Torpaq, su...bir
də insanın yaratmaq arzusu
5
İyun Su Təsərrüfatı və Meliorasiya
İşçiləri Günüdür
Ağdaş
rayonunun melioratorları da ənənəvi peşə
bayramlarını xalqa xidmətin gərəkliyindən
doğan öyünc və sevinc hissi ilə qeyd edirlər. Şirvanın düzən hissəsində dəmyə
halda yabanı otlardan başqa heç nə
hasilə gəlmədiyindən kənd adamları ürəkləri
istəyən hər şeyi əkib-becərdiklərinə,
qızmar çöllərdə bol məhsul
yetişdirdiklərinə görə su təsərrüfatı
işçilərinə borcludurlar.
Onlar bu minnətdarlıq duyğularını
hər il peşə bayramı zamanı rayon ictimaiyyətinin
səmimi təbriklərinə qoşaraq melioratorlara
çatdırır, boz çölləri cənnətə
döndərməyə imkan yaradan insanlara fəaliyyətlərində
yeni uğurlar arzulayırlar.
Kür və Araz
çayları arasında xam torpaqları
əkinlərə çevirmək üçün
babalarımız lap qədimdən
müxtəlif səylər göstərsələr də, o dövrlərin primitiv
üsulları yalnız kiçik arxlar çəkməyə yetərli olmuşdur. XX əsrin ikinci
yarısından başlayaraq respublikamızda da
iri texnikanın, müasir
üsulların gücünə arxalanan meliorasiya sisteminin
yaradılması bu geniş
çöllərdə kənd təsərrüfatının
inkişafında inqilab
yaratmışdır.
Əsrlər
boyu köçəri maldarların
qışlaq yeri olmuş
Ağdaş rayonunda da son 60 – 70 ildə
melioratorların yaratdıqları sıx suvarma
şəbəkəsi və torpaqların şordan
yuyulması hesabına yüz min hektarlarla sahə əkin
dövriyyəsinə daxil edilmiş,
Şirvanın, Qarabağın və Şəkinin qovuşuğunda hərtərəfli inkişaf etmiş kənd təsərrüfatı rayonu formalaşmışdır.
Ağdaş rayonu melioratorlarının
peşə bayramı münasibətilə keçirilən mərasimdə
bu barədə geniş
söhbət açıldı, ötən önilliklərdə
ölkəmizdə yaradılmış meliorasiya
və irriqasiya şəbəkəsinin
dövlət müstəqilliyi illərində
qorunub-saxlanması, genişləndirilməsi və müasirləşdirilməsi
ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin həyata keçirdikləri
irimiqyaslı, məqsədyönlü işlərin tarixi önəmi bir daha vurğulandı.
Ağdaş Suvarma Sistemləri
İdarəsində də mövsümə ciddi
hazırlıq işləri aparılmışdır. Qurğu və mexanizmlərdə cari və əsaslı təmir
aparılmış, kanallar, arxlar lildən təmizlənmişdir. Sudan istifadə edənlərlə əlbir fəaliyyət
istiqamətləri, maksumum su
tələbatı dəqiqləşdirilmiş, əlavə ehtiyat tədbirləri müəyyənləşdirilmişdir.
İdarənin rəisi
Rəsul Zamanov söhbətə ötənlərdən
körpü salaraq dedi:
– Ağdaş
rayonu ərazisində suvarma
əkinçiliyinin kökü qədimlərə
gedib çıxsa da,
hələ çar Rusiyası
dövründə suvarma kanalları
çəkilməyə başlansa da, bu sahədə möhtəşəm
işləri bizdən əvvəlki nəsil həyata keçirmişdir. Bizim
üzərimizə isə müstəqil dövlətimizin
qurucuları kimi meliorasiya
sahəsində bu vaxtadək əldə edilmiş uğurları qoruyub
saxlamaq və artırmaq vəzifəsi düşür. Suvarma əkinçiliyi
çağdaş dünyada
inkişafın əsas göstəricilərindən
sayılır və ərzaq bolluğu
yaratmağın da aparıcı yönüdür. Bu
baxımdan Azərbaycan qabaqcıl meliorasiya
ölkəsi olması ilə haqlı olaraq
öyünür.
Təəssüf
ki, müstəqilliyimizin ilk
illərində bəzi naşı rəhbərlər, məsuliyyətsiz
adamlar bu gerçəyi
lazımınca anlaya bilməmiş,
dağıdıcı proseslər bizim sahədən
də yan ötməmişdi. Ümummilli lider Heydər
Əliyevin o ağır günlərdə
xalqın haqq səsinini cavablandıraraq respublika
rəhbərliyinə qayıtdığı dövrdən başlayaraq meliorasiya və
su təsərrüfatı sahəsinə
ögey münasibətə də son qoyuldu, sahənin
qorunması, dirçəldilməsi və yeni
inkişafı dövlət himayəsinə götürüldü.
Prezident İlham Əliyevin
rəhbərliyi altında ölkənin meliorasiya
və su təsərrüfatı sistemi daha da
inkişaf etdirilir, suvarma mədəniyyətinin qabaqcıl dünya səviyyəsinə
qaldırılması üçün
ardıcıl tədbirlər görülür.
Bu böyük diqqətdən
ruhlanan kollektivimiz
respublikamızda kənd təsərrüfatının
inkişafına öz payını vermək
üçün səylə, təşəbbüskarlıqla
çalışır.
Ötən il Ağdaş Suvarma Sistemləri İdarəsi 25219 hektar əkin sahəsində suvarma
aparmışdır. Bunun 11778
hektarı taxıl, 718
hektarı bostan-tərəvəz, 8375 hektarı yem bitkiləri, 258 hektarı çoxillik
bağ, 334 hektarı meşə
zolağı, 114 hektarı çəltik, 3642 hektarı həyətyanı
sahələrdir. Bu sahələrin suvarılması üçün mənbələrdən 191653 min kubmetr su
götürülmüş, ayrıclardan
132515 min kubmetr su verilmişdir. 91421 min kubmetr su
birbaşa sahənin üstünə verilmişdir. 25219 hektar əkin
sahəsində 3,44 dəfə suvarma
aparılmışdır. 1 hektar sahənin
su təminatına 67,70 manat, suayrıclardan verilən hər 1000 kubmetr suya 13,14 manat xərc çəkilmişdir.
Ötən il 345 müxtəlif
hidrotexniki qurğuda,
6 binada cari təmir işləri
aparılmışdır. Türyançay
sahil- mühafizə bəndində, 3 suvarma kanalında, idarə binasında, istehsalat bazasında əsaslı təmir
işləri aparılmışdır. Türyançay
hidroqovşağının aşağı byefinin
bərpası başa
çatdırılmış, sağsahil
suvarma kanalının təmirinə
başlanmışdır.
Əsas su mənbəyimiz olan Türyançay respublikamızın ən
bulanıq sulu
çaylarından biridir. Həmin suyun suvarma
kanalları ilə əkin sahələrinə
çatdırılması isə mütəmadi lildəntəmizləmə
işləri tələb edir. Ötən
il balansımızda olan
1538,1 kilometr uzunluğunda
suvarma kanalının 639,1 kilometrlik
hissəsi lildən təmizlənmişdir. Türyançayda daşqın və sel sularını maneəsiz axıtmaq üçün tədbirlər davam etdirilmiş, çay məcrasında buldozerlərlə 442
min kubmetr təmizləmə
işləri aparılmış, 1001 kubmetr
daş-beton işi görülmüşdür.
Kollektivimiz cari ilin
5 ayı ərzində 25227 hektar əkin
sahəsinin vegetasiya suvarmasına
başlamışdır. Bunun 10875
hektarı dənli bitkilər, 748 hektarı bostan-
tərvəz, 8802 hektarı yem bitkiləri,
1032 hektarı çoxillik bitkilər, 3642
hektarı həyətyanı sahələr, 128 hektar çəltik sahələrdir. Bu sahələrin suvarılması üçün yanvar – may aylarında mənbələrdən 92053 min kubmetr su
götürülərək, suayrıcılardan 65328 min kubmetr su
verilmiş, üst-üstə 43059 hektar sahə suvarılmışdır.
İlin əvvəlindən 129 müxtəlif hidrotexniki qurğuda, 1 mexaniki dəstə binasında, 1140 metr uzunluğunda kanalda cari təmir işləri
aparılmışdır. Mexanizmlər vasitəsilə 266,3 kilometr suvarma
kanallarında lildəntəmizləmə işləri
aparılmışdır. Daşqın və sel sularının maneəsiz
axıdılması məqsədilə Türyançayda
buldozerlərlə 165 min kubmetr
çay məcrasının təmizlənməsi
işləri, istehsalat bazasının həyətində
abadlaşdırma işləri aparılmışdır.
Solsahil suvarma
kanalının təmiri, Türyançay
hidroqovşağının qeksolitlərlə bərkidilməsi
işlərinə başlanılmışdır.
İqtisadi qüdrəti gündən-günə artan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin meliorasiya və su
təsərrüfatı sahəsinə artan
diqqət və qayğısının nəticəsidir ki, son dövrlərdə
idarənin maşın-traktor parkı yeniləşdirilmişdir.
Hazırda idarəmizdə olan
4 Hunday R-170, 1
Hunday R-120, 1 New Holland, 1 E-4112, 1 Boreks-212 markalı ekskvator, 1 Shantui SD-22,
1 Shantui
SD-16 markalı buldozer, 1 Mersedes-3028, 1 Kamaz-65115 markalı yük
avtomobili, 1 Man
markalı avtobetonqarışdırıcı, 1 Kamaz-65115
markalı avtokran, 2 UAZ-fermer
tipli avtomobil və s. son illərdə
dövlət büdcəsi hesabına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC tərəfindən idarəmizə verilmişdir.
Bütün bunların müqabilində kollektivimiz kəndin yüksəlişi,
ölkədə ərzaq bolluğu
yaradılması işinə xidmətini artıracaqdır.
Rayonun əsas meliorasiya təsərrüfatlarından
olan Pirəzə Mexaniki
Suvarma İdarəsi Kür
və Güryançay çaylarından
elektrik və dizel nasos stansiyaları vasitəsilə 11 kəndin
əkin sahələrinin suvarılmasına xidmət edir. Fermerlərin əkinlərinin və əhalinin
həyətyanı sahələrinin kifayət qədər su ilə təmin edilməsi üçün
təcrübəli kollektiv üzərinə
düşən yükün öhdəsindən
bacarıqla gəlir.
İdarənin rəisi
İlham Əliyev bu
mövsümdə uğurlu fəaliyyəti
təmin etmək üçün
aparılmış zəruri hazırlıqdan, qarşıda duran məsul işlərdən söz açaraq bildirdi:
– Ağdaşın
ölkənin qabaqcıl kənd təsərrüfatı
rayonlarından biri kimi
tanınmasında biz melioratorların da layiqli payı olmuşdur. Bunu
düşünmək üzərimizə düşən məsuliyyətin
də ağırlığını dərindən
anladır. Odur ki, əkinlərin
suvarılmasında əsas ağırlığın düşdüyü yay
aylarına hələ qışdan ciddi
hazırlıq aparmışıq. İstifadəmizdə olan avadanlıq, mexanizm və
qurğular vaxtında təmir edilib, saz hala
gətirilib. Bu işdə kollektivimizə
göstərdiyi köməyə görə Azərbaycan Meliorasiya və Su Təssərrüfatı
ASC-nin rəhbərliyinə minnətdarlığımızı
çatdırmaq istəyirəm.
İdarəmizin kollektivi ötən il
ayrıc nöqtəsindən 58500 min kubmetr su götürərək
37530 hektar sahəyə 43875 min kubmetr su
vermişdir. Xidmət ərazimizdəki əkin
sahələri qədərincə suvarılmışdır. Şuvarma şəbəkəsini işlək
vəziyyətdə saxlamaq üçün 2013-cü ildə cari təmir işlərinə 18592 manat, nasos stansiyaların
saxlanmasına 1075375 manat vəsait xərclənmişdir.
O, cümlədən elektrik enerjisi üçün
397200 manat, mexaniki
avadanlığın cari təmiri üçün 133549 manat,
neft məhsulları üçün
220730 manat, suvarma
kanallarının lildən təmizlənməsi üçün 472943 manat
vəsait sərf edilmişdir.
Ötən il əsaslı təmirə 155385 manat vəsait xərclənmişdir. O, cümlədən
elektrik mühərriklərinə 20638 manat, dizel mühərriklərinə
17755 manat xərclənmişdir.
Nasosların əsaslı təmirinə 27368 manat, idarənin həyətyanı sahəsinə
asfalt örtüyü
çəkilməsinə 28993 manat, Pirəzə-2
elektrik nasos
stansiyasının əsaslı təmirinə 21514 manat vəsait sərf edilmişdir.
İnvestisiya üzrə Kotavan
və Xınaxlı kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin
etmək üçün ikipilləli
nasos stansiyasının qurulmasına 291 min manat,
üçaqreqatlı Qarxun elektrik nasos
stansiyasının əsaslı təmirinə 116400 manat vəsait xərclənmişdir.
Bu ilin 5 ayı ərzində
əkin sahələrinin suvarılması üçün
mənbədən 51011, ayrıcdan 23447 min kubmetr su götürülmüş,
14918 haektar sahə
suvarılmışdır. Podrat təşkilatlarının
bu müddətdə suvarma
kanallarını lildən təmizləməsinə 92741 manat vəsait ödənilmişdir. Nasos stansiyalarının cari
təmirinə 5 ayda 4843 manat,
hidrotexniki qurğulara
8262 manat, boru kəmərlərinə
7800 manat vəsait xərclənmişdir.
Hazırda 1 və 2 nömrəli material
anbarının və emalatxana
binasının əsaslı təmiri davam
edir.
İlin əvvəlindən Abad
kəndində Nap-təzə, Eymur kəndində
Nap-36, Ağzıbir kəndində
Balay-yeri nasos
stansiyalarında və s. cari
təmir işləri görülmüşdür.
Kotavan və Xınaxlı ikipilləli nasos stansiyasının tikintisi
davam edir. Bütün bunlar əkinləri
vaxtında bol su ilə
təmin etməyimizə imkan yaradır. Sudan istifadə birliklərinin təklif və
mülahizələrinin öyrənilməsi də fasiləsiz,
intensiv və səmərəli işə
kömək edir.
Melioratorların
peşə bayramının suvarmada məsul
mərhələ sayılan yayın əvvəlinə
düşməsi bizi yeni
mövsümdə ciddi fəaliyyətə
səsləyir, mütəşəkkil işə səfərbər
edir. Yazın əvvəlindan
kənd əməkçilərinin, necə deyərlər,
alın təri ilə cücərtdiyi, bitirdiyi
bitkiləri bol su ilə
cana gətirib barlandırmaq üçün isti aylarda onlarla bir yerdə olacaq, ölkəmizin
ərzaq təhlükəsizliyi proqramının gerçəkləşdirilməsinə
töhfəmizi artıracağıq.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 5 iyun.- S.6.