ADİU-da 15 iyun – Milli Qurtuluş
Gününə həsr olunmuş tədbir
keçirilmişdir
İyunun 11-də Azərbaycan Dövlət
İqtisad Universitetində 15 iyun - Milli Qurtuluş
Gününə həsr olunmuş “Heydər
Əliyev: Qayıdışla başlanan qurtuluş” adlı tədbir keçirilmişdir. Tədbir
iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin universitetin
foyesində ucaldılan büstü
önünə gül dəstələri
düzərək, onun əziz xatirəsini
ehtiramla yad etmişlər.
Sonra tədbir ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Ədalət Muradov açaraq, 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu bildirmişdir. Rektor qeyd etmişdir ki, məhz ulu öndərin gərgin əməyi sayəsində Azərbaycan onun dövlətçiliyinə qarşı yönəldilmiş qəsdlərdən uğurla çıxmış, ölkədə sabitlik və əmin-amanlıq yaranmışdır. Azərbaycan xalqının qurtuluşu Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə başlamışdır. Dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev öz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda əlindən gələni əsirgəməmişdir. Bugünkü qüdrətli, böyük inkişaf yolu ilə müvəffəqiyyətlə irəliləyən Azərbaycana görə hamımız ümummilli liderimiz, müstəqil dövlətimizin memarı Heydər Əliyevə minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bizi yeni qələbələrə aparır. Biz İqtisad Universiteti olaraq ulu öndərimizin ideyalarının həyata keçirilməsində möhtərəm Prezidetimiz İlham Əliyevə öz işimiz və əməlimizlə yardımçı olacağıq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Səbail Rayon təşkilatının sədri Zahid Qaralov və digər qonaqlar çıxış edərək Azərbaycanın sivil demokratik inkişaf yoluna qədəm qoymasında, sürətli iqtisadi nailyyyətlərə çatmasında ümummilli liderin əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbirin sonunda YAP-a yeni üzv olan ADİU-nun 12 tələbəsinə partiyanın üzvlük vəsiqəsi təqdim edilmişdir.
Elnarə
ÖMƏROVA
"Xalq qəzeti". - 2014.- 12 iyun.
- S. 2.