Şəki:
reallıqlar və perspektivlər
Altı ay ərzində Şəkidə çox iş görülüb, tədbirlər keçirilib. Bütün bunlar barədə 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunmuş yığıncaqda ətraflı söhbət getdi.
Hesabat məruzəsi ilə çıxış edən
şəhər icra hakimiyyətinin
başçısı Elxan Usubov ilk əvvəl burada keçirilən və artıq ənənə
şəklini alan “İpək yolu” Beynəlxalq Musiqi
festivallarından danışdı. Bildirdi
ki, bu tədbir yaddaşlarda gözəl bir
xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq
incilərindən ibarət müxtəlif konsert
proqramları , məşhur ifaçıların
qatıldığı festival xoş bayram ovqatı bəxş edib.
“İpək yolu”
Beynəlxalq Musiqi Festivalının
məhz Şəkidə keçirilməsi bu
şəhərin mədəni həyatında böyük
bir hadisədir. Beşinci dəfə
keçirilən festivalda dünyanın
tanınmış musiqi kollektivləri iştirak etdi, şəhərimizin
sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu. Ölkəmizdə
mədəni irsin qorunub
saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ
olunmasına daim böyük
diqqət göstərildiyini qeyd edən natiq Prezident İlham Əliyevin, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini
xüsusi vurğuladı.
2013-cü ilin avqustunda Şəkiyə
səfəri çərçivəsində şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşündə cənab Prezidentimiz
demişdir : “ Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz
vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan
mədəniyyətinin inkişafında xüsusi
yeri vardır. Şəki Azərbaycanda və
deyə bilərəm yəqin ki, bölgədə
və dünyada öz
gözəlliyi ilə seçilən bir
şəhərdir. Biz gərək
Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin
sayını da artıraq”. Məhz bunun nəticəsidir ki, iyul
ayının 1-də başlanan və beş gün davam edən bu möhtəşəm
musiqi bayramının
iştirakçıları, şəhərin qonaqları,
ölkəmizdə akkreditə oldunan diplomatik korpusun nümayəndələri,
musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə
də Azərbaycanın teatr, musiqi, rəqs və folklor
kollektivlərinin bir-birindən maraqlı konsert
proqramlarını izlədilər. “Eurovision”
mahnı müsabiqəsi qalibləri və
iştirakçılarının qala-konserti
festivalın yeniliyi oldu.
Festival
çərçivəsində Türkdilli
Ölkələrin Mədəniyyət Təşkilatına
(TÜRKSOY) üzv ölkələrin rəssamlarının
sərgisi açıldı, TÜRKSOY-un
türkdilli ölkələrin milli geyimlərindən ibarət
hazırladığı moda sərgisi nümayiş etdirildi.
Festivalda Azərbaycanla yanaşı 14 ölkənin
tanınmış musiqi kollektivləri
çıxış etdi. Bir sözlə
beş gün davam edən musiqi
bayramı nəinki şəhərimizin, bütövlükdə
ölkəmizin mədəni həyatında əlamətdar
hadisəyə çevrildi. Odur ki, festivalda
iştirak edən TÜRKSOY-un
baş katibi Düsen Kaseinov jurnalistlərə
müsahibəsində bildirdi ki, Şəki beynəlxalq festivalların, tədbirlərin
keçirilməsi üçün ideal məkandır .
Sonra məruzəçi ilin birinci yarısından qazanılan digər uğurlardan
danışdı. Göstərdi ki,
2014-cü ilin I yarısında ilkin hesablamalara görə
faktiki qiymətlərlə 143 milyon 81 min manatlıq məhsul
buraxılıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə
müqayisədə 82 faiz təşkil edir. Adambaşına faktiki
qiymətlərlə 795 manatlıq məhsul istehsal
olunub. Rayon üzrə
orta aylıq əmək haqqı 248 manat təşkil edib ki, bu da
əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. Altı ay ərzində
Şəkidə 822 yeni iş
yeri açılıb. İş yerlərinin
7,9 faizi yeni
yaradılan, 16,1 isə faizi mövcud müəssisə və təşkilatların
, 76 faizi isə fiziki
şəxslərin payına düşür.
Ötən
illərdə olduğu kimi,
bu ilin birinci
yarısında da məhsul
istehsalının artırılması, kənd təsərrüfatında
özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində
saxlanılıb, taxılçılığın,
heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün
bir sıra tədbirlər həyata keçirilib. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2014-cü ilin məhsulu üçün
69152 hektar sahədə payızlıq
taxıl əkini həyata keçirilib.
Yetişən məhsulu tez və itkisiz yığmaq üçün
bütün zəruri tədbirlər həyata
keçirilib, taxıl biçininin
tez və itkisiz başa çatdırılması üçün konkret
tapşırıqlar verilib. Son məlumatlara görə 64575 min ton taxıl istehsal olunub, hər hektardan orta məhsuldarlıq 12,3 sentner
təşkil edib.
Çıxışında
Şəkidə aparılan yenidənqurma,
tikinti-quraşdırma işlərinə xüsusi
yer ayıran məruzəçi bildirdi ki, 2014-cü ildə
şəhərimizin 15 küçəsində abadlıq , 17
küçəsində isə
əsaslı təmir işləri nəzərdə tutulub.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013- cü il tarixli sərəncamı
ilə tikintisi 2014-cü ildə davam etdiriləcək 5 məktəb və 1 uşaq bağçası, əsaslı təmiri
nəzərdə tutulan 2 uşaq
bağçası və Aşağı Göynük
- Baş Göynük
- Baş Şabalıd avtomobil
yolunun
tikintisi üçün
ayrılan maliyyə vəsaiti hesabına bu obyeklərin
inşası davam etdirilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə
80 şagird yerlik
Qırxbulaq və 180 şagird yerlik Qaratorpaq kənd tam orta məktəblərinin, Şəki şəhər
uşaq-gənclər idman məktəbinin
tikintisi üçün
layihələndirmə işləri artıq başa
çatıb. Həmçinin
cari ildə Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin sifarişi
ilə Gənclər evinin, Baş Göynük kəndi
ərazisində idman zalının tikintisi işlərinə
başlanılıb. Eyni zamanda,
“Asan xidmət”
mərkəzinin Şəki Ərazi İdarəsi, şəhər
polis şöbəsi üçün
inzibati binaların tikintisi məqsədilə aidiyyatı
dövlət qurumları tərəfindən iş
aparılır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə məktəbəqədər təhsil
müəssisələrinin inkişafına böyük
qayğı göstərilir, yeni uşaq bağçaları tikilir,
uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
proqramının təqdimatı zamanı demişdir:
“Ölkəmizdə təmirə ehtiyacı olan
bütün bağçalarda
təmir işləri aparılmalıdır. Artan təlabatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi
daha səmərəlidir ”. Bu istiqamətdə Şəkidə də bir sıra işlər həyata keçirilir. Hazırda rayonda
61 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyyət göstərir. Həmin müəssisələrə
2780 nəfər uşaq cəlb olunub ki, bu
da məktəbəqədər
yaşlı uşaqların cəmi 16 faizini
təşkil edir. Şəkinin 30 -dan artıq kənd yaşayış məntəqəsində
bağçası yoxdur. Məhz bu amili nəzərə alaraq əhalinin daha
sıx məskunlaşdığı ərazilərdə hər
biri 100 yerlik 3 uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Yaponiya hökumətinin proqramı çərçivəsində
“Şəki şəhərində 15 saylı uşaq
bağçasının təmiri”
layihəsi üzrə qrant müqaviləsinin
imzalanma mərasimi keçirilib.
Daha sonra icra
hakimiyyətinin başçısı əhalinin işıq
və qazla təminatı sahəsində
görülən işlər və problemlər barədə
məlumat verdi.
Natiq Şəkidə cinayətkarlığa
qarşı mübarizə sahəsində görülən
işlərə də toxundu. Qeyd etdi ki,
bu sahədə bir
sıra işlər görülüb.
Altı ay ərzində 79 cinayət hadisəsi
qeydə alınıb. Qeydə
alınan cinayətlərdən 90,4 faizinin açılması təmin edilib. Rayon polis şöbəsi
tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində narkomaniya
ilə bağlı 11 fakt aşkar
edilib.
Yığıncaqda
çıxış edən digər natiqlər də Şəkidə
qazanılan uğurlardan
danışdılar, qarşıda duran vəzifələri
təhlil etdilər. Bildirdilər ki, Şəki
ili yüksək nəticələrlə başa vuracaq. Bunu altı ayda
qazanılan nailiyyətlər deyir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.-2014.- 24 iyul.- S.6.