“Leyla
ƏLİYEVA: “Xocalıya ədalət!”
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji
model)” üçcildliyinin sonuncu cildi çapdan
çıxmışdır
Ermənilər tərəfindən
uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən
XX əsr dünya tarixinin ən qəddar soyqırımı
aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində bünövrəsini ümummilli liderimiz
Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və
Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!”
Beynəlxalq Təbliğat və Məlumatlandırma
Kampaniyası da bu siyasi kursun həyata keçirilməsində,
xüsusilə Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasında uzaqgörənliklə
düşünülmüş uğurlu bir strategiyadır.
Yazıçı-publisist, əməkdar
jurnalist Vasif Səmədov
və tanınmış alim Rövşən
Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna
qarşı yeni strateji
model)” üçcildliyinin
III cildi Xocalı soyqırımı
haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
son illərdə görülmüş
məqsədyönlü işlərlə bağlı müəlliflərin
gərgin araşdırmaları, yorulmadan
apardıqları tədqiqatlar nəticəsində ərsəyə
gələn dəyərli mənbədir.
AzərTAc
xəbər verir ki,
“CBS Polyqrafic production”
nəşriyyatında nəfis tərtibatla çapdan
çıxmış III cild
hazırlanarkən də əvvəlki cildlərdə olduğu kimi, Azərbaycan
Respublikası Baş Prokurorluğunun,
Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə
yaratdıqları istintaq qrupunun
materiallarından və AzərTAc-ın fotoarxivindəki fotoşəkillərdən
istifadə edilmişdir.
Kitabda beynəlxalq terrorun bir
qolu olan erməni
terrorçularının müxtəlif tarixi
dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə
ötən əsrin son illərində Ermənistan
və onun havadarlarının köməyi
ilə işğal olunmuş
Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində
törətdikləri
kütləvi qırğınlardan, vəhşiliklərdən,
soyqırımından bəhs edilir.
Nəşrdə
Heydər Əliyev Fondunun vitse-prezidenti,
fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində beş
il ərzində beynəlxalq aləmdə
həyata keçirilmiş təqdirəlayiq
tədbirlərdən söhbət açılır. Bəri başdan
qeyd etmək lazımdır ki, zəngin fakt və sənədlərin,
sübutların əksini tapdığı bu
kitab dünyada terrora və zülmə, işgəncəyə
və amansız qətliamlara qarşı mübarizədə
tarixi həqiqətlərin önəmli toplusu kimi diqqət mərkəzində
olacağı şübhəsizdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun
elmi şurasının qərarı ilə
nəşr edilmiş bu
kitab “Xocalıya ədalət!” Beynəlxalq
Təbliğat və Məlumatlandırma Kampaniyasının 5
illiyi münasibətilə nəşr olunmuşdur.
Faciənin mənəvi,
siyasi və hüquqi
müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın
70-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Ümummilli lider Heydər
Əliyevin, Prezident İlham
Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyevanın, fondun vitse-prezidenti
Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
istiqamətində qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu
ilə bağlı
çoxsaylı materialları əhatə edir. Xocalı faciəsi ilə
bağlı bütün hadisələri
mütəmadi izləyən müəlliflər nəşrin
üçüncü cildinə Azərbaycan
Prezidenti İlham
Əliyevin “Xocalıya ədalət!” kampaniyasının
keçirilməsi ilə bağlı tədbirlər
haqqında” 2014-cü il 13 fevral
tarixli Sərəncamını da daxil etmişlər.
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın isə kitabda yer aldığı
“Biz, sağ qalanlar, bu faciə
haqqında həqiqəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə
beynəlxalq siyasi və hüquqi
qiymət verilməsinə nail
olmalıyıq” kimi mübariz
ruhlu fikirləri hər bir
azərbaycanlını Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasında fəal olmağa
səsləyir.
Kitabın
redaktorları fəlsəfə elmləri doktoru,
Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının doktorantı Leyla Məmmədovadır.
“Alim mövqeyi”
rubrikasında fəlsəfə elmləri doktoru,
professor Rahid Uluselin
“İnsanlıq meyarı ilə” yazısında cari ildə nəşrin I və II cildlərinin
geniş ictimaiyyətin, dövlət
nümayəndələrinin iştirakı ilə təqdimatının
keçirildiyini xatırlayaraq aktual mövzu və
problematikası ilə diqqəti cəlb edən bu kitablar
haqqında Azərbaycan və xarici
kütləvi informasiya vasitələrində
sanballı məqalə və resenziyaların çap
edildiyini, dolğun rəylərin
səsləndiyini diqqətə
çatdırmışdır.
Vurğulanmışdır
ki, sonuncu cildin özünəməxsusluğu
“Xocalıya ədalət!” Beynəlxalq Təbliğat
və Məlumatlandırma Kampaniyasının beş
illik fəaliyyətinin nəticələrinin
dəyərləndirilməsinə xüsusi
diqqətin yetirilməsində və əgər belə demək
mümkündürsə, 100 illik erməni
təbliğatını alt-üst edən
beş yaşlı “Xocalıya ədalət!”
hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə
gördüyü işlərin əhəmiyyətinin
üzə çıxarılmasındadır.
Kitabın ortaya qoyduğu danılmaz
faktlar bir daha sübut edir ki, əslində “böyük Ermənistan” və “fövqəlerməniçilik”
- arxaik imperializmin bir fiksiyasıdır. Hamıdan çox elə ermənilərin özləri bu xəstə təxəyyüllərinin
ilğım-obrazından ziyan çəkmişlər.
Ermənilər tarix boyu dövlətlərarası münasibətlərin
qaydalarını riyakarlıqla pozduqlarından və ən
yaxın qonşularına belə xəyanət etdiklərindən,
özlərinə etibarlı dost-xalq qazana bilməmiş, həmişə böyük dövlətlərin yedəyində
getmiş, özlərini sürünməyə
məhkum etmişlər. Onların öz qonşularının torpaqları
hesabına “böyük dövlət” olmaq arzusu öz
nüvəsində kin, nifrət, qəddarlıq,
hiylə, yalan, rəzalət, düşmənçilik,
siyasi əxlaqsızlıq alovunu
kükrədərək həmişə ətrafına zəhər
saçmışdır. Bu zəhərin
region dövlətlərinin sağlam atmosferini bütün mənalarda (psixoloji,
siyasi, diplomatik, hərbi-ekspansionist,
bakterioloji...) necə
korlandığını kitab əyani faktlarla sübut edir.
“Leyla
Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq
erməni terroruna qarşı yeni strateji model)”
əsəri, ilk növbədə, Azərbaycanın
ayrılmaz parçası olan
Qarabağın işğaldan azad edilməsi uğrunda ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu və
Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji-diplomatik
mübarizənin hazırkı mərhələsində
həmin prosesə təkrarolunmaz fakt və
dəlillər arsenalı verməsinə görə böyük əhəmiyyət daşıyır.
Bu
kitab tam mənası
ilə sübut edir ki, Ermənistanın və onun
havadarlarının qabaqcadan
planlaşdırılmış ssenarisi əsasında
Azərbaycanın Qarabağ ərazisini işğal etmələri əvvəldən
axıradək qanlı cinayətlərlə baş
tutan proses olmuşdur.
Torpağı zəbt edilən bir ölkənin
insanları, ən elementar beynəlxalq
hüquq-normaları tapdalana-tapdalana, ən
antihumanist üsulların amansız tətbiqi
ilə qırılıb-çatılmışlar. Məqsəd
isə insanları öldürmək və onların
yaşadıqları torpaqları ələ keçirmək olmuşdur. Bu prosesin hər iki
xəttində - həm müstəqil bir
dövlətin - Azərbaycanın Qarabağ
ərazisinin işğal edilməsində,
həm də hərbi münaqişədə iştirak
etməyən silahsız dinc əhalinin
soyqırımında Ermənistan və onun
havadarları beynəlxalq hüququn bütün prinsiplərini pozmaqla, azərbaycanlıların nümunəsində
bütün insanlığa qarşı böyük cinayət işlətmişlər.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da
qanlı cinayətlərə yol vermiş qatillər cəzalandırılmalı
və Azərbaycanın ərazi bütövlüyü
təmin olunmalıdır.
Yazıçı-publisist,
əməkdar jurnalist Vasif
Səmədov və tanınmış alim
Rövşən Vəlizadə ermənilərin
soyqırımı siyasətinin anatomiyasını açaraq, ədalətə söykənən
insanlığı həmin siyasətin yeridilməsi prosesində
baş verən hadisələr, işlədilən
amansız texnologiyalara diqqət yetirməyə çağırırlar. Bu faktlar göstərir ki, ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün
heç nədən çəkinməmişlər.
Müəlliflər
Xocalıda qırğın törətmiş 366-cı
alaydakı 02270 saylı hərbi hissənin əks-kəşfiyyat
şöbəsinin rəisi Vladimir Savelyevin 8 il ərzində
(1992-2000) BMT, Avropa Şurası, Baş Kəşfiyyat İdarəsi və digər
instansiyalara təqdim etdiyi
“Məxfi arayış”ı və onun ətrafında
cərəyan edən hadisələri analitik təhlil etmişlər.
Xocalı soyqırımından dəhşətə
gəlmiş bir hərbçi-kəşfiyyatçının
bu etiraf-sənədi həmin alayın necə
və hansı şəraitdə yalnız azərbaycanlılardan
ibarət bu yaşayış məntəqəsini
və onun çoxsaylı əhalisini məhv
etməsini təsdiqləyir.
Kitabın
müəllifləri o reallığa da aydınlıq gətirirlər ki, həqiqətən də erməni terrorizminin episentri - Azərbaycandır
və bu dağıdıcı zəlzələnin
dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir. Beynəlxalq erməni terrorizmi dünyanın bir
çox ölkələrində şəbəkələnmiş,
başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən,
Azərbaycan və Türkiyəyə) qarşı
funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli
ideologiyasıdır. Beynəlxalq erməni
terrorizmi sözün əsl
mənasında təkcə ayrı-ayrı dövlətləri
təhdid edən hadisə deyil, beynəlxalq
təhlükəsizliyi sarsıdan, dinc
yanaşı yaşamaq prinsiplərini pozan, dövlətlər-arası münasibətləri
dramatikləşdirən, dünya birliyinə
doğru inkişafı ləngidən
və xüsusilə milli dövlətlərin
suverenliyinə qarşı yönəlmiş fəaliyyətləri
təhrik edən antihumanist təmayüldür.
Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində o, Qarabağ faciəsini bütün spektrləri və kəskinliyi ilə
əks etdirir. Burada nə
tarix, nə də psixologiya unudulur. Bəlli edilir ki, ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, azərbaycanlılara
qarşı əsas qisasçılığı və absurd düşmənçiliyi
etnopsixologiyanın dərin qatlarında cücərdilərək,
zaman-zaman yeni nəsillərə
ötürülür. Bu
isə tarixdə bənzəri olmayan xəstə
erməni mənəviyyatının hər dəfə yeni riyakarlıq qiyafəsində, lakin köhnə xislətində peyda olmasına gətirib çıxarır.
Müəlliflər
hətta genetikanı zədələyən səbəbləri
aşkara çıxararkən, alimlərin
müvafiq elmi nəticələrinə,
o cümlədən ingilis
psixoloqu Maykl
Fraydın Rusiya Federasiyasının erməni
məktəblərində apardığı tədqiqatlara istinad etmişlər.
Kitabın
müəllifləri ermənilərin qara
rəngli beynəlxalq terrorunu
insanlığa yağı kəsilmiş təhlükə mənbəyi
kimi xarakterizə edərək, onların bütün əməllərinin “düyün nöqtəsi” olaraq
Xocalı faciəsini önə çəkmişlər.
Ümumən
Qarabağda, konkret olaraq Xocalıda törədilən müharibə cinayətlərinin,
soyqırımı aktlarının tarixi
köklərini və hazırkı reallıqlarını təhlil
edən müəllif-analitiklər həmin cinayətlər
prosesinə və 20 ildən artıq davam
edən işğal faktına dünya ictimaiyyətinin diqqətini yönəldərək,
beynəlxalq erməni terroruna qarşı
müqavimət hərəkatını
formalaşdırmış “Xocalıya ədalət!”
kampaniyasının həm xalqımız, həm də
bütövlükdə tərəqqipərvər bəşəriyyət
üçün böyük
önəm daşıyan
fəaliyyətini qiymətləndirirlər.
Kitabda göstərilir ki,
“Xocalıya ədalət!” strateji
proqramı - bütün platformasına
görə zülmə, ədalətsizliyə qarşı fəal
mübarizə hərəkatının layihəsidir. Bu beynəlxalq
aksiya bütün dünyada əzilən, günahsız, təqib
olunan, qaçqın və köçkün halına düşən,
evlərini, yurdlarını, doğmalarını itirən,
işgəncələrə məruz qalan
milyonlarla insanın faciəli həyat durumuna həssaslığı özündə
əks etdirən humanist
ideologiyanın həyata keçirilməsidir. “Xocalıya ədalət!”
nidası - bir körpənin belə qana boyanmış telini
görmək istəməyənlərin, əksinə, terroru, qanı, dağıntını, fəlakəti
vasitə sayanları haqq divanına
çəkmək qüdrəti çatanların getdikcə
güclənən haqq səsidir.
“Xocalıya ədalət!” - 2012-ci ilin 22
noyabrında Vatikan qəzetinin
yazdığı kimi, bəşəriyyətin,
bütün əsrlərin
çağırışıdır. “Xocalıya ədalət!”
- XXI əsrin dövlətləri və xalqlarının
bir-birinə ehtiram ruhunda
inkişaf edən münasibətlərinə
sədaqətin ifadəsidir! Azərbaycan öz
kökündən, tarixindən gələn məhz belə
yenilməz mənəviyyata, mərd mübarizə əxlaqına
malikdir!
Həmin mübariz əxlaqa sədaqətlə
yazılmış kitabın III cildi hələ
ictimaiyyətə bəlli olmayan bir çox faktların
üzə çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Məsələn,
kitabın “Millətçi erməniləri ifşa
edən faktlar, etiraflar”
bölümündə tanınmış erməni
yazıçısı, öz milli tarixinə şovinist
həmvətənlərindən fərqli mövqedə yanaşan Ovanes
Tumanyanın 1910-cu ildə çap olunmuş “Bədnam
xalq” məqaləsində deyilir:
“Əgər bizdə müdriklik, mərdlik
və sağlam intuisiya
kimi keyfiyyətlər varsa,
onda biz bütün bunlara göz yummamalı, elə düşünməməliyik
ki, bizim insanlar mənəvi cəhətdən tamamilə
korlanmışdır. Xəstəliyə qarşı
mübarizənin birinci şərti,
sağalmağın əsas şərti odur
ki, biz öz
bədbəxtliyimizi öz
vicdanımız qarşısında və bütün
dünya qarşısında etiraf edək.
Onda xilasedici mənlik şüuru oyanacaq, biz özümüzü təkmilləşdirməyə
və nəcib əməllərə meyl
edəcəyik.
Başqa yol yoxdur.
Həqiqi qurtuluş içəridən gəlməlidir,
çünki bizim iç dünyamız xəstədir".
Bu tipli faktlar
erməni riyakarlığının hətta onların öz ziyalılarını, yaradıcı
adamlarını da bezdirdiyini,
ümumiyyətlə, erməni ictimai-siyasi
dünyagörüşünün dərin
ziddiyyət və böhranlar
burulğanında boğulduğunu bir daha təsdiqləyir.
Nəşrin
“Erməni mənşəli dünya alimləri
və elmi ictimaiyyət tarixi
həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını
ittiham edirlər” bölümündə
isə mövzunun adından göründüyü kimi,
erməni tarixi saxtakarlığına
qarşı onların öz dilindən
amansız faktlar ortaya çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya
alimləri tərəfindən ermənilərin
quraşdırdıqları “tarix” və
“həqiqət” rədd edilir.
Kitabda Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin
“Soyqırımı insanlığa qarşı amansız
cinayətdir” sərlövhəli yazısında ermənilərin
Xocalıda törətdikləri soyqırımı dəhşətləri
konkret rəqəmlər və faktlar əsasında tam dolğunluğu ilə öz əksini tapmış, qətliamın təşkilatçılarının
və icraçılarının öz layiqli cəzalarına çatacaqlarına əminlik
ifadə olunmuşdur.
Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik
kitabın müasir tariximiz
və mədəniyyətimiz, gənclərimizin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə edilməsi üçün böyük
əhəmiyyəti vardır. Ondan orta və ali məktəb
müəllimləri, şagird və tələbələr,
əsgər və zabitlər, dövlət məmurları, diplomatlar yetərincə istifadə edə bilərlər.
Buna
görə də nəşrin Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin xətti ilə
ölkəmizin bütün
kitabxanalarında yerləşdirilməsi, xüsusilə
müəllim və şagirdlərin, tələbələrin
mütaliə etmələri və eyni zamanda, tədris vəsaiti kimi
istifadə olunması, Xarici İşlər
Nazirliyinin xətti ilə
beynəlxalq təşkilatlara, elmi-siyasi tədqiqat
mərkəzlərinə, diplomatik korpuslara çatdırılması, Diasporla İş üzrə
Dövlət Komitəsinin xətti ilə dünya
azərbaycanlıları arasında yayılması, beynəlxalq
konfransların aktual mövzu
və problemlər sferasına gətirilməsi və
xüsusilə BMT-nin rəsmi dillərinə
tərcümə edilməsi zəruridir.
Qan yaddaşı ilə yazılmış bu
üçcildlik əsər həm
ölkəmizdə, həm də xaricdə milli
dünyagörüşünə malik, Vətən
torpağının bütövlüyünü
düşünən və onun uğrunda fədakar mübarizəsini əsirgəməyən
hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.
Vasif Səmədov və Rövşən Vəlizadənin
bu sanballı tədqiqatı Qarabağ uğrunda vuruşan kitab-silah
funksiyasında nəinki indi, nəinki
torpaqlarımız işğaldan azad edilən prosesdə, eləcə də sonra gərəyimiz olacaqdır. Qarabağ uğrunda mübarizənin yeni
mərhələsində beynəlxalq erməni terroruna qarşı mükəmməl strateji platformanı modelləşdirən bu əsər danılmaz maraqlar
toplusu, hədəf müəyyənliyi
ilə Azərbaycan dövlətinin müstəqilliyinə və
ərazi bütövlüyünə qarşı hər
hansı təxribat və təhdidləri önləməyə,
ifşa etməyə açar
verən bir ideoloji
silahdır.
Kitabda diqqəti cəlb edən məqamlardan biri
də öz doğma
yurd-yuvasından didərgin düşmüş
qaçqın və məcburi köçkün
həyatını yaşayan
soydaşlarımızın mədəni-maarif, sosial, ailə və məişət problemlərinin
həllində Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin və
bütövlükdə Azərbaycan hökumətinin
çoxşaxəli qayğılarından bəhs edilməsi,
maraqlı təhlillərin aparılmasıdır.
Müəlliflərin
araşdırmalarına xüsusi rəyin
və nəşrə “Ön söz”ün müəllifi,
Milli Məclisin deputatı, Avropa Şurası Parlament
Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin
üzvü, AMEA-nın müxbir
üzvü, filologiya
üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun
elmi şurasının qərarı ilə
nəşr edilmiş elmi
monoqrafiyanın baş elmi
məsləhətçisi Milli Məclisin
deputatı, bu elmi
müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən
Mustafayevadır.
Nəşrin sonunda Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın “Kampaniya davam
edir. Məqsədimiz Xocalı hadisələri
barədə dünya ictimaiyyətini məlumatlandırmaq
və beynəlxalq hüquqi müstəvidə
tanınmasına nail olmaqdır” kimi müdrik kəlamları
bizləri bir daha müvafiq istiqamətdə fədakar olmağa çağırır.
“Xocalıya
ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən
bəhs edən bu kitab
bütövlükdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın - nəcib, humanist, müqəddəs
və həm də çətin, lakin
şərəfli bir missiyanı layiqincə
yerinə yetirən bir Azərbaycan
xanımının bəşəriyyətə
ədalət çağırışı ilə yaşayan, işləyən bir
insan ömrünün
salnaməsidir.
Tədqiqatda Azərbaycan,
ingilis, rus dillərində,
həmçinin qəzet və jurnallardan,
internet resursları olmaqla
103 mənbədən istifadə edilmişdir.
Xalq qəzeti.- 2014.- 6 iyun.- S.4.