Ölkə əhalisinin
keyfiyyətli içməli su ilə
təminatı istiqamətində mühüm işlər
görülür
5
iyun su təsərrüfatı və meliorasiya işçilərinin
peşə bayramıdır
Şirin
su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər
paylandığı Azərbaycanda əhalinin içməli su
təminatı həmişə aktual olub. 1903-1917-ci illərdə
daha çox “Şollar” kimi tanınan Birinci Bakı su kəmərinin
tikintisi ilə başlayan içməli su tariximizin sonrakı
dövrlərində daha böyük və mürəkkəb
layihələr icra edilib. SSRİ vaxtında yeni mənbələrin
və infrastrukturun yaradılması ilə su
qıtlığından əziyyət çəkən şəhər,
qəsəbə və kəndlərin problemləri mərhələli
şəkildə öz həllini tapıb.
Ümummilli lider Heydər
Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən
sonra su təsərrüfatında
ciddi dönüş
yaranmış, problemlərin kompleks həlli
məqsədilə qısa müddətdə iri
layihələr icra edilmişdir.
Kür su kəmərləri sisteminin
birinci növbəsi üzrə 30 aya
görülməli işlər bir ildən
də az vaxtda başa çatdırılmış və
1970-ci il
sentyabrın 27-də Abşeron
yarımadasına nəql olunan Kür suyu Bakıya verilmişdir. Ulu
öndərin xeyir-duası ilə 1980-ci ildə tikintisinə
başlanmış Kür su
kəmərləri sisteminin ikinci növbəsi isə 1988-ci ildə təhvil
verilmişdir. Bununla da, paytaxtda
salınmış yeni yaşayış
massivlərinin su təchizatı təmin edilmişdir. Ceyranbatan sutəmizləyici
qurğularının üçüncü
mərhələsinin inşası isə 1978-ci ildə başa çatdırılmışdır.
Paytaxt Bakının tullantı suları infrastrukturunun inkişafını nəzərdə tutan
“Böyük kanalizasiya”
layihəsinin işlənib hazırlanması və
reallaşdırılması da 1970-80-ci
illərə təsadüf edir. Ulu öndərin
birbaşa nəzarəti altında həmin
dövrdə Azərbaycanın ən böyük
çirkab sutəmizləyici qurğusu olan Hövsan aerasiya
stansiyası, eləcə də paytaxtın tullantı
sularının kənarlaşdırılmasında hazırda da əsas arteriya rolunu oynayan “Sənaye
zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa
edilmişdir.
Azərbaycanın əksər
şəhər və rayon mərkəzlərində
içməli su və kanalizasiya
infrastruktunun yaradılması ulu öndər Heydər Əliyevin 1969-82-ci
illərdə respublikamıza rəhbərlik
etdiyi dövrə təsadüf edir. Belə ki, həmin
illərdə bölgələrdə yeni
su mənbələri
yaradılmış, su anbarları, su və kanalizasiya xətləri,
nasos stansiyaları tikilmişdir.
Ulu öndər 1993-cü ildə xalqın təkidi ilə
yenidən respublika rəhbərliyinə gəldikdən
sonra içməli su
təchizatının
yaxşılaşdırılmasını yenə də diqqət
mərkəzində saxladı. Azərbaycanda siyasi
sabitlik bərqərar edildikdən dərhal
sonra beynəlxalq maliyyə qurumlarından
su sektoruna
kreditlərin cəlbi ilə bağlı danışıqlara
başlanıldı. Danışıqların nəticəsi olaraq Dünya Bankı ilə
Avropa Yenidənqurma və İnkişaf
Bankı tərəfindən “Böyük
Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə
güzəştli şərtlərlə 88,7 milyon
dollar kredit ayırdı. Bu, nəinki Azərbaycanda,
hətta postsovet məkanında infrastruktur layihələrinin icrası məqsədilə
xarici banklardan
alınmış ilk iri
məbləğli kredit idi.
1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində
Kür və Ceyranbatan
sutəmizləyici qurğular kompleksləri
yenidən quruldu, bununla
da, təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı. Eyni zamanda, Bakı şəhərinin
su təchizatının
dayanıqlığını təmin etmək üçün
mərkəzi nasos stansiyalarında reabilitasiya tədbirləri görüldü.
Bakı şəhəri
və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət
daşıyan Oğuz-Qəbələ-Bakı su
kəməri layihəsinin ideya müəllifi
də ulu öndər Heydər
Əliyevdir. Məhz onun rəhbərliyi
ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində
müzakirə edildi və yeni
su kəmərinin tikintisi
üzrə araşdırmalara başlanıldı.
2003-cü
ilin oktyabrında ümummilli
liderin layiqli varisi İlham Əliyevin
xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin
həyatında yeni mərhələ
başlandı. Ulu öndərin memarı
olduğu sosial-iqtisadi
və struktur islahatlar
Azərbaycanın yeni dövlət
başçısı tərəfindən uğurla
davam etdirildi. Ölkə
Prezidenti əhalinin içməli su
təchizatının və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması məqsədilə bu sektorda struktur
islahatlarına qərar verdi. 2004-cü il iyun ayının 11-də “Azərbaycan
Respublikasında su təchizatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident sərəncamı imzalandı. Sənədə əsasən, buna
qədər sərbəst qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar
Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin
“Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı
Şəhər İcra Hakimiyyətinin
Bakı Kanalizasiya İstehsalat
Birliyinin əsasında “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla da, içməli su təchizatı və kanalizasiya
xidmətləti sahəsində fəaliyyət göstərən
vahid qurum
formalaşdırıldı.
Ulu öndərin göstərişi ilə icrasına
başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsininin fəal tikinti mərhələsi Prezident
İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirildi. 2007-ci ilin martında təməli qoyulan
kəmərin inşası Dövlət Neft
Fondunun
vəsaiti hesabına maliyyələşdirildi. Prezident İlham
Əliyevin bir neçə dəfə tikinti sahələrinə səfər edərək
işlərin gedişi ilə yaxından
maraqlanması layihənin icrasını xeyli
sürətləndirdi. Nəhayət, layihədə
nəzərdə tutulan işlər
2010-cu ilin dekabrında yekunlaşdı və Yeni il ərəfəsində kəmərlə nəql
olunan su Bakı şəhərinə
çatdırıldı. Xatırladaq ki,
2 min millimetr diametrli şüşə lifli borulardan istifadə olunmaqla
tikilmiş 262 kilometr uzunluğunda özüaxımlı kəmər
hazırda Abşeron
yarımadasının su təminatında
müstəsna əhəmiyyət daşıyır. Bu münasibətlə keçirilən mərasimdə
çıxış edən ölkə Prezidenti
İlham Əliyev demişdir:
“Oğuz-Qəbələ-Bakı su kəməri
böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq
tələb edən layihədir. Biz indiyədək
bu ölçüdə, bu
həcmdə su kəmərləri tikməmişik.
Ancaq bu gün biz bunu
uğurla həyata keçirə bilmişik”.
“Azərsu”
ASC fəaliyyətə başladıqdan sonra
Bakı şəhərinin tullantı sularının təmizlənərək
kənarlaşdırılmasına xidmət edən əhəmiyyətli
bir layihə - Hövsan
aerasiya stansiyasının yenidən
qurulması işləri həyata keçirildi. Fransa hökumətinin
krediti hesabına stansiyada
yeni qurğular tikildi, fiziki və mənəvi
aşınmış avadanlıqlar yeniləri ilə əvəz
olundu. Nəticədə
stansiyanın məhsuldarlığı sutkada
480 min kubmetrdən 640 min
kubmetrə çatdırılmaqla yanaşı, tullantı
sularının bioloji təmizlənməsi
prosesi avtomatlaşdırıldı. Layihənin
tərkib hissəsi olaraq Zığ kanalizasiya nasos
stansiyası yenidən quruldu və yeni təzyiqli kanalizasiya xətləri
inşa olundu.
Regionların
inkişafını, əhalinin həyat səviyəsinin
yüksəldilməsini və insanların
sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev
ölkənin şəhər və rayonlarının, eləcə
də Bakı şəhəri və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə
bağlı mühüm qərarlar vermişdir. Məlum olduğu kimi, regionların, həmçinin Bakı
şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə
də 2008-2015-ci illərdə yoxsulluğun
azaldılması və davamlı inkişafla
bağlı dövlət sənədində içməli su təchizatı və kanalizasiya
xidmətlərinin yaxşılaşdırılması sahəsində
genişmiqyaslı tədbirlər öz əksini
tapmış, artıq onların böyük
bir hissəsi uğurla
reallaşdırılmışdır.
Bu
mühüm dövlət sənədlərinin
icrası ilə əlaqədar Bakı şəhəri və
bütövlükdə Abşeron
yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə
alınaraq su təchizatı və kanalizasiya sektorunda
görüləcək işlərin səmərəliliyini
artırmaq üçün konkret tədbirlər
həyata keçirilir. Bu məqsədlə 2035-ci
ilədək olan perspektiv
inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər,
qəsəbə və kəndlərində su
təchizatı, kanalizasiya
sistemləri və yağış sularının idarə
edilməsi üçün 18 bölmədən
ibarət Master Plan işlənib
hazırlanmışdır. Burada şəhərsalmanın
inkişafı, əhalinin artımı və
sıxlığı, turizmin
inkişafı nəzərə alınmaqla su
təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması, sözügedən sahənin institusional və normativ
bazasının təkmilləşdirilməsi, təmizlənmiş
tullantı sularının təkrar istifadəsi, ekoloji tarazılıq və digər amillər
əsas götürülmüşdür.
Sənədə əsasən, Abşeron
yarımadasında 550 kilometr uzunluğunda magistral, 8100 kilometr
paylayıcı su xətləri, həcmi
1 milyon 150 min kubmetr olan su
anbarları, 150 kilometr tunel
tipli kanalizasiya
kollektorları, 680 kilometr kanalizasiya
kollektorları, 6400 kilometr kanalizasiya,
3400 kilometr yağış kanalizasiya şəbəkəsi, 900 kilometr yağış kollektorları və məhsuldarlığı
sutkada 1 milyon 400 min kubmetr olan
11 ədəd çirkab sutəmizləyici
qurğu
layihələndirilmişdir.
Master Planın su təchizatı bölməsinin
ən böyük layihəsi olan Ceyranbatan ultrasüzgəcli
sutəmizləyici qurğunun tikintisi artıq yekunlaşmaq
üzrədir. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyev
tərəfindən təməli qoyulan və
məhsuldarlığı saniyədə 6 kubmetr
olan bu qurğu,
həmçinin layihənin
tərkib hissəsi olan
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral
kəmərinin istismara verilməsi ilə
Abşeron yarımadasının su təchizatı əsaslı şəkildə
yaxşılaşacaq. Unikallığı ilə
seçilən bu layihənin icrası nəticəsində
yarımadanın şərq hisəsində mərkəzləşdirilmiş
su şəbəkəsinə qoşulmayan qəsəbələrin və yeni salınmış yaşayış massivlərinin
su problemi birdəfəlik
həll ediləcək. 2013-cü ildə
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərinin Qala qəsəbəsinə
qədər olan hissəsinin inşası tarixən yeraltı və
daşınan sulardan istifadə edən Qala, Şağan, Mərdəkan,
Şüvəlan və Binə qəsəbələri, həmçinin
Binəqədi, Mehdiabad, Digah,
Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı
yaşayış massivlərinin su təminatını
ciddi şəkildə
yaxşılaşdırmışdır.
Bakı
şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı çərçivəsində su təchizatı zəif olan
ərazilər əsas götürülməklə 1340 kilometr uzunluğunda
supaylayıcı şəbəkə, ümumi
tutumu 100 min kubmetr olan su
anbarları tikilib. Bakı şəhərinin
şərq hissəsinin içməli su
təchizatında müstəsna əhəmiyyəti olan 69-Şərq və 110-Şərq anbar komplekslərində həyata keçirilən
əsaslı yenidənqurma işləri nəticəsində
Bakının Nizami, Xətai, Suraxanı və
Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə
içməli su ilə təmin edilib.
Ölkə
başçısının əhalinin fasiləsiz su təminatı ilə bağlı
tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı
sistemləri yenidən qurulub, hər bir mənzil “smart-kart” tipli sayğacla təmin edilib. Görülən işlər nəticəsində
həmin binaların su təminatı
yaxşılaşıb, sabit hidravlik rejim təmin edilib, dəqiq uçot qurulub, zirzəmilərə axan
suların qarşısı tam
alınıb. Fasiləsiz su ilə təmin
olunan binaların damında
quraşdırılmış çənlər
yığışdırılıb. Proqramın icrası
müddətində Abşeron yarımadasının
yaşayış məntəqələrində 195 min “smart-kart” tipli sayğac
quraşdırılıb. Beləliklə, son illər görülmüş
işlər nəticəsində Abşeron
yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş
qaydada içməli su
ilə təmin edilib, fasiləsiz su alan əhalinin
sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə
çatdırılıb. Bununla da, paytaxtda xidmət
göstərilən əhalinin 78 faizi
fasiləsiz içməli su ilə təmin
olunub. Bu məqama toxunan Prezident İlham Əliyev demişdir:
“Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir.
Biz bu layihələrə
başlayanda həmin rəqəm 50 faizdən
aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində
su alırdı. İndi
78 faizdir. Yaxşı irəliləyişdir.
Amma Bakı kimi
gözəl şəhərdə bu təminat
100 faiz olmalıdır”.
Abşeron yarımadasında kanalizasiya
infrastrukturunun inkişafı istiqamətində
də mühüm tədbirlər həyata
keçirilir. Ötən müddətdə
yeni kollektor və xətlərin,
çirkab sutəmizləyici
qurğuların tikintisi, mövcud
xətlərin əsaslı təmiri, göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli
addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə
Xırdalan-Xocasən, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ,
Bayıl-Bibiheybət tunel tipli kanalizasiya
kollektorlarının tikintisinə başlanılıb. Təkcə
onu qeyd etmək kifayətdir
ki, Dövlət Proqramının
icrası müddətində “Azərsu” ASC tərəfindən
Abşeronda 275 kilometr
uzunluğunda kanalizasiya
xətləri quraşdırılıb. Sumqayıt,
Buzovna və Şüvəlan çirkab sutəmizləyici
qurğularının, Novxanı-Sumqayıt kanalizasiya
kollektorunun tikintisi, mövcud kanalizasiya
kollektorlarının əsaslı təmiri Xəzər dənizinə
təmizlənmədən axıdılan tullantı sularının
həcminin əhəmiyyətli dərəcədə
azalmasına gətirib çıxarıb. 18 ünvanda aparılmış işlər
Bakı buxtasına sutka ərzində
axıdılan 200 min kubmetr
tullantı sularının qarşısını almağa imkan verib.
Hazırda paytaxt Bakı ilə yanaşı, ölkənin bütün
bölgələrinin içməli su təchizatının
yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir.
Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun
olaraq “Azərsu” ASC-nin
sifarişi əsasında 24 şəhər
və rayon mərkəzində su və kanalizasiya sistemlərinin
yenidən qurulması layihələri icra
olunur. Beynəlxalq maliyyə
qurumlarının krediti hesabına Gəncə,
Şəki, Göyçay, Ağdaş, Beyləqan, Şamaxı, Qəbələ,
Sabirabad, Saatlı, Qusar,
Xaçmaz, Xızı və Naftalan şəhərlərində, dövlət
büdcəsi vəsaiti hesabına isə Lənkəran, Biləsuvar,
Hacıqabul, Kürdəmir, İmişli,
Ucar, Zərdab, Mingəçevir,
Şəmkir, Qax və Quba
şəhərlərində infrastruktur
yenidən qurulur. Xatırladaq ki, bu layihələrin
icrası 350-dən artıq kəndin su probleminin həllinə də imkan
yaradacaq. Layihələrin
icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə
keçirilmiş təməlqoyma və
açılış mərasimlərində şəxsən
iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib.
Ötən müddətdə 10 şəhərə yeni mənbələrədən suyun verilməsi təmin edilib.
Ümumilikdə görülmüş
işlər nəticəsində
rayon mərkəzlərində yaşayan 300 mindən artıq insanın su təminatı yaxşılaşıb.
İçməli sudan əziyyət çəkən
yaşayış məntəqələrinin su
təminatına hesablanmış
Şirvan-Muğan qrup
su kəmərinin tikintisi
regionların inkişafı baxımından xüsusi
əhəmiyyət daşıyır. Xatırladaq ki, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli
qoyulan bu layihədən
5 şəhər və 121 kəndin 470 min
nəfər sakini faydalanacaq.
Azərsu ASC-nin əməkdaşlarının
əzmkarlığı nəticəsində 107 kilometr uzunluğunda
Hacıqabul-Biləsuvar kəməri bir il ərzində tikilərək istismara verilib. Hazırda
Hacıqabul, Şirvan və Biləsuvar
şəhərlərinin sakinləri məhz bu
mənbədən su alır. Növbəti
mərhələdə Salyan və Neftçala şəhərlərinin, həmçinin
kəndlərin Şirvan-Muğan qrup su kəmərinə
qoşulması təmin olunacaq. Bununla yanaşı, Kür
Təmizləyici Qurğular Kompleksindən
Saatlı və Sabirabad şəhərlərinə
65 kilometr uzunluğunda
yeni kəmərin inşası davam etdirlir. Bu layihə magistral kəmər
boyu yerləşən 42 kəndi də əhatə
edəcək.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət
çəkən yaşayış məntəqələrinin
su təchizatına hesablanmış Külüllü mənbəyi son illər reallaşdırılmış ən
böyük infrastruktur
layihələrindəndir. Layihə çərçivəsində
Girdmançayın yatağında suqəbuledici qurğu, anbar kompleksi tikilmiş, Zərdab
şəhərinə 72, Kürdəmir şəhərinə
27, Ucar şəhərinə 57, Ağsu şəhərinə isə 15 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Hər
4 şəhərə yeni mənbədən
suyun verilməsi təmin edilmişdir.
İşlər tam başa
çatandan sonra ətraf
kəndlərin əhalisi də daxil olmaqla ümumilikdə 170 min
nəfər bu layihədən faydalanacaq.
Xanbulançay və Viləşçay layihələri
isə Cənub bölgəsində yaşayanların içməli
su təchizatında müstəsna əhəmiyyətə
malik olacaq layihələrdir.
Lənkəran, Astara şəhərləri
və 39 kəndi su ilə təmin etmək
üşün Xanbulançay
anbarının sahilində sutəmizləyici qurğu
inşa olunmuş, buradan Lənkəran şəhərinə suyun verilməsi təmin edilmişdir.
Masallı və Cəlilabad şəhərlərinin su təchizatına hesablanmış Viləşçay
sutəmizləyici qurğusunun və magistral kəmərin tikintisi
isə davam etdirilir. Bundan əlavə, hazırda Masallı rayonunun Muğan bölgəsinin
ciddi su problemi olan 23 və
Yardımlı rayonunun 17
yaşayış məntəqəsinin su
təchizatı layihələri həyata keçirilir.
“Azərsu” ASC şəhər
və rayon mərkəzləri ilə
yanaşı, su qıtlığı
müşahidə olunan kəndlərin
problemlərinin həlli istiqamətində də xeyli iş görüb. Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə
690 kilometr su xətti
quraşdırılıb, 36 su anbarı tikilib, 135 subartezian quyusu qazılıb. Bütün
bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su
təminatını yaxşılaşdırmağa imkan verib. Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Tovuz
və Goranboy rayonlarının sərhədyanı
yaşayış məntəqələri, Cəbrayıl rayonundan olan məcburi
köçkünlər üçün
salınmış qəsəbələrdə də su layihələri həyata keçirilib.
Bütövlükdə
isə son on ildə
“Azərsu” ASC tərəfindən regionlarda
3430 kilometr su, 1225 kilometr kanalizasiya xətti,
96 su anbarı 39 su və
kanalizasiya-nasos stansiyaları tikilmiş, bölgələrdə fasiləsiz
su alanların xüsusi
çəkisi iki dəfədən çox artaraq 55 faizə
çatdırılmışdır.
Su təchizatı sahəsində
aparılan böyük işlər əhaliyə
verilən suyun keyfiyyət göstəricilərinin
müasir metodlarla tədqiqinin
də daim nəzarətdə
saxlanılması zərurətini
yaradır. Təsadüfi deyil ki, bu vacib
məsələyə toxunan Prezident İlham Əliyev demişdir:
“Su sağlamlıq deməkdir. Təmiz
içməli su insanın
sağlamlığına verilən ən böyük
töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə
etməliyik ki, dünyada
mövcud olan ən
qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın
sağlamlığı üçün əsas
olan içməli su
məsələlərində tətbiq edilsin”.
Heç şübhəsiz, Prezident İlham
Əliyevin söylədiyi bu fikirlər Azərbaycanda
insan amilinə verilən önəmin təcəssümüdür.
Bu baxımdan “Azərsu” ASC-nin
mərkəzi laboratoriyasının yaradılması xüsusi vurğulanmalıdır.
Açılışında Prezident İlham Əliyevin iştirak
etdiyi laboratoriyada quraşdırılmış müasir avadanlıqların köməyilə
içməli suyun 84, tullantı
sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür.
Mərkəzi laboratoriyanın yaradılması layihəsi
çərçivəsində səyyar laboratoriya
kimi fəaliyyət göstərən nəqliyyat
vasitələri də alınmışdır. Səyyar
laboratoriyaların texniki imkanları istənilən
ərazidə və şəraitdə analizlərin
aparılmasına və su mənbələrinin
ilkin tədqiqinə tam
imkan verir.
Ötən
dövrdə “Azərsu” ASC-nin informasiya-kommunikasiya texnologiyaları infrastrukturu müasir tələblərə
uyğun qurulub, iş proseslərinin
avtomatlaşdırılması məqsədilə tətbiq
edilən sistemlərin, elektron xidmətlərin,
İT infrastrukturunun dayanıqlı və
fasiləsiz fəaliyyəti təmin edilib.
İnfrastruktur obyektlərinin və
paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılıb. Bu sistem infrastrukturun
vahid mərkəzdən idarə
olunmasını təmin etməklə, suyun
mənbədən istehlakçıya ötürülməsini
onlayn rejimdə tənzimləməyə imkan verir. SCADA sistemi vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar
çıxışlarında və şəbəkədəki
təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik
müəyyən edilir və daim nəzarətdə saxlanılır. Eyni zamanda, Coğrafi
İnformasiya Sisteminin
yaradılması istiqamətində fundamental
işlər görülüb. “AzərsuCİS” adlanan
bu sistemin köməyilə
bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar
bazasına əsaslanan rəqəmsal xəritələrə köçürülür. “Azərsu” ASC-yə aid bütün yeraltı
və yerüstü infrastruktur
məlumatlarının toplandığı bu
sistemə indiyə qədər
4800 kilometr su,
2200 kilometr kanalizasiya
xətti, 890 su
anbarı, 266 nasos stansiyası, unikal kod verilmiş
230 min bina və tikili haqqında məlumatlar daxil
edilib. Yeri gəlmişkən, “AzərsuCİS” layihəsi Bentli Beynəlxalq Layihə Müsabiqəsinin,
Beynəlxalq Coğrafi İnformasiya
Sistemləri Forumunda “Su
resurslarının idarə edilməsi” nominasiyasının qalibi olub, SEGUS-2013 intellektual infrastruktur və
coğrafi informasiya
sistemləri konfransının mükafatını qazanıb.
Fəaliyyətində
ekoloji layihələrin icrasına önəm
verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq ətraf
mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal
iştirak edir. Cəmiyyətə
məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində
yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son
üç ildə bu
tədbirlər çərçivəsində 220 mindən
artıq müxtəlif növ ağac əkilib.
Beynəlxalq əlaqələri
genişləndirən “Azərsu” ASC ölkə daxilində və
xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq
əhəmiyyətli tədbirlərin fəal
iştirakçısına çevrilib.
Cəmiyyətin təşəbbüsü və dəstəyilə
2013-cü ildə Bakıda ilk dəfə
ixtisaslaşmış Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilib. Prezident İlham Əliyevin ziyarət etdiyi
debüt sərgisində 23 ölkədən
70-dən çox şirkətin təmsil
olunması tədbirə marağın böyük
olmasından xəbər veirirdi. Sərgi ilə paralel
təşkil olunmuş konfransa
dünyanın tanınmış elm
adamları, Dünya Su
Şurasının, 7-ci Dünya Su Forumunun, eləcə də
su sektoru ilə əlaqəli
bir sıra beynəlxalq qurumların rəhbərləri
qatılıb. Bütün bunlar isə Xəzər beynəlxalq su texnologiyaları sərgi və
konfransının artıq beynəlxalq brendə çevrildiyini təsdiqləyir. Yeri gəlmişkən, “Azərsu” ASC-nin Dünya Su Şurasının və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının
üzvlüyünə qəbul edilməsi də qurumun beynəlxalq əlaqələrin
genişləndirilməsinə imkan
yaradır .
Vətəndaşların
sağlamlığının qorunmasını dövlət
siyasətinin mühüm tərkib hissəsinə
çevirən Prezident
İlham Əliyev bu nəcib missiyaya su kimi
müqəddəs nemətin qorunması, onun
keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə gələcək nəsillər
üçün etibarlı mənbənin
formalaşdırılması ilə başlamışdır.
Dövlət
başçısı ölkə vətəndaşlarının
24 saat keyfiyyətli içməli su ilə təmin edilməsini Azərbaycanın milli su operatoru olan
“Azərsu” ASC-nin qarşısına mühüm bir vəzifə
kimi qoymuşdur. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət artıq öz
bəhrəsini verir, hər bir Azərbaycan
vətəndaşı bunu gündəlik
həyatında hiss edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkənin su təsərrüfatının ahəngdar işinin təminatına hər zaman diqqət və qayğı ilə
yanaşıb. Ölkə başçısının 2014-cü il may ayının 14-də imzaladığı sərəncamla
hər il iyun
ayının 5-nin Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə
bayramı günü kimi
qeyd olunması da bunun parlaq təzahürüdür.
Bu il, həm də Azərbaycanın milli su operatoru olan
“Azərsu” ASC-nin fəaliyyətə
başlamasının 10 ili tamam olur. Yubiley ilində ilk dəfə peşə bayramlarını qeyd edən su təsərrüfatı
işçiləri dövlət qayğısından ruhlanaraq ölkə
əhalisinin keyfiyyətli içməli su
ilə fasiləsiz təminatına dair mühüm vəzifələrin
layiqincə yerinə yetirilməsi istiqamətində bundan sonra da
səylə çalışacaqlar.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 4 iyun.- S.6.