Astara: ilk yarımilin
nəticələri fərəhlidir
Bu günlərdə Astara Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında 2014-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Yığıncaqda icra hakimiyyəti aparatının işçiləri, şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayev
iyulun 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısının
nitqində qeyd olunan əsas
məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən
konkret rəqəmləri bir
daha diqqətə
çatdırmışdır.
Qeyd olunmuşdur ki, bütün respublikada olduğu kimi, Astara rayonunda
da cari ilin
birinci yarısı uğurlarla
müşayiət olunmuşdur. Yerli gəlirlər 2 milyon 568
min manata qarşı 2
milyon 970 min manat icra olunmuşdur ki, bu da
115,7 faiz təşkil
edir. Ümumi məhsul buraxılışı
59,7 milyon manat olmuşdur. Bunun 10,2 faizi
sənaye sahələrində,
43,1 faizi kənd təsərrüfatında, 33,6 faizi ticarət və pullu xidmət sahələrində, 10,3 faizi
tikintidə olmuşdur.
Orta hesabla bir nəfərə
düşən ümumi
məhsul buraxılışının
həcmi 579 manat təşkil etmişdir.
Altı ayda
rayonda tikinti-abadlıq
və quruculuq sahəsində xeyli
iş görülmüşdür.
Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı
21 yaşayış məntəqəsini
birləşdirən Deqədi-Pəlikeş
avtomobil yolunun tikintisi və asfaltlaşdırılmasına 2014-cü ilin mart ayında başlanmışdır. 21 kilometr
məsafədə yolun
tikintisi ilə əlaqədar torpaq işləri yekunlaşmış,
13,5 kilometrlik hissə asfaltlaşdırılmışdır
və hazırda yol tikintisi işləri
davam etdirilir.
Kakalos-Kolatan,
Suparibağ-Seləkəran yolları asfaltlaşdırılmışdır. Bundan əlavə Pensər-Şahağacı,
Astara-Qamişovka, və
Astara-Alaşa avtomobil
yolunda asfalt-beton qarışığı ilə
təmir işləri
yerinə yetirilmiş,
ayrı-ayrı kəndlərarası
yollar avtoqreyderlə hamarlanmışdır. Siyaku-Marzəsə və Siyaku-Şəmətük
avtomobil yollarında 4
körpü tikilmişdir.
Astara
şəhərində ictimai
yaşayış binalarının
fəsadları əsaslı
təmir edilmiş, bir sıra küçədə
abadlıq işləri
görülmüş, yeni
işıqlandırma sistemi
quraşdırılmış, kuveytlər təmizlənərək,
betonlanmışdır. Gənclər küçəsi
1,3 kilometr asfaltlaşdırılmış və yan daşlar düzülmüşdür.
Əlamətdar işlərdən
biri də şəhərin Xəzərsahili
ərazisində 8 hektar sahədə park-bulvarın
tikintisinə başlanmasıdır.
Burada bulvarın salınması
üçün 200 min kubmetr
torpaq daşınmış,
gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Hazırda
bulvar ərazisində
1400 kvadratmetrlik əyləncə
mərkəzinin, çay
evi və kafelərin, fəvvarə,
karusel, mini-futbol, voleybol meydançalarının
tikinti-quraşdırma işləri
görülür. Həmin
ərazidə 12 istirahət
evinin, üçmərtəbəli
mehmanxananın da
inşası davam
etdirilir.
Suparibağ
kəndində tikilən
220 şagird yerlik tam orta məktəbi üçün yeni binada tamamlama işləri aparılır. Asxanakəran ərazi nümayəndəliyinin
Anboba və Əzərud kəndlərində
80 şagird yerlik ibtidai məktəblər üçün də yeni binalar tikilir.
Astara
şəhərində Maliyyə
İdarəsi üçün
ikimərtəbəli müasir
tipli inzibati bina tikilmiş, Telman kəndində yeni çay emalı fabrikinin tikintisinə başlanmışdır. Züngüləş kəndi ərazisindəki
“Astara-1” kiçik su elektrik stansiyasında tikinti işləri davam etdirilir.
Rayonda inşaat
işlərinin aparılması
üçün 2014-cü ilin birinci yarısında
bütün maliyyə
mənbələrindən əsas
kapitala 7 milyon manat məbləğində
vəsait yönəldilmişdir.
İnvestisiyanın 3,3 milyon manatı istehsal təyinatlı obyektlərin,
3,7 milyon manatı isə xidmət sahələrinə aid obyektlərin
inşasında istifadə
edilmişdir.
Son dövrdə rayonda
6276 iş yeri açılmışdır ki,
bunun da 5860-ı daimi xarakterlidir. Birinci yarımillikdə 403 yeni iş yeri
yaradılmışdır.
Əhalinin qaz
təchizatının daha
da yaxşılaşdırılması
məqsədilə xeyli
iş görülmüşdür.
Şəhərdə, Telman,
Təngərüd, Pensər,
Kakalos, Balaca Şahağacı kəndlərində qazlaşdırma
həyata keçirilmişdir.
Elektrik
şəbəkəsi təsərrüfatında
da zəruri səliqə-sahman yaradılmışdır. Rayonun 2000 hektara yaxın ərazisinə xidmət edən Lovayın nasos stansiyasında təmir işləri aparılmışdır.
Əhalinin
və əkin sahələrin sel sularından mühafizəsi
məqsədilə Astaraçayda
və Pensərçayda
məcra təmizləmə
işləri görülmüşdür.
Birinci
yarımildə 29 hektar
çay plantasiyası
salınmışdır. Ümumən mövcud olan 533 hektar plantasiyanın 205 hektarı
məhsuldar çay sahəsidir. 1115 hektarlıq
sitrus və subtropik meyvə bağlarında aqrotexniki qulluq işləri aparılmış, kimyəvi
preparatlarla ziyanverici
və xəstəliklərə
qarşı mübarizə
tədbirləri görülmüşdür.
2014-cü ildə 147 heltarda çəltik, 163 hektarda payızlıq buğda, həmçinin yetərli qədər tərəvəz, dənli
və dənli-paxlalı
bitkilər, kartof və bostan məhsulları əkilmişdir.
Hazırda bol məhsul
yığılır. Diri çəkidə
1702,3 ton ət, 15 min ton süd,
2 milyon 956 min ədəd
yumurta istehsal olunmuşdur. Qaramalın sayı 45 min 794 başa, o
cümlədən xırda
buynuzlu mal-qaranın sayı 29 min 81 başa çatmışdır.
Əhalinin Sosial
Müdafiəsi Mərkəzi
tərəfindən 10 min 402 ailə üzvünü əhatə edən 2 min
81 ailəyə ÜDSY ödənilmişdir.
Hər bir ailəyə düşən orta aylıq məbləğ
130 manat təşkil etmişdir. Rayon Dövlət Sığorta
Filialı 46 min 158 manat
tədiyyə toplamışdır.
Yığılmış tədiyyə
hesabına hərbi xidmət dövründə
şəhid olanların
ailələrinə və
zərər çəkmiş
əlillərə 20,9
min manat sığorta yardımı
verilmişdir.
Rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət
edənlərin 112 nəfəri
müxtəlif idarə
və müəssisələrdə
daimi işlə təmin olunmuşdur.
İcra
hakimiyyətində 524 ərizə
və şikayət qeydə alınmışdır. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə 159 ərizə
azalmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində
18 səyyar qəbul keçirilmiş, 86 nəfər
vətəndaşın müraciətləri
əsasında qaldırılan
məsələlər yerində
həllini tapmışdır.
Məruzəçi bildirdi ki, cənab
İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından
irəli gələn vəzifələrin həyata
keçirilməsi üçün
bütün imkanlardan
istifadə ediləcək,
əhalinin güzəranının
daha da yaxşılaşdırılmasına
nail olunacaq, rayonun abadlaşdırılması naminə
bütün qüvvələr
səfərbər ediləcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 22 iyul.- S.6.