May ayında ən çox RYTN-in
elektron xidmətindən istifadə olunmuşdur
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi
(MHM) may ayı ərzində ən çox istifadə edilən
elektron xidmətlərin siyahısını təqdim
etmişdir.
İlk
beşlikdə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış”
(54123), Dövlət Sosial Müdafiə Fondunun (DSMF)
“Sığortaolunanın onlayn uçota alınması”
(12418), “Sığortaedənin uçot nömrəsinin
öyrənilməsi” (4390), “Sığortaolunanın illər
üzrə ödənişləri və pensiya kapitalı”
(3413) və “Məcburi dövlət sosial sığortasına
cəlb olunan gəlirlər və ödənilmiş məcburi
dövlət sosial sığorta haqqı barədə məlumatın
əldə edilməsi” (2655) xidmətləri yer alır.
Məlumat
Hesablama Mərkəzi bildirmişdir ki, sonrakı mövqelərdə
DSMF-nin “Pensiyaçıya məlumatların verilməsi”
(1947), “Pensiya kalkulyatoru” (1648), Əmlak Məsələləri
Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlakın
ipotekasının dövlət qeydiyyatı üçün
müraciətin və sənədlərin qəbulu” (1249),
RYTN-in “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (977) və
“Mobil cihazların ”IMEI" kodunun
yoxlanılması" (665) e-xidmətləri yer
almışlar.
Sözügedən siyahıda Daxili İşlər
Nazirliyinin (DİN) “FİN-ə görə fərdi məlumatların
axtarışı” (645), RYTN-in “Vətəndaşın fərdi
məlumatları barədə arayış” (621), Ədliyyə
Nazirliyinin “Azərbaycan adları barədə məlumatın
verilməsi” (537), DİN-in “Yol hərəkəti
qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən
cərimələr və cərimə balları barədə
məlumatlar” (506), ƏMDK-nın “Daşınmaz əmlakın
ipotekasının dövlət qeydiyyatının ləğvi
üçün müraciətin və sənədlərin qəbulu”
(408) xidmətlərinin adları da var.
RYTN-in
“Cari ay ərzində aparılmış şəhərlərarası
və beynəlxalq danışıqlar üzrə məlumat”
(386), “Azərsu” ASC-nin “Su borcunun internet vasitəsilə
öyrənilməsi” (378), “ASAN
xidmət”in “İnformasiya sistemləri, informasiya ehtiyatları
və elektron xidmətlərlə bağlı dövlət
orqanları tərəfindən təqdim olunan layihələrə
(təkliflərə) rəy verilməsi üçün
müraciətin və sənədlərin qəbulu” (363),
RYTN-in “Yeni telefon çəkilişi” (362), ƏMDK-nın
“Daşınmaz əmlaka dair çıxarışların
verilməsi üçün müraciətin və sənədlərin
qəbul edilməsi” (359) elektron xidmətləri də ən
çox istifadə olunanlar sırasındadır.
Samirə
ƏLİYEVA,
“Xalq
qəzeti”. - 2014. - 12 iyun. - S. 3.