Azərbaycanda gənclərə qayğı dövlət

siyasətinin mühüm tərkib hissəsidir

 

Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarqürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indiqoruyub yaşadır.

 

Heydər Əliyev

Ümummilli lider

 

Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında dinamik fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.  Ölkəmizdə gəncliyin inkişafı  üçün yaradılan geniş imkanlar nəticəsində  gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Ötən illərlə müqayisədə hazırda gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında ciddi dönüş yaranıb. Bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

 

 Azərbaycanda gənclərlə dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinin xüsusi mövqe tutması özünü açıq şəkildə büruzə verir.  Bu da  təsadüfi deyil. Gənclər siyasətinin düzgün müəyyənləşdirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə  yanaşı, dövlət siyasətinin dəstəklənməsinə və uğurla  həyata keçirilməsinə təkan verir.

Azərbaycanda  gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin qətiyyəti və gənclərə olan inam və etibarı nəticəsində  gənclərlə dialoq yaranmış, gənclərdə özünə inam artmış, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar. Sağlam düşüncəyə, təfəkkürə,  yüksək əqidəyə malik gənclərin formalaşması ulu öndərin  qarşıya qoyduğu prioritet vəzifələrdən olmuşdur. Bu gün Azərbaycanda gənclər siyasətinin  uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi strategiyasının nəticəsidir.

1994-cü il iyulun 26-da Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox vacib və zəruri bir tədbir idi. Ulu öndər deyirdi ki, Azərbaycan Respublikasının bayrağı digər bir ölkədə yalnız iki halda qaldırıla bilər. Bir dövlət başçısı hansısa bir ölkəyə rəsmi səfər etdikdə, bir də idmançılarımız digər bir ölkənin ərazisində keçirilən beynəlxalq idman yarışlarında qələbə qazandıqda. Bu baxımdan Gənclər və İdman Nazirliyinin yaradılması böyük əhəmiyyət kəsb edirdi. Müdrik şəxsiyyət gənc idmançılarımızın nailiyyətlərinin də siyasi xarakter daşıdığını qeyd edir   bunu dövlətçiliyimizin nailiyyətləri kimi dəyərləndirirdi.

1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik hadisə oldu. 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən  ulu öndər Heydər  Əliyevin sərəncamı ilə fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral  Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə, Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulurbu da öz müsbət nəticəsini göstərir.

Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” təsdiq edilməsi haqqında sərəncam da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ilielan edilmişdir.

Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) ”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) ” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir,  gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur.  Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və digər məsələlər kifayət qədər aktualdır.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Regionlarda  “Gənclər evinin inşa edilməsi Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir.  Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində  yaxın 2-3 ildə isə 15 “Gənclər evinin  inşası nəzərdə tutulub.

Dövlətimizin başçısı  İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllinə nail olmaqdır.

Göründüyü kimi, son illər respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını  daha da sürətləndirib.  Artıq gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Müstəqil dövlətimizin gənclərə verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya birliyində təmsil olunmağa qadirdir. Son illərin hadisələri də təsdiqləyir ki, Azərbaycan dəyərlərinin, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin xüsusi  yeri və xidməti var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, IDEA kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünya miqyasında  yayılmasında xüsusi yerirolu var. Onun rəhbərlik etdiyi AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilmişdir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

Hazırda gənclərimizin səsi dünyanın ən yüksək tribunalarından eşidilir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 13 iyul.- S.5.