Banklar real sektorun
inkişafına
öz töhfələrini verməlidirlər
Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektor mühüm rol oynayır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, hazırda ölkədə investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor respublikada gedən uğurlu proseslərdən bəhrələnmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır...”.
Azərbaycanda
biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi,
stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi
regionların inkişafına öz
töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin
elektronlaşdırılması və bu
xidmətlərə görə dövlət
rüsumlarının və haqların “online”
rejimində elektron qaydada
həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin
qarşısını almışdır.
Dövlət
başçısı İlham Əliyev respublikamızda
özəl sektorun inkişafına daim xüsusi diqqət
göstəriləcəyini dönə-dönə
vurğulamışdır. Ölkə rəhbəri dəfələrlə
çıxışlarında sahibkarların himayədarı
olduğunu bildirərək demişdir ki, mənim üçün özəl şirkətlə dövlət
şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır,
ölkə naminə çalışır.
Hazırda Azərbaycanda
sahibkarlığın inkişafının yeni
təşkilati-iqtisadi modellərinin - xüsusi
iqtisadi zonaların, sənaye şəhərciyinin
və biznes inkubatorların tətbiqi sahəsində
müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq
strukturlarının yaradılmasının məqsədəuyğun
istiqamətləndirilməsi və
stimullaşdırılması vasitəsilə innovasiyaya
əsaslanan yüksək keyfiyyətli əmtəələrin
və xidmətlərin təklifinin sabit
artımına dövlət tərəfindən müvafiq
şərait yaradılmışdır. Ötən illərdə
vergi yükünün
azaldılması və vergi
prosedurlarının asanlaşdırılması, dövlət
qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin
tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli
kreditlərin verilməsi özəl sektorun
inkişafını daha da
sürətləndirmişdir.
Son illərdə Azərbaycanda
sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli
dərəcədə liberallaşdırılması,
sahibkarlığa dövlət maliyyə yardımı
mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə
ixrac rüsumlarının ləğvi
özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq
deyə bilərik ki, yerli
sahibkarlığın inkişaf etdirilməsi,
onların birbaşa vergi
yükünün azaldılması məqsədi
ilə 2010-cu ildən mənfəət vergisinin
dərəcəsi 22 faizdən 20, fiziki
şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün
isə 35 faizdən 20 faizə endirilmiş,
bir sıra fəaliyyət növləri üçün xüsusi
razılıq (lisenziya) alınmasına
görə dövlət rüsumunun məbləği
azaldılmışdır.
Yuxarıda sadalananlarla yanaşı, bir
məqama da toxunmaq istərdim.
Bu gün Azərbaycanda
real sektora dövlət
dəstəyini nəzərə almasaq, banklar tərəfindən elə bir ciddi maliyyə
yardımı göstərilmir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı söhbət getmişdir. Dövlət
başçımız demişdir: “...Biz ölkəmizdə sənayenin,
iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafını sürətləndirmək üçün dünyada
gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni
öyrənirik və görürük ki, orada banklar bu sahədə çox
müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də
belə olmalıdır. Amma belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə
nəzərdə tutulan 300 milyon manat kredit
verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz
resursları deyil, dövlətdən verilən
resurslardır. Banklar bunu
paylayır, eyni zamanda,
hələ pul da
qazanırlar. Yəni, bu, Azərbaycan
dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir.
Hansı ölkədə dövlət özəl banklara pul verir,
özü də bu
şərtlərlə?! Amma bizdə Mərkəzi
Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar
pul qazansınlar...”.
Cənab Prezidentin dediyi kimi, həqiqətən də bu
gün banklar iqtisadiyyatın
real sektoruna kreditlər
ayırmırlar.Onlar, əsasən, istehlak
kreditləri verirlər. Düzdür, bu da bir növ dövlətin
siyasəti, dövlətin
özəl bankları dəstəkləməsidir.Amma
möhtərəm dövlət başçımızın
fikrinə mən də şərikəm ki,
banklar öz məsuliyyətini
dərk etməlidirlər. Dövlət siyasətini,
xüsusilə ölkəmizin inkişafı ilə
bağlı olan siyasəti görərək
kənarda durmamalıdırlar. Bir halda ki, dövlət o banklara kömək
göstərir, deməli, onlar da real sektorun
inkişafına öz töhfələrini
verməlidirlər. Təəssüf ki,
belə deyil. Ona
görə də cənab Prezident bu məsələyə münasibətini kəskin
şəkildə bildirərək demişdir:
“Ona görə burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə, məsələ təhlil
edilməlidir. Yəqin ki, bu
təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları
iqtisadiyyatın real sektoruna
hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit
portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya
investisiya, ya kredit şəklində nə qədərdir və
onlar digər sahələrə nə qədər
kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan
sonra öz qərarımı
verəcəyəm. Yenə də deyirəm, mən
Azərbaycanın özəl sektorunun
inkişafına çox böyük
dəstək verirəm. Əgər belə olmasaydı, bu gün bu
qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda,
özəl sektor da öz məsuliyyətini dərk etməlidir və
ümumi işimizə töhfə verməlidir”.
Bəli, təkcə
elə bu fakt göstərir
ki, cənab İlham
Əliyev real sektorun
inkişafını daim diqqət mərkəzində
saxlayır, bu sahənin inkişafına xüsusi önəm verir.
Kamil QASIMOV,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq
qəzeti.- 2014.- 16 iyul.- S.6.