ASTARA: Yollar
zirvələrə aparır
Subtropik zonanın incisi sayılan Astaraya səfərim ərəfəsində bu gözəl diyar haqqında yazılmış mahnı və şeirləri araşdırarkən unudulmaz sənətkarımız Anatollu Qəniyevin ifasında “Astara” mahnısına da rast gəldim. Mahnının sözləri ötən əsrin böyük alimi, şair Maqsud Şeyxzadəyə, musiqisi isə elə Astarada dünyaya göz açmış şöhrətli bəstəkarımız, əməkdar incəsənət xadimi, mərhum Oqtay Kazımiyə məxsusdur. Mahnı sanki Azərbaycanımızın dilbər guşəsinin təbii gözəlliklərini əks etdirən bir səs tablosudur. Nəqaratındakı “Astaranı bir görən onu heç vaxt unutmaz” misrası xeyli vaxt qulaqlarımda səsləndi...
Rayona gələndə isə həmin
sözlər yenidən məni məşğul etməyə
başladı. Düşündüm ki, on illər öncə
yazılmış mahnıda söylənənlər indi özünün təkrarını
daha canlı şəkildə
yaşayır. Axı, bu gün
Astara əvvəlki görkəmindən daha gözəl və abaddır. Müstəqillik
dövrünün bəxş etdiyi regional tərəqqi
reallıqları, dövlət proqramlarında əksini tapan sürətli quruculuq
və abadlıq işləri yurdumuzun əsrarəngiz
guşəsini daha da
gözəlləşdirib.
Oqtay Kazıminin bir sıra gözəl mahnılarının söz müəllifi
Cabir Novruz olub. Şairin oğlu, qələm dostum
Müşfiq Cabiroğlunun
obrazlı şəkildə dediyi kimi, Astarada yağan yağışlar bəstəkarın
nəğmələrini pıçıldayır, küləklər
onun ülvi məhəbbət duyğularını oxuyur.
Bəs dəniz? Nə danışır dalğalar
Yenə də öz dilində?
Bahar məclis qurubdur
Xəzərin sahilində...
Bu parça bəstəkarın başqa bir həzin mahnısındandır. Həmin
mahnının Bakıda, yaxud Astarada nota
köçürülməsi önəmli deyil.
Əsas odur ki, vurğunluq hisslərini bütünlüklə
Astaranın hazırkı növrağına, büsatına aid eləmək olar...
Astaranın yolları
ikinci həyatını yaşayır.
Dövlət Proqramına əsasən, rayonda ona qədər avtomobil yolu tikilib, yüz
kilometrədək kəndarası və şəhərdaxili yollar asfaltlaşdırılıb. Hazırda da bu işlər davam edir. Deqədi-Pəlikəş
yolu buna misal ola bilər. Azərbaycan
Prezidenti İlham
Əliyev ötən ilin payızında
Astaranın sosial-iqtisadi inkişafı, eləcə
də həmin avtomobil yolunun
inşası ilə əlaqədar iki sərəncam
imzalamışdır. Sərəncamda qeyd olunur ki, Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində
ölkənin bütün bölgələrində
olduğu kimi, Astarada da bir
sıra mühüm tədbirlər həyata
keçirilmiş, əsas kapitala
yönəldilmiş vəsait 33,4 dəfə, o
cümlədən tikinti-quraşdırma
işləri 38 dəfə artmış, modul
tipli elektrik
stansiyası, Astara qaz-kompressor
stansiyası, Olimpiya İdman
Kompleksi, Gənclər evi,
Boks-idman Mərkəzi inşa
olunmuş, təhsil, səhiyyə, mədəniyyət
və sosialyönümlü
digər obyektlər istifadəyə verilmiş,
yeni avtomobil yolları
çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Astara şəhərində
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi və inkişafının sürətləndirilməsi
məqsədilə rayona Prezidentin
Ehtiyat Fondundan iki milyon manat,
adıçıkilən yolun çəkilişi
üçünsə ilkin olaraq iki
milyon manat
ayrılmışdır. Bundan əlavə,
2013-cü ildə dövlət başçısının
Astaranın inkişafı ilə bağlı daha
bir sərəncamı olub.
Ümumilikdə, bir ildə üç sərəncamla rayona
7,3 milyon manat
ayrılıb.
Bu böyük
qayğı, diqqət həm rayonun daha da gözəlləşməsinə
böyük stimul
yaradır, həm də əhali tərəfindən hədsiz
razılıqla qarşılanır. Pəlikəş
inzibati dairəsinin ağsaqqalları və
ziyalıları dövlət
başçısına ünvanladıqları müraciətdə
cənab Prezidentin bütün
bölgələrə, rayonlara, hətta
qəsəbə və kəndlərə səfərlər
etməsini, sadə insanlarla
görüşərək mövcud
problemləri ən qısa müddətdə
aradan qaldırmaq üçün
sərəncam və tapşırıqlar verməsini hamılıqla
alqışlamış və
bildirmişlər ki, sentyabrın 4-də Astaraya növbəti
tarixi səfəri,
açılışlarda iştirakı ən əlamətdar
gün kimi onların
yadında qalacaq. Ucqar
dağlıq ərazidə 13 kəndi birləşdirən Pəlikəş
inzibati ərazi dairəsi yollarının
bərbad vəziyyətdə olması sakinləri çox narahat edirdi. Sentyabrın 12-də Deqədi-Pəlikəş
yolunun tikintisi ilə əlaqədar
Prezident sərəncamını eşidəndə
sevincləri yerə-göyə sığmayıb...
Deqədi kəndində
rayon icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin
sakinlərlə görüşü zamanı
da bu barədə ətraflı
danışılıb. Rayon rəhbəri
hətta ən ucqar ərazidə yerləşən
yaşayış məntəqələrinin
unudulmadığını vurğulayıb. O deyib
ki, uzun illər Deqədi
kəndindən Pəlikəş icra
nümayəndəliyinə qədər olan
avtomobil yolu bərbad halda olduğundan əhali ciddi çətinliklərlə
üzləşirdi. Bu gün
böyük fərəh hissi
ilə deyə bilərik ki, 12 min əhalinin rahat
gediş-gəlişi üçün yolun tikintisi sürətlə
davam etdirilir. Uzunluğu 21 kilometrdir.
...Astara
şəhərində icra
başçısının az öncə
ucqar bir kəndə yola düşdüyünü,
günortadan sonra
qayıdacağını söylədilər. Öyrəndim ki, avtomobil yolunun
çəkilişi ilə əlaqədar yenə Deqədiyə
gedib.
Görüşümüz zamanı Qəzənfər müəllim
dedi ki, yolun inşasında böyük
işlər görülür.
Dağlıq ərazidə çalışan fəhlələr
əsl fədakarlıq göstərirlər. Yolun
müəyyən hissəsində böyük
bir qaya
parçası var idi.
Onu dağıtmağa qoymadıq. Dedik ki, asfalt
qayanın böyründən çəkilsin və gələcək nəsillər onu görüb yolun hansı çətinliklərlə başa gəldiyini bilsinlər. Yeni yolda həmin qaya “zəhmət abidəsi” kimi
boy göstərəcək.
Yol tikintisindən bəhs edərkən Prezident İlham Əliyev Astaraya səfəri çərçivəsində
Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə
avtomobil yolunun
açılışında iştirakı yada
düşür. Dövlət
başçısının
ötən il 15 iyul
tarixli sərəncamı ilə həmin yolun və Siyakü-Rinə yolunun
inşasına 3,3 milyon manat
vəsait ayrılmışdır.
Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə
avtomobil yolunun tikintisi dörd aya başa
çatdırılmışdır. Yolun
uzunluğu 13,5 kilometrdir.
Yolboyunca 1 körpü
və 20 su ötürücüsü
tikilmişdir. Yeni avtomobil yolu 24 min nəfər əhalisi olan
17 yaşayış məntəqəsini əhatə edir.
Bu
ilin əvvəlindən Astarada
işlər daha da
sürətlənib. Şəhərin küçələrində
bina fasadları əsaslı təmir edilib, abadlıq, işıqlandırma işləri
aparılıb, mərkəzi meydanda
yaşıllaşdırma işləri görülüb.
Şəhərin dəniz sahili boyunca 8 hektar ərazidə bulvar tipli parkın salınmasına başlanıb.
Dənizkənarı bulvar-çimərlik 8 hektar
ərazidə salınır. Təqribən 2 hektar
ərazidə çimərlik, qalan ərazidə
isə istirahət parkı olacaq. Burada həmçinin avtopark,
əyləncə mərkəzi, attraksionlar
fəaliyyət göstərəcək. Bir
sözlə, yerli sakinlərin və
qonaqların asudə vaxtlarını mənalı keçirməsi,
yaxşı istirahət etməsi üçün
normal şərait yaradılacaq.
Rayonda inşaat işlərinin
aparılmasına ilin ilk
rübündə 4 milyon manatdan artıq vəsait yönəldilib.
İnvestisiyanın 1,7 milyon manatı istehsal təyinatlı obyektlərin, 2,4 milyon manatı isə qeyri-istehsal
təyinatlı obyektlərin inşasında istifadə edilib. Tikinti
quraşdırma işlərində istifadə edilmiş
vəsaitin həcmi 3,9 milyon manat olub. Əsas kapitala yönəldilmiş sərmayənin hamısını daxili investisiyalar təşkil
edir.
Son dövrdə rayonda 6025 iş yeri
açılıb, bunun da
5616-sı daimidir. İlin
əvvəlindən 300-ə qədər evin
qazlaşdırılması həyata keçirilib,
qaz xətlərində bərpa işləri
aparılıb, qaztənzimləyici şkaflar
təmir olunaraq saz vəziyyətə
gətirilib. Abonentlər üçün
çoxsaylı qaz sayğacları
quraşdırılaraq istifadəyə verilib,
rayon üzrə
həmin say 15 minə
çatdırılıb.
Astarada kənd təsərrüfatı məhsullarının
istehsalı ilbəil genişləndirilir.
Yeni çay
plantasiyaları salınır. Hazırda mövcud
olan 533 hektarlıq çay
plantasiyaların yarıya qədəri məhsuldar sahələrdir. Rayonda xeyli tərəvəz,
dənli paxlalı bitki və kartof əkini aparılır, yaxşı məhsul
götürülür.
Sosial obyektlərin, xüsusilə də məktəblərin
tikintisi daim diqqətdədir..
Astara şəhərinin Qum
küçəsində 1600 metr məsafədə
yolun hər iki tərəfində
hasarlar hörülərək
zolaqlanıb, işıqlanma aparılıb. İndi səkilərə tamet
plitələr və səki daşları düzülür. Burada 600 kvadratmetr hasar travertinlə
üzlənmişdir.
İnfrastrukturun qaydaya
salınması, əhəmiyyətli layihələrin həyata
keçirilməsi rayonda turizmin
inkişafına da böyük
töhfə verəcək.
Astarada son illər gözəl
bir ənənə yaranıb: rayon rəhbərliyi həftədə iki-üç dəfə kəndlərdə əhali
ilə görüşə gedir, problemlərlə
maraqlanır və müşküllərin operativ
həlli üçün tədbirlər
həyata keçirir. Bu
çevik idarəetmə metodunun
tətbiqi sayəsində rayonun sosial inkişafı daha da sürətlənir, gözdən
qaçmış məsələlər aşkarlanır və
çözülür. Ucqar
dağlıq ərazilərdə
quruculuq tədbirlərinə diqqət
artır. Belə kəndlərdən Təngərüd, Pensər,
Kakalos, Bala
Şahağacı qazlaşdırılıb. Elektrik
enerjisi ilə təchizat
yaxşılaşıb. Onlarca kəndə
yol və təbii qazın çəkilişi,
altı dağ kəndində yeni məktəb
tikintisi və digər tədbirlər də qeyd edilməlidir. Hazırda Anboba
və Əzərud kənd ibtidai məktəb
binalarının tikintisi davam
etdirilir, Suparıbağ kənd tam orta məktəbinin inşası tamamlanır.
May ayında Siyakü, Kakalos və Anbobada səmərəli
görüşlər olub.
Siyakü görüşü
kəndin tarixində ilk dəfə keçirilib. Buradakı inzibati
ərazi dairəsi 24 kəndi birləşdirir. Gözəl
evlər tikilib. Üç
kənddə yeni məktəb inşa olunub. Beş kilometrlik kəndlərarası
yol asfaltlaşdırılıb. Camaat ucqar dağ
kəndlərinə qaz çəkilişi
ilə bağlı arzusunu bildirib. Kakalosda
keçirilən görüşdə Kolatan
kəndinə yol çəkilməsi
gündəmə gəlib. Buradakı 2 saylı və Bala Şahağacı kəndindəki məktəblər
üçün yeni
binaların tikilməsi barədə məsələ
qaldırılıb. Anboba kəndində
sakinlər elektrik xətlərinin təzələnməsini,
qonşu kəndlərə gedən
yolların abadlaşdırılmasını, feldşer-mama
məntəqəsinin yaradılmasını istəyiblər.
Bu günlərdə isə Tüləküvan
kəndində səyyar qəbul keçirilib.
Sakinlərdən Mirbaba Ağayev, Şahmirzə İsayev,
Gülbala Hidayətov, Musadiq
Hidayətov, Tahir Ağayev,
Famil Əmənullayev, Xalıq Əmənullayev,
Mərcan Əliyeva, bələdiyyə sədri Firudin Abbasov və
başqaları yerlərdə aparılan abadlıq işlərindən razılıqlarını ifadə ediblər. Sakinlər
içməli su ilə təminata, çay üzərində körpü
salınmasına və s. kömək
göstərilməsini xahiş ediblər.
Qəzənfər Ağayev dağ kəndlərinin problemləri üzrə konkret tədbirlərin həyata keçirildiyini bildirib. Yeni layihələrin
hazırlandığını və icrasının nəzarətə
götürüldüyünü diqqətə
çatdırıb.
...Astaradan
qayıdanda rahat asfalt
yolla şütüyən maşınlara
baxa-baxa Oqtay
Kazıminin “Çahargah
fantaziyası”nın ritmik
melodiyasını xatırladım. Bu musiqi özündə yürüş,
zəfər, əzmkarlıq motivlərini ehtiva
edir. Düşündüm
ki, ötən illərə qədər fantaziya kimi görünən
bir çox məsələ
ölkəmizdə artıq gerçəkləşmişdir.
Elə Astarada olduğu
kimi...
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 7 iyun.- S.6.