Kooperasiyaların
yaradılması kənd
təsərrüfatının
inkişafının etibarlı yoludur
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli fərmanında kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin hazırlanması tapşırılmışdır.
Kooperasiyalar kənd təsərrüfatı
istehsalçılarına nə verəcəkdir? Başqa sözlə, kooperasiyaların təşkili
hansı problemlərin həllinə kömək edəcəkdir?
Zənnimcə, aşağıdakı məsələlərin
həlli:
– kənd rayonlarının istehsal etdikləri məhsullara, relyef və iqlim şəraitinə
görə ixtisaslaşdırılması;
– kənd təsərrüfatında
intensiv inkişafın, müasir
texnologiyaların tətbiqi, istehsalın təşkili və yeni idarəetmə sisteminin
yaradılması;
– kənd təsərrüfatında
elmi nailiyyyətlərin və qabaqcıl
təcrübənin tətbiqi;
– kənd təsərrüfatı
mütəxəssislərinin məşğulluq səviyyəsinin
yüksəlməsinə və onların ixtisaslarının
artırılması üçün təkmilləşdirilmə
kurslarının təşkili;
– istehsalçıların texnika, kənd təsərrüfatı
maşınları və s.
avadanlıqlarla asan lizinq
yolu ilə təmin olunması;
– torpaqların
fiziki-kimyəvi xassəsi və mexaniki strukturunun
yaxşılaşdırılması üçün
mineral və üzvi
gübrələrdən müasir texnologiya əsasında istifadə edilməsi;
– əkin sahələri
üçün əkin yerlərində meliorasiya, irriqasiya və
açıq-qapalı dren kollektor
şəbəkəsinin hazırlanması üçün
əlverişli şəraitin yaradılması;
– istehsal
sahələrindən yüksək məhsul əldə etməklə
bazarlarda ərzaq məhsullarının
qiymətinin tənzimlənməsi;
– kənd təsərrüfatı
məhsulları istehsalçılarına yüksək məhsuldar
toxumların və cins mal-qaranın verilməsi
yollarının asanlaşdırılması və güzəştli
kredit şərtlərinin nəzərə
alınması;
– məhsul
istehsalının artırılması nəticəsində emal müəssisələrinin və
istehsalın istehlakı üçün özəl və dövlət
tədarük təşkilatlarının yaradılması;
– ailə
və kəndli fermer təsərrüfatlarının
birləşdirilməsində onların bir-birilə torpaq sərhədlərində çəkdikləri
faydasız su arxlarının və əkdikləri
bar verməyən böyük
çətir quruluşuna malik
olan ağaclar (əsasən söyüd
ağacları) nəticəsində torpağın məhv olmasının
qarşısının alınması və eyni
zamanda, yeni
yaradılacaq əkin yerlərinin ətrafında tarlaqoruyucu meşə zolaqlarının
salınması ilə torpaqların erroziyasının
qarşısını almaqla müntəzəm
olaraq atmosferin transprasiya edilməsi;
— bitkilərin zərərverici
və xəstəlik törədicisi olan
mikroorqanizmlərə qarşı tədbirlərdə mütərrəqi
üsulların tətbiqi və s. mümkün olacaqdır.
Göstərilənlərdən
mövcud vəziyyətdə kənd təsərrüfatı
bitkilərinə xəstəlik və zərərvericilərin
zərər vurmasının azaldılmasında
kooperasiyaların rolu haqqında məlumatı
diqqətə çatdırırıq: Ölkəmizdə
1996-cı ildə torpaq islahatı
aparılmışdır.
Təxminən 1.400.000 hektar əkin yeri adambaşına 0,10-0,86 hektar
olmaqla 2 milyon nəfərə
yaxın torpaq mülkiyyətçilərinə
paylanmışdır. Düzdür, bəzi
ailələrin say tərkibindən
asılı olaraq, onlara
verilən torpaq sahələrinin ən böyüyü 3-5 hektar
arasında olmuşdur. Bu,
göstərilən ailələrin çox
az qismini təşkil
edir. Bir əkin yerində ayrı-ayrı ailələrin pay
torpaqlarının yerləşməsi və onların
müxtəlif əkin sahələrindən (yem
bitkiləri, kartof, bostan-tərəvəz,
taxıl və s. bitkiləri əkilməsi)
istifadə etməsi xəstəlik, zərərverici və alaq otlarının inkişafına müsbət
təsir edir. Bu da istehsal olunan
məhsulun xeyli itkisinə səbəb olur. Bəzən əkin sahələrində bir torpaq mülkiyyətçisinin
öz sahəsində apardığı aqrotexniki və kimyəvi mübarizənin nəticəsinin
səmərəsi qonşu mülkiyyətçinin
sahəsinə münasibətindən asılı olur. Belə ki, qonşu öz sahəsində
heç bir aqrotexniki tədbir görmürsə, onda onun ətrafında
aparılan mübarizənin nəticəsi olmur.
Nəticədə zərərverici və xəstəliklərə
qarşı mübarizə tədbirini aparan
torpaq mülkiyyətçinin məhsul
istehsalına çəkdiyi xərc maya dəyərindən
yüksək olur. Digər tərəfdən,
hər iqtisadi zonaya aid olan növbəli əkin
sistemindən istifadə olunmaması və torpaq
mülkiyyətçilərinin kənd təsərrüfatına
aid ixtisas təhsilinin
olmadığına görə məhsuldarlığın
aşağı düşməsinə səbəb olmaqla bərabər bitkilərə zərər
verən mikroorqanizmlərin kütləvi şəkildə
çoxalmasına gətirib çıxarır.
Yaranmış vəziyyətdən çıxış yolu isə iri
kooperasiyaların yaradılmasıdır.
Respublikamızda
ötən əsrin 70-80-ci illərdə rekord
məhsul istehsal edilmişdir.
Yəni bir ildə üzüm
plantasiyalarından 2.125.000 ton və pambıq tarlalarından 1.000.000 tondan çox xam pambıq istehsal edilmişdir. Sözsüz
ki, burada bitkilərə
zərər verən mikroorqanizmlərə qarşı kimyəvi
mübarizənin böyük rolu olmuşdur. O, dövrdə yaşayış məntəqələrinin
ətrafında üzüm
plantasiyaları, pambıq tarlaları və dənli-taxıl
sahələrində aparılan kimyəvi mübarizə tədbirində
əkin sahələrindən başqa, ətrafda
yaşayan insan və heyvanlar üçün təhlükə
mənbəyi olan göbələklər,
bakteriyalar, viruslar
və ilk dəfə 1881-ci ildə fransız
alimi Laveren tərəfindən
kəşf edilən malyariya paraziti də məhv edilirdi.
Azərbaycan
florasının tərkibində 4100-dən çox
bitki növü
vardır. Bu bitkilərin inkişafına
müxtəlif canlılar— həşəratlar, gənələr,
ilbizlər, nematodlar, siçan
və siçanabənzər gəmiricilər, göbələklər,
bakteriyalar, viruslar və
alaq otları həddindən artıq zərər
vururlar.
Həşəratlar sinfinin 64000 növünün
xeyli hissəsinin respublikamızda kənd
təsərrüfatı bitkilərinə zərər
vurması qeydə alınmışdır. O cümlədən,
bunun 4000 növü
bitkilər üçün olduqca təhlükəli zərərvericilər
sayılır.
Göbələklərin
6 sinifdən ibarət olmaqla, 100.000 növü elmə məlumdur. Bunun
da 90 faizdən çoxu
bitkilər üçün təhlükəli
xəstəliklər törədirlər. Xarici şəraitin uyğunsuzluğu nəticəsində göbələklər tərəfindən,
adətən, hərarətin, rütubətin,
işığın, küləyin, şaxtanın, yaxud başqa amillərin
bitkilərin inkişafına lazım olan
tələbatdan artıq və əskik olması nəticəsində
baş verir ki, bu da
orqanizmlərdə ümumi inkişafı
zəiflədir, yaxud dayandırır. Nəticədə
bitkilərdə müxtəlif sormalar, ümumi zəiflik baş verir, yaxud tam
tələfolma ilə qurtarır.
Bakteriyaların uzunluğu 0,5-4,5 mikron, eni isə 0,3-0,6 mikrondur.
Torpağın hər qramında 6 formada yüz milyonlarla bakteriya olur. Onlar bitkilərdə, heyvanlarda
və insanlarda müxtəlif qorxulu xəstəliklər törədir.
Bakteriyaların yayılması əsas etibarilə hava cərəyanı, su,
həşəratlar, heyvanlar, quşlar və insanlar tərəfindən
ola bilər. Bakteriyalar
bitkilər üzərində müxtəlif ləkələr,
şişlər, sormalar,
çürümələr və başqa
hallar törədə bilir.
Bu proseslərin nəticəsində bitkilərdə
potoloji dəyişiklər yaranır, beləliklə,
bitkilərdə maddələr mübadiləsi pozulur. Bu pozulma
onların boylarının aşağı olmasına,
inkişafın zəifləməsinə , məhsuldarlığın
aşağı düşməsinə və nəhayət,
bitkilərin məhvinə səbəb olur.
Viruslar törədikləri xəstəliyin əlamətinə
görə 4 tipə bölünür. Xəstəliklər
keçici olduğundan
onların təbiəti parazit formada törənən xəstəliklərə
daha çox uyğun gəlir. Viruslarda
bitkidən-bitkiyə keçmə qabiliyyəti olduğundan onlara “keçici viruslar” deyilir. Virusun əsas mənası
“zəhər” deməkdir. Bunlara çox vaxt filtrdən
keçən viruslar deyilir,
çünki virus xəstəliklərini
törədən amillər ən kiçik
mikroorqanizmlərin keçə bilmədiyi bakterioloji
filtrlərdən belə keçir və
bitkilərdə xəstəliklər törədir. Viruslar bitki hüceyrəsinə
daxil olduqdan sonra çox asanlıqla
hüceyrədən-hüceyrəyə, toxumadan-toxumaya
yayılır. Son illərdə
respublikamızın dənli taxıl sahələrində yeni virusların əmələ gəlməsi
xəbəri yayılmışdır. Alimlərimizin
araşdırması nəticəsində məlum olmuşdur ki, bu viruslar yeni
deyildir, onların bitkiləri zədələməsi
prosesi daha çox olduğu üçün indi görünür. Həmin virusların
sarı cırtdan və mozaika növlərinin
2013-cü ildə qonşu Rusiya
Fedorasiyasının Stavropol vilayətinin
285,500 hektar dənli-taxıl sahəsində
nəzərə çarpacaq dərəcədə
xəstəlik törətməsi qeydə
alınmışdır.
Hər il dünya miqyasında zərərverici,
xəstəlik və alaq otlarının təsiri
nəticəsində 75 milyard ABŞ
dolları dəyərində kənd təsərrüfatı
məhsulları azalır, bu da potensial məhsulun 34,9 faizini, yaxud həqiqi məhsulun
54 faizini təşkil edir. Göstərilən itkinin
13,8 faizi zərərvericilər, 11,6 faizi xəstəliklər
və 9,5 faizi isə alaq
otları hesabına olmuşdur.
Kənd təsərrüfatı
bitkilərindən yüksək və sabit
məhsul almaq üçün
zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı kompleks
kimyəvi mübarizə tədbirlərinin aparılması böyük rol oynayır.
Bu müsbət cəhətləri ilə
yanaşı, kimyəvi mübarizədə mənfi
xüsusiyyətlər də meydana çıxır: insan
və heyvanların zəhərlənmə qorxusu,
ekologiyanın çirklənməsi və s.
Hazırda təbiətin mühafizəsi və
təbii sərvətlərdən səmərəli istifadə
edilməsi bəşəriyyət qarşısında duran ən vacib problemlərdən
biri kimi
ümumidövlət əhəmiyyətli qərar və sənədlərdə
tez-tez öz əksini
tapır.
Akademik Zelinski demişdir: “Kimya elə
gözəllik aləmidir ki, orada insanların xoşbəxtliyi gizlənmişdir”.
Pestisidləri o yerdə tətbiq etmək
lazımdır ki, orada
məhsulun real azalması və onun keyfiyyətinin aşağı düşməsi
qorxusu olsun. Buna görə də kimyəvi mübarizəni düzgün və məhdudlaşmış qaydada hazırlanması məqsədilə ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə 1980-ci ildə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda
(indiki Aqrar Universiteti) bitki mühafizəsi
fakültəsi yaradılmışdır. Bu sahədə xeyli kadr hazırlandığı üçün
o dövrdə kimyəvi mübarizə üsulu ilə yanaşı, bioloji
mübarizə (entomofaq və
yırtıcı böcəklərdən) üsulundan
da istifadə edilmişdir.
Keçmiş sovxoz və kolxozlarda aparılan islahatlar
nəticəsində bitki mühafizəsi
üzrə mütəxəsislər iş
yerlərini itirdiklərinə görə, bir
hissəsi peşələrini dəyişərək başqa sahə ilə məşğul olurlar.
Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı yeni fərmanda kənd təsərrüfat
kooperasiyalarında yeni elmi
texnologiyaların tətbiqi üçün
aqrar sahə üzrə kadrların
hazırlanması və respublikaya idxal olunan zəhərli
kimyəvi maddələrin istifadəsinin hüquqi
normativ sənədlər əsasında tənzimlənməsi məqsədilə
tapşırıqlar verilmişdir.
Əhalimizi geni dəyişdirilməmiş ərzaq məhsulları
ilə təmin etməyin idxaldan azad olunmağın
yeganə yolu
kooperasiyaların yaradılmasıdır. Kənd təsərrüfatı
kooperasiyalarının yaradılmasına və aqrar sahənin inkişafına daimi
diqqət və qayğı göstərdiyinə görə Prezidentimiz cənab
İlham Əliyevə dərin minnətdarlığımızı
bildiririk.
Xanoğlan ƏZİMOV,
Füzuli Rayon Məşğulluq Mərkəzinin direktoru
Xalq
qəzeti.- 2014.- 8 iyun.- S.5.