Biləsuvar: daha işıqlı
sabahlara doğru
Son
illərdə Biləsuvarda aparılan abadlıq-quruculuq
işləri rayonun simasını tamamilə dəyişmiş,
buranı ölkəmizin abad və yaraşıqlı
diyarlarından birinə çevirmişdir. İlin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş hesabat
yığıncağında bu barədə konkret faktlar əsasında
söhbət açılmış və perspektiv planlar
müəyyənləşdirilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Mahir
Quliyev ölkədə, o cümlədən Biləsuvarda gedən
inkişaf proseslərini ətraflı şərh etmiş,
sosialyönümlü iqtisadi siyasətin aspektlərini
açıqlamışdır. O, təməli ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi
islahatların əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına yönəldilməsi,
tərəqqi meyllərinin ilbəil artması ilə
bağlı fikirlərini yığıncaq
iştirakçıları ilə
bölüşmüşdür.
İcra hakimiyyəti
başçısının birinci müavini Xanlar Məmmədovun
yarımilliyin yekunlarına və qarşıda duran vəzifələrə
dair məruzəsi maraqla dinlənilmişdir. O, bildirmişdir ki, son illərdə, eləcə
də 2014-cü ilin birinci
yarısında nail
olunmuş iqtisadi
göstəricilər yüksək inkişafdan,
möhtəşəm uğurlardan xəbər
verir.
Birinci yarımildə Biləsuvarda yerli gəlirlər
7,6 milyon
manata qarşı 8,2 milyon
manat və ya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər
isə 7,6 milyon
manata qarşı 7,9 milyon manat və ya 104 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda
ümumi məhsul
buraxılışının həcmi 116,2 milyon manat olmuşdur ki, bu da
ötən ilin müvafiq
dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının
həcmində kənd təsərrüfatının, tikinti və
ticarətin payı daha çox
olmuşdur. Adambaşına düşən
ümumi məhsul
buraxılışının həcmi 1206 manat,
orta aylıq əməkhaqqı isə
270 manat olmuşdur. “Sənaye ili”
ilə əlaqədar rayonda bir sıra işlər görülmüşdür.
Müasir sənaye məhəllələrinin
yaradılması üçün 10 hektar ərazi ayrılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 58 sahibkarlıq
subyektinə 600 min manat
kredit verilmişdir. Görülmüş işlər nəticəsində 660 yeni iş yeri
açılmışdır. 2014-cü ilin
birinci yarımilində ailə üzvlərinin
sayı 7712 nəfər olmaqla 1517 ailə
ünvanlı dövlət sosial
yardımı almışdır. Rayon
üzrə hər bir ailəyə
düşən ünvanlı sosial
yardımın məbləğı 120 manat
təşkil etmişdir.
Sonra rayon ərazisində aparılan
tikinti-abadlıq işlərindən danışılmışdır.
1176 şagird yerlik
Ağalıkənd kənd və
220 şagird yerlik
Amankənd kənd tam orta
məktəbləri tikilib istifadəyə verilmiş,
640 şagird yerlik
Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 450 şagird
yerlik Aşağı
Cürəli kənd tam orta
məktəbinin tikintilərində son tamamlama işləri aparılır. Biləsuvar rayon Toxumçuluq
İdarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Dövlət
Sosial Müdafiə Fondunun rayon şöbəsinin
inzibati
binasının, C.Cabbarlı küçəsində 100
yerlik, M.A.İbrahimov
küçəsində 200 yerlik uşaq bağçalarının, rayonun Səmədabad kəndində Heydər
Əliyev parkının tikintiləri və
rayon mərkəzi xəstəxanasının
əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin Heydər
Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin
davamı olaraq yolun
genişləndirilməsi, hasarların tikintisi,
kommersiya obyektlərinin aqlay
daşları ilə üzlənməsi, yan
daşların düzülməsi, üzlük
plitələrin döşənməsi və işıqlandırma sisteminin quraşdırılması davam etdirilir.
Natiq bildirmişdir ki, Azərbaycan Prezidentinin
10 avqust 2013-cü il tarixli sərəncamı
ilə inşasına
başlanılan və 13 min nəfər əhalinin
yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad
avtomobil yolunda torpaq
yatağının, suötürücü qurğuların,
yol əsasının və asfalt örtüyünün
tikintisi başa çatdırılmışdır. Bundan
başqa, cənab Prezidentin 7 sentyabr 2013-cü il tarixli digər
sərəncamı ilə inşasına başlanan və 10
min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən 6 kilometrlik Əsgərabad-Muğan-Çaylı
avtomobil yolunda torpaq yatağı, yol əsası və
suötürücü qurğuların tikintisi başa
çatdırılmışdır, hazırda uzunluğu 81
metr olan körpüdə tikinti işləri davam etdirilir.
Əhalinin təbii qazla təmin edilməsində
də nəzərəçarpan irəliləyiş var. Təkcə
bir il ərzində
4 kənd mavi yanacaqla təmin olunmuş,
ümumilikdə rayon üzrə 1 şəhər və 18
kənd qazlaşdırılmışdır. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində
işlər başa
çatdırılmışdır. Hazırda abonentlərə
suyun verilməsi işləri görülür. Kanalizasiya sisteminin tikintisi isə davam etdirilir.
Aqrar sahədən danışarkən X.Məmmədov qeyd etmişdir ki, rayonun
iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları
istehsalından gələn gəlirlər
təşkil edir və əhalinin məşğulluğu
əsasən bu sahə ilə
bağlıdır. Cari ilin birinci
yarısında aqrar sahədə ümumi məhsul istehsalının həcmi
2013-cü ilin müvafiq
dövrünə nisbətən 16,7
faiz çoxdur.
2014-cü ilin məhsulu üçün
2013-cü ilin payızında 25697 hektar sahədə dənli bitkilər əkilmişdir
ki, bunun 11050
hektarı buğda, 14647 hektarı isə
arpadır.Yazlıq əkinlər üçün
18616 hektar əkin
aparılmışdır.
Məruzəçi
birinci yarımildə təhsil, səhiyyə
və mədəniyyət sahələrində də uğurlu addımlar
atıldığını bildirmiş, gənclərlə
işin
yaxşılaşdırılması, onların fəallıq
və təşəbbüskarlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Son illər rayonda 11 yeni məktəb tikilmiş 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.
Açılışında
möhtərəm Prezidentimizin iştirak etdiyi Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının tapşırığına uyğun olaraq, ulu öndərin irsinə həsr
olunan tarix dərsləri
uğurla başa çatmışdır.
Səhiyyə
ocaqlarının maddi-texniki bazası ilbəil
möhkəmlənir. Son illərdə rayonun 6 kəndində
yeni səhiyyə ocaqları tikilib istifadəyə verilmişdir. Cənab İlham Əliyevin “Biləsuvar
Rayon Mərkəzi Xəstəxanasının
yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 07 sentyabr
2013-cü il tarixli sərəncamı
rayon əhalisi və tibb
işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır.
Hazırda burada əsaslı təmir işləri davam etdirilir.
Biləsuvar
rayon su-kanal idarəsinin
rəisi Sərxoş Səidov, ƏSMM-nin direktoru
Xalid Rüstəmov, Suvarma
Sistemlər İdarəsinin rəisi Ədalət Babayev və digərləri
çalışdıqları
sahələr üzrə görülmüş
işlər barədə məlumat
vermiş, problemlərin aradan
qaldırılması yolları müzakirə olunmuşdur.
Sonra icra
başçısı Mahir Quliyev rayonda görülən
işlərlə bağlı öz fikirlərini
bildirmiş, ayrı-ayrı sahələr
üzrə yaranan problemlərin həlli üzrə aidiyyəti şəxslərə
tapşırıqlar vermişdir. O, belə bir əminlik ifadə etmişdir ki, biləsuvarlılar
həmişə olduğu kimi
ölkə rəhbərinin yüksək diqqət və
qayğısına minnətdarlıqla yanaşaraq,
bundan sonra da sürətli tərəqqiyə layiqli töhfələr verəcəklər.
Prezident Administrasiyasının məsul işçisi
Vəfadar Bağırov çıxış edərək
respublikamızın bütün sahələrində
gedən dinamik inkişafdan,
“Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin
uğurla həyata keçməsindən ətraflı
danışmış,
Biləsuvarda aparılan tikinti, quruculuq və
abadlıq işlərini yüksək qiymətləndirmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 26 iyul.- S.6.