Salyan özünün
yüksək
tərəqqi
dövrünü yaşayır
Salyan, el arasında deyildiyi kimi, “yol ağzıdır”, burada baş verən hər bir dəyişiklik, yenilik o saat diqqət çəkir. Sözsüz ki, son illər rayonda həyata keçirilimiş işlərlə tanışlıq adamda ancaq xoş məram, xoş ovqat yarada bilər. Hələ üstəlik də baxıb nəsə öyrənmək marağını artırar. Əbəs yerə deyilməyib ki, dünya gör-götür dünyasıdır.
Salyan şəhərinin
“Giriş qapısı” Akkuşa kanalından başlayır. Hər
dəfə bura yolum düşəndə bu yerə
çatar-çatmaz duruxub qalıram ki, görəsən, səhv
gəlməmişəm ki? Ona görə yox ki, Salyanın
yolunu tanımıram, tanımağına lap yaxşı
tanıyıram, amma məni tərəddüdə salan hər
dəfə burada rastlaşdığım dəyişikliklərdir,
qısa zamana sığışdırılan dəyişikliklər.
Heç şübhəm yoxdur ki, çoxları mənim kimi
bu tərəddüdlə tez-tez rastlaşırlar. Bilmirəm,
haradansa eşitmişəm ki, şəhərlərin də
insanlar kimi öz taleyi olur. Salyanı görəndə bu
deyimin doğruluğuna yüz faiz əmin oluram. Əmin oluram
ki, indii Salyan öz taleyinin bəxtəvər
çağlarını yaşayır.Bu bəxtəvər
rayonun 2013-cü ildə və 2014-cü ilin birinci
rübündə hansı nailiyyətləri
qazandığını yada salmaq üçün rəqəmlərə
üz tutmalı oluram.
“Dilsiz-ağızsız rəqəmlər” isə
çox mətləblərdən xəbər verir.
Ötən il dövlət
başçısının sərəncamı ilə
ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin
küçələrinə 9300 kvadratmetr üzlük
daşları döşənmiş, 17494 metr bordur
düzülmüş, 5940 metr küvet qazılmış,
7822 kvadratmetr sahəyə tamet-plitə, 350 metr uzunluğunda
istinad divarı çəkilmiş, 700 kvadratmetr mişar
daşı ilə hörgü işləri
aparılmışdır. Eyni zamanda, şəhərdə 30
çoxmərtəbəli yaşayış evlərinin dam
örtüyü əsaslı təmir olunmuşdur. Rayonda 45
mindən çox ağac, o cümlədən 3 mindən
çox dekorativ ağac və gül kolları əkilmişdir.
Ağacların əksəriyyəti həmişəyaşıl
ağaclardır (eldar şamı, sərv, küknar).
Şəhərin
müxtəlif küçələrinə ümumilikdə
25840 kvadratmetr asfalt örtüyü salınmışdır.
Bu dövrdə Heydər
Parkı yenidən qurulmuş və burada öz möhtəşəmliyi
ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzi
və rayon icra hakimiyyətinin bina kompleksi inşa
edilmişdir. Qarabağlı kəndində ticarət mərkəzi
istifadəyə verilmiş, şəhər ərazisində 5
mərtəbəli yaşayış binasının və
ticarət mərkəzinin tikintisi davam edir.
Onu da qeyd etmək
lazımdır ki, uzun illər Salyan-Şirvan avtomobil yolunun bərbad
vəziyyətdə olması 17 yaşayış məntəqəsinin
32 min nəfərə yaxın əhalisinin ciddi
narazılığına səbəb olurdu. Sakinlər 15-20
kilometr yolu keçmək əvəzinə Kürsəngi
yolundan istifadə edərək ən azı əlavə 40
kilometr məsafə qət etmək məcburiyyətində
qalırdılar. Dövlət başçısının
göstərişinə əsasən bu yolun tikintisi
üçün ilkin olaraq 1 milyon manat vəsait
ayrılmışdır. Eyni zamanda, şəhər sakinlərini
çoxdan narahat edən ən böyük problemlərdən
biri də öz həllini tapmışdır. İlkin olaraq
ayrılmış 1 milyon manat vəsaitlə Kür
çayının iki yerə böldüyü şəhəri
ən müasir körpü ilə birləşdirmək
üçün işə başlanılmışdır. Həmçinin
ötən il rayonda enerji təchizatını
yaxşılaşdırmaq üçün 13 ədəd
110/35 kv-lıq və 78 ədəd 10-6 /0,4 kv-luq transformator əsaslı,
326 ədəd 10-6/0,4 kv-luq yarımstansiyalar cari təmir
edilmiş, elektrik qurğularına 5,7 ton transformator
yağı əlavə olunmuşdur. 10-6/0,4 kv-luq hava xətlərində
263 ədəd dayaq yenisi ilə əvəz edilmişdir. Şəhərin SİP kabelə
keçməsi ilə əlaqədar 11 ağac dayaq, 25 dəmir-beton
dayaq, 37 ədəd dəmir dayaq
quraşdırılmışdır. Rayon ərazisində cari
ildə ümumilikdə 16,8 kilometr məsafədə
qüsurlu məftillər SİP kabellə əvəz
olunmuşdur. Salyan şəhərinin və kəndlərin
qaz təchizatını yaxşılaşdırmaq
üçün ümumilikdə rayon üzrə bir neçə
ildə 830 kilometr iri diametrli, 16 kilometr kiçik diametrli qaz xətləri
əsaslı təmir edilmiş və ya yenisi ilə əvəz
olunmuşdur.
2013-cü ildə 3026
ədəd yeni qaz sayğacı
quraşdırılmış, 1531 ədəd qaz
sayğacı yenisi ilə əvəz edilmiş, 3400 ədəd
qaz sayğacı yeni çəkilmiş qaz kəmərlərinin
üzərinə köçürülmüşdür. Həmçinin
1970 yeni mənzil qazlaşdırılmışdır.
“Kürsu” təmizləyici
qurğular kompleksindən istifadə etməklə
Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar
şəhərlərinin su təchizatını
yaxşılaşdırılmaq məqsədilə yeni magistral
su kəmərinin inşası ilə əlaqədar Babazanan
dağında yeni su anbarı və təzyiqli su xətti
tikilir.
Prezidentin 20 iyun 2007-ci
il tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə
təminatının yaxşılaşdırılması ilə
əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına
uyğun olaraq Salyan rayonunun 26 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular qurulub əhalinin istifadəsinə
verilmişdir. Quraşdırılmış sutəmizləyici
qurğular ümumilikdə 58 min nəfərdən çox kənd
əhalisini ekoloji cəhətdən təmiz içməli su
ilə təmin etmişdir. Bu da rayonun qəsəbə və
kəndlərinin əhalisinin 64 faizinin içməli su ilə
təmin olunması deməkdir. Hazırda Cəngan kəndində
sutəmizləyici qurğu tikilir.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin pilot layihəsinə əsasən
Xıdırlı kəndində ayrılmış 5 hektar
torpaq sahəsində dəniz suyunun
duzsuzlaşdırılması zavodu və örtüklü
kök sistemli tingliklər yaradılmışdır. Həmçinin
“Azərsu” ASC tərəfindən Xıdırlı kəndinin
içməli su təminatını
yaxşılaşdırmaq məqsədilə Kür-Bakı
magistral su kəmərindən 15,7 kilometr uzunluğunda su xətti
çəkilmişdir.
2013-cü ildə 1075
nəfər kənd təsərrüfatı məhsulları
istehsalçısına 3551,2 hektarda taxıl əkininə
görə 142048 manat subsidiya ödənilmişdir. Sahələrdən
əvvəlki illə müqayisədə 3414 ton çox -
56824 ton taxıl istehsal olunmuşdur.
2013-cü ildə kənd
təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli şərtlərlə
“Aqrolizinq” ASC-nin Salyan filialı və “Aqrokimya” MMC tərəfindən
2185 ton mineral gübrələr (azot, fosfor)
satılmışdır.
2014-cü ilin əvvəlində
rayonda iri buynuzlu heyvanların baş sayı 1,3 faiz artaraq 62315
baş, qoyun və keçilər 185285 baş olmuşdur.
2013-cü ildə 16
süni mayalama məntəqəsinin 2461 baş mal-qarada
apardığı süni mayalanma nəticəsində 1609
baş sağlam buzov alınmışdır.
Ölkə rəhbərinin
fərmanı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı”na uyğun olaraq bu sahəyə diqqət
artırılır. Hazırda rayonda 1187 hektar üzüm
bağı var. Bu bağların 952 hektarı bar verir.
2013-cü ildə Salyanda 4816 ton süfrə üzümü
istehsal edilmişdir.
Rayonda mövcud meyvə
bağları bərpa edilir və yeni bağlar salınır.
Hazırda rayonda 806 hektar meyvə bağları vardır ki,
onların da 363 hektarı məhsul verən bağlardır.
Kənd təsərrüfatının
inkişaf etdirilməsi üçün torpaqların meliorativ
cəhətdən yaxşılaşdırılması, əkin
sahələrinin suvarma suyu ilə vaxtında təmin edilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə
348 kilometr kollektor dren şəbəkəsi, 1540 kilometr suvarma
kanalı lildən təmizlənmişdir.
2013-cü ildə ali
və orta ixtisas məktəblərinə qəbul olunmaq
üçün ərizə vermiş 700 məzundan 368- i ali,
77-si isə orta ixtisas məktəblərinə qəbul
olunmuşdur. 18 abituriyent 600-dən yuxarı bal
toplamışdır. Şəhər 2 saylı tam orta məktəbin
məzunu Səidə Ələsgərova Prezident təqaüdünə
layiq görülmüşdür. Ali məktəblərə
qəbulun nəticələrinə görə Salyan rayonu Azərbaycan
bölməsi üzrə respublikada birinci yeri tutmuşdur.
2013-cü ildə Boranıkənd kəndində 220 yerlik,
Plasmas yaşayış massivində 640 yerlik yeni məktəb
binaları tikilərək istifadəyə verilmişdir. Şəhər
8 saylı tam orta məktəbin binası əsaslı şəkildə
təmir edilmiş, həmin məktəb üçün 160
yerlik əlavə korpus tikilmişdir. Hazırda Peyk kəndində
220 yerlik yeni məktəb binası tikilir. Dayıkənd və
Qaraçala kənd tam orta məktəblərində bərpa-
gücləndirmə işləri görülməklə əsaslı
təmir işləri aparılmışdır.
Ulu öndər Heydər
Əliyevin anadan olmasının 90-cı ildönümü ilə
əlaqədar rayonun mədəniyyət müəssisələrində
vətənpərvərlik mövzusunda şeir, mahnı, rəsm
müsabiqələri keçirilmiş, “Heydər Əliyev və
mədəniyyət”, “Heydər Əliyev müasir Azərbaycan
dövlətinin banisidir”, “Mədəniyyətimizin hamisi”
mövzularında konfrans və “dəyirmi masa”lar
keçirilmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən
Babazanan dağında aparılmış arxeoloji
qazıntılar zamanı aşkar edilmiş e.ə. IX-III
minilliklərə aid küp qəbirlər və maddi-mədəniyyət
qalıqları bu ərazidə insanların ən azı 2800
il bundan əvvəl yaşadığını sübut
etmişdir. Bununla əlaqədar olaraq Prezident İlham
Əliyev “Muğan-Babazanlı” abidələrinin 2800 illiyinin
qeyd edilməsi barədə sərəncam
imzalamışdır.
Dövlət
başçısı həmçinin Azərbaycan ictimai
fikrinin görkəmli nümayəndəsi, tanınmış
maarifçi və yazıçı-publisist, görkəmli
ictimai xadim Əlibəy Hüseynzadənin anadan
olmasının 150 illiyi ilə əlaqədar sərəncam
imzalamışdır.
Rayonlararası
Şorsulu əsəb-nevroloji xəstəxanası
üçün 100 çarpayılıq korpus tikilib istifadəyə
verilmiş, Prezidentin tapşırığına əsasən,
böyrək xəstəliyindən əziyyət çəkən
xəstələrin müalicəsi üçün Mərkəzi
Xəstəxanaya 10 ədəd dializ aparatı verilmiş və
dializ şöbəsi açılmışdır.
2014-cü ilin birinci
rübündə rayonda məhsul
buraxılışının həcmi ötən ilin
müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 40
milyon 98 min manat, kənd təsərrüfatı məhsullarının
ümumi həcmi 4,8 faiz artaraq 14 milyon 191 min manat, rabitə
işlərinin həcmi 10,3 faiz artaraq 130,2 min manat, nəqliyyat
işlərinin həcmi 64,2 faiz artaraq 453 min manat, pərakəndə
ticarət dövriyyəsi 6,4 faiz artaraq 35 milyon 140 min manat, əsas
kapitala yönəldilən investisiya 10,5 faiz artaraq 17 milyon 579
min manat çox olmuşdur. Sənaye məhsulunun ümumi həcmi
12 milyon 141 min manat, əhaliyə göstərilən pullu xidmətlər
9 milyon 868 min manat olmuşdur. Bir nəfərə düşən
orta aylıq əmək haqqı 238 manatdır.
Sahibkarlığa
Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti
hesabına rayonda yeni istehsal və emal sənayesi sahələrinin
yaradılması istiqamətində işlər
aparılır. Belə ki, ölkə başçısı
tərəfindən sahibkarlığın inkişafına
yaradılmış münbit şəraitin nəticəsi
olaraq “BRM üzüm” MMC, “Gilə” MMC, “Qaraçala” MMC,
“Balacans” MMC, “Qarabağlı kooperasiya” və digər iri təsərrüfatlar
yaradılmışdır. Eyni zamanda, Kürsəngi kəndində
“NNEM Fermer təsərrüfatı” MMC tərəfindən
illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və
“Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan
meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində
2400 başlıq heyvandarlıq kompleksinin,
Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də
400 başlıq heyvandarlıq kompleksinin, “Yoluçka” tipli 20
başlıq müasir tələblərə cavab verən
kompyuterləşmiş sağım sexinin tikintisi başa
çatdırılmışdır.
İlin birinci
rübündə 198 daimi iş yeri
yaradılmışdır.
Prezident İlham
Əliyevin sərəncamı ilə ayrılmış 2
milyon manat vəsait hesabına ötən üç ay ərzində
də rayonda xeyli işlər görülmüşdür. Bu
vəsait hesabına şəhərin küçələrinə
2100 kvadratmetr üzlük daşları döşənmiş,
səki kənarına 3190 metr bordurlar düzülmüş,
940 metr küvet qazılmış, 3320 kvadratmetrə tamet-piltə
düzülmüşdür. Əksər hissəsi həmişəyaşıl
ağaclar olmaqla rayon ərazisində
12 mindən çox ağac əkilmişdir.
Hazırda şəhər
ərazisində 5 mərtəbəli yaşayış
binasının və ticarət mərkəzinin tikintisi davam
edir. Rayonda ərzaq təhlükəsizliyinə də
xüsusi diqqət yetirilir. Belə ki, 2013-cü ilin
payızında 2014-cü ilin məhsulu üçün 17404
hektar sahədə taxıl əkini aparılmışdır
ki, bunun da 6215 hektarı buğda, 11189 hektarı isə arpa əkin
sahələrini təşkil edir.
Ötən müddətdə
317 kilometr kollektor dren şəbəkəsi, 106,15 kilometr
suvarma kanalları lildən təmizlənmişdir.
Peyk kəndində 220
yerlik yeni məktəb binasının və 5 saylı
ümumi orta məktəb üçün əlavə 2 sinif
otağının və idman zalının,
Kürqaraqaşlı kəndində 100 yerlik uşaq
bağçasının tikilməsi, Qarabağlı kəndində
və Babazanan yaşayış sahəsində uşaq
bağçası üçün yeni binaların tikintisinə
hazırlıq işlərinin görülməsi rayonda təhsilin
inkişafına yönəldilmiş diqqət və
qayğıdan xəbər verir.
Əlbəttə, bu
dövrdə səhiyyənin inkişafı da diqqətdən
kənarda qalmamışdır. 2014-cü ilin I rübündə
müasir tələblərə cavab verən rayonlararası
Şorsulu Psixiatriya xəstəxanası üçün 100
çarpayılıq yeni korpus tikilib istifadəyə
verilmişdir. Hazırda 50 çarpayılıq Ağciyər
Xəstəlikləri Xəstəxanası inşa edilir.
Məlumdur ki,dövlət
başçısının tapşırığına əsasən
fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin
tibbi müayinəsi aparılmışdır. Bu iş Salyanda
da mütəşəkkilliklə həyata
keçirilmişdir. Yalnız aprel ayının 17-nə kimi
51187 nəfər tibbi müayinədən keçmiş,
onlardan 6609 nəfəri ambulator, 92 nəfəri stasionar
müalicəyə cəlb edilmiş, 32 nəfəri Bakı
şəhərinə göndərilmiş, 32 məntəqədə
müayinələr başa
çatdırılmışdır.
Bu dövrdə bələdiyyələrin
də fəaliyyəti qənaətbəxş olmuşdur. Belə
ki, kənd adlarını göstərən emblemlərin təmiri,
orta məktəblərdə sinif otaqlarının, kənddaxili
və kəndarası yolların təmiri,
yaşıllıqların salınması, zibilliklərin ləğv
edilməsi, bəzi suvarma kanallarının və kollektor-dren
şəbəkələrinin lildən təmizlənməsi
və s. kimi məsələlərin yerinə yetirilməsi bələdiyyələrin
fəaliyyətinin tərkib hissəsi olmuşdur. Salyan
Bakıdan çox da uzaq məsafədə yerləşmir.
Bir gündə asanlıqla və rahatlıqla gəlib yeniləşən
və günbəgün hüsnünə əlavə
yaraşıq qatan bu rayonu gəzib-dolanmaq olar. Sonrası isə
hər kəsin öz zövqünə qalıb ki, kim nə qədər
bu gözəlliklərdən ruhunun qidası üçün
pay götürə biləcək. Hər halda, bunun üçün
vaxt ayırmağına dəyər.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2014.- 6 iyun.- S.6.