Vətənə xidmət
müqəddəs vəzifədir
Xətai rayon çağırışçılarının böyük bir qrupunun həqiqi hərbi xidmətə yola salınması münasibətilə düzənlənən tədbir əsl bayram təntənəsini xatırladırdı.
İcra hakimiyyətinin təşəbbüsü ilə
keçirilən və çoxdan ənənəyə
çevrilmiş tədbiri Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Xətai rayon
idarəsinin rəisi, polkovnik Eldar Tağıyev açaraq
həqiqi hərbi xidmətə gedən
çağırışçıları təbrik etdi və bidirdi ki, Vətənə xidmət etmək
müqəddəs, məsuliyyətli, eyni
zamanda şərəfli vəzifədir.
İdarə rəisi Eldar Tağıyev bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
yeniliklər şəffaflığı ilə göz önündədir. “Belə ki, qurum yaranan
gündən yerlərdə, əsasən də rayonlarda xidmətin yerli
idarə və şöbələrində hərbi qulluqçular tərəfindən yeniyetmə
və gənclərlə mütəmadi işlər
aparılır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onlara hərbin sirlərinin öyrədilməsi
ilk növbədə məktəb illərindən
başlanır. Mütəmadi olaraq
məktəblərdə “Şahin” hərbi
idman oyunlarının, “Cəsurlar” idman yarışlarının keçirilməsini,
eləcə də orta təhsil
bazasında hərbi hazırlığın tədrisini gənclərimizin
çağırışa qədər hərbi xidmətə
hazırlığının əsası kimi
daim diqqətdə saxlayırıq.
E.Tağıyev
çıxışında onu da qeyd etdi
ki, əgər biz
20-22 il bundan öncəki
vəziyyətlə indiki dövrü
müqayisə etsək,
çağırışçıların hərbi xidmətdən
yayınma hallarının demək olar,
tamamilə aradan qalxdığının şahidi olarıq. İndi
gənclər özləri könüllü surətdə
çağırış məntəqələrinə gələrək
qeydiyyata alınırlar. Çünki
bu gün Azərbaycanda
orduya böyük maraq var.
Sonra çıxış edən Xətai Rayon
İcra Hakimiyyətinin
başçısı Razim Məmmədov
qeyd etdi ki, ordu hər bir millətin qüruru,
dövlətin güvənc mənbəyidir. Ölkənin milli varlığı onun
yenilməz və möhkəm ordusundan
asılıdır. Bugünkü Milli Ordumuz
müstəqil Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ümummilli liderdən sonra
isə ordu quruculuğu
prosesi daha böyük səylə davam
etdirilmiş və misilsiz
uğurlar əldə edilmişdir.
İndi böyük əminliklə
deyə bilərik ki, möhtərəm
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi
tədbirlər nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordusuna çevrilmişdir. Bu gün Milli Ordumuz ölkənin sərhədlərini qorumağa, işğalçı qüvvələri
doğma torpaqlarımızdan
çıxarmağa hər an
hazırdır. Ancaq unutmaq
olmaz ki, ordumuzun möhkəmləndirilməsi fasiləsiz
xarakter daşımalı və həmin proses bundan sonra
da davam etdirilməlidir.
Bu işdə başlıca vəzifələrdən
biri ordunun kadr potensialının gücləndirilməsi,
ordu sıralarına mətin və cəsur,
hər cəhətdən güclü, vətənpərvər
gənclərin göndərilməsidir. Mən əminəm ki, bu gün
Vətənə xidmətə yollanan rayonumuzun gənc sakinləri məhz bu keyfiyyətlərə malik
gənclərdir. Onların hər biri hərbi
xidmətdə böyük nailiyyətlər
əldə edəcək, valideynlərinə, müəllimlərinə
və bizə, uğurları ilə
sevinc və qürur bəxş
edəcəklər.
Toplantıda
çıxış edən Milli Məclisin
deputatı, YAP Xətai rayon təşkilatının
sədri Hüseynbala Mirələmov da gənclərə müqəddəs
borclarını yerinə yetirmək kimi məsuliyyətli
işdə uğurlar arzulayarq
dedi: - Sizin üzərinizə
son dərəcə məsul və şərəfli
vəzifə düşür. Bu gün siz
hərbi xidmətə yola düşürsünüz.
Həyatınızın bu yeni mərhələsinə inamla
qədəm qoymalısınız. Orduda ləyaqətlə
xidmət edin. Komandirlərin hər bir tapşırığını məsuliyyətlə
yerinə yetirin, hərbi sirlərə əzmlə
yiyələnin. Uğurların bir əsası
da budur.
Torpaqlarımızın gələcək taleyi
üçün məsuliyyət
daşıdığınızı unutmayın. Unutmayın ki, artıq Azərbaycan xalqı öz varlığını çevik,
yenilməz milli ordusuna
etibar etmişdir. Elə
xidmət edin ki, Vətən
sizdən razı qalsın.
Toplantıda
çıxış edən rayon
ağsaqqalları, müharibə veteranları və valideynlər
də gənclərə bu şərəfli
missiyanı yerinə yetirməkdə uğurlar
arzulayıb, tövsiyə və məsləhətlərini
verdilər. Sonra ənənəvi olaraq Xətai Rayon İcra Hakimiyyəti adından
çağırışçılara xatirə hədiyyələri
təqdim edildi. Mərasim incəsənət
ustalarının konsert proqramı ilə davam etdi.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto)
Xalq qəzeti.- 2014.- 11 iyul.- S.7.