Prezident İlham
ƏLİYEV:
Bizim uğurlarımızın təməlində
düşünülmüş siyasət, sabitlik
dayanır
Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız giriş nitqində demişdir ki, Azərbaycanın əldə etdiyi uğurların təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar mühüm yer tutur.
Çünki bu islahatlar
nəticəsində ölkəmizin dayanıqlı
inkişafı mümkün olmuşdur. Vaxtilə bəziləri Azərbaycanın
sosial-iqtisadi uğurlarını ancaq neft amili
ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü
ki, Azərbaycanın nefti
var və buna görə
ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son
illərdə bu amil öz rolunu
oynamışdır. Ancaq aparılan uğurlu siyasət nəticəsində
hazırda neftdən asılılıq azalmışdır. Elə
buna görə də indi
ümumi daxili məhsulun
böyük hissəsi qeyri-neft
sektorunda yaranır.
Dövlət
başçımız demişdir ki, bu, düşünülmüş
siyasətin nəticəsidir və reallaşdırılan islahatlar mötəbər beynəlxalq maliyyə
qurumları tərəfindən də yüksək qiymətləndirilir.
Xarici ekspertlər öz
proqnozlarını müəyyənləşdirərkən,
Azərbaycanın bundan sonra
da uzun illər ərzində
uğurlu inkişafını diqqətə
çatdırırlar.
Prezident İlham Əliyevin giriş nitqində belə bir
məqam da xüsusi
vurğulanmışdır ki,
dünyanın aparıcı reytinq
agentlikləri Azərbaycanın
kredit reytinqlərini
artırırlar. Bu gün xarici
maliyyə bazarlarından kredit
resurslarının cəlb edilməsi üçün
ölkəmizin heç bir
problem yoxdur. Əksinə,
respublikamızda bu məsələyə bir qədər təmkinlə
yanaşılır. Çünki daha çox daxili imkanlardan istifadə
etməyə üstünlük verilir. Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək
qiymətləndirilərək 39-cu yerdə yerləşdirilmişdir.
Bu, gənc müstəqil ölkə üçün bu, çox böyük
göstəricidir.
Azərbaycan Prezidenti bu ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarından danışarkən, demişdir: “Birinci altı
ayda iqtisadi göstəricilərimiz
də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz
artmışdır. Bəlkə də əvvəlki dövrlərlə
müqayisədə bu, o
qədər də böyük rəqəm
deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda
hesab edirəm ki, bu, çox gözəl
göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər
ərzində qeyri-neft sektorumuz
uğurla artır və qeyri-neft
sektorumuzda inkişaf
7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin
nəticəsidir. Çünki əgər
biz vaxtilə neft
kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik,
bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi.
Bəlkə də tənəzzülə uğrayardı və
onda biz ancaq neft amilindən
asılı ola bilərdik. Gələcək
illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə
malik olmasına gətirib
çıxaracaqdır...”.
Dövlət
başçımız nitqində həmçinin bu ilin birinci
yarısının sosial-iqtisadi
inkişafını əks etdirən göstəriciləri də
diqqətə çatdırmışdır. Bildirmişdir
ki, sözügedən dövrdə inflyasiya nəinki birrəqəmli olmuş, hətta 1,6 faiz təşkil
etmişdir. Əhalinin pul
gəlirləri 4,7 faiz artmış,
inflyasiyanı 3 dəfə üstələmişdir. Kənd
təsərrüfatında da inkişaf müşahidə olunmuş,
təxminən 6 faiz artım qeydə
alınmışdır. Valyuta
ehtiyatları artmışdır. Hazırda Azərbaycanın
54 milyarddan çox valyuta ehtiyatı vardır.
İclasda hesabat dövründə
Azərbaycanın sosial-iqtisadi
inkişafının uğurla davam etməsi, iqtisadi siyasətin
prioritet istiqamətləri olan
makroiqtisadi sabitliyin
möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
sənaye potensialının gücləndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin
formalaşdırılması barədə ətraflı
danışılmış, əhalinin rifahının getdikcə
yüksəlməsi konkret göstəricilərlə
diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu tərəqqi ümummilli
lider Heydər Əliyevin sosial-iqtisadi
inkişaf strategiyasının 10 ildən
artıq bir müddətdə Prezident İlham Əliyev
tərəfindən inamla davam
etdirilməsinin məntiqi nəticəsidir.
İclasda bu ilin
birinci yarısında sosial-iqtisadi
inkişafla bağlı səsləndirilən
göstəricilərin bir qisminə nəzər
salaq. Hesabat dövründə ümumi
daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya
1,6 faiz təşkil etmişdir.
Qeyri-neft sektorunun ümumi daxili məhsulda
payı 56,3 faizə çatmışdır. Dövlət
büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş,
xərcləri isə 8,7 milyard manat olmuşdur.
Vergilər Nazirliyi tərəfindən proqnoza
103,6 faiz əməl edilmiş,
qeyri-neft sektorundan
büdcəyə daxil olmuş
vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla ümumi
daxilolmalarda payı 56,9 faizə
çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə
proqnoza 100,2 faiz əməl
edilmiş, daxil olmuş vəsait ötən ilin
eyni dövrü ilə
müqayisədə 14,5 faiz
artmışdır. İqtisadiyyatın və sosial
sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri
hesabına əsas kapitala 7,6 milyard manat investisiya
yönəldilmiş və bu, əvvəlki
ilin müvafiq
dövrünə nisbətən 3,4 faiz
artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini
daxili investisiyalar təşkil
etmişdir.
Yuxarıda
sadalananlarla yanaşı, eyni
zamanda bildirilmişdir
ki, sözügedən dövrdə əhalinin
gəlirlərinin artması da davam etmiş və
2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər
isə 3,3 faiz yüksəlmişdir. Yanvar-may ayları ərzində
orta aylıq əməkhaqqı 6,5 faiz artaraq 438,1 manata
çatmışdır. Bu il iyun ayının 1-dək
əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə
nisbətən 12,8 faiz artaraq
6,6 milyard manata
yüksəlmişdir. Bütün bu uğurlar nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında da öz
əksini tapmışdır. “Fitch”, “Standard and Poors”
və “Moodys” reytinq
agentlikləri bir çox
inkişaf etmiş
ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit
reytinqini yüksəltmişdir.
İclasda regionların sosial-iqtisadi
inkişafına dair üçüncü
Dövlət Proqramının uğurla
reallaşdırılmasına da toxunulmuşdur. Qeyd edilmişdir ki,
sonuncu regional proqram Azərbaycanın bütün
bölgələrinin hərtərəfli və tarazlı
inkişafı sahəsində 2004-cü ildən
başlanılmış məqsədyönlü siyasətin
davamı olmaqla, yeni
müəssisələrin və iş
yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin
həyata keçirilməsində mühüm
rol oynayır.
Nazirlər
Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında həmçinin diqqətə
çatdırılmışdır ki, sosial sahələrin inkişafına bu gün də mühüm
önəm verilir. Belə ki, hesabat dövründə regionlarda
32 məktəb, 15 bağça, 12 səhiyyə,
6 gənclər və idman, 20 mədəniyyət
və digər sosial obyekt
tikilmiş və ya əsaslı
təmir olunmuşdur. Hazırda 300-dən
çox sosial obyektdə
təmir-tikinti işləri cədvəl üzrə uğurla aparılır. Bakı şəhəri
və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafına dair ikinci
Dövlət Proqramı çərçivəsində isə
ötən 6 ayda 10 təhsil, 8 gənclər
və idman obyektində təmir-tikinti işləri
yekunlaşdırılmışdır. Hazırda 100-ə
yaxın sosial obyektdə işlər davam etdirilir.
Yeri gəlmişkən, iclasda
diqqətə çatdırılan bir məqama
da xüsusi toxunmaq istərdik. Prezident
İlham Əliyev Böyükşor
gölünün və ətraf ərazilərin
ekoloji vəziyyətinin kompleks
bərpası məsələsinə mühüm
önəm verir.
Xatırladaq ki, 2015-ci ilin iyununda tarixdə ilk dəfə
reallaşacaq Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar
paytaxt Bakıda bir
sıra mühüm infrastruktur
layihələri icra ediləcəkdir. Böyükşor gölünün və ətraf
ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da bu qəbildən olan tədbirlərdəndir.
İlk Avropa
Oyunlarına aid əksər tədbirlər
Böyükşor gölünün
şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcəkdir.
Məhz bu ərazi çoxsaylı
qonaqları, idmançıları və turistləri qəbul
edəcəkdir. Bu baxımdan Böyükşor gölünün
və ətraf ərazilərin ekoloji vəziyyətinin
kompleks bərpasının mühüm əhəmiyyəti vardır. Buna görə
də Böyükşor gölünün
ekoloji vəziyyətinin
yaxşılaşdırılması və mühafizəsinin
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın Abşeron
yarımadasının 9 gölünün
ekoloji vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı tədbirlər
planı çərçivəsində həyata
keçirilməsi nəzərdə tutulur.
Gölün ekoloji bərpası ilə əlaqədar
layihə iki mərhələdə
olacaqdır. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün,
Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən
300 hektara yaxın ərazisi bərpa
olunacaqdır. Birinci mərhələdə
gölün şimal
hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin
bənd vasitəsilə sahil xəttindən
ayrılaraq təcrid olunması nəzərdə tutulmuşdur. Bununla da neftin, çirklənmiş
suyun və üzən tullantıların
axınının qarşısını almaq
mümkün olacaqdır.
İclasda, eyni zamanda,
aqrar sahədə həyata keçirilən
tədbirlər barədə də ətraflı
danışılmışdır. Bildirilmişdir ki, hesabat dövründə
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramına uyğun olaraq, aqrar sahədə müasir
istehsal və infrastruktur
komplekslərinin yaradılması istiqamətində işlər
davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş
əti, yumurta, ət və ət məhsulları,
süd məhsullarının istehsalı
artmış, özünü təminetmə
səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın
məşhur brendlərin adı ilə istehsalına
başlanılmışdır.
Nazirlər Kabinetinin iclasında 2014-ci ilin
“Sənaye ili” elan
edilməsi haqqında dövlət
başçısının sərəncamı ilə Azərbaycanda
sənayeləşmə prosesinin keyfiyyətcə
yeni mərhələyə daxil olması xüsusi
vurğulanmışdır. Bildirilmişdir ki, sərəncama uyğun olaraq, 2015-2020-ci
illərdə sənayenin inkişafına dair
Dövlət Proqramı hazırlanmış və proqramda “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında müəyyənləşdirilmiş sənayenin
uzunmüddətli inkişaf istiqamətləri
əsas götürülmüşdür.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin
daha da gücləndirilməsi
məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
2600-dən çox sahibkara
129 milyon manat güzəştli
kredit verilmiş və
bu kreditlər hesabına 6 minədək yeni iş yerinin
yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə maliyyələşdirilmiş layihələrin
sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin
payına düşür.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun
nitqində demişdir: “Əminəm ki, ilin sonuna
qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa
vuracaqdır.
Gələn altı ayda biz, əlbəttə,
çalışmalıyıq ki, nəzərdə
tutulmuş bütün
infrastruktur layihələrini başa çatdıraq. Son
illərdə bu istiqamətdə böyük işlər görülmüşdür,
amma hələ ki,
görüləsi işlər çoxdur.
Xüsusilə nəzərə alsaq
ki, ölkə qarşısında maliyyə
problemi kimi bir problem durmur,
- mən bunu giriş
sözümdə də demişəm, bizim
maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər
vəsaitimiz vardır, - ona görə infrastruktur layihələrinin icrası ilə
bağlı heç bir
yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və
sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar
keyfiyyətə ciddi diqqət yetirməlidirlər.
Elə etməlidirlər ki, xərclənən
vəsait lazımi səviyyədə təmin edilsin...”.
Dövlət
başçısı yekun nitqində, eyni zamanda, sosial
həyatda rast gəlinən neqativ hallara qarşı ciddi mübarizə aparılmasının zəruriliyini
də diqqətə çatdıraraq demişdir:
“Xoşagəlməz hallara qarşı
mübarizə davam edir.
Bu, daim diqqət mərkəzində
olan məsələdir. Korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizə gözəl
nəticələr verir. Bunu
əhali də görür, təqdirlə
qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd
edirlər. Hesab edirəm ki,
biz bu sahədə köklü dəyişikliklərə nail ola bilmişik.
Burada əvvəlki dəfələrdə
qeyd etdiyim kimi, müxtəlif amillərin rolu
xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri,
institusional tədbirlər, şəffaflıq,
yeni metodların tətbiqi...”.
Göründüyü kimi, bu
ilin ilk altı ayı da əvvəlki
dövrdə olduğu kimi,
əhalinin sosial müdafiəsinin beynəlxalq
standartlara
uyğunlaşdırılması və maddi
rifah halının
yaxşılaşması, neft gəlirlərini
qeyri-neft sektoruna
yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni
və qabaqcıl sənaye
sahələrinin yaradılması, iqtisadi
və sosial infrastrukturun,
yol-nəqliyyat sektorunun davamlı
inkişafı, eyni zamanda,
dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi
ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq
və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş,
təhsil, mədəniyyət, səhiyyə, idman,
turizm, ekologiya sahələrində
böyük irəliləyiş baş vermişdir. Görülən işlər və nəticələr
bu gün deməyə
əsas verir ki, Azərbaycan
dünyaya özünün
uğurlu inkişaf modelini təqdim edə bilmiş
və qısa zaman kəsiyində ölkəmizdə,
sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə
nail olunmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 12 iyul.- S.1.