Avropanın
“Neurope.eu” informasiya
portalına müsahibəsində Prezident
İlham Əliyev bununla
bağlı demişdir: “2004-cü ildə
ilk regional inkişaf proqramını qəbul edərkən
məqsədimiz bölgələrin hərtərəfli
inkişafını təmin etmək və paytaxtla
ölkənin qalan hissəsi
arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü
ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad
göstərsə, ilk növbədə
regionların inkişafı məsələsi ilə məşğul
olacağıq və bu məqsədlə
xüsusi dövlət proqramı qəbul
ediləcək. Bu baş verdi.
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu
proqramlara əlavə olaraq
250 sənədin imzalanması və həyata keçirilməsi
regionların inkişafında dönüş
nöqtəsi olmuş və bölgələrimizn
sosial-iqtisadi mənzərəsini dəyişmişdir.
Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı
dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş,
sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri
yaradılmışdır. Son 10 ildə
regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye istehsalı
isə 3,1 dəfə artmışdır. Azərbaycanın
bütün regionları və qəsəbələri
abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm
ki, həyata keçirilmiş
proqramlar ölkəmizin
regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir...".
Dövlət
başçımız yuxarıda adıçəkilən
müsahibəsində həmçinin
vurğulamışdır ki, bu gün Azərbaycanın
qarşısında duran ən mühüm strateji məqsəd
ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək
və respublikamızı
dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı
dövlətləri səviyyəsinə yüksəltməkdir.
Buna görə də müasir
dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı
sürətli inkişaf davam
etdiriləcəkdir. “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial
iqtisadi inkişafı Dövlət
Proqramı”nın və digər böyük
layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait
yaradacaq, ictimai xidmətlər
və sosial infrastruktur
daha da təkmilləşəcək
və Azərbaycan dünyanın aparıcı ölkələri
sırasına çıxacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.1.