Masallıda
uğurların miqyası artır
Ölkəmizin sürətlə inkişaf edib gözəlləşən rayonlarından biri də Masallıdır. Yarımilliyin yekunlarına həsr olunan yığıncaqda bu barədə ətraflı danışılmış və qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.
İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi maraqla
dinlənilmişdir. O qeyd etmişdir ki, Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş
iclasında ölkə başçısı ölkəmizin
uğurlarının ətraflı şərhini vermiş, qarşıdakı mühüm
hədəfləri göstərmişdir.
Respublikada gedən quruculuq
proseslərində Masallının da öz yeri var.
Hazırda rayonun inkişaf
proqramında nəzərdə tutulmuş
bir sıra sosial-mədəni obyektlərin
tikintisi davam etdirilir. Şəhərin H.Aslanov,
Azərbaycan küçələrində və
Talışxanov prospektində geniş
abadlıq və quruculuq işləri
aparılır. Kommunal binaların
fasadlarının və dam örtüklərinin
əsaslı təmiri tamamlanmışdır. Bundan
əlavə Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrinə
yeni asfalt örtüyü döşənmiş, səkilərin
yenidən qurulması başa
çatdırılmış və işıqlanma sisitemi yenilənmişdir.
Masallı
Tarix-Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət məktəbinin,
Bayraq meydanının tikintisi
davam etdirilir.
Masallı şəhər 1 saylı, Kolatan
kənd tam orta məktəblərinin
əsaslı təmiri, Mahmudavar kənd əsas
məktəbinin tikintisi aparılır, Bədəlan
kənd tam orta məktəbinin
isə əsaslı təmiri başa
çatdırılmışdır. Masallı şəhərində
2 uşaq bağçası üçün yeni
binanın tikintisinə başlanmışdır ki, onlardan biri
sosial təşəbbüslə həyata
keçirilir. Bədəlan kəndində
uşaq bağçası üçün
uyğunlaşdırılmış binada
əsaslı yenidənqurma işləri başa
çatdırılmışdır, Kolatan
kəndində 60 yerlik uşaq
bağçasının təmir işləri
aparılır. Viləş
çayının sahilində bənd bərkitmə işlərinin
aparılması məqsədilə layihə-smeta sənədlərinin
hazırlanması sona yetmişdir,
yaxın vaxtlarda bu
istiqamətdə işə başlanılacaq. Sonrakı mərhələdə
isə Viləş çayının hər iki
sahilini əhatə edən park bulvar kompleksinin
tikintisinə başlanılacaqdır.
İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin
açılmasını təmin etmişdir.
Hesabat dövründə rayon
üzrə məhsul istehsalı və göstərilən
xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 26,6 faiz
artmışdır. Birinci yarımildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
iş adamlarına 47 layihə üzrə 12 milyon 156 min manat kredit verilməsi sahibkarlıq subyektlərinin
sayının artmasına, fəaliyyət dairəsinin
genişlənməsinə və
241 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Masallı respublikanın mühüm
kənd təsərrüfatı rayonudur.
Yarımildə rayonda 47289,1 min
manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı
müəssisələrində bir işçi üçün
orta aylıq əmək haqqı 173
manatdır. İribuynuzlu mal-qara
73770 başa, xırdabuynuzlular isə 84251
başa çatmışdır. Süd istehsalı 26766,5 ton,
ət istehsalı 2793,3 ton, yumurta istehsalı 34820 min ədəd
olmuşdur.
Rayonda 13025 hektar taxıl, o cümlədən 8166 hektar
buğda, 3188 hektar arpa və 1671 hektar dənlik
vələmir əkini aparılmışdır. Bundan əlavə, xeyli kartof, bostan məhsulu və tərəvəz əkilmişdir.
Əlaqədar təşkilatlarla
“Yaşıl market”in
salınması ilə bağlı ilkin
razılıq əldə olunmuşdur. İlin birinci yarısında Əhalinin Sosial Müdafiəsi Mərkəzi 1090 ailəyə ÜDSY təyinatı
aparılmışdır. Yardım təyinatı
aparılmış ailələrə 4011,4 min
manat vəsait ödənilmişdir.
Sosial infrastruktur şəbəkəsinin
inkişaf tempi
yüksəlməkdə, miqyası genişlənməkdədir. Dövlət
Proqramı əsasında rayon mərkəzinin
və 22 yaşayış məntəqəsinə birpilləli
sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi
ilə əlaqədar hazırda Qədirli və
Xallıcallı kəndlərində işlərə
başlanılmışdır.
Məruzəçi sonra dedi ki,
artıq 2 ildən çoxdur ki, cənab Prezidentin
xeyir-duası ilə Masallı şəhərinin içməli
su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması işlərinə başlanmışdır. Lakin bu prosesdə gecikmələrin
olması təəssüf doğurur. Ümid edirik ki, layihə
vaxtında və keyfiyyətlə
tamamlanacaq. Müvafiq qurumlara verilən
tapşırığa əsasən, Muğan
zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su
təchizatının yaxşılaşdırılması məqsədilə
layihələndirmə işləri aparılmış və
“Viləşçay” su dəryaçasından
həmin istiqamətlərə
içməli su xəttinin çəkilməsinə
başlanılmışdır. Hazırda su
mənbəyindən Şərəfə-Həsənli-Təklə
istiqamətində 19 kilometrə qədər magistral
xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində
bəzi kəndlərə suyun verilməsi
nəzərdə tutulur.
R.Hüseynov daha sonra
dedi: -Yeni məktəb
binalarının tikintisi və əsaslı
təmiri geniş vüsət
almışdır. Bu çərçivədə
rayonda 37 yeni məktəb binası tikilmiş
və ya əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin əsaslı
təmiri və bir məktəbin tikintisi davam etdirilir. Masallıda Dövlət
Regional Kollecinin
açılması ilə bağlı məsələ
qaldırılmış və bununla
bağlı sərəncam verilmişdir. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək
kollecin formalaşdırılması üçün
hazırlıq işləri sürətlə aparılır.
Bu kollecdə müxtəlif ixtisaslı kadrların, o cümlədən turizm
və kənd təsərrüfatı mütəxəssislərinin
hazırlanması planlaşdırılır.
Rayonda 940 uşağın tərbiyə
aldığı 16 uşaq
bağçası fəaliyyət göstərir. Bu tərbiyə ocaqlarının istər maddi-texniki bazası, istər ərzaq təminatı,
istərsə də burada
çalışan tərbiyəçilərin təhsil səviyyəsi
günün tələblərinə cavab vermir. Son
illərdə uşaq
bağçalarının üçü
əsaslı təmir olunmuşdur.
Hazırda Masallı şəhərində 2 uşaq
bağçasının tikintisi və Kolatan kəndində isə uşaq
başçasının əsaslı təmiri davam etdirilir. Eyni zamanda Bədəlan kəndində
bağça-məktəb kompleksinin
yaradılması üçün işlər
aparılır.
Əhalinin
sağlamlığı daim diqqət mərkəzindədir. Xəstəliklərin
profilaktikası sisteminin inkişafı
gündəmdədir, bu sahəyə yönəldilən investisiyalar ilbəil artır. Rayonda
fəaliyyət göstərən tibb məntəqələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması üçün
də tədbirlər görülür. Hesabat
dövründə Güllütəpə, Şərəfə,
Türkoba və Xırmandalı kənd həkim
məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə
verilmişdir. İyun
ayında Masallıda ulu öndər Heydər
Əliyevin xatirəsinə həsr edilmiş
III Masallı Beynəlxalq Folklor
Festivalı möhtəşəmliyi ilə yaddaqalan olmuşdur. Rayonda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq
lisenziya ilə təmin edilmişdir
ki, bu istirahət mərkəzlərində
1176 turist yeri var. Cari ilin
6 ayı ərzində bu turist
obyektlərində 7850 nəfər
istirahət etmişdir ki, onlardan 410-u xarici turist olmuşdur.
Görülən
işlərlə bərabər, Masallı şəhərində
abadlıq işlərinin və su-kanalizasiya
sisteminin qurulmasının yüksək səviyyədə
həyata keçiriməsi, həmçinin rayon
ərazisində qazlaşdırmanın və elektrik
xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən problemlərdəndir.
Masallı şəhərində
“Sənaye məhəlləsi”nin və “Yaşıl market”in və sənaye məhəlləsinin
salınması ilə bağlı layihələrin sürətlə
reallaşdırılması diqqət mərkəzimizdə olacaq.
Hesabat yığıncağı göstərdi
ki, Masallıda yüksək işgüzar ruh hökm sürür. Rayonun rəhbərliyi mövcud
potensialı düzgün istiqamətləndirməklə
qazanılan uğurları daha da artırmaq əzmindədir. Başlıca hədəf
ili yeni nailiyyətlərlə
sona çatdırmaqdan ibarətdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 22 iyul.- S.6.