Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası
artıq güclü beynəlxalq təşkilata
çevrilmişdir
TDƏŞ
-in Bodrumda keçirilən IV Zirvə toplantısı da bunu təsdiqlədi
Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın dövlət müstəqilliyi
bərpa olunduqdan sonra
türkdilli ölkələrlə fəal
əməkdaşlıq prioritet vəzifə
kimi qarşıya qoyulmuşdu.
Lakin müstəqilliyimizin ilk
illərində ölkəyə rəhbərlik edənlərin
dövlət idarəçiliyindəki
naşılığı respublikamızı beynəlxalq aləmdən
təcrid edirdi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra müstəqil Azərbaycanın
beynəlxalq aləmə inteqrasiyası yolunda
qətiyyətli addımlar atıldı. Türkdilli
dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin də təməli məhz
ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuşdur.
Azərbaycan dövləti
son 21 ildə türkdilli
ölkələrlə daha yaxından əməkdaşlıq
edir. Bu əməkdaşlıq
qarşılıqlı olmaqla
yanaşı, dostluq və qardaşlıq
səviyyəsində müxtəlif təşkilatlar çərçivəsində
də həyata keçirilir. Qeyd edək ki, türk dövlətlərinin
və xalqlarının birgə səyi ilə bir
sıra qurumlar yaradılmış və bu təşkilatların mütəmadi olaraq keçirdikləri tədbirlər əməkdaşlığı
daha da möhkəmləndirmiş,
əlaqələri genişləndirmişdir. Belə təşkilatlardan
biri də Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasıdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (TDƏŞ) 2009-cu il
oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət
başçılarının IX Zirvə toplantısı
zamanı imzalanmış “Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması haqqında“”
Naxçıvan Sazişi əsasında
yaradılmışdır. Şuranın məqsəd və vəzifələri
tərəflər arasında qarşılıqlı etimad, dostluq və xoş qonşuluğun
möhkəmləndirilməsi;
- regionda
və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik
və etimadın gücləndirilməsi;
-
qarşılıqlı maraq doğuran xarici siyasət
məsələləri, o cümlədən
beynəlxalq təşkilatlar çərçivəsində
və beynəlxalq forumlardakı məsələlər
üzrə ümumi yanaşmanın
araşdırılması;
- beynəlxalq
terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə
fəaliyyətin əlaqələndirilməsi, həmçinin
narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni
dövriyyəsinə nəzarət üzrə beynəlxalq
siyasətə yardım göstərilməsi;
- siyasi, ticari-iqtisadi, hüquq- mühafizə, təbiətin
mühafizəsi, mədəni, elmi-texniki,
hərbi-texniki, təhsil, enerji, nəqliyyat,
kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə
səmərəli regional və ikitərəfli
əməkdaşlığın təşviqi;
- əmtəələrin,
kapitalın, xidmət və texnologiyaların hərəkətinin
asanlaşdırılması, maliyyə və bank
əməliyyatlarının sadələşdirilməsi məqsədilə
ticarət, investisiyalar, gömrük
və tranzit prosedurlarının gələcəkdə
sadələşdirilməsi üçün
əlverişli şəraitin yaradılması;
- tərəflərin
xalqlarının həyat səviyyəsinin daim
yüksəldilməsi və həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə bərabərhüquqlu
tərəfdaşlıq əsasında birgə fəaliyyət
vasitəsilə regionda hərtərəfli
və balanslaşdırılmış iqtisadi
yüksəlişə, sosial və mədəni inkişafa
səy göstərilməsi;
- beynəlxalq hüququn ümumi qəbul
olunmuş prinsip və
normalarına uyğun olaraq
qanunun aliliyi, səmərəli
idarəçilik və əsas insan hüquq və azadlıqlarının təminatı
üzrə məsələlərin müzakirəsi;
- elm,
texnika, təhsil, səhiyyə, mədəniyyət,
gənclər, idman və turizm
sahəsində qarşılıqlı əlaqələrin
genişləndirilməsi;
- türk
xalqlarının böyük mədəni-tarixi
irsinin təbliği, tanınması və
yayılmasında kütləvi informasiya
vasitələri arasında qarşılıqlı əlaqənin
və tərəflər arasında təmasların təşviqi;
-
qarşılıqlı əlaqənin inkişafı məqsədilə
hüquqi məlumatın mübadiləsi,
qarşılıqlı hüquqi
yardımın göstərilməsi və hüquqi
münasibətlərin müxtəlif sahələrində əməkdaşlıq
üzrə məsələlərin müzakirəsindən
ibarətdir.
Ötən
müddət ərzində Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının müxtəlif ölkələrdə dörd zirvə toplantısı keçirilmişdir. 2012-ci ilin
avqustunda Qırğızıstanın
paytaxtı Bişkekdə TDƏŞ - in
II Zirvə görüşünün ən
mühüm nəticələrindən biri qurumun rəsmi bayrağının qəbul
edilməsi oldu. Azərbaycan,
Türkiyə, Qazaxıstan və
Qırğızıstanın dövlət
bayraqlarındakı elementlərin əks olunduğu
ortaq bayraq türkdilli dövlətlərin birliyinin simvoludur və türkdilli dövlətlərin birliyinin və əməkdaşlığının
yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Şuranın III Zirvə
toplantısı ötən ilin avqust ayında Azərbaycanda – Qəbələ
şəhərində keçirilmişdir.
Toplantıya Azərbaycan, Türkiyə,
Qırğızıstan və Qazaxıstan
respublikalarının dövlət başçıları, xarici işlər nazirləri, TDƏŞ - in baş katibi,
digər qurumların rəhbərləri və rəsmi şəxslər
qatılmışlar. Bu toplantıda şuraya sədrlik Qırğızıstandan
Azərbaycana keçmişdir. Zirvə
toplantısı çərçivəsində keçirilən
görüşlərdə ortaq maraq kəsb edən məsələlər
müzakirə olunmuş, əməkdaşlığın
yeni perspektivləri müəyyənləşdirilmişdir.
Müasir qloballaşma şəraitində
Avrasiya coğrafiyasında geniş
məkanı əhatə edən türkdilli
dövlətlərin bir-biri ilə əlaqələrini
genişləndirmələri mühüm
əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq xüsusilə iqtisadi sahədə qlobal
problemlər fonunda türkdilli
dövlətlərin sürətli inkişafında böyük rol oynaya bilər. Qürurverici
haldır ki, son illər
türkdilli dövlətlər müxtəlif
istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu
əməkdaşlıqda Azərbaycanın özünəməxsus
yeri və rolu
vardır.
Bodrumda keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışında da bunun bir daha
şahidi olduq.
Dövlətimizin başçısı Azərbaycanın şuraya bir illik sədrliyi zamanı fəaliyyətini
yüksək qiymətləndirmiş və bu
işlərin türkdilli dövlətlərin
birliyini daha da möhkəmləndirəcəyinə əminliyini
ifadə etmişdir. Azərbaycan Prezidenti ölkəmizin bir
illik sədrliyi dövründə görülmüş işlər barəsində
məlumat verərkən demişdir:“Keçən il ərzində müxtəlif istiqamətlər
üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün, sadəcə olaraq, bir neçə məqamı
qeyd etmək istərdim. İl
ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir.
Bu, şuranın siyasi
məsələlərinin həlli üçün
önəmli bir addım idi.
Eyni zamanda, iqtisadi sahədə görülən işlər
də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini
təkmilləşdirmək üçün
önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri
keçirilmişdir. Çox
şadam ki, Azərbaycanın
təşəbbüsü ilə Türk
Mədəniyyəti və İrsi Fondunun yaradılması da
artıq reallaşır. Əminəm ki, bu fond yaranandan
sonra müxtəlif layihələri, mədəniyyətlə,
incəsənətlə, ortaq
tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar
olacaqdır”.
Dövlət
başçımız qeyd etmişdir ki, keçən
il Qəbələdə Azərbaycan tərəfi
beynəlxalq turizm sərgilərində
birgə stendlərlə çıxış etmək barədə
təşəbbüs irəli sürmüşdü:
“Şadam ki, artıq birinci addım atılmışdır. Bakıda keçirilmiş
beynəlxalq turizm sərgisində Əməkdaşlıq
Şurasına üzv ölkələrin
birgə fotostendi də nümayiş
etdirilmişdir. Yəni, bu,
birinci addımdır. Hesab
edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə
birgə turizm potensialımızı təqdim
etməliyik. Bunun həm də birliyimiz üçün
önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik
nöqteyi-nəzərdən önəmli addım
olacaqdır. Biz dünən söhbət əsnasında
bu barədə fikir
mübadiləsi aparmışıq. Mən bu
gün xüsusilə TÜRKSOY-un
fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm.
Çünki TÜRKSOY bizi
mənəvi cəhətdən, mədəniyyət sahəsində
birləşdirən təşkilatdır. Bizim
birliyimizin təməlində, əlbəttə
ki, ortaq köklər,
ortaq mədəniyyət, tarix
dayanır və bu gün
biz bu möhkəm təməl
üzərində gözəl əməkdaşlıq
yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini
gücləndirmək üçün əlimizdən
gələni edəcəyik".
Azərbaycan
Prezidenti siyasi məsələlərin
həllində beynəlxalq təşkilatlarda
qarşılıqlı dəstəyə ehtiyac
duyduğunu diqqətə
çatdırmışdır. Ölkəmizin
başçısı bildirmişdir ki, üzv olduğumuz
təşkilatlarda bir-birimizi dəstəkləyirik,
xüsusilə BMT-də, İslam Əməkdaşlıq
Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss
edirik, görürük.
Türkdilli dövlətlərin üzv olmadığı bəzi təşkilatlarda
da mövqelərimizin dəstəklənməsi
xüsusi olaraq
vurğulanmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev bu məsələyə
münasibət bildirərkən demişdir:“
Mən bu gün,
xüsusilə, hörmətli Nursultan Nazarbayevin addımını qeyd
etmək istəyirəm. O, bu yaxınlarda
Astanada Avrasiya İqtisadi İttifaqının təsis
toplantısında Ermənistanın bu təşkilata
üzvlüyü ilə bağlı Azərbaycan
tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan
Abişeviçə minnətdarlığımızı bildirmək
istəyirik. Azərbaycan xalqı bunu
yüksək qiymətləndirir. Bu, əsl
dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu
addım ədalətə və beynəlxalq hüquqa
söykənir. Çünki ölkələrin
beynəlxalq birlik, BMT tərəfindən
tanınan sərhədləri toxunulmazdır. Ölkələrin
ərazi bütövlüyü
toxunulmazdır. Ərazi bütövlüyü
hər bir ölkənin suverenliyini
əks etdirən əsas məsələdir".
Ölkələrin ərazi
bütövlüyünün
toxunulmazlığı məsələsini diqqətə
çatdıran Prezident İlham
Əliyev Azərbaycanın ərazi bütövlüyünün
uzun illərdir ki, pozulduğunu bir daha bəyan etmişdir. Qeyd olunmuşdur ki, Ermənistan Azərbaycana qarşı
işğalçılıq siyasətini hələ də davam etdirir. Bu siyasət nəticəsində 20 faiz torpağımız bu
gün də işğal
altındadır, bir milyondan
artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması,
dünyada analoqu olmayan Xocalı soyqırımı törətməsi
artıq dünya ictimaiyyətinə də
bəllidir. Təsadüfi deyildir ki, bu gün
dünyanın 10 ölkəsi Xocalı qətliamını rəsmən
soyqırımı kimi tanıyır. Erməni
silahlı qüvvələri işğal
altında saxladıqları Azərbaycan ərazilərində
tarixi mədəni, dini
abidələri, qəbirsitanlıqları, evləri vəhşicəsinə
dağıtmış və viran
etmişlər.
Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin böyük regional təhlükə, eyni
zamanda, iqtisadi cəhətdən
də ciddi problemlər yaratmasına baxmayaraq, dünya birliyi hələ də Ermənistanın beynəlxalq
hüququn norma və
prinsiplərinə hörmətsizliyinə etinadsız
yanaşır.
Beynəlxalq təşkilatların
bu məsələ ilə bağlı ikili mövqeyi haqlı olaraq ictimaiyyətin qəzəbinə səbəb
olub. BMT Təhlükəsizlik
Şurası Ermənistan işğalçı qüvvələrinin
Azərbaycan torpaqlarından qeyd-şərtsiz
çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir.
Əfsuslar olsun ki, bu qətnamələr bu
günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı,
Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı - bütün
bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində
ədaləti, beynəlxalq hüququ və
əslində, Azərbaycanın mövqeyini
dəstəkləmişlər. Ancaq,
təəssüf ki,
işğalçı ölkə buna məhəl
qoymur və hərbi təcavüzünü
davam etdirir. Dövlətimizin
başçısı bütün bunlara son qoymağı qətiyyətlə
bildirdi.
Azərbaycan Prezidenti öz
çıxışında türkdilli
dövlətlər arasında nəqliyyat strukturunun,
enerji sahəsinin və digər zəruri
sahələrin də bundan sonra da inkişaf
etdiriləcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı vurğuladı ki, əməkdaşlığımız
növbəti illərdə daha da möhkəm olacaq. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısındakı
çıxışı ölkəmizin geniş
imkanlarını, dünya birliyində reytinqinin sürətlə
artdığını, iqtisadi qüdrətinin
getdikcə möhkəmləndiyini bir daha ortaya qoymuşdur.
Bodrumda keçirilən IV Zirvə
toplantısında türkdilli ölkələr
arasında siyasi, iqtisadi,
mədəni, elmi və digər sahələri
əhatə edən əlaqələrin qurulması üçün imkanların
araşdırılmasına dair qərarlar
qəbul edilmişdir. Zirvə
toplantısında qəbul olunmuş Bəyannaməyə
Dağlıq Qarabağ barədə maddənin
salınması Azərbaycan üçün
böyük əhəmiyyət kəsb edən
bir məsələdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısı bir
daha təsdiqlədi ki,
müasir mürəkkəb, qlobal siyasi, iqtisadi, hərbi proseslər fonunda
türkdilli dövlətlər
qarşılıqlı iqtisadi əməkdaşlığı,
humanitar, mədəni əlaqələri,
siyasi dəstəyi genişləndirməklə davamlı inkişafa nail ola bilərlər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 7 iyun.- S.1.