Bakının baş
planı hazırdır
Azərbaycan Respublikasının paytaxtı ildən- ilə genişlənir, yeni
yaşayış massivləri, parklar və xiyabanlar salınır, infrastruktur
yenilənir, bir sözlə, doğma
Bakımız dünyanın ən
gözəl şəhərləri ilə rəqabətə girməyə hazırdır. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2014-cü ilin birinci rübünün sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında dediyi kimi, “Bakı gözəl, müasir,
inkişafda olan şəhərdir”.
Doğrudan da, paytaxtımız hər gün dəyişir, yeniləşir və şəhərimizdə bir il, hətta bir ay əvvəl olmuş xarıci qonaqlar da bu yeniliyi etiraf edirlər. Yeni hədəflərin müəyyənləşdirilməsi istiqamətində işlər isə davam etməkdədir. Elə bu yaxınlarda ictimaiyyətin geniş müzakirəsinə çıxarılan “Böyük Bakının regional inkişaf planı” (BBRİP) da bu inkişafın nəticəsidir.
Böyük Bakının regional inkişaf planının məqsədi paytaxtımızın layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionunun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunması, Bakı şəhərinin nümunəvi meqapolisə çevrilməsidir. Bu planda 2030-cu ilə qədər perspektivlərin inkişafı proqnozlaşdırılır. Yəni, yeni baş plan 2030-cu ilə qədər olan dövrü əhatə edir.
Məlumat üçün bildiririk ki, Bakının ilk baş planı 1898-ci ildə o dövrün məşhur mülki mühəndisi N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci baş planı işlənilib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü baş planını təsdiqləyib. Sonuncu plan 1987-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Yeni baş plan isə Bakının inkişafının sayca beşinci planıdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə bu, ilk təşəbbüsdür.
Baş planın hazırlanması uzun bir prosesdən keçmişdir. Bunun üçün elan olunmuş tenderdə 16 ölkədən 34 şirkət iştirak etmişdir. Nəticədə, layihənin ayrı-ayrı komponentləri üzrə Amerika, İtaliya, İspaniya, Türkiyədən olan beynəlxalq məsləhətcilər və şirkətlər işə cəlb olunmuşlar.Layihənin baş koordinatorluğu isə Baki Dövlət Layihə İnstitutuna verilmişdir.
Şərqi Avropanın bəzi paytaxt şəhərlərində bu tip layihələr həyata keçirilsə də, Bakı ilə bağlı təklif edilən layihə unikallığı ilə fərqlənir. Məzmun və mahiyyət etibarilə tam yeni texnologiyaların tətbiqini nəzərdə tutan bu sənəd Azərbaycan paytaxtının yaxın iki onillik üçün inkişafının konsepsiyasını, strategiya və taktikasını, prioritet istiqamətlərini müəyyənləşdirir.
Adətən, dövlətin bu qəbildən olan sənədlərində ilk növbədə üç əsas məsələ nəzərə alınır: planlaşdırma, iqtisadiyyat və ekologiya məsələləri. Nəqliyyat və mühəndis- kommunikasiya infrastrukturlarına da xüsusi diqqət yetirilir.
Bəli, hər şeyi yenidən başlamaq lazım idi. Çünki aradan xeyli vaxt ötmüşdü. Yeni baş planda bütün reallıqlar, qanunauyğunluqlar nəzərə alınmalı idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Abşeronun və Bakının sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirməsi məsələnin həllində vacıb pol oynadı. 2011-ci ilin iyununda bizimlə bağlanmış müqaviləyə əsasən, layihənin hazırlanmasına iki il vaxt ayrılmışdı. Lakin sonra bu vaxt 2014-cü ilin iyun ayına qədər uzadıldı.
Bakının regional inkişaf planı 282
min hektar sahəni əhatə etməlidir. Bu
əraziyə Bakı
və Sumqayıt şəhərləri,
Abşeron rayonunun bir hissəsi və Xırdalan daxildir. Burada 2,6 milyon insan yaşayır, 2030-cu ildə
əhalinin sayının
3,85 milyon nəfərə
çatacağı gözlənilir. Sakinləin rahat yaşamasını təmin etmək də planın əsas məqsədlərindəndir. Əhalinin
mərkəzdə cəmləşməsi ciddi problemlər yaradır. Ona görə də biz gələcək inkişafın
əsas istiqamətləri
kimi, iki yeni urbanizasiya
mərkəzi müəyyənləşdirdik.
Onlar Ələt və Sumqayıtdır.
Böyük Bakının
regional inkişaf planı"nda
əks olunan məsələlərin
miqyası genişdir. Qaradağda güclü
iqtisadi şəbəkə
yaradılacaq.
Dəniz limanı
və bərə Qaradağ rayonuna, Ələt şəhərinin
yaxınlığına, neftdaşıma
terminalı isə Abşeronun şərq sahilindən Səngəçala köçürüləcək.
Burada beynəlxalq aeroportun tikilməsi
təklifi də gündəmdədir. Bu rayona nəhəng sənaye obyektlərinin köçürülməsi nəzərdə
tutulur. İkinci istiqamət isə Sumqayıtdır. Burada kifayət
qədər işçi
qüvvəsi, infrastruktur
resursları, sənayenin
intensiv inkişafı
imkanları mövcuddur.
Söz yox ki, biz layihə üzrə 33 min hektar ərazisi olan Bakının özünü də nəzərdən
qaçırmırıq. Bizim
hesablamalarımıza görə,
2030-cu ildə burada 2,3 milyon əhali yaşayacaq. Hazırda əhalinin sayı
1,7 milyon nəfərdir.
Şəhərin mərkəzində sıxlığı
azaltmaq üşün iki mərkəz müəyyənləşdirmişik.
Onlardan biri Beynəlxalq avtovağzal istiqaməti, ikincisi isə Sabunçu qəsəbəsindən tikilməkdə
olan Olimpiya stadonunun yaxınlığına qədər
olan ərazidir. Abşeron yarımadasının şərq ərazısində
yerləşən yaşayış
məntəqələrinin təbii inkişafına
daha yaxşı şərait yaradilmasıni
düşünürük. İstəyirik ki, onların inkişafında
bütün sosial-funksional tələblər
nəzərə alınsın. Çünki onların unikal fərqli və özünəməxsus cəhətləri
var. Bu yaxınlarda layihənin təqdimetmə
mərasimində ali təhsil müəssisələri
üçün şəhər
ətrafında ərazilərin
nəzərdə tutulduğu
barədə də öz fikirlərimi bildirdim. Dedim ki,
təhsil konsepsiyasının
tərkib hissəsi kimi, ali təhsil
müəssisələri ilə
bağlı ayrıca
yanaşma təklif olunmalıdır. Layihədə
ali təhsil
müəssisələri üçün
şəhər ətrafında
ərazilər nəzərdə
tutmuşuq. Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən
hazırlanan konsepsiyaya
uyğun olaraq, ali təhsil
müəssisələri həmin
ərazilərdə yerləşdirilə
bilər.
Planda Bakı şəhərinin
qarşısında duran
vəzifələrdən biri
- şəhərin və
bütün Abşeronun
vahid nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin
ekologiyasının yaxşılaşdırılması
- torpaq, su və hava hövzəsinin
təmizlənməsi, Bakıda
şəhərsalma prosesinin
vahid idarəetmə sisteminin təşkili nəzərdə tutulur. Əvvəlcə 30,603 mın hektar çirklənmiş
ərazinin təmizlənməsi vacıbdir.
Artıq
bu işə başlanılmışdır. İşlər nəzərdə
tutulan vaxtda yekunlaşacaq. Alternativ enerci mənbələrinin
geniş şəbəkəsini
yaratmağın da vaxtı çatmışdır.
Bakıda yaşıllıq zolaqlarının salınması da layihədə əsas komponentlərdəndir. Köhnə sənaye
müəssisələri şəhər
kənarına
köçürüləcək Bu, imkan verəcək ki, Böyükşor
gölündən səhərin içərisi ilə dənizkənarı
bulvara
qədər park zonası yaradılsın. Abşeronun
şimal sahillərində kurort zonası yaratmağı da təklif etmişik. Bunlar böyük vəsait hesabına başa gələcək. Hesablamalara görə, bu işə ümumilikdə 140 milyard manat vəsait lazım olacaq ki, onun da xeyli hissəsi yaşayış
evlərinin tikintisinə yönəldiləcək..
Layihədə iqtisadi, sosial, ekoloji inkişafin dayanıqlılığının təmin edilməsi məqsədilə birinci növbədə planlaşdirılan
ərazilər müəyyən
edilmişdir. Burada təkcə söküntü
prosesləri deyil, kompleks tədbirlər nəzərdə tutulur.
Yeni layihənin reallaşması Bakının
Şərqlə
Qərbin qovşağında
yerləşən, sürətlə
inkişaf edən və müasir dünyadakı texnoloji və mədəni yenilikləri özündə
əks etdirən mərkəzə çevrilməsinə
imkan yaradacaqdir.
İlqar İSBATOV,
Bakı Dövlət Layihə İnstitutunun
direktoru, əməkdar memar
"Xalq qəzeti". - 2014. - 11 iyun. - S. 5.