Nizami rayonu: sosial-iqtisadi
tərəqqi və quruculuq işləri davam edir
Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq Nazirlər Kabinetinin 2014-cü ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.
Rayon icra hakimiyyəti
başçısının müavini
İldırım Mehdiyev 2014-cü ilin
altı ayı ərzində rayonun sosial-iqtisadi
inkişafının yekunları
və qarşıda duran vəzifələrə
dair hesabat məruzəsi
ilə çıxış etdi. Cari ilin ötən dövrünü
Azərbaycan Respublikası üçün
kifayət qədər uğurlu və
yüksək nailiyyətlərlə zəngin bir
dövr olduğunu qeyd edən natiq bildirdi ki, iyul
ayının 10-da dövlət
başçısı cənab İlham
Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında son illər ölkə
iqtisadiyyatında müşahidə olunmuş
iqtisadi artımın hazırda da davam etməsi müsbət
hal kimi qiymətləndirlimişdir.
Belə ki, Prezident
İlham Əliyev statistik
göstəricilər əsasında Azərbaycanda sənaye
istehsalının, qeyri-neft bölməsinin,
o cümlədən kənd təsərrüfatının
və digər bütün sahələr
üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə sosial proqramların uğurla icra olunduğunu
vurğulamış, makroiqtisadi vəziyyətin
sabit qaldığını diqqətə
çatdırmışdır.
Ölkəmizin
dinamik inkişafının təmin
olunmasında paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi
bildirdi ki, cari ilin birinci
yarısında rayonda fəaliyyət
göstərən müəssisələr tərəfindən
210,1 milyon manat dəyərində
məhsul istehsal edilmişdir ki, bu
da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 29,7 faiz çoxdur. İstehsal olunmuş sənaye məhsulunun 39,7 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür. Sənayenin
dövlət sektorunda isə 126,3 milyon manatlıq və ya ümumi istehsalın 60,3 faizi
qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Qeyd olundu ki, rayon
üzrə ötən ilin eyni dövrü ilə
müqayisədə zeytun yağı istehsalı
77 faiz, kakao
yağı istehsalı 2,2 dəfə, günəbaxan
yağı istehsalı 16,5 faiz, marqarin istehsalı 33 faiz, süd məhsullarının istehsalı 21,6 faiz, sair kimyəvi məhsulların
istehsalı 14 faiz, beton,
gips və sement məmulatlarının
istehsalı 84,3 faiz, tikinti
məhsulları istehsalı isə 35,8 faiz
artmışdır. Müəssisələr tərəfindən
bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-iyun
aylarında istehlakçılara 212,6 milyon
manatlıq məhsul göndərilmişdir. Natiq
bildirdi ki, hesabat dövründə daxili
imkanlar hesabına 166,4 milyon
manatlıq podrat işləri yerinə yetirilmişdir ki, bunun da 21,9 milyon
manatlığı tikintinin dövlət sektorunun, 144,5 milyon
manatlığı isə qeyri-dövlət sektorunun
payına düşmüşdür. Cari ilin altı ayında rayon
iqtisadiyyatının və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 123,7 milyon manatlıq investisiya
yönəldilmiş, ötən ilin eyni dövrü ilə
müqayisədə 95,2 faiz artım əldə
olunmuşdur. İstifadə edilmiş investisiyaların 91,2 milyon
manatı və ya 73,7 faizi tikinti-quraşdırma işlərinə
sərf olunmuşdur. Bütün
maliyyə mənbələri hesabına 17 milyon
manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Məruzəçi
qeyd etdi ki, 2014-cü ilin birinci yarısında rayon üzrə
pərakəndə ticarət dövriyyəsinin həcmi 23,1 faiz artaraq 981 milyon manat, əhaliyə
göstərilən pullu xidmətlərin
səviyyəsi isə 8,2 faiz artaraq 193,7 milyon manat təşkil etmişdir.
Hesabat dövründə rayon
üzrə rabitə sahəsində 113,8 milyon
manat, nəqliyyat üzrə isə 40,9 milyon manat dəyərində
xidmətlər göstərilmişdir ki,
bu da əvvəlki ilin eyni dövründəkindən
müvafiq olaraq 3 faiz və 38,1 faiz çoxdur. Məşğulluq
strategiyasının həllinə diqqətin getdikcə artırıldığını
bildirən məruzəçi dedi ki, cari ilin
altı ayı ərzində rayonda 1370 yeni iş yeri
yaradılmışdır. Bunun 128-i yeni açılmış müəssisələrə,
172-si mövcud müəssisə və təşkilatlara,
1070 isə fiziki şəxslərıə
aid olmuşdur.
Bütövlükdə isə 2003-cü ildən indiyədək
Nizami rayonunda 24284 yeni iş yeri
açılmışdır ki, bunun da 24187-si daimidir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə orta
aylıq əmək haqqının 487,6 manat
təşkil etdiyini diqqətə
çatdıran məruzəçi ayrı-ayrı sahələr
üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində həyata
keçirilmiş tədbirlərdən də geniş bəhs etdi.
2014-cü
ilin ötən dövrü
ərzində rayonda
elektrik enerjisi, istilik, qaz və içməli
su təchizatı ilə bağlı həyata
keçirilən tədbirlər barədə məlumat verən
İ.Mehdiyev
abadlıq və quruculuq işlərinə
də xüsusi diqqət yetirildiyini
bildirdi.
Natiq, həmçinin rayonun
təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə də yüksək
nailiyyətlərin əldə olunduğunu
qiqqətə çatdırdı, qazanılmış uğurlardan geniş bəhs etdi.
Məruzə ətrafında
çıxış edən digər natiqlər Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən mühüm işlərdən,
sosial və iqtisadi sahələrdə
əldə olunmuş uğurlardan
söhbət açdılar. Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayan
natiqlər rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat
verdilər, ilin qalan dövrü ərzində görüləcək
işlərdən bəhs etdilər.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon
İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov Nazirlər Kabinetinin
2014-cü ilin birinci
yarısının yekunlarına həsr olunmuş
iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən
irəli gələn vəzifələrin icrası ilə
bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini
gözləyən bir sıra məsələlərdən
söhbət açdı, bununla bağlı
müvafiq qurumların rəhbərlərinə
konkret tapşırıqlar verdi.
Tədbirdə Milli Məclisin
deputatları Sədaqət Vəliyeva və Rasim
Musabəyov iştirak
edirdilər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 18 iyul.- S.5.