Haqq sözün dönməz carçısı

 

Məmmədəli Nasir-115

 

Tanınmış yazıçı-publisist, anadilli mətbuatımızın cəfakeş simalarından biri Məmmədəli Hacı Məmməd oğlu Məhəmmədzadə Nasir İrəvaninin anadan olmasının 115 illiyi münasibətilə Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Mətbuat Şurasında keçirdiyi mərasimdə yubilyarın iki epoxanı əhatə edən, xalqına sözlə xidmət nümunəsi olan ömür yoluna və yaradıcılıq irsinə geniş nəzər salındı.

 

Məclisi giriş sözü ilə açan AMŞ sədri Əflatun Amaşov bildirdi ki, çağdaş jurnalistikamızı milli maraqlarımıza uyğun olaraq formalaşdırmış nəsillərin həyatı və mübarizəsi zəngin bir məktəb kimi bugünkü yazarlar üçün məslək və peşəkarlıq qaynağıdır. Bu il anadan olmasının 115-ci ildönümü tamam olan Məmmədəli Nasirin adı bu baxımdan mətbuat klassikamıza daxil olmuşdur.

Müxbirlik fəaliyyətinə ötən əsrin onuncu illərində, yeniyetmə yaşlarında gəlmiş Məmmədəli Məhəmmədzadənin 70 illik jurnalistik fəaliyyəti dövründə demokratik jurnalistikamızın “Sədayi-həqq”, “İqbal”, “Lək-lək”, “Molla Nəsrəddin”, “İqdam”, “Yeni İqdam”, “Məzəli”, “Tuti”, “Dirilik”, “Sovqat”, “Açıq söz”, “Zənbur”, “Məşəl”, “Şeypurkimi nəşrlərində, sovet dövründə çıxan “Yoldaş”, “Şərq qapısı”, “Qırmızı Gəncə”, “Azərbaycan” , “Zəhmət sədası”, “Azərbaycan füqərası”, “Kommunist” (Tiflis), “Kommunist” (İrəvan), “Kommunist” (Bakı), “Yeni fikir”, “Yeni yol”, “Vışka”, “Bakinskiy raboçiy”, “Azərbaycan işçi-kəndli müxbiri”, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Kirpikimi qəzet və jurnallarda saysız-hesabsız publisistik əsərləri, satirik-tənqidi yazıları dərc olunmuşdur. M.Nasirin yaradıcılığı həmişə işıqlı ideyalarla, xalqın elmi-mədəni yüksəlişi və sosial ədalət uğrunda mübarizəsi ilə bağlı olmuşdur.  Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Teleradio Yayımları Şurasının sədri, mətbuat nəzəriyyəçisi və tarixçisi, professor Cahangir Məmmədli Məmmədəli Nasirin yaradıcılıq yolundan söz açaraq qeyd etdi ki, xalqın savadsızlığı, mədəni geriliyi onu həmişə düşündürmüş, qəlbini ağrıtmışdır. O, məqalələrinin birində yazırdı: “Zira ki, bizim İrəvan kimi şəhərimizdə bir danə də olsa milli məktəb yoxdur. Buna bais sərvətli kimsələrdi. Onlar kəndi mənfəətlərindən başqa bir şeyə əhəmiyyət verməzlər. Niyə bəs bizlərdə əcnəbilərin əğniyaları kimi məktəblər qeydinə qalıb, küçələrdə əsir qalan cocuqlarımızın imdadlarına yetən yoxdur?”.

M.Nasirin ədəbi irsinin böyük bir hissəsini publisistika təşkil edir. Bunun başlıca səbəbi, təbii ki, yazıçı-publisistin yaşadığı dövrün ictimai-siyasi hadisələri idi. O, publisistikanın müxtəlif janrlarında əsərlər yazmışdır. Kiçik xəbərlərdən başlamış, ictimai məzmunlu məqalələr, felyetonlar, oçerklər, xatirə yazıları onun yaradıcılığında önəmli yer tutur. M.Nasirin çox geniş mövzu dairəsi vardır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, çar mütləqiyyətinin ağır üsul-idarəsi altında yaşayan müsəlmanların hüquqsuzluğu, erməni millətçilərinin hələ ötən əsrin əvvəllərindən törətdikləri qanlı cinayətlər həmin dövrün millətsevər ziyalılarının yaradıcılığında olduğu kimi, M.Nasirin publisistikasında aparıcı mövzulardan idi. C.Məmmədli yubilyarın nəvəsi, sənət yolunun davamçısı irsinin toplayıcı-araşdırıcısı Şəfəq Nasirin babası barədə çap etdirdiyiMəmmədəli NasirKönüllərə şəfəq payıkitablarının fədakar qələm sahibinin kimliyini bugünün yazarlarına çatdırmaq baxımından dəyərli mənbə olduğunu söylədi.  Babası barədə axtarışları davam etdirdiyini, əsərlərini nəşrə hazırladığını deyən Şəfəq Nasir onun barəsində maraq doğuran məqamlardan söhbət açdı. Tədqiqatçı 1899-cu ildə qədim türk yurdu olan İrəvan şəhərində anadan olmuş Məmmədəlini bu ədəbi-mədəni mühitin tanınmış yetirmələrindən biri kimi səciyyələndirərək dedi ki, onun atası Hacı Məmməd kişi dini təhsil almışdı, ərəb, fars dillərini mükəmməl bilirdi. Odur ki, balaca Məmmədəlini İrəvanda molla məktəbinə qoymuşdu. Bununla o, oğlunun dinində- məzhəbində əməli-saleh bir adam kimi yetişməsini düşünürdü. Lakin uşaq bir ildən sonra  mollaxananın ağır şəraitinə dözməyərək, ordan uzaqlaşmış, 1908-1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almışdı.

M.Nasir 1912-ci ildə mətbuata gəlmişdi. Həmin dövrdə İrəvanda milli mətbuatın olmaması üzündən onun yazıları Bakıda nəşr olunanSədayi-həqq”, “İqbalqəzetlərində dərc olunurdu. Elə o zamandan da bu qəzetlərin İrəvandan olan xüsusi müxbiri kimi əməkdaşlığını nəşrin sonunadək davam etdirmişdi. M.Nasirin peşəkar publisist kimi yetişməsində hər iki qəzetin böyük rolu olmuşdu. Xüsusi müxbirimizdən. İrəvandan”, “Məktəb xeyriyyə barəsində”, “İctimai hallarımızməqalələri, “Təəssüf”, “Arzu”, “Nümuneyi-ədəbişeirləri yeniyetmə Məmmədəlinin ilk qələm təcrübələridir. 1914-cü ildə İrəvanda Azərbaycan dilindəLək-ləksatirik jurnalı nəşrə başlayanda o, buradaŞeytan”, “Dul toyuqimzası ilə şeirlər, məqalələrlə çıxış etmişdi.

M.Nasir 1918-ci ildən daşnakların təqibindən yaxa qurtarmaq üçün Gəncəyə pənah gətirmişdi. O, Gəncədə, Qazaxda   Ağdaşdakı İrəvan mühacirlərinin həyatından bəhs edən yazılarlaQırmızı Gəncə”də, Bakı mətbuatında çıxışlar etmişdi. Bu məqalələrin yazılmasından 90 ildən çox vaxt ötsə , bu gün onları oxuyanda təsirlənməmək olmur. 1920-ci ildə gənc yazarın redaktorluğu ilə GəncədəQırmızı Gəncəqəzetinin nəşr olunması bu bölgədə maarifçilik ideyalarının yayılmasına böyük təsir göstərmişdi.

Şəfəq Nasir sovet dövründə müxbirlik fəaliyyətini davam etdirən M.Nasirin mədəni quruculuq proseseslərində fəal iştirakından, milli ideallara bağlı olduğuna görə təqib sürgünə məruz qalmasından, ömrünün sonunadək qələmə bağlılığından haqq sözə sadiqliyindən söz açdı, onun irsini toplayıb, tədqiq edib, indiki nəsillərə çatdırmaq üçün gördüyü işlər barədə ətraflı məlumat verdi.

Ahıl Jurnalistlər Birliyinin sədri, tanınmış yazıçı- publisist, əməkdar jurnalist Yusif Kərimov  rəhbərlik etdiyi qurumun milli jurnalistika örnəklərimizin gənc yazarlara çatdırılması ilə bağlı həyata keçirdiyi layihə barədə məlumat verdi, Məmmədəli Nasiri mətbuatımızın canlı klassiki kimi görüb-tanıdığını söylədi, xatirələrini danışdı.

Qocaman jurnalist Ələsgər Cabbarov, Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar jurnalist Məzahir Süleymanzadə, əməkdar jurnalist Tahir Turan digər yazarlar Məmmədəli Nasirin uzun bir dövrü əhatə edən yaradıcılığının mətbuat tariximizin maraqlı bir səhifəsi olduğunu söylədilər onun öyrənilməsinin gərəkliyini vurğuladılar.

Sonda yubilyarın digər nəvəsi, jurnalist Təranə Məmmədova qədirbilənliyə xoş sözlərə görə həmkarlarına razılığını çatdırdı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 6 iyul.- S.7.