Su təsərrüfatı
və meliorasiya işçiləri
dövlət başçısının diqqət və
qayğısına
əməli işləri ilə cavab verirlər
5
iyun Su Təsərrüfatı və Meliorasiya
İşçiləri Günüdür
Ölkəmizdə
digər peşə sahələri kimi, su təsərrüfatı
və meliorasiya işçilərinin əməyi də
çox qiymətli və şərəflidir. Meliorasiya və
su təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların
əməyi ilə susuz ərazilər su ilə təmin
olunur, şorlaşmış sahələr duzlardan təmizlənir,
bataqlıqlar qurudulur, bəndlər və dambalar tikilməklə
çayların axınları tənzimlənir və ölkə
əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları
ilə etibarlı təminatı üçün əlverişli
şərait yaradılır.
Meliorasiya və su təsərrüfatı
işçilərinin əməyinin əhəmiyyətini nəzərə
alan ulu öndər Heydər Əliyev 1996-cı il iyunun 5-də
Müstəqil Dövlətlər Birliyi ölkələri
arasında ilk dəfə olaraq “Meliorasiya və irriqasiya
haqqında” Qanunu imzaladı.
Möhtərəm Prezidentimiz İlham
Əliyevin 24 may 2007-ci il tarixli sərəncamı ilə 5
İyun Meliorator Günü elan olundu. Dövlət
başçımız su təsərrüfatı və
meliorasiya işçilərinin şərəfli əməyinə
yüksək hörmət əlaməti olaraq, 5 iyunun Su Təsərrüfatı
və Meliorasiya İşçiləri Günü peşə
bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə
14 may 2014-cü il tarixli sərəncam imzaladı. Möhtərəm
Prezidentimizin daimi diqqət və qayğının bariz
nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı
və meliorasiya işçiləri
tərəfindən böyük sevinc və minnətdarlıq
hissi ilə qarşılandı, onları öz çətin
və şərəfli işlərinə daha da həvəsləndirdi.Azərbaycan
qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd
təsərrüfatı bazası sayılan Kür- Araz
düzənliyi suvarılan torpaqların istifadə edilməsi
baxımından dünyanın ən qədim və nadir
regionlarından biridir. Ölkə ərazisi quraq və arid
zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya
və su təsərrüfatını inkişaf etdirmədən
kənd təsərrüfatı məhsullarını
yetişdirib yüksək məhsuldarlığa nail olmaq
mümkün deyildir. Bunu böyük uzaqgörənliklə
qeyd edən və “Meliorasiya və su təsərrüfatı
obyektləri bizim sərvətimizdir və bu sərvətdən
səmərəli istifadə etməliyik” sözlərini tarixə
yazmış müdrik şəxsiyyət, ulu öndərimiz
Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində
saxlamış, onun inkişafına xüsusi əhəmiyyət
vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə
keçən əsrin əvvəllərində, lakin onun
genişmiqyaslı, intensiv inkişafına ümummilli liderimiz
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən
başlanılmışdır. O vaxtdan etibarən ölkənin
kənd təsərrüfatında, sənayesində,
ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində
xüsusi yüksəliş dövrü başlandı.
Ölkədə kənd təsərrüfatının
inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar
qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsini təmin etmək məqsədi ilə
kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya
olunmuş torpaqlarda kənd təsərrüfatı
istehsalının sabit şəkildə artırılması
üçün mühüm tədbirlər işlənib həyata
keçirildi. 1971- 1975- ci illərdə ölkədə
meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə
nisbətən iki dəfədən çox vəsait
ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni
suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar
suvarılan torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırıldı, 88 min hektar sahədə
torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı
yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin
yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama
işlərinin aparılması təmin olundu, 248,6 min hektar
qış otlaq sahələrində su təminatı sistemləri
yaradıldı. Bu illər ərzində bir sıra iri
irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz
çayı üzərində həcmi 1,35 milyard kubmetr olan
Araz su anbarı su- elektrik stansiyası ilə birlikdə, Azərbaycan
Respublikası və İran İslam Respublikası ərazilərində
400 min hektar sahəni suvaran Mil- Muğan hidroqovşağı,
uzunluğu 37 kilometr, saniyədə 80 kubmetr sərfiyyatı
olan Baş Mil kanalı, ümumi uzunluğu 71 km olan Yuxarı
Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR- də
6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları,
Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar- Cibir magistral
kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan
Zoqolovoçay su anbarı və
digərləri tikilib istismara verildi. Həmin dövrdə yerinə yetirilən tikinti işlərinin
xarakterik cəhətlərindən biri onların yüksək
texniki səviyyədə aparılması idi.
1976–1982-ci
illərdə ulu öndər Heydər Əliyevin xüsusi
diqqət və qayğısı nəticəsində su təsərrüfatı
və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun
sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin
yenidən qurulması sahəsində aparılan işlərin
miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya
tədbirlərinə yönəldilən vəsaitin
miqdarı 1971- 1975- ci illərdəkinə nisbətən 2,4 dəfə
artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən
quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə
verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı,
274,4 min hektar sahədə əsaslı hamarlama işləri
aparıldı. Bu dövrdə Tərtərçay
çayı üzərində 144 min hektar sahəni suvarma
suyu ilə təmin edən həcmi 550 milyon kubmetr olan Sərsəng
su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi
5,86 milyon kubmetr olan Madagiz su anbarı,
Naxçıvan MR- də Arpaçay çayı üzərində
həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı,
Naxçıvan çayından qidalanan və həcmi 12,7
milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9,5
milyon kubmetr olan Aşağı Köndələnçay su
anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr
olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda
nasos stansiyası və bir sıra digər obyektlər tikilib
istismara verildi. Bütün bunların nəticəsində
respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı
və ümumi məhsul istehsalı bir neçə dəfə
artdı.
Ulu öndər
Moskvada rəhbər vəzifədə işlədiyi illərdə
də respublika iqtisadiyyatının, o cümlədən
meliorasiya və su təsərrüfatının
inkişafını daim diqqət mərkəzində
saxlamışdır. Lakin böyük təəssüf
hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş
İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının,
xüsusilə də meliorasiya və su təsərrüfatının
inkişafı, demək olar ki, tamamilə dayandı.
Keçmiş respublika rəhbərliyinin
səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti
nəticəsində meliorasiya və su təsərrüfatı
üzrə aparılan işlərin sürəti və həcmi
kəskin surətdə azaldı, kapital qoyuluşu heçə
endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin
həcmi xeyli aşağı düşdü. Nəticədə
mühüm dövlət əhəmiyyətli obyektlərin
saxlanılması, istismarı, təmir-bərpası son dərəcə
çətinləşdi.
Belə
bir şəraitdə 1993-cü ildə Heydər Əliyevin
respublika rəhbərliyinə qayıdışı meliorasiya
və su təsərrüfatı sahəsini məhv olmaqdan
xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə
qədəm qoydu, ona diqqət və dövlət
qayğısı bərpa olundu, mövcud meliorasiya
potensialından daha səmərəli
istifadə yolları və sahənin gələcək
inkişaf istiqamətləri müəyyənləşdirildi.
Ulu öndərin göstərişləri əsasında
respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu
sahənin inkişafına yönəldildi. Ölkənin bazar
iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə
ilə paralel olaraq, meliorasiya və
su təsərrüfatında da islahatların həyata
keçirilməsinə başlanıldı, onların
normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə
40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki,
bunlardan da ən mühümü 1996-cı ildə
imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan
Respublikasının Qanunudur. Bu
qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və
prinsipləri, meliorasiya və
irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi.
Azərbaycanın
meliorativ fondunun əksər hissəsi dövlət əhəmiyyətli
meliorasiya və su təsərrüfatı obyektləri və
onların istismarı müəssisələri olduğundan su
anbarları, magistral kanallar və kollektorlar, təsərrüfatlararası
suvarma kanalları və kollektorlar, selötürücülər,
iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı
sistemləri, Kür-Araz və dağ çayları boyunca
mühafizə bəndləri, irriqasiya meşə
zolaqları, rejim müşahidə quyuları, istismar müəssisələri
və s. özəlləşdirilməsi qadağan olunan
müəssisə və obyektlərin sırasına daxil
edildilər.
İdarəetmə işinin təkmilləşdirilməsi
ilə bağlı ulu öndərin verdiyi göstəriş
və tövsiyələri rəhbər tutaraq Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-nin mərkəzi
aparatı və yerli idarəetmə orqanlarının yeni
strukturu və əsasnaməsi
hazırlandı. “Meliorasiya və irriqasiya haqqında” Qanununa uyğun olaraq, 1997-ci il
yanvarın 1-dən respublikada mərhələ-mərhələ
sudan pullu istifadəyə keçilməsinə
başlandı.
Suvarma
suyunun paylanmasını, sudan səmərəli istifadə olunmasını, su
ödənişlərinin toplanmasını təmin etmək,
sudan istifadə zamanı meydana çıxan mübahisələri
və digər məsələləri həll etmək məqsədilə
könüllülük prinsipləri əsasında torpaq
mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən
yerlərdə Sudan İstifadəedənlər birliklərinin
(SİB) yaradılmasına başlandı. Birliklərin
yaradılması hazırda başa
çatdırılmış, bütün suvarılan sahələri
əhatə edən 547 SİB yaradılmışdır.
Hazırda
səhmdar cəmiyyət tərəfindən istismar olunan
suvarma və kollektor-drenaj şəbəkələrinin
böyük əksəriyyəti əvvəllər kolxoz,
sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin
balansında olmuş daxili təsərrüfat sistemidir. Respublikamızda
aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və
digər kənd təsərrüfatı müəssisələri
ləğv olunduqdan sonra bu şəbəkələr bir
müddət sahibsiz qaldığından və
baxımsızlıq üzündən istismara yararsız vəziyyətə
düşmüşdü. Bir çox şəbəkələr,
xüsusilə dəmir-beton novlu və qapalı suvarma şəbəkələri
dağılıb sıradan çıxmışdı.
Respublika
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu
şəbəkələr 2000-ci ildən Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin balansına götürüldü və
onların təmir- bərpasına və təmizlənməsinə
başlanıldı. Təsərrüfatdaxili suvarma və
kollektor-drenaj sistemlərinin dövlət himayəsinə
götürülməsi ulu öndərimizin respublikada
sahibkarlığın inkişafına göstərdiyi diqqət
və qayğının bariz
nümunəsi olmaqla, bu sistemlərin tamamilə məhv
olması təhlükəsini aradan qaldırdı.
İstismar tədbirləri
və əsaslı təmir hesabına hər il bu şəbəkələrdə
müəyyən həcmdə təmir-təmizləmə işləri aparılır və
onların normal istismarı təmin edilir. Hər
il 3,5 min kilometrdən artıq kollektor-drenaj, 11 min kilometrdən
çox suvarma kanalları lildən təmizlənir,
onların üzərində 6 mindən artıq hidrotexniki
qurğu, mindən çox hidropost, 3 min ədəddən
çox subartezian quyusu nasoslarının təmiri işləri yerinə
yetirilir.
2013-cü
ilin mürəkkəb təbii-iqlim şəraitinə
baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək
ASC üzərinə düşən vəzifələri yerinə
yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin,
hidrotexniki qurğuların istismarını təmin etmiş,
müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.
Respublika
üzrə bütün kənd təsərrüfatı bitkiləri
1358,7 min hektar sahədə orta hesabla 3,2 dəfə
suvarılmış, o cümlədən taxıl 583386 hektarda
2,3 dəfə, pambıq 26242 hektarda 3,2 dəfə,
tütün 1569 hektarda 4 dəfə, yem bitkiləri 433692
hektarda 3,6 dəfə,
bostan-tərəvəz 73057 hektarda 4,7 dəfə,
çoxillik əkinlər 85370 hektarda 3,3 dəfə və həyətyanı
sahələr 155481 hektarda 4,6 dəfə suvarılmışdır.
Bütün suvarma mənbələrindən
8,1 milyard kubmetr su götürülmüş və
ayrıclardan su istifadəçilərinə 5,7 milyard kubmetr
su verilmişdir.
Cari ildə 1361 min ha
sahənin su təminatı nəzərdə tutulmuşdur.
Hazırda dənli bitkilərin suvarılması başa
çatmaq üzrədir, digər kənd təsərrüfatı bitkilərinin suvarılması davam
etdirilir.
Ulu öndərin
göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk
növbədə meliorasiya və su təsərrüfatı sahəsinə
yönəldildi. Sahəyə investisiya
qoyuluşunun səmərəliliyini təmin etmək məqsədilə
tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və
onlardan iqtisadiyyatımız üçün son dərəcə
vacib olan üç obyektin (Baş Mil-Muğan kollektoru tikintisinin, Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması və Naxçıvan
MR-də Vayxır su anbarının tikintisinin)
birinci növbədə maliyyələşdirilməsi qərara
alındı.
Dövlət
büdcəsindən əsaslı
vəsait qoyuluşu hesabına bütövlükdə
1993-2003-cü illərdə əkin sahələrinin su təminatının
yaxşılaşdırılması məqsədi ilə
12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılması üçün 369200
metr kollektor-drenaj şəbəkəsi
tikilmiş və bərpa edilmiş, çaylarda sel və
daşqın təhlükəsizliyinin
qarşısının alınması üçün 14603
metr mühafizə bəndləri tikilib istifadəyə
verilmişdir.
Ulu öndərin
qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün
etibarlı əllərdədir. Prezident kimi fəaliyyət
göstərdiyi dövrdə cənab İlham Əliyev
sübuta yetirdi ki, o, Heydər
Əliyev siyasi kursunun ən layiqli
davamçısıdır. Ölkəmizdə meliorasiya və
su təsərrüfatının inkişafına ümummilli
liderimiz tərəfindən əsası qoyulmuş diqqət və
qayğı hazırda möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilir. Onun sahəyə diqqəti və yaxından köməyi
sayəsində bir sıra layihələr başa
çatdırılmış, bir çoxunda işlər
uğurla davam etdirilir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə təsdiq
olunub uğurla başa çatdırılan Azərbaycan
Respublikası Regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramları qeyri-neft sahəsi, o cümlədən
kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.
Möhtərəm
Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının,
2009-cu ilin may ayının 25-də Şəmkirçay su
anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu
ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa
çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il
tarixində Vəlvələçay-Taxtakörpü
kanalının 10,7 kilometrlik birinci mərhələsinin
açılış mərasimlərində iştirak etməsi,
Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış
olaraq tikinti işlərinin yüksək keyfiyyətlə
başa çatdırılması üçün
tapşırıq və tövsiyələrini
verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının
16-da Qax rayonunda Hamamçay üzərində tikilmiş
körpünün açılış mərasimlərində
iştirak etməsi və İlisu kəndinin sel və
daşqın sularından mühafizəsi üzrə
aparılan sahilbərkitmə işləri ilə tanış
olması, 2013-cü ilin iyulun 19-da Dövlət
Neft Fondunun vəsaiti hesabına tikintisi başa
çatdırılmış Vəlvələçay-Taxtakörpü
kanalının ikinci mərhələsinin istifadəyə
verilməsi və Taxtakörpü su anbarının su ilə
doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da
Şabran şəhərlərində, avqustun
14-də İsmayıllı və sentyabrın 4-də
Yardımlı şəhərlərində içməli su
xəttinin və kanalizasiya şəbəkəsinin,
sentyabrın 28-də Taxtakörpü su anbarının (su
elektrik stansiyası ilə birlikdə) və ondan su
götürən Taxtakörpü-Ceyranbatan kanalının
istifadəyə verilməsi mərasimlərində
iştirak etməsi də cənab Prezidentin ölkədə
meliorasiya və su təsərrüfatı sisteminin
inkişafına olan ardıcıl qayğısından xəbər
verir.
Onun fərman
və sərəncamları ilə təsdiq edilmiş
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramlarında və tədbirlər
planlarında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı
obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və
dövlət büdcəsində
əsaslı vəsait qoyulusu hesabına 2013-cü ildə 2003-cü ilə nisbətən 45 dəfədən
çox tikinti, yenidənqurma və
bərpa işləri aparılmışdır. Bu müddət ərzində mövcud meliorasiya və
irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış,
sahənin maddi-texniki bazası gücləndirilmiş, 1972
kilometr uzunluğunda suvarma kanallarının və 1475 kilometr
uzunluğunda kollektor- drenaj şəbəkələrinin
tikintisi, təmir-bərpası və yenidən- qurulması
işləri həyata keçirilmiş, 174 min hektar sahədə suvarılan torpaqların meliorativ
vəziyyəti, 157 min hektar ərazidə su təminatı
yaxşılaşdırılmış, 24 min hektar yeni
suvarılan sahələr istifadəyə verilmiş, 889 ədəd
subartezian quyusu qazılmış, sel və daşqınlara
qarşı dağ çaylarında 183 kilometr sahilbərkitmə işləri,
Kür- Araz çaylarında isə 3971 kilometr
uzunluğunda bəndlərin möhkəmləndirilməsi və
hündürləndirilməsi işləri yerinə
yetirilmişdir. Bu işlər hazırda müvəffəqiyyətlə
davam etdirilir.
Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti üzrə 2013-cü il ərzində bütün mənbələrdən, o cümlədən,
büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft
Fondundan ayrılmış vəsaitlər hesabına 69 ədəd
keçid və 7 ədəd yeni obyektlərdə
layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri
aparılmışdır.
Dünya
Bankının krediti ilə həyata keçirilən “Milli Su
Təchizatı və Kanalizasiya xidmətləri üzrə
ikinci layihə” çərçivəsində
respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu,
İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad)
içməli su təchizatı
və kanalizasiya sistemləri
infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Siyəzən,
Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində içməli su və kanalizasiya
şəbəkələrinin tikintisi başa
çatdırılmışdır.
Layihə çərçivəsində 283,28 kilometr su xəttləri və
179,2 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Eyni
zamanda, bankın krediti ilə “Sudan İstifadəedənlər
birliklərinin inkişafına dəstək layihəsi”
çərçivəsində respublikanın 40656 hektar
torpaq sahəsində, o cümlədən
İmişli (2405ha), Saatlı (5615 ha), Sabirabad (3751ha),
Ağcabədi (4466 ha), Beyləqan (8316 ha), Goranboy (2044 ha),
Qusar (4795 ha), Zaqatala (3747 ha), Zərdab (2255 ha), Xaçmaz (2479 ha) və
İsmayıllı (783 ha) rayonlarında yerləşən
Sudan İstifadəedənlər birliklərinin ərazilərində
suvarma və drenaj şəbəkələrinin bərpası,
yenidən qurulması işləri
davam etdirilmişdir. Zərdab, Ağcabədi, Quba, Qusar,
Xaçmaz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Balakən,
Qax, Zaqatala, İsmayıllı və Qəbələ
rayonlarının ərazisində 180 ədəd ofis binalarının
tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 312216 metr
uzunluğunda drenaj şəbəkələrində, 400640
metr uzunluğunda suvarma kanallarında qazma və lildən təmizləmə
işləri aparılmış, 24164 metr uzunluğunda
mövcud kanallar betonla üzlənmiş, 240 ədəd
hidrotexniki qurğu təmir olunmuş
və 650 ədəd yeni
qurğu tikilmişdir.
Dövlət
Neft Fondundan ayrılmış vəsait hesabına
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə
daxil olan ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü
su anbarının SES-lə birlikdə, uzunlugu 23,51 kilometr Vəlvələçay-Taxtakörpü (II-ci mərhələsi) və
uzunluğu 110,33 kilometr olan Taxtakörpü -Ceyranbatan kanallarının
tikintisi işləri başa
çatdırılmışdır.
Respublika
büdcəsindən əsaslı tikintiyə
ayrılmış vəsait hesabına torpaqların su təminatının
yaxşılaşdırılması tədbirləri üzrə
Neftçala magistral kanalının nasos stansiyası ilə
birlikdə, Kürdəmir rayonu
ərazisində Çərtəyaz, Çöl Ərəb
və Muradxanlı kəndlərinin və Laçın
rayonunda torpaqların su təminatını
yaxşılaşdırmaq üçün magistral kanalların, Laçın
rayonunun Ağcabədi rayonu ərazisində yerləşən
qış otlaqlarının torpaqlarının
suvarılması üçün suvarma kanallarının
tikintisi və Qayğı kanalının yenidən
qurulması, Ağstafa rayonunun ərazisindəki Candar
kanalından su götürən R-17 kanalının əsaslı təmiri, Yuxarı
Qarabağ kanalı maşın qolunun və
Qazax rayonunun Şıxlı arxının yenidən
qurulması, Goranboy rayonunda “Xanarx” beton kanalının bərpası
və yenidən qurulması üzrə işlər davam
etdirilmişdir. Kürdəmir rayonu ərazisində Axtaçı-Ərəbqubalı
kanalının tikintisinin başa çatdırılması
ilə 4000 hektar sahənin su təminatı
yaxşılaşdırılmışdır.
Qazax
rayonunun Kəmərli, Aslanbəyli, Xanlıqlar, İkinci
Şıxlı və Qaymaqlı kəndlərinin, sərhədyanı
Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzli kəndlərinin, Ağcabədi rayonunun Nəcəfqulubəyli
və Salmanbəyli kəndlərinin, Tovuzçay su
anbarından rayonun əkin sahələrinə suvarma suyunun
verilməsi və Ağdam rayonunun Ergi massivinin
su təminatının
yaxşılaşdırılması üçün nasos
stansiyasının, təzyiqli boru kəmərlərinin
tikintisi işləri davam etdirilmiş, Ağcabədi
rayonunun Salmanbəyli kəndində bu işlər başa
çatdırılmışdır.
Tikintisinə 2009-cu ildə
başlanılmış, ümumi sututumu 170 milyon kubmetr olan
Şəmkirçay üzərində dəryaçanın
tikintisi işləri davam etdirilmiş və onların cari ilin sonlarında başa
çatdırılması nəzərdə tutulur. Layihə
üzrə tikinti işlərinin
başa çatdırılması ilə Şəmkir,
Göygöl, Samux və Goranboy rayonlarının 50122 hektar
torpaq sahəsinin su təminatı
yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin
suvarılması təmin ediləcəkdir.
Eyni zamanda, ümumi
sututumu 20 milyon kubmetr olan
Tovuzçay su anbarının da tikintisi işləri davam
etdirilmiş və bu işlərin də cari
ilin sonlarında başa çatdırılması nəzərdə
tutulur. Tikinti işlərinin tamamlanması ilə
Tovuz və Şəmkir rayonlarının 18465 hektar mövcud
torpaq sahələrinin su təminatı
yaxşılaşdırılacaq və Tovuz rayonunun
Aşağı və Yuxarı Öysüzlü kəndlərinin
ərazilərində 1560 hektar yeni suvarılan torpaqlar istifadəyə
veriləcəkdir.
Qəbələ
rayonunun kəndlərinin əkin sahələrini suvarma suyu ilə
təmin etmək üçün Yengicə su anbarının
tikintisi, Şəki rayonunda əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üçün Cəyirli
su anbarının yenidən qurulması, Qanıx
çayından nasos stansiyası vasitəsilə qış otlaqlarının
suvarılması layihə sənədlərinin hazırlanması başa
çatdırılmışdır. Füzuli
rayonunun Mollaməhərrəmli, Arayatılı və Babi kəndlərinin
əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üzrə layihə sənədlərinin hazırlanması başa
çatdırılaraq tikinti işlərinə
başlanılmışdır. Ümumilikdə, 86904 metr
uzunluğunda suvarma kanalları tikilmiş, yenidən
qurulmuş və bərpa olunmuş,
29915 metr uzunluğunda qapalı suvarma şəbəkəsi
və 23891 metr uzunluğunda təzyiqli metal boru xətti
çəkilmişdir.
Görülmüş
işlərin nəticəsində 5300 hektar sahənin su təminatı
yaxşılaşdırılmış və 3225 hektar yeni sahəni suvarma suyu ilə təmin etmək mümkün olmuşdur.
Respublikanın
rayonlarında su təchizatının
yaxşılaşdırılması üzrə rayonların ərazisində 1610 hektar sahədə
su təminatının yaxşılaşdırılması
üçün 60 ədəd subartezian quyusunda qazma işləri
tamamlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin
15 may 2013-cü il tarixli 2894 s nömrəli sərəncamı
ilə respublikanın 29 rayonunun 104
yaşayış məntəqəsində
əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının ödənilməsi
üçün 107 ədəd subartezian quyularının
qazılması işləri başa
çatdırılmışdır. Qazılmış
quyuların vasitəsi ilə 2400 hektar sahədə su təminatı
təmin olunmuşdur.
Qrunt
sularının səviyyəsinin aşağı
salınması və torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar
rayonunun Aranlı və Çinarlı kəndlərində,
rayonun sərhədyanı ərazilərində,
Yevlax rayonunda, Laçın rayonunun Ağcabədi rayonu ərazisində
yerləşən qış otlaqlarında, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində,
Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində, Bərdə, Tərtər və
Şəmkir
rayonlarında qrunt sularının səviyyəsinin
aşağı salınması məqsədi ilə 124659,2
metr uzunluğunda kollektor-drenaj
şəbəkələrinin tikintisi, yenidənqurulması və
bərpası
aparılmışdır. Görülmüş
işlərin nəticəsində 3055 hektar ərazidə
torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmışdır.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın həyata keçirilməsi ilə
bağlı Abşeron magistral kanalının 5750 metrlik hissəsində yenidənqurma
işləri aparılmış, Suraxanı rayonu üzrə
Hövsan n/st-da hidrotexniki və elektrik avadanlıqlarının
quraşdırılması və Sabunçu rayonunun Nardaran qəsəbəsində
yerləşən Ziyarətgahın ətrafında 250 hektar ərazidə
qrunt sularının səviyyəsinin aşağı
salınması üzrə 2200 metr uzunluğunda qapalı
suyığıcı çəkilmişdir.
Respublikanın
ən təhlükəli hesab olunan çaylarında sel və
daşqınlara qarşı mühafizə bəndlərinin
tikintisi işləri həyata keçirilmişdir.
Ölkə ərazisindəki (Göyçay çayı,
Ağsuçay, Tərtərçay, Ağstafaçay,
Daşağılçay, Oğuzçay, Şinçay,
Kişçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay,
İnterçay, Zəyəmçay, Kürmükçay,
Mazımçay, Zərnəçay, Hamamçay,
Alazançay, Pensərçay,
Qudialçay, Qusarçay,
Samurçay, Vəlvələçay, Qarqarçay və Dəmiraparançay) çaylarda 11771 metr
uzunluğunda sahilbərkitmə işləri yerinə
yetirilmişdir. Bundan əlavə, Türyançayın məcrasında
4195 metr uzunluğunda məcratəmizləmə
işləri görülmüşdür. Araz çayında
sahilbərkitmə işlərinin aparılması
üçün daş üzlüklü mühafizə
dambasının layihə-smeta sənədləri
hazırlanmış və tikinti işlərinə
başlanılmışdır.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin
yağış və sel sularından mühafizəsi tədbirləri,
Şəki rayonunda Heydər Əliyev Mərkəzinin, Bayraq
meydanının və icra
hakimiyyətinin inzibati binasının Kiş
çayının sel sularından, Lənkəran rayonunun
Vilvan, Viravul və Separadi kəndləriin ərazisinin
Viravulçay və Ulumçayın sel və daşqın
sularından mühafizəsi üçün layihə sənədləri
hazırlanmış və tikinti işlərinə
başlanılmışdır.
Astara rayonunda Ləvain su anbarında qəza vəziyyətinin aradan
qaldırılması ilə əlaqədar, Göyçay
rayonu ərazisində Göyçay çayında baş su
götürücü qurğuda və Şirvan şəhərinin ərazisində
Baş Şirvan kollektorunda baş vermiş qəzanın nəticələrinin
aradan qaldırılması üçün işlər davam
etdirilmişdir.
Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində
yaşayan 200-dən çox məcburi köçkün ailələrinə
ayrılmış torpaq sahələrinə gediş-gəlişi
yaxşılaşdırmaq və həmin torpaqlardan səmərəli
istifadə etmək məqsədilə Yuxarı Mil kanalı
üzərində yeni körpü
tikilmişdir.
Füzuli və
Ağcabədi rayonlarının inzibati ərazilərində
müvafiq olaraq 3000 hektar və 1000 hektar Dövlət Ehtiyat
Fondu torpaqlarında iri taxılçılıq təsərrüfatlarının
yaradılması üçün Yuxarı Mil
kanalının 4,75 kilometrlik
hissəsinin tikintisi, 2,3 kilometrlik
hissəsində yenidənqurma və onun üzərində
1 ədəd nasos stansiyasının tikintisi işləri başa
çatdırılmışdır. Hacıqabul rayonunun
inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsini
suvarma suyu ilə təmin etmək üçün,
Hacıqabul magistral kanalının 4,3 kilometrlik, eyni zamanda Padar kəndinin 800 hektar torpaq sahəsini
suvarma suyu ilə təmin etmək üçün Padar
magistral kanalının 3,4 kilometrlik hissəsinin tikintisi
tamamlanmış, Yuxarı Şirvan kanalının üzərində 2 ədəd akvedukun yenidən
qurulması üzrə işlər başa
çatdırılmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham
Əliyev 29 yanvar 2014-cü il tarixdə “Əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya olan tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” daha bir sərəncam
imzalamışdır. Həmin sərəncama əsasən, əhalisi
622 min nəfərdən çox olan 32 rayonun 233
yaşayış məntəqəsində əkin sahələrinin və əkin
üçün istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya olan tələbatının ödənilməsi
üçün 250 subartezian quyusunun layihələndirilməsi
və qazılması məqsədi
ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə 15 (on beş)
milyon manat vəsait ayrılmışdır.
Müqayisə üçün deyək ki, son
10 il ərzində cəmi 889 ədəd subartezian quyusu
qazılmışdırsa, təkcə bu il 250 ədəd
subartezian quyusu qazılıb əhalinin istifadəsinə veriləcəkdir.
Yeni qazılacaq subartezian quyuları əsasən Ermənistanın
işğalı altında olan torpaqlarımıza yaxın ərazilərdə
nəzərdə tutulmuşdur. İşğalçı Ermənistan
zəbt etdiyi ərazilərimizdə su mənbələrinin
qabağını kəsir, başqa səmtə yönəldir
və ya buna nail ola bilmədikdə suları
bütövlükdə çirkləndirir və zəhərləyirlər.
Bu sahədə ən
böhranlı vəziyyət Sərsəng su
anbarındadır. İşğalçı Ermənistanın
günahı ucbatından su anbarında ekoloji və texniki böhran
yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi
üçün bu sudan istifadə təhlükəlidir. Ona
görə də dövlətimiz işğal altında olan ərazilərə
yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu
ilə, əhalinin isə içməli su ilə təminatını
diqqət mərkəzində saxlayır. Prezidentin 29 yanvar
2014-cü il tarixli sərəncamı da bu məqsədə
xidmət edir.
2014-
cü ildə qazılması nəzərdə tutulan
subartezian quyularının yaşayış məntəqələri
üzrə bölgüsünə əsasən Ağdam
rayonunda 19, Bərdə və Zaqatala rayonlarının hər
birində 17, Qazax rayonunda 16,
Tovuz rayonunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir
rayonlarının hər
birində 13 ədəd, habelə
digər rayonlarda da müvafiq sayda subartezian
quyularının qazılması təmin olunacaqdır. Bu,
regionlarımızda, bütövlükdə isə ölkədə
8 min hektara yaxın torpaq sahəsinin su təminatının
yaxşılaşdırılması deməkdir.
Dövlətimizin Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə olan diqqət və dəstəyi
ardıcıl davam etməkdədir. Bu il
fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan
Respublikası Regionlarının sosial- iqtisadi inkişafı
Dövlət proqramlarının icrasına həsr olunmuş
konfransda Prezident İlham Əliyev sahənin
qarşısında duran vəzifələrdən
danışarkən demişdir: “Meliorasiya layihələri
icra edilir. Biz keçən il Taxtakörpü su
anbarının açılışını qeyd etdik.
Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay
Su Anbarının açılışını qeyd edəcəyik.
Beləliklə, iki nəhəng meliorasiya layihəsi
başa çatacaq və biz bundan sonra yeni suvarılacaq
torpaqlarda hansı işlərin görülməsi haqqında
düşünməliyik.” Azərbaycan
Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2013-cü ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda meliorasiya ilə bağlı gələcəkdə
xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə
verdiyi tapşırığın icrası olaraq, sahənin gələcək
inkişafının təmin edilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti tərəfindən
“Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının
2014-2020-ci illərdə
inkişafına dair Proqram” hazırlanmış və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
edilmişdir.
Möhtərəm
Prezidentimizin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət
proqramları və tədbirlər planlarında meliorasiya və
su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər
nəzərdə tutulmuşdur. Hazırda “2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nda, eləcə də digər proqramlarda icrası Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə
aid olan tədbirlərin bir hissəsi artıq yerinə
yetirilmiş, digərləri də müvəffəqiyyətlə
həyata keçirilməkdədir. Səhmdar Cəmiyyəti
“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə
sosial- iqtisadi inkişafı üzrə Dövlət
Proqramı” üzrə də meliorasiya və su təsərrüfatı
sahəsində görüləcək işlərə və
tələb olunan vəsaitə dair təkliflərini aidiyyəti
üzrə təqdim etmişdir.
Bu tədbirlərin həyata
keçirilməsi nəticəsində respublikamızda
torpaqların su təminatına və meliorativ vəziyyətinin
yaxşılaşdırılmasına, yeni suvarılan
torpaqların istifadəyə verilməsi nəticəsində
ölkə əhalisinin ərzaq məhsulları ilə
etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların
və digər infrastruktur obyektlərin sel və daşqın
sularının zərərli təsirlərindən mühafizəsinə,
çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə
edilməsinə imkan yaranacaqdır.
Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimzin diqqət
və qayğısına cavab olaraq əkin sahələrinin
suvarma suyu ilə təminatını
yaxşılaşdırmaq istiqamətində olan
ardıcıl tədbirləri davam etdirəcək, mövcud
meliorasiya və
irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması,
onların lazımi səviyyədə istismarının həyata
keçirilməsi, təmir- bərpa işlərinin təşkili
sahəsində qarşılarında qoyulmuş vəzifələri
tam məsuliyyəti ilə dərk edərək, onların
vaxtında və layiqincə yerinə yetirilməsində
daha səylə çalışacaq və bundan sonra da
bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.
Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq
Səhmdar Cəmiyyətinin sədri
Xalq
qəzeti.- 2014.- 3 iyun.- S.7-8.