Azərbaycan-Avropa İttifaqı: strateji

əməkdaşlığın yeni modelinə doğru

 

Qlobal miqyasda geosiyasi proseslərin dinamikası sürətlə dəyişir. Meydana narahatlıq yaradan ciddi problemlər çıxır. Həmin kontekstdə Avropa İttifaqının müstəqillik əldə etmiş ölkələrlə münasibətlərinin perspektivləri məsələsi aktuallaşır. Baş verən proseslər göstərir ki, Bakı Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlar kimi inkişaf etdirməkdə israrlıdır. Bununla bağlı yeni əməkdaşlıq proqramının hazırlanması məsələsi maraq doğurur. Həmin istiqamətdə Azərbaycan – Aİ əlaqələrinin inkişafının Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb ola biləcəyi böyük önəm daşıyır.

 

Yeni trendlər: müasir

geosiyasətin dinamikası

 

Dünyanın geosiyasi mühitində meydana çıxan yeni trendlər bütövlükdə, mənzərəni dəyişir. Böyük dövlətlər fərqli oyun qaydaları tətbiq etməyə çalışırlar. Qlobal güc olmaq iddiası ilə hərəkət edənlər arasında rəqabət getdikcə daha kəskin və amansız məzmun alır. Avropa İttifaqı (Aİ) belə vəziyyətdə xarici siyasətində müəyyən düzəlişlər etməyə məcburdur. Çünki bu təşkilatın öz qarşısına dünyanın əsas geosiyasi mərkəzlərindən biri olmaq məqsədini qoyduğu sirr deyil.

Avropa üçün ciddi əhəmiyyət kəsb edən regionlardan biri Cənubi Qafqazdır. Bunun bir sıra səbəbləri vardır. Cənubi Qafqaz, ilk növbədə, enerji daşıyıcıları ilə zəngindir. Digər tərəfdən, o, Rusiya, Türkiyə və İranla qonşu, Mərkəzi Asiyaya açılan körpüdür. Cənubi Qafqaz Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirir. Bu səbəblərdən Cənubi Qafqazda geosiyasi nüfuz sahibi olmağa çoxları can atır.

Lakin burada qlobal səviyyədə müşahidə edilən geosiyasi trendləri nəzərə almaq lazım gəlir. Onların sırasında birbaşa regiona təsir göstərən məqamlara ayrıca diqqət yetirmək gərəkdir. Burada ilk olaraq Ukrayna hadisələri yada düşür. Əsas proseslər bu ölkənin Aİ ilə assosiativ üzvlük haqqında sənədi imzalamamasından sonra başladı. Kiyevin bu addımı “Avropada ümidləri üzdü, Rusiyanı sevindirdi, üçüncü tərəfləri isə çaşdırdı”.

Əslində, burada ciddi geosiyasi dəyişiklikdən söhbət gedir. Hətta Qərbin və Rusiyanın bəzi analitikləri sualı belə qoyurlar: “Ukrayna böhranı fonunda Avropa təhlükəsizlik sistemi necə olacaq?” Bu mövqedə olanlar hesab edirlər ki, Avropa “soyuq müharibə”dən tam çıxmamış yenisini ona “sırıyırlar”.

Qərb təhlilçiləri və politoloqları yaranmış vəziyyəti daha da dramatikləşdirirlər. Onlar Ukrayna hadisələrinin yeni dünya müharibəsinə gətirib çıxara biləcəyindən ehtiyatlanır, bu barədə fikirlərini açıq şəkildə bildirirlər. Məsələn, Q.Allison yazır: “ Ukraynada başlayan Ukrayna ilə məhdudlaşmayacaq”.

Tanınmış siyasi analitik Corc Fridman da faktiki olaraq eyni mahiyyətli suallar qoyur. O, xüsusi olaraq Rusiya ilə Avropa arasında yerləşən ölkələrin daxil olduğu “sərhəd torpaqları” (Borderlands) terminindən istifadə edir. C.Fridman hesab edir ki, həmin məkanda “yeni strateji mənzərə” formalaşır. Həmin dəyişikliyi I və II dünya müharibələri ərəfəsində yaranmış vəziyyətlə müqayisə edən “Stratfor”un qurucusu maraqlı fikirlər irəli sürür. O yazır: “Proses başlanğıc mərhələsindədir və artıq Almaniyanın 1914-cü ildə düşdüyü xəttə “bağlanıb”. Güclər cəmlənir və əgər proses gedirsə, o, xeyirxah niyyətləri olanların nəzarəti altında olmayacaq”.

 

Dünya müharibəsi: keçmişlə

paralellər və indiki şərtlər

 

Etiraf edək ki, bu, kifayət qədər ciddi iddiadır. Söhbət dünya geosiyasətinin məzmununda baş verən köklü dəyişikliklərdən gedir. Əgər hazırda Ukrayna məsələsi 1914 və 1940-cı illəri xatırladırsa, onda III Dünya müharibəsinin başlaması ehtimalı mövcuddur. Qlobal güclər artıq sülh yolu ilə münasibətlərin aydınlaşdırılmasında “qırmızı xətti” keçirlər? Belə isə nəyə görə beynəlxalq təşkilatlar konkret addımlar atmır? Həqiqətən, BMT kimi qurumların passivliyi və zahirən laqeydliyi çox düşündürücüdür. Bu fakt da göstərir ki, hələ də böyük geosiyasi güclər meydana gələn problemləri beynəlxalq hüquq çərçivəsində həll etməyin təkmil mexanizmini tapmayıblar.

Yuxarıda Rusiya və Qərb analitiklərindən verdiyimiz fikirlər açıq təsdiq edir ki, tərəflər sərt mübarizə yollarına baş vurmağa meyllidirlər. Demək olar ki, hər iki tərəf yeni böyük müharibə təhlükəsindən dəm vurur. Əcəba, doğrudanmı, bu məqam qlobal geosiyasətin əsas trendinə çevrilir? Bizcə, belə təhlükə artıq mövcuddur.

Bəs bu cür vəziyyətin yaranmasının səbəbi nədir? Qərbdə hesab edirlər ki, sürətlə inkişaf edən dövlətlər arasında “təftişçilər” meydana gəlib və onlar “cavab zərbəsi” endirirlər. Nəticədə, “geosiyasətin qayıdışı” baş verir. Bunun əsas əlaməti kimi beynəlxalq münasibətlərin “rəqabətə sürüklənməsi”, hərbi güc tətbiqinin vasitə olaraq seçilməsi, amansız yarışmanın başlaması göstərilir. Bütün bunlar son nəticədə dünyanın gələcək geosiyasi düzənini “dumanlara bürüyür” (U.Rassell Mid).

Onu qeyd edək ki, U.Mid “qisasçı təftişçilər” deyəndə, əsasən, Rusiya, Çin və İranı nəzərdə tutur. Təbii ki, siyahını genişləndirmək də olar. Lakin burada əsas olan yanaşmadır. Məsələ bundan ibarətdir ki, U.Midin ifadə etdiyi mənada “qisasçılıq” faktiki olaraq “soyuq müharibə” dövrünün geosiyasi mübarizə üsullarının qayıdışı deməkdir. Bu da digər analitiklərin qiymətləndirmələri ilə üst-üstə düşür. Konkret olaraq, bu, qlobal geosiyasətdə qarşıdurma, sərt vasitələrdən istifadə, hərbi gücə arxalanma kimi amillərin aktuallaşması deməkdir. Prosesin təhlükəli tərəfi məhz budur.

Lakin məsələ bundadır ki, dünya səviyyəsində geosiyasi çətinliklərin yaranmasına olan bu yanaşma ilə hamı razılaşmır. Məsələn, bəzi ekspertlərə görə, Qərb ekspansionist siyasət yeritdiyindən əsas problem ABŞ-ın dünya ağalığı iddiasından əl çəkməməsindədir. Bəzi ekspertlər Vaşinqtonun bu iddiasına haqq qazandırırlar. Deyək ki, Z.Bjezinski, H.Kissincer və C.Fridman bu mövqedədirlər. Onlar arasında fərq yalnız ABŞ-ın dünya liderliyinin optimal modelinin tapılmasında özünü göstərir. Maraqlıdır ki, hələlik Amerikanın bu vəzifənin öhdəsindən gələ bilmədiyi qənaəti vardır.

Bunlarla yanaşı, dünya liderliyi iddiasının faktiki olaraq bəşəriyyəti “iki hüquqi məkana” böldüyünü vurğulayanlar da az deyil. Onların fikirlərinə görə, indi geosiyasət “qanunçuluq və əxlaq” pərdəsi altında aparılır.

Əslində, R.Müllerson yaranmış vəziyyətə, bütövlükdə, Qərb siyasətçilərinin geosiyasi iddiaları prizmasından yanaşır. O yazır: “Vladimir Putini qeyri-real mövqe tutmaqda ittiham etməklə Qərb analitikləri, KİV-i və ekspertləri özlərinin yaratdıqları “beyin yumasisteminin təsiri altına düşürlər". Konkret ifadə etsək, R.Müllerson kimi analitiklər qlobal geosiyasətdə müşahidə edilən qeyri-müəyyənliyi təkcə Rassel Midin “qisasçı təftişçilər”inin boynuna atmırlar. Onlar başda ABŞ olmaqla Qərbin geosiyasi ambisiyalarının təsirinin daha çox olduğunu deyirlər.

 

Brüssel-Bakı xətti:

əməkdaşlığın əsas mərhələləri

 

Bütün bunlar Qərbin aparıcı dövlətlərinin yeritdiyi xarici siyasətdə ortaq bir meylin mövcud olduğunu deməyə əsas verir. O cümlədən, Avropa İttifaqının geosiyasi kursunda yeni elementlərin varlığından bəhs etmək olar. Aİ – Azərbaycan münasibətlərinə də qlobal geosiyasi trendlərin Avropa dövlətlərinin xarici siyasətinə proyeksiyalaşmış incəlikləri aspektində yanaşmaq daha doğru olardı.

Əvvəlcə onu vurğulayaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr bir neçə mərhələdən keçib. Onlar 1992-1998, 1999-2003, 2004-2008, 2009-2013-cü illəri əhatə edir. Bu 4 mərhələnin hər birinin öz məzmunu, qarşıya qoyduğu məqsədləri və proqramların həyata keçirilməsi üsulları olub. 2014-cü ildən isə yeni mərhələ başlayır.

Birinci mərhələdə (1992-1998-ci illər) Azərbaycan üçün əsasən texniki proqramlar hazırlanmışdı. Müxtəlif formalarda ölkəyə maddi-texniki və maliyyə yardımları edilirdi. Burada “MDB ölkələrinə Texniki Yardım” (TACİS) proqramını, “Avropa-Qafqaz-Asiya Trans-Nəqliyyat Dəhlizi” (TRACECA) layihəsini və “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) qeyd etmək olar. Bu proqramlar Azərbaycanda, əsasən, iqtisadi islahatların aparılmasına, demokratiyainsan hüquqlarının dəstəklənməsinə və s. xidmət edib.

Həmin mərhələdə məqsəd kimi qarşıda başlıca olaraq Azərbaycanın sosial-iqtisadi, energetik, nəqliyyat və mədəni sahələrdə yeni səviyyəyə keçməsi qoyulmuşdu. Avropa İttifaqı bu proqramlarla bir növ postsovet məkanında hansı ölkələrdə dövlətçiliyin uğurla inkişaf edə biləcəyini “test edirdi”. Göstərilən maddi, maliyyə və texniki yardımlar ünvanlı idi. Eyni zamanda, birinci mərhələdə Avropa ilə Qafqaz və Mərkəzi Asiya arasında etibarlı nəqliyyat dəhlizi yaradılması nəzərdə tutulurdu. Bu mərhələdə Azərbaycanda sabitlik yaradıldı, iqtisadi islahatlar həyata keçirildi.

İkinci mərhələ 1999-2003-cü illəri əhatə edir və “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi ilə başlayır. Həmin sənəd tərəflər arasında münasibətlərin hüquqi bazasını təşkil edir. Burada siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi əsas məqsədlərdən biri olub. Bu mərhələdə əməkdaşlıq növbəti səviyyəyə qalxıb. Aİ ilə Azərbaycan bərabərhüquqlu tərəfdaşlar kimi əlaqələrini inkişaf etdiriblər.

Həmin dövrdə Aİ-nin fəaliyyətində siyasi və təhlükəsizlik aspektləri üstünlük təşkil etməyə başladı. Bu bağlılıqda təşkilat əməkdaşlıq etdiyi ölkələri üç qrupa böldü. Birinci qrupa Aİ-yə üzv olmaq tələblərini ödəyənlər, ikinciyə üzvlüyə potensial namizədlər, üçüncü qrupa isə “yaxın qonşulardaxil edilmişdi. Göründüyü kimi, Aİ faktiki olaraq tərəfdaşlıq etdiyi dövlətlərə fərqli yanaşırdı. Sonrakı proseslər göstərdi ki, bu, düzgün strategiya deyil. O cümlədən, Azərbaycan-Aİ əlaqələrinin təcrübəsi burada bir çox incəliklərin nəzərə alınması zərurətini ortaya qoydu. Bu, əməkdaşlığın 3-cü və 4-cü mərhələsində özünü daha çox büruzə verməyə başladı.

2004-cü ildə Avropa İttifaqına daha 10 ölkənin üzv olması ilə əlaqədar təşkilat Avropa Qonşuluq Siyasəti (AQS) adlı proqram həyata keçirməyə başladı. Bu sənəd faktiki olaraq qurumun qonşu ölkələrlə əməkdaşlığına yeni məzmun gətirməli idi. Azərbaycan üçün də 3-cü mərhələ 2004-cü ildən başladı və 2008-ci ilə qədər davam etdi. Bu mərhələdə Aİ əməkdaşlıq etdiyi ölkələri fərqli qruplara bölməyin səmərəsiz olduğunu dərk etdi. AQS-ə daxil olan dövlətlərin “üzv ola bilən” və “üzv olmaya bilən” kimi fərqli qiymətləndirilməsi reallıqda süni təsir bağışladı. Aİ potensial olaraq həmin ölkələrin hər birinin təşkilata daxil olmaq imkanının mövcudluğunu nəzərə almağa başladı.

Bu mərhələdə siyasi, inzibatiiqtisadi islahatları bir-birinə uyğun şəkildə aparmaqla Aİ ilə inteqrasiyanı dərinləşdirmək əsas hədəf kimi müəyyənləşdirilmişdi. Burada demokratiya, insan hüquqları və davamlı inkişafın təşviqinə üstünlük verildi. Bunlarla yanaşı, 3-cü mərhələdə enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətinə də xüsusi diqqət yetirilirdi. Bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan həmin məsələnin həllinə öz töhfələrini verdi. Mədəniyyətlər və dinlər arası dialoqun təşkili işində Bakının xüsusi yeri vardı. Bütün bunlar ölkənin Aİ dövlətləri ilə iqtisadi əlaqələrinin və ticarət dövriyyəsinin sürətli inkişafı ilə müşayiət olunurdu.

2009-cu ildə Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünü qəbul etməsi ilə Azərbaycanla əlaqələrin inkişafında növbəti mərhələ başlandı. Bu, 2009-2013-cü illəri əhatə edir. Onun başlıca xüsusiyyəti “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrlə vahid əməkdaşlıq formatının tətbiq edilməsindədir. Burada əsas hədəflər assosiasiya sazişlərinin bağlanması, azad ticarət zonalarının yaradılması, vizaların tədricən liberallaşdırılması və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha dərin əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.

Bu mərhələdə Aİ – Azərbaycan əlaqələrində ciddi irəliləyiş oldu. Demək olar ki, bütün sahələr üzrə tərəflər arasında əməkdaşlıq yeni səviyyəyə qalxdı. Xüsusilə, enerji təhlükəsizliyi sahəsində Azərbaycan nəhəng təşəbbüslərlə çıxış etdi. Təkcə Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrini xatırlamaq kifayətdir. Bu enerji layihələrinə Azərbaycan 50 milyard ABŞ dolları həcmində sərmayə qoymağı planlaşdırır. Artıq bu istiqamətdə konkret addımlar atılır. Hazırda Aİ ticarət və iqtisadiyyat sahələri üzrə Azərbaycanın əsas tərəfdaşıdır. Hətta bir sıra konkret sferalarda Avropa İttifaqı ABŞ, Türkiyə və Rusiyanı da ötüb keçib.

Dördüncü mərhələ əvvəlkilərlə müqayisədə daha çox dramatik proseslərlə yadda qalmışdır. Məsələ bundadır ki, son bir neçə ildə qlobal geosiyasətə ciddi təsir göstərən hadisələr baş verib. Burada, ilk növbədə, Ukrayna ətrafında gedən gərgin geosiyasi mübarizəni vurğulamaq lazımdır. Bunun nəticəsində assosiativ üzvlük məsələsində problemlər meydana gəlib. Azərbaycanın da bu məsələ ilə bağlı öz mövqeyi vardır.

 

Yeni strategiya: əməkdaşlıqda

strateji müasirləşmə modeli

 

Ölkə Prezidenti İlham Əliyev assosiativ üzvlüyün dəqiq anlayışının olmadığını vurğulayıb. Konkret desək, assosiativ üzvlük bərabərhüquqlu tərəfdaşlıq prinsipinə uyğun gəlmir. Digər tərəfdən, Prezident İlham Əliyev açıq bildirib ki, “istənilən inteqrasiya prosesinə əlavə üstünlüklər qazanmaq üçün getmək lazımdır”.

Bu, müasir tarixi mərhələdə dövlətlərarası münasibətlərdə prinsipial bir məqamdır. Çünki hazırda daha güclü olan ölkələr ya dövlətlər qrupu başqalarına öz maraqlarını diqtə etməyə çalışırlar. Hətta demokratik hüquq, azadlıq qaydalardan danışaraq beynəlxalq münasibətlərdə liberalizmi təbliğ edənlərdə belə həmin niyyətləri izləmək mümkündür. Bu səbəbdən Aİ-nin assosiativ üzvlüklə bağlı verdiyi vədlərlə reallıq arasında uyğunsuzluq ola bilər.

Problemin digər tərəfi qlobal miqyasda, o cümlədən Cənubi Qafqazda müşahidə edilən geosiyasi geoiqtisadi proseslərin mürəkkəbliyi ilə bağlıdır. Sirr deyil ki, dünyanın böyük dövlətlərinin Yaxın Şərq postsovet məkanı uğrunda mübarizəsi daha kəskin səviyyəyə qalxıb. Bunun fonunda bir tərəfdən, iqtisadiyyat energetika sahəsində əməkdaşlığın məzmunu yeniləşməkdədir, digər tərəfdən isə, təhlükəsizlik problemi daha da aktuallaşmaqdadır. Yuxarıda vurğuladığımız Ukrayna hadisələri bu aspekti daha aydın təsəvvür etməyə əlavə imkanlar verir. İndi orada cərəyan edən proseslər, bütövlükdə dövlətin ərazi bütövlüyü məsələsini gündəmə gətirir. Xatırladaq ki, Ukraynada qarşıdurmaların əsas səbəblərindən biri məhz ölkənin Aİ- assosiativ üzvlüyü ilə əlaqəlidir.

Bunlardan belə nəticə çıxır ki, nəzəri cəhətdən qədər cəlbedici olsa da, praktiki cəhətdən assosiativ üzvlüyün reallaşması ciddi çətinliklərlə müşayiət olunur. Təbii ki, belə bir vəziyyət müstəqillik suverenlik üçün ciddi təhlükələr yaradır. AncaqŞərq tərəfdaşlığıproqramının əsas məqsədiilə tərəfdaş ölkələrin inteqrasiyasını yüksəltməklə yanaşı, sabitlik üçün səyləri bir araya gətirmək təhlükəsizliyi gücləndirməkdən ibarətdir.

Buradan prinsipial əhəmiyyətli bir nəticə əldə olunur. Məlum olur ki, Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı ideya kimi çox cəlbedicidir. Lakin onun müasir geosiyasi şərtlər daxilində reallaşması üçün bu təşkilatın təklif etdiyindən fərqli mexanizm və yanaşmalar tələb olunur. Hər şeydən əvvəl bu, Aİ-nin tərəfdaş ölkələri siyasi və iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmaması üçün lazımdır. Eyni zamanda, qlobal miqyasda yaranmış ziddiyyətli və mürəkkəb geosiyasi dinamikanın tərəfdaş ölkələrin təhlükəsizliyinə zərər verməməsini təmin etmək gərəkdir. Bu iki vacib şərtə əməl etmək asan deyil. Çünki digər böyük geosiyasi güclər Aİ-nin güclənməsində maraqlı deyildirlər. Həmin səbəbdən onlar bu təşkilatın atdığı addımlara qarşı tədbirlər görürlər.

Assosiativ üzvlük çərçivəsində məsələlərin məhz bu tərəfi aydın deyil. Bunlara görə, Azərbaycanın özünün fərqli əməkdaşlıq modelini təklif etməsi tamamilə normaldır. Bu bağlılıqda Prezident İlham Əliyev vurğulayıb ki, strateji tərəfdaşlığı nəzərdə tutan proqram maraqlı olardı. Azərbaycan rəhbərinin bu təklifini Aİ qəbul edib və bəzi informasiyalara görə, təşkilat Strateji Modernləşən Tərəfdaşlıq (SMT) adlı proqram hazırlayır. Qeyd etmək lazımdır ki, tərəflər arasında strateji əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün tam əsaslar vardır. Belə ki, Azərbaycan Aİ ilə bütün sahələrdə kifayət qədər səmərəli əlaqələr qurub.

 

(ardı var)

 

Kamal ADIGÖZƏLOV

 

Xalq qəzeti.- 2014.- 16 iyul.- S.5.