Nəsimi rayonu:
ilin
birinci yarısı
uğurlu olub
Nəsimi
rayonunda 2014-cü ilin
birinci yarısının
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
edilmiş iclas keçirilmişdir.Tədbiri Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev açaraq
bildirmişdir ki,
2014-cü ilin birinci yarısı ölkəmizin
iqtisadiyyatı üçün
uğurlu olmuş və qarşıda duran bütün vəzifələr yerinə
yetirilmişdir.
Bu dövrdə ölkəmizdə
ümumi daxili məhsul artımı 2,1 faiz təşkil
etmiş, əhalinin pul gəlirləri isə 4,7 faiz yüksəlmişdir. Orta aylıq
əmək haqqı
440 manata çatmış,
ölkəmizin valyuta
ehtiyatları 54 milyard
dolları ötmüşdür.
Birinci yarım ildə 65 min yeni iş yeri açılmış,
ölkə iqtisadiyyatına
7,6 milyard manatdan çox investisiya qoyulmuşdur.
2014-cü ilin birinci yarısı ölkəmiz üçün
bütün sahələrdə
uğurlu olmuş və iqtisadiyyatımızda
dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş
və Azərbaycanın
hərtərəfli inkişafına
yönəlmiş müdrik
siyasətin möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin bariz nümunəsidir.
İlin
birinci yarısında
Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunmuşdur. 2014-cü ilin yanvar-iyun
aylarında rayonda 183 milyon 635 min manatlıq sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə
10,1 faiz çoxdur.
Bu ilin ilk altı
ayı ərzində rayonda 1529 yeni iş yeri açılmışdır.
Nəsimi Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzi
tərəfindən 1428 ailəyə
ünvanlı dövlət
sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları 321 nəfər
ahıl və əlilə evlərdə
sosial məişət
xidməti göstərmişlər.
Nəsimi
Rayon İcra Hakimiyyəti
başçısının müavini Anar Tağıyev məruzə
ilə çıxış
etdi. O bildirdi ki, 2014-cü ilin birinci yarısında rayonda istehlak bazarının dinamik inkişafı davam etmiş, əhaliyə 520
milyon 715 min manatlıq
istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Həmin dövrdə
hüquqi və fiziki şəxslərə
19 milyon 419 min manatlıq
rabitə xidməti göstərilib. Nəqliyyat
sektorunda görülən
iş və xidmətlərin həcmi
241 milyon 341 min manat təşkil etmişdir ki, bu da
əvvəlki ilin eyni dövrü ilə nisbətdə 7,5 faiz çoxdur.
Yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatları
179 milyon 34 min manat həcmində iş yerinə yetirmişlər.
Bu dövrdə 46 saylı
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, 22 saylı
körpələr evi-uşaq
bağçasının, Elmi-Tədqiqat
Hematologiya və Transfiziologiya İnstitutunun
əsaslı təmiri,
Hüseynbala Əliyev
küçəsində idman
meydançasının inşası
başa çatdırılmışdır.
Bakı Slavyan Universiteti nəzdindəki
məktəb-lisey kompleksində,
46 və 54 saylı
tam orta məktəblərdə,
147 və 174 saylı körpələr evi-uşaq
bağçalarında əsaslı
təmir işləri
davam etdirilir.
2014-cü ilin ilk altı
ayı ərzində Nəsimi Rayon Qaz İstismarı İdarəsi
tərəfindən 5 milyon
919 min 212 manatlıq təbii
qaz satılmış,
satışın 101,2 faizi
ödənilmişdir. Həmin dövrdə
1816 mexaniki sayğac
“Smart-kart” sayğacları ilə
əvəz olunmuşdur.
İlin yanvar-iyun
ayları ərzində
rayon enerji təchizatı
və satışı
idarəsi tərəfindən
satılmış elektrik
enerjisinin 99,6 faizi ödənilmişdir. İdarə
tərəfindən, ümumilikdə
15 min 526 metr kabel və naqillər dəyişdirilmiş, 8 transformator
məntəqəsində daha
güclü transformatorlar
qurulmuşdur.
Nəsimi
Rayon Su-kanal İdarəsi
tərəfindən müxtəlif
diametrli 3800 su borusu, 400 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir.
Ölkəmizin
hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri
davam etdirilir. Hazırda Cavadxan küçəsində
yeni park salınır,
“Heydər parkı”nda
isə əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Metronun “Memar Əcəmi” stansiyası qarşısındakı
və A.Məhərrəmov
küçəsindəki parklarda
abadlıq işləri
görülür. Mir Cəlal
küçəsində yeni
parkın salınması
ilə bağlı hazırlıq işlərinə
başlanılıb. S.Vurğun,
H.Seyidzadə, Ü.Hacıbəyov
və daha beş küçə
boyunca yeni yaşıllıq zolaqları
yaradılır, dekorativ
ağac və gül kolları əkilir. Bakı Musiqi Akademiyası
binasının fasadında
əsaslı, müxtəlif
küçələrdə 54 binanın fasadlarında təmir işləri aparılır. Respublika velotrekində
yenidənqurma və bərpa işləri davam etdirilir.
Rayondakı
“Təzə Bazar” MMC və 3-cü mikrorayondakı
“Kəndli yarmarkası”
ərazilərində yarmarkalar
təşkil olunmuşdur. Burada hər həftə bazar qiymətlərindən
aşağı 40-50 ton müxtəlif
çeşidli kənd
təsərrüfatı məhsulları
satılır.
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı (2014-2016-cı illər )”nın icrası ilə əlaqədar tədbirlər Nəsimi rayonunda davam etdirilir. Görülən işlər daim
rayon rəhbərliyinin nəzarətindədir.
Sonra
Nəsimi Rayon Mənzil-
Kommunal Təsərrüfatı
Birliyinin rəisi L.Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin
rəisi M.Eyvazov və başqalarının
çıxışları dinlənildi. Onlar görülmüş
işlərdən və
qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev aparatın
məsul əməkdaşı
Xalid Kərimova bu günlərdə layiq görüldüyü
“Dövlət qulluğunda
fərqlənməyə görə”
medalını təqdim
etdi.
Nəsib
Məhəməliyev iclasa
yekun vurdu.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2014.- 17 iyul.- S.6.