Azərbaycanın regionları son 10 ildə:

dinamik inkişafın xronikası

 

Ağsu rayonu özünün sürətli inkişaf dövrünü yaşayır

 

Hazırda  Ağsu rayonu özünün sürətli inkişaf dövrünü yaşayır. Bu inkişaf ümummilli lider Heydər Əliyevin ölkədə əsasını qoyduğu Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının məntiqi  nəticəsidir. Ölkənin, eləcə hər bir bölgənin spesifik xüsusiyyətləri, iqtisadiyyatın ənənəvi qeyri-ənənəvi sahələrinin dəqiq müəyyənləşdirilməsi planlı inkişaf konsepsiyasının hazırlanması, ayrı-ayrı sahələrə investisiyaların yatırılması, sahibkarlara hər cür dəstək göstərilməsi s. sürətli, dinamik inkişafı şərtləndirən mühüm amillərdir.

 

Bu sahədə regionların sosial-iqtisadi inkişafına dair birinci ikinci dövlət proqramları onların müvəffəqiyyətli icrası Azərbaycanın artıq hər bölgəsini, o cümlədən Ağsu rayonunu yeniləşdirmişdir.

Statistik nəticələr göstərir ki, rayonda iqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışı son 10 ildə 6,3 dəfə artmışdır. Sənaye sahəsində bu artım 8,7, kənd təsərrüfatında 3,4 dəfə təşkil etmişdir. İnfrastrukturun əsas göstəricisi olan tikintidə isə artım 212,5 dəfə olmuşdur.

Rayonun sənaye sahəsində artıma, əsasən, yeni emal müəssisələrinin açılması sayəsində nail olunmuşdur. Ümumilikdə 200 min baş toyuğun  yetişdirilməsi üçün nəzərdə tutulanQuşçuluq Şaban” MMC, “Miri Qrand” MMC, “Billur” MMC, eləcə Prezident  İlham Əliyevin  açılışında  iştirak etdiyi, regionda ən iri ən müasir  texnologiyaya malikAz Qranata” MMC-nin Ağsu şirə şərab emalı zavodu digər istehsal müəssisələri tarixən aqrar bölgə olan Ağsunun sənaye potensialının güclənməsində  mühüm amillərə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən cari ilinSənaye ilielan edilməsi  rayonda bu istiqamətdə yeni layihələrin reallaşmasına geniş imkanlar açmışdır.

Dövlət proqramlarının uğurla icra olunması sayəsində aqrar sektorda, o cümlədən bitkiçilik heyvandarlıq sahələrində uğurlu nəticələr qazanılmışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, rayonda  mühüm strateji məhsul olan taxıl istehsalı 2003-cü ildəki 61,6 min tondan 2013-cü ildə 84,2 min tona çatdırılmışdır.

Prezident İlham Əliyevin Ağsuya səfərləri, rayonun sosial-iqtisadi  inkişafı ilə bilavasitə yerində tanış olması, insanlarla səmimi görüşü, bir sıra məsələlərin həlli istiqamətində həyata keçirdiyi operativ tədbirlər rayonun dinamik inkişafına stimul vermişdir. Dövlətimizin başçısı son on ildə üç dəfə – 2006-cı il iyunun 30-da, 2009-cu il oktyabrın 29-da  2011-ci il oktyabrın 30-da Ağsuya səfər etmişdir.

Ölkə rəhbərinin hər gəlişi rayonun sosial-iqtisadi inkişafına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olmuşdur. Dağlıq ərazilərdən Ağsu şəhərinə bulaq suyunun çəkilməsi, şəhər stadionunun tikilib istifadəyə verilməsi, 15 min nəfərin yaşadığı 11 kəndi əhatə edən Ağsu-Çaparlı-Göylər avtomobil yolunun asfaltlaşdırılması, rayon mərkəzi xəstəxanası üçün hazırda inşa olunan 145 çarpayılıq yeni bina s. dövlətimizin başçısının rayona tarixi səfərlərinin yadigarlarıdır.

Bu gün sürətli dinamik inkişaf rayonun bütün infrastrukturunu əhatə edir. Küçə parkların yenidən qurulması  ya abadlaşdırılması, müasir işıqlandırma sisteminin təşkili, yaşıllıqların salınması, istirahət zonalarının yaradılması digər istiqamətlərdə böyük işlər görülmüş görülməkdədir.

Son 10 ildə yaşayış məntəqələrinin elektrik enerjisi ilə normal  təminatı məqsədilə bu sistemin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu müddətdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının  möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılmış, 3980 şagird yerlik 19 məktəb üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Fondun təşəbbüsü ilə rayonda irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu baxımdan 1640  şagird yerlik 9 məktəb binasını xüsusilə qeyd etmək yerinə düşər. Hazırda fondun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi tikilir.

Bu gün Ağsu rayonu daha gözəl, işıqlı gələcəyə doğru inamla irəliləyir. İnsanların məşğulluğu təmin olunur, əhalinin yaşayış səviyyəsi gündən-günə yaxşılaşır. Təsadüfi deyildir ki, son 10 ildə rayonda 6351-i daimi olmaqla 9745 yeni yeri açılmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında rayonun sosial-iqtisadi  həyatında daha böyük layihələrin həyata keçirilməsi planlaşdırılır.

Sənaye sahələrinin genişləndirilməsi, aqrar sektorun inkişaf istiqamətlərinin müasir dövrün tələblərinə uyğun  təşkili, kənd yaşayış məntəqələrinin təbii qazla təminatının davam  etdirilməsi, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması, əhalinin su təchizatı digər mühüm əhəmiyyət kəsb edən məsələlər yeni Dövlət Proqramında öz əksini tapmışdır.

 Əminliklə demək olar ki, ağsulular Prezident İlham Əliyevin  ətrafında sıx birləşərək Dövlət Proqramında nəzərdə tutulmuş işlərin müvəffəqiyyətlə həyata keçirilməsi, rayonun daha da çiçəklənməsi, işıqlı gələcəyi üçün  var qüvvələrini  sərf  edəcəklər.

 

Xalq qəzeti.- 2014.- 10 iyul.- S.7.