Bakıda Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi insan hüquqları kontekstində müzakirə edilmişdir

 

 

İyunun 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiyaİnsan Hüquqları İnstitutunun (KİHİ) və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsimövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, alimlər, müxtəlif xarici ölkələrdən dəvət olunmuş qonaqlar, beynəlxalq təşkilatların və KİV-lərin təmsilçiləri  iştirak etmişlər.

 

Konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin məqsəd və əhəmiyyətindən, mövzunun aktuallığından danışmışdır. Nazir bildirmişdir ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edən  konfransın əsas məqsədi Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği istiqamətində  fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır.

 

Ə.Qarayev vurğulamışdır ki, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəniyyətimizin, tariximizin qorunmasına böyük yer verilir. Konsepsiyada Qafqaz Albaniyasının tarixinin qorunmasına dair bənd vardır. Qafqaz Albaniyası Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın bu günədək keçdiyi tarixi dövrü Qafqaz Albaniyası olmadan təsəvvür etmək mümkün deyildir.

 

Nazir maddi-mədəni irsimizin qorunmasına, ölkəmizdə bu cür tədbirlərin keçirilməsinə göstərdiyi dəstəyə görə UNESCO-ya minnətdarlığını bildirmiş, konfransın işinə uğurlar arzulamışdır.

 

AMEA-nın Konfliktologiyaİnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bildirmişdir ki, Azərbaycanın  ermənilər tərəfindən işğal olunmuş ərazilərində, xüsusilə Dağlıq Qarabağda milli-mədəni sərvətlərimizə ölçüyəgəlməz  ziyan vurulmuşdur. Erməni qəsbkarları zəbt etdikləri bölgələrdə Azərbaycanın mədəni irs nümunələrini  xüsusi vəhşiliklə dağıtmış və talan etmişlər. Ermənilər tərəfindən  qarət olunmuş və məhv edilmiş əşyalar təkcə Azərbaycanın deyil, bütövlükdə dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

 

Azərbaycanda azsaylı xalqların mədəni irsinin qorunmasına xüsusi diqqət göstərildiyini vurğulayan A.Mustafayeva bildirmişdir ki, respublikamızda yaşayan udinlər, avarlar, xınalıqlılar və digər azsaylı xalqlar qədim albanların nəslindəndir. Hazırda işğal altında olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazisində çoxsaylı alban məbədləri və digər tarixi-memarlıq abidələri vardır. Ermənilər qədim Azərbaycan dövlət olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar. A.Mustafayeva Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin, həyata keçirilən tədbirlərin müsbət nəticə verəcəyinə, təcavüzkarın tezliklə cəzasını alacağına, haqq-ədalətin bərqərar olacağına əminliyini bildirmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirmişdir ki, Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsinin insan hüquqları kontekstində müzakirə edilməsinə həsr olunmuş bu konfrans UNESCO üçünböyük əhəmiyyət  daşıyır. Dünya mədəni irsinə xüsusi dəyər verən Azərbaycan təəssüf ki, özünün Ermənistan tərəfindən işğal olunmuş ərazilərində bundan məhrumdur. Bakının mərkəzində erməni kilsəsi dini, tarixi məbəd kimi qorunub saxlandığı halda, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələr yerlə-yeksan edilir, talan və qarətə məruz qalır. Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər bu ərazilərə texniki missiyaların göndərilməsinə qətiyyən imkan vermirlər.

 

Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov tədbirin əhəmiyyətini qeyd etmiş, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulamışlar.

 

Plenar iclasda MHA-nın sədri Kamran İmanovun mövzuya dair geniş məruzəsi dinlənilmişdir. Agentliyin sədri vurğulamışdır ki, hazırda Azərbaycan ərazisinin işğal altında olan hissəsinə qədim Qafqaz Albaniyası torpaqları da daxildir. Buradakı mədəni irsimizin maddiqeyri-maddi nümunələri Ermənistan tərəfindən talan və məhv edilir, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyildir. Doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılar dünya ictimaiyyəti tərəfindən musiqi konservatoriyası kimi tanınan Qarabağda yaradıcılıqdan və ənənələri yaşatmaqdan da məhrum olmuşlar. Bu isə Azərbaycanın mədəni irsinə vurulan digər zərbədir.

 

K.İmanov vurğulamışdır ki, mədəni irsə qayğı Azərbaycanın tarixi tolerantlığının, düşünülmüş multikultural siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Qafqaz Albaniyasının mədəni-maddi və qeyri-maddi irsinə aid mühüm müddəalar, eyni zamanda, mədəni irsimizin qorunması və rəqəmləşdirilməsinə dair bəndlər yer almışdır. Məlumdur ki, qeyri-maddi mədəni irs əqli mülkiyyətin ən vacib komponentidir. İnkişaf Konsepsiyasında əqli mülkiyyətin prioritet istiqamət kimi elan edilməsi dövlətimizin bu sahədəki siyasətini tamamlayır.

 

Qeyd olunmuşdur ki, tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir. Odur ki, bu məsələlər Azərbaycan dövlətinin siyasətində, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir işlərinin aparılması, bir sıra mühüm tədbirlərin həyata keçirilməsi də məhz ayrı-ayrı konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin inkişafına xidmət edir.

 

K.İmanov xüsusilə qeyd etmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın Romada imzaladığı  ikitərəfli sazişlər əsasında xristian aləmi üçün mühüm hesab edilən  abidələrin - katakombaların bərpasında iştirak etmək mühüm hadisədir.

 

Bununla yanaşı, Vatikan Apostol Kitabxanasındakı çox qədim və tarixi, o cümlədən Azərbaycana və regiona aid olan müxtəlif əlyazmaların bərpası ilə bağlı işlər xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu  bu ildən etibarən kitabxananın üç mindən artıq nüsxəsinin rəqəmləşdirilməsində yaxından iştirak edir və “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmləşdirilməsinə dairyeni müqaviləyə əsasən, gələcəkdə bu iş davam etdiriləcəkdir. Fond Vatikan Muzeyində Zevsin heykəllərinin bərpasına, “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına da dəstək verəcəkdir. Bütün bunlar xristianlığa aid incilərə və mənəvi dəyərlərə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir, Roma tarixində ilk hadisə kimi səciyyələndirilir, ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

 

MHA-nın sədri beynəlxalq konfransın məqsədlərinə nail olacağına, xristian Albaniyasının mədəni irsinə yüksək meyarlarla yanaşaraq ümumbəşəri mədəni nailiyyətlərə və mədəni müxtəlifliyə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovunİşğal olunmuş Qarabağ ərazisindəki Gəncəbasar kilsəsinin nümunəsində Qafqaz Albaniyası mədəni irsinin erməniləşdirilməsi” mövzusunda məruzəsi dinlənilmişdir.

 

F.Axundov bildirmişdir ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Qarabağ bölgəsində və hazırkı Ermənistan Respublikasının ərazisində çox sayda alban məbədləri və digər memarlıq abidələri vardır. Bütün bunlar qədimdə bu torpaqlarda tarixi Qafqaz Albaniyası xalqlarının məskunlaşmalarından xəbər verir. Onların arasında qafqazdilli, irandillitürkdilli etnoslar olmuşlar. Hazırda bu qədim alban məbədləri tamamilə erməniləşdirilmiş və yaxud məhv edilmişdir. Məbədlər və qədim Qafqaz Albaniyasında yaşamış etnosların dini irsi bu gün Ermənistan turizminə aid broşürlərdə, internet-resurslarda “Qədim Ermənistanın və erməni kilsəsinin” tərkib hissəsi olan “qədim erməni” dini irsi kimi təqdim olunur.

 

Prezident Administrasiyasının sektor müdiri qeyd etmişdir ki, Ermənistan rejiminin cinayətlərindən biri də cürbəcür yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır. Hətta erməni mənşəli xarici alimlər belə rəsmi Yerevanın onların öz tarixlərini araşdırmağa  imkan verməməsindən şikayətlənirlər. Üzdəniraq erməni tarixçiləri öz fərziyyələrini əsaslandırmaq üçün danılmaz faktları təhrif edirlər. Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir. Bu baxımdan  erməni xalqına əsl həqiqətin çatdırılması Azərbaycanın əsas məqsədlərindən biri olmalıdır.

 

F.Axundov müəllifi olduğu “Saxtakarlıqları ifşa edənlər” kitabının yenidən nəşr etdirilməsinin və bu mövzuya aid yeni filmlərin çəkilməsinin zəruriliyini vurğulamışdır. Bildirmişdir ki, artıq həmin  kitabın iki cildi çapdan çıxmışdır. Hər iki cilddə erməni saxtakarlıqları barədə əcnəbi alim, yazıçı, politoloq, ictimai xadim, sərkərdə, din xadimi, jurnalistbaşqa ekspertlərin söylədikləri fikirlər toplanmışdır. Kitablara maraq birondan irəli gəlir ki, burada saxtakarlıqları ifşa edənlər qismində inqilabdan əvvəlki, sovetpostsovet dövrlərinin erməni alimləri də çıxış edirlər. Əgər birinci cilddə 10 erməni ekspertinin fikirləri təqdim olunurdusa, ikinci cildə artıq erməni millətindən olan 50 nəfərin tezisləri daxil edilmişdir. Onlardan 40 nəfəri Ermənistan, 6-sı Rusiya, 4-ü isə ABŞ alimidir.

 

“Saxtakarlıqları ifşa edənlər” kitabının ikinci cildi indiyədək erməni yalanlarına qarşı nəşr edilmiş bir çox başqa kitablardan onunla fərqlənir ki, bu nəşrə əlavə olaraq keyfiyyətcə yeni informasiya məhsulu da daxil edilmişdir. Bu, “Ermənilərin Cənubi Qafqaza köçürülməsindən əvvəl və sonra baş verənlərin həqiqi xronikası”dır. Burada XV əsrdən XX əsrədək baş vermiş hadisələr sxematiklakonik şəkildə təsvir edilmişdir.

 

Qeyd olunmuşdur ki, hazırda kitabın üçüncü cildi üzərində gedir.

 

Tədbirdə, həmçinin G.Məmmədovanın “Qafqaz Albaniyasının memarlıq irsi”, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi nəzdində Rusiya Mədəniyyətşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsi direktorunun elmi işlər üzrə müavini Alina Venkova və həmin şöbənin elmi katibi Mixail StepanovunUNESCO-nun strategiyasında maddi qeyri-maddi mədəni irsin qorunması təcrübəsi”, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası Volqoqrad filialının əməkdaşı, professor Riçard Danakarinin “Udilərin qədim simvolları, obrazları və varlığının mənası”, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynovanın “Qafqaz Albaniyasının tarixi irsi Azərbaycan xalqının tarixinin və mədəniyyətinin qiymətli abidəsi kimi” mövzularında məruzələri dinlənilmişdir.

 

Daha sonra konfrans işiniHüquqi aspekt”, “Dinlər tarixi”, “Mədəni irs” sessiyaları ilə davam etdirmişdir.

 

SessiyalardaQafqaz Albaniyası irsinin qorunmasında beynəlxalq təşkilatların rolu”, “Dini azlıqların hüquqlarına riayət olunması sistemində müxtəlif konfessiyaların tarixi və mədəni abidələri”, “Dini azlıqların hüquqlarının genezisi”, “Tolerantlıq milli mədəniyyətin və hüquq düşüncəsinin bir hissəsi kimi”, “Qafqaz Albaniyasının hüquq sistemi” və digər mövzular müzakirə edilmişdir.

 

Tədbirdə xarici ölkələrin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri çıxış etmiş, beynəlxalq hüquqa zidd olaraq Qafqaz Albaniyasına məxsus tarixi və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi, formasının dəyişdirilməsi, dini memarlıqda xristianislam motivlərinin simbiozu, tarixi memarlıq irsinin qorunmasında ictimai təşkilatların rolu haqqında geniş müzakirələr aparmışlar. Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunmasının, tədqiqinin və təbliğinin vacibliyi vurğulanmışdır. 

 

Konfrans çərçivəsində “Mədəni irstarixi mədəni qoruqlarmövzusunda ən yaxşı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

 

 

 

"Xalq qəzeti". - 2014. -  11 iyun. - S. 3.