Yardımlı:
ümidlər doğrulur,
arzular gerçəkləşir
Yurdumuzun
dilbər guşələrindən biri olan
Yardımlının hər tərəfi
heyrətamiz gözəllik tablolarıdır. Son illər
Yardımlıda sürətli abadlıq yürüşünə
başlanması, ard-arda əyalət həyat
üçün mühüm
obyektlərin tikilməsi dağlar diyarının önəmini
daha da artırır. Yarımillik hesabat
yığıncağında məhz bu inkişaf meyli,
uğur yolu bir daha nəzərdən keçirilib, həm də
görüləsi işlər diqqətə
çatdırmışdır.
Tədbiri rayon icra hakimiyyətinin
başçısı Sevindik Hətəmov açaraq bildirdi
ki, altı ayda rayonda həyata keçirilənlər ilin
arzuolunan nəticələrlə yekunlaşmasını təmin
edə biləcək. Tikinti- quruculuq, abadlıq işləri,
yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi
və körpülərin inşası, digər infrastruktur
layihələrinin icrası sürətlə həyata
keçirilir.
Prezident İlham Əliyevin sərəncamı
ilə 13 min nəfər əhalinin yaşadığı 23
yaşayış məntəqəsini birləşdirən
Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi
üçün vəsait ayrılmış, yolun 20 kilometrlik
hissəsi asfaltlaşmış və ötən ilin sentyabrında rayona səfər edən dövlət
başçısının iştirakı ilə istifadəyə
verilmişdir. Möhtərəm Prezidentin növbəti sərəncamı
ilə ayrılmış vəsait hesabına isə yolun qalan
18 kilometrlik hissəsi də əsaslı şəkildə
tikilərək ulu öndərin anadan olmasının 91-ci
ildönümü ərəfəsində açılmışdır.
Ötən ilin sentyabrında on min nəfər əhalinin
yaşadığı 12 yaşayış məntəqəsini
birləşdirən Yardımlı-Hamarkənd-Abasabad avtomobil
yolunun tikintisi məqsədilə də Prezident tərəfindən
vəsait ayrılmışdır. Hazırda həmin yolda son
tamamlama işləri aparılır, daxili imkanlar hesabına
Viləş çayı üzərində inşa olunan
körpünün tikintisi başa çatdırqdan sonra
istifadəyə veriləcək.
Fərəhli haldır ki, Prezident İlham
Əliyevin sərəncamı ilə Yardımlıda da
müasir idman kompleksi inşa olunur. Kompleksdə açıq
şəraitdə mini-futbol, voleybol və tenis
üçün meydançalar, güləş, boks və
trenajor zalları, bütün növ tədbirlərin təşkili
üçün böyük idman salonu, 2 mərtəbədən
ibarət 40 otaqlı müasir otel binası da tikiləcək.
Bundan əlavə, rayonda idman qurğularının
bütün əraziləri əhatə etməsi də nəzərdə
tutulur. Belə ki, cüdo və güləş zalının
tikintisi üçün şəhərin “Biləzəmi” ərazisində
torpaq sahəsi ayrılmış, zəruri sənədlər
hazırlanmışdır.
Yardımlı şəhərində su və
kanalizasiya xətləri çəkildiyinə görə
şəhərin bəzi küçələrində
abadlıq işləri bir qədər sonraya
saxlanılmışdır. Yeri gəlmişkən, şəhərdə mövcud olan 22 küçədə,
ümumi uzunluğu 45 km yolların
asfaltlaşdırılması məsələsi Nazirlər
Kabineti qarşısında qaldırılmış və
müraciət müsbət qarşılanmışdır.
Şəhərin Əsədabad və Ünəç
küçələri arasında, Viləş çayı
üzərindəki qəzalı körpü daxili imkanlar
hesabına yenilənmişdir. Bundan başqa, Yardımlı-Bozayran-Bürzünbül
yolunun ilk kilometrlik hissəsində
körpü salınmış, Yardımlı-Hamarkənd
avtomobil yolunda daxili imkanlar hesabına
daha bir körpünün
inşasına başlanmışdır. Bununla da, rayonda son
iki ildə tikilən körpülərin sayı 5-ə,
yolarda quraşdırılmış iri və kiçik tutumlu
suötürücülərin sayı 200-ə
çatmışdır.
İcra başçısı digər
quruculuq tədbirlərini də xatırladaraq dedi ki, mədəni-kütləvi
tədbirlərin təşkili, əhalinin istirahəti məqsədilə Gənclər
parkında Açıq hava
teatrı tikilmişdir. Rayonun “Biləzəmi” adlanan ərazisində
Heydər Əliyev Fondunun hesabına 55 yerlik uşaq
bağçasının inşasına
başlanmışdır. Tarixi “Əlyar” bulağı tamamilə yenidən, müasir
zövqə uyğun şəkildə tikilmişdir. Şəhərdə
mövcud olan yeganə mərasim evi də yenidən
qurulmuşdur. Heydər Əliyev küçəsində rayon
icra hakimiyyəti üçün müasir memarlıq
üslubunda inzibati bina inşa olunacaq.
Abadlıq-quruculuq-işləri rayon mərkəzi
ilə bərabər, kənd yaşayış məntəqələrində
də icra olunmuşdur. Çayüzü kəndində
1941-1945-ci illərdə həlak olmuş həmyerlilərimizin
xatirəsinə ucaldılmış abidə kompleksi yenidən
inşa olunaraq 9 May - Qələbə Günündə istifadəyə
verilmişdir.
Rayon polis şöbəsinin yeni, müasir
inzibatı binası bu il istifadəyə verilmişdir. “31 mart - Azərbaycanlıların
Soyqırımı” abidə kompleksi də yenidən bərpa
olunmuşdur.
Əlavə olaraq əhalisinin sayı 6 min nəfər
olan, 5 yaşayış məntəqəsini birləşdirən, 15
kilometrlik yerli əhəmiyyətli Bozayran-Vərgədüz-Sırıq
avtomobil yolunun tikintisi üçün də müvafiq sənədləşdirmə
işləri aparılmış, bu il üçün
inşası planlaşdırılmışdır. Pirembel
yolunun 2-ci kilometriliyində, Şəfəqli -Gərsava
yolunun 1-ci kilometriliyində sel
sularının kəskin artması nəticəsində
uçulmuş hissələr icra hakimiyyətinin daxili
imkanları hesabına qısa zamanda təmiri edilmişdir. Dəlləkli
kəndində suötürücü qurğu
quraşdırılmışdır.
Bir sıra yollarda da müntəzəm olaraq təmir-bərpa
və genişləndirmə işləri aparılır.
“Sənaye ili” ilə əlaqədar rayonda mədəni,
cır meyvələrin tədarükü və emalı ilə
məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə
sexi” tikilmişdir. Sex 1 saat ərzində
1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin
istehsalı gücünə malikdir.
Burada gün ərzində 10 ton meyvə qəbul etmək
mümkündür. Müəssisə artıq fəaliyyətə
başlamış, 30-a yaxın sakin işlə təmin
olunmuşdur. Müəssisənin gücü artıqca
işçilərin də sayı artacaq. İqtisadiyyat və
Sənaye Nazirliyinin layihəsi əsasında rayonun Çayüzü kəndi ərazisində
Sənaye Məhəlləsinin yaradılması məqsədilə
2 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye Məhəlləsində
pendir, qaynaq, avtomobillərin təmiri sexlərinin və digər
sənaye müəssisələri tikiləcək ki, burada da
bir qrup əhali işlə təmin olunacaq.
“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə
İkinci Layihə” çərçivəsində
Yardımlı şəhərinə ümumi uzunluğu 67
kilometr olan su və 38 kilometrlik kanalizasiya xətlərinin
çəkilməsi işləri davam etdirilir. Bu sahədə
nəzərəçarpan çatışmazlıqların
qarşısı alınmışdır.
Kəndlərdə əhalinin içməli
suya olan tələbatı “Sineyir”
su mənbəyi
hesabına, həmçinin “Soyuq bulaq”dan çəkilən
boru xətti vasitəsilə
ödənilir.Təbii qaz abonentlərinin sayı əhali
sektoru üzrə 1908-ə, müəssisələr üzrə
abonentlərin sayı 17-yə
çatdırılmışdır. Bu sahədə işlərin sürətlənməsinə
tələbat var . Əhalinin fasiləsiz elektrik enerjisi ilə
təmin olunması məqsədilə xətlərdə təmir
işləri aparmışdır.
İlin birinci yarısında 2 kənd orta məktəbi
- 360 yerlik Zövün və 220 yerlik Ostayır kənd tam orta
məktəblərinin binaları istifadəyə
verilmişdir. Yaxın vaxtlarda
daha üç kənd məktəbləri
üçün yeni tikilən binalar istifadəyə veriləcək.
Hazırda daha beş məktəbin
tikintisi sürətlə aparılır. Bununla da beş
ildə istifadəyə verilən
və ya yeni inşa edilən məktəblərin sayı
26-ya çatacaq. Əhaliyə
tibb xidmətinin göstərilməsində ciddi irəliyişə
nail olunmuşdur.
Yığıncağın başlıca
yekunu bundan ibarət oldu ki, cari ili uğurla başa
çatdırmaq üçün Yardımlıda əsaslı
zəmin yaradılmışdır.
Əli
NƏCƏFXANLI
Xalq
qəzeti.- 2014.- 22 iyul.- S.6.