Xətai rayonu ili də
uğurla başa vurmağa hazırdır
Xətai Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı başlamamışdan əvvəl toplantı iştirakçıları Heydər Əliyev parkına gəlib ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoydular və xatirəsini ehtiramla yad etdilər.
YAP Xətai rayon təşkilatının iclas
zalında keçirilən yığıncaq icra
başçısı Razim Məmmədovun
məruzəsi ilə başladı. Natiq qeyd etdi ki,
Prezident İlham
Əliyev ümummilli liderimiz
Heydər Əliyevin müəllifi olduğu
inkişaf və tərəqqi
strategiyasını yaradıcı şəkildə və qətiyyətlə
davam
etdirməklə 2014-cü ilin başa çatmış 6 ayında da ölkəmizə sosial-iqtisadi
və ictimai-siyasi sahələrdə misilsiz uğurlar
qazandırmış, qloballaşan
dünyanın inkişaf etmiş
dövlətləri sırasında müstəqil Azərbaycan
Respublikasının yerini bir
qədər də möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2014-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı bu nailiyyətləri
konkret faktlar və rəqəmlərlə
diqqətə çatdırmış, ölkənin iqtisadi inkişaf
strategiyasının yeni hədəflərindən
danışmışdır.
R.Məmmədov
vurğuladı ki, bu gün Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf
dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş
etdirir. Məhz bunun nəticəsidir ki, rayonumuzda uzun illərdən
bəri həllini tapa bilməyən bir çox sosial- iqtisadi, məişət
problemləri artıq tarixə, keçmişə çevrilir, sakinlərimiz hər addımda inkişaf strategiyasının gerçək nəticələrindən
bəhrələnirlər.
Razim Məmmədov rayonda görülən
işlərdən geniş məlumat vermiş və bildirmişdir
ki, ilin birinci yarısında rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı nəticəsində
541 milyon 779,2 min
manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehlakçılara 100,1 faiz sənaye məhsulu göndərilmişdir.
Nəqliyyat
xidmətindən əldə olunan gəlir
faktiki qiymətlərlə 19,9 faiz artaraq 143 milyon 302,8 min manat olmuş,
əsas kapitala yönəldilən investisiyalar keçən ilin
eyni dövründəkindən 11,4 faiz artaraq 91 milyon 729,1 manat təşkil
etmişdir. Əsas kapitala
yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işlərinin həcmi 2,5 dəfə, tikinti
təşkilatlarının öz gücləri
ilə yerinə yetirilən podrat işlərinin
həcmi isə əvvəlki ilin eyni dövrünə nisbətən 37,7 faiz çox olmuşdur.
Hesabat dövründə pərakəndə əmtəə
dövriyyəsi 10,2 faiz, əhaliyə
göstərilən pullu xidmətlər
26,5 faiz, bir
işçiyə hesablanmış orta
aylıq əmək haqqı isə 20,4 faiz
artmışdır.Keçən ilin eyni dövrü ilə
müqayisədə orta aylıq əmək
haqqı sənaye müəssisələrində 17,3 faiz artaraq 619,3 manat, tikinti kompleksində 37,5 faiz
artaraq 805,1 manat, nəqliyatda
isə 10,5 faiz artaraq 840,1 manat olmuşdur.
R.Məmmədov
qeyd etdi ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün
hüquqi bazanın möhkəmləndirilməsi,
dövlət tərəfindən hərtərəfli dəstəyin
verilməsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müəyyən
etdiyi iqtisadi siyasətin
əsas istiqamətlərindəndir.
Bu prioritet sahəni daim diqqətdə saxlayan
Xətai rayonunda da
sahibkarlığın dəstəklənməsi və
inkişafı məqsədilə
bir sıra tədbirlər həyata keçirilmişdir. Sahibkarlara
yaradılmış şəraitin nəticəsində bu ilin birinci
yarısında hamısı daimi olmaqla rayonumuzda
2365 yeni iş yeri, 2003-cü ilin
oktyabrından bu ilin 1
iyulunadək 35611 yeni iş yeri yaradılmışdır ki, bunun da
35405-ı daimidir.
Natiq rayonda aparılan tikinti
işlərindən danışarkən bildirdi
ki, göstərilən müddətdə rayonun tikinti kompleksində iqtisadi və
sosial
sahələrin
inkişafı üçün
bütün maliyyə
mənbələrindən
istifadə edilməklə
respublika əhəmiyyətli bir sıra layihələrin həyata
keçirilməsi davam etdirilmişdir. Rayonda “Bakı Ağ şəhər”
layihəsinin inşası hesabat
dövründə sürətlə aparılmış, Boks Federasiyasının İdman
Kompleksinin tikintisi davam etdirilmiş,
Fransız məktəbinin tikintisində, “Yeni
Ag şəhər” bulvar
kompleksinin salınmasında işlər
sürətləndirilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasının əsaslı təmiri də
icra olunan layihələr
sırasındadır. Müasir tələblərə
cavab verməyən bu
bina bütövlüklə yenidən qurulur, müasir standartlar səviyyəsində iş
otaqları, akt və müşavirə
zalları, yeməkxana yenilənir, müasir
avadanlıqlarla təchiz olunur.
Razim Məmmədov xüsusi
qeyd etdi ki, həmişə olduğu
kimi, son 6 ayda da rayonda ekoloji vəziyyətin
yaxşılaşdırılması qarşımızda duran mühüm məsələlərdən
olmuşdur. Bunu nəzərə
alaraq rayonda
yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram
hazırlanaraq həyata keçirilməyə başlanmışdır.
Cari ilin əvvəlindən həyata keçirilməyə
başlanan 2-ci yaşıllaşdırma
proqramına uyğun olaraq
Azadlıq prospekti – Hava
Limanı istiqamətində, Nobel prospekti boyunca
yaşıllaşdırma işlərinin 1-ci mərhələsi
başa çatdırılmış, bu mərhələdə magistiral
yolun kənarında istinad
divarları tikilərək üzlük daşla üzlənmiş, torpaq
daşınaraq yayılmış, 45 min kvadratmetr ərazidə yaşıllıq
massivləri salınmışdır. Zığ yolu boyuncada
yaşıllaşdırılan ərazilər genişləndirilmiş,
bu yol kənarında da əlavə 30 min kvadratmetrədək sahə hazırlanaraq
yaşıllaşdırılmışdır.
Daim diqqətdə saxlanılan rayon ərazisindəki yolların təmiri və
tikintisi sahəsində də əhəmiyyətli
işlər görülmüşdür.
Hərəkətin təhlükəsizliyini təmin etmək
məqsədilə Gəncə
prospekti boyu uzanan yol ikitərəfli olmaqla yenidən qurulur və
prospekt müasir
işıqlandırma sistemi ilə təchiz
edilir. Xocalı prospektində bütün yeraltı kommunikasiya
xətləri dəyişdirilmiş, bu prospekt bütövlükdə yenidən qurulmuşdur. Məhəllədaxili
yolların, küçə və səkilərin asfaltlanması
ilə əlaqədar xeyli iş
görülmüş, yollara
və binaların qarşısındakı ərazilərə
hesabat dövründə 46 min kvadratmetrdən çox
asfalt döşənmişdir.
Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin
təminatı, həmçinin məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması da
rayon icra hakimiyyətinin
diqqətində olmuş və yarım il ərzində 20 məcburi köçkün
ailəsinin mənzil
şəraitini yaxşılaşdırmışdır.
Rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması,
təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su
ilə təminatı istiqamətində gündəlik işlər
aparılmış, icra hakimiyyəti
başçısının tapşırığı ilə yaradılmış qərargahın
fəaliyyəti nəticəsində enerji
daşıyıcılarının dəyərinin ödənilməsində
müsbət nəticələr əldə olunmuş,
bu sahələrdə meydana
çıxan problemlər vaxtında aradan
qaldırılmışdır.
Rayondakı
mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin
yaxşılaşdırılması da icra olunan layihələr
çərçivəsində həyata keçirilir.
İnşa olunmuş
modul tipli istilik qazanxanasının və müasir tipli yeni istilik
qazanxanasının istismara verilməsi ətrafdakı
dövlət müəssisələrinin və yaşayış binalarının istilik təminatını
yaxşılaşdırmışdır. Artıq 8 istilik məntəqəsinin qazanxanaya
çevrilməsi uşaq bağçalarının, səhiyyə
müəssisələrinin və 90-dan artıq
yaşayış binasının istilik sisteminin bərpa olunmasına imkan
vermişdir.
İstismar müddəti başa
çatmış liftlərin yeniləri ilə əvəz
olunması istiqamətində də işlər
aparılır. İndiyədək 742 lift
yenisi ilə əvəz olunmuş,
192 liftdə isə əsaslı təmir işləri
aparılmışdır.
Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına və ona edilmiş əlavələrə, həmçinin
digər investisiya proqramlarına uyğun olaraq, 194 nömrəli
məktəbin binasının inşası, 63 saylı məktəbdə əlavə
tədris korpusunun tikintisi,
48 və 56 saylı məktəblərin,
171 saylı orta məktəbdə yeməkxana
və akt zalının, 116 saylı məktəbin
istilik sisteminin təmiri
işləri əsaslı şəkildə davam
edir. Bu proqramla təmir olunmuş 8 uşaq
bağçası hesabat dövründə
fəaliyyətə başlamış, 4 uşaq
bağçasında isə təmir işləri davam etdirilir.
2014-2016-cı illər
üçün Dövlət
Proqramına uyğun olaraq
hazırda 1 uşaq evində, 1 peşə
liseyində və 5 orta məktəb
binasında təmir işləri aparılır. Proqramda nəzərdə tutulan
digər obyektlərin tikintisi və əsaslı
təmiri ilə əlaqədar hazırlıq işləri də
davam etməkdədir. Hesabat məruzəsi ətrafinda
çıxışb edən Milli Məclisin
deputatı, YAP Xətai rayon təşkilatının
sədri Hüseynbala Mirələmov və
başqaları 2014-cü ilin birinci yarısında Xətai Rayon
İcra Hakimiyyəti
başçısının gördüyü
işləri qənaətbəxş qiymətləndirdilər
və qarşıda duran vəzifələrin
uğurla həll olunması üçün ona və
rəhbərlik etdiyi aparata
uğurlar arzuladılar. Sonda
qeyd olundu ki, yarım ildə əldə edilmiş
nailiyyətlər deməyə imkan verir ki, Xətai rayonunda ili uğurla
başa vurmaq üçün bütün
əsaslar var.
Hesabat yığıncağında çıxış edən
Azərbaycan Respublikası Prezident
Administrasiyasının məsul işçisi
Tağı Tağıyev əldə olunan
uğurlarla kifayətlənməməyi və
Prezident İlham
Əliyevin tərəqqi strategiyasının təntənəsi
üçün daha böyük səylə
çalışmağı tövsiyə etdi. Yığıncağın
sonunda elə bu hesabat dövründə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə təltif edilmiş Xətai Rayon İcra Hakimiyyəti
aparatının məsul əməkdaşı Pənah İmanova “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı təqdim olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto)
Xalq qəzeti.- 2014.- 19 iyul.- S.6.