Azərbaycan beynəlxalq forumların keçirildiyi əsas mərkəzə çevrilmişdir

 

Son  bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə gedən inkişaf proseslərinin dinamikasına nəzər saldıqda nə üçün ölkəmizin beynəlxalq tədbirlər, simpoziumlar və nəhayət, qlobal miqyaslı forumlar üçün ideal məkan hesab edilməsi aydın olur. Müstəqilliyini cəmi 22 ildir ki, bərpa edən bir dövlət üçün irimiqyaslı iqtisadi layihələrdə iştirak etmək, siyasi proseslərdə söz sahibi olmaq, regionun aparıcı dövlətlərindən birinə çevrilmək o qədər də asan məsələ deyil.

 

Ancaq bütün bunlar Azərbaycanda artıq reallığa çevrilmişdir. 1994-cü ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” adlı beynəlxalq neft kontraktı imzalanandabu böyük tədbir ölkəmizdə böyük təntənə ilə keçiriləndə həmin ranqda bir tədbirin Bakıda baş tutmasını və Azərbaycana dünyanın hər yerindən rəsmi qonaqların təşrif buyurmasını  çoxları təəcüblə qarşılayırdı. Çünki Azərbaycan uzun illər idi ki, bu cür səviyyədə beynəlxalq bir layihədə iştirak etməmişdi. Lakin 1994-cü ildə baş tutan bu tədbirdən sonra Azərbaycana olan etibar bütün parametrlərdə özünü göstərməyə başladı. İndi isə Azərbaycanda keçirilən dünya miqyaslı tədbirlərə nəzər saldıqda bunun təsadüfi olmadığının və davamlılığının səbəbləri hər kəsə bəlli olur. Azərbaycanın bu illər ərzində qazandığı etibar, qurduğu mehriban qonşuluqdostluq münasibətləri öz bəhrəsini verdi və hazırda qara piar kampaniyası aparan qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan sözü dünyanın istənilən tribunasında ucadan səslənir və bütün beynəlxalq təşkilatlar və gənc müstəqil dövlətimiz əksər ölkələr tərəfindən strateji tərəfdaş, etibarlı iqtisadi partnyor kimi qəbul edilir.

 

Şübhəsiz, bu uğurların əldə edilməsində ümummilli ilder Heydər Əliyevin oynadığı böyük rol danılmazdır. Ümummilli ilderin başladığı bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində bu gün müstəqil Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, qitənin və dünyanın siyasi mənzərəsində mühüm rol oynayır. Dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək və şuranın iclasına sədrlik etmək Azərbaycanın dünya siyasi arenasında qazandığı siyasi nüfuza bariz nümunədir. Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə dünyanın 155 dövləti Azərbaycana dəstək verdi. Bu, həmin dövlətlərlə qurulan diplomatik münasibətlər və həyata keçirilən  uğurlu xarici siyasət kursunun nəticəsi kimi dəyərləndirilməlidir.

 

Azərbaycan bu gün dünyada ən nəhəng və mötəbər tədbirlərə ev sahibliyi edir. Elə təkcə bu, respublikamızın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə bir tranzit əhəmiyyətli məkan, beynəlxalq ictimaiyyətin, bəşəriyyətin diqqət mərkəzində dayanan bir məmləkət olduğunu sübut edir. Bu proses dünyada xalqların mehriban münasibətlərinin əsasını təşkil edən multikulturalizmin Azərbaycanda möhkəm təməllər üzərində dayandığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizmin alternativi özünütəcriddir. “ Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir.” 

 

Əlbəttə, dünyada multikulturalizmin möhkəmləndirilməli olduğu bir zamanda Azərbaycanda, sözün həqiqi mənasında, buna ehtiyacın olmaması ürəkaçan mənzərədir. Bu gün dünyada sülhü təbliğ etmək nə qədər asan görünsə də, onu bərqərar etmək çox çətin bir missiyadır. Dünyada baş verən dini, irqi, siyasi ayrıseçkilik halları, bir dövlətin digər dövlətin ərazisini işğal etməsi, deportasiya, etnik təmizləmə və terrorun dünyanın ağır nəticələrə səbəb olduğu hazırki dövrdə Azərbaycanın bütün bunlardan uzaq olması, işğala məruz qalmasına baxmayaraq, siyasi təmkinini qoruyub saxlaması və sonacan sülhü təbliğ etməsi analogiyası olmayan nümunələrdəndir. Bu, öz-özlüyündə Azərbaycanın mədəni münasibətlərin, multikulturalizmin beşiyi olduğunubütün parametrlərdə etibarlı tərəfdaş ölkə olduğunu isbatlayır. Bunun təbii nəticəsidir ki, bu gün ölkəmizdə baş tutan tədbirlərin ardı-arası kəsilmir, əksinə,  daha qlobal xarakter almağa doğru gedir.  

 

 Dünya mədəni irsinə qayğı sahəsində uğurlu addımlar ataraq öz üzərinə çox böyük və məsuliyyətli bir missiya götürən Azərbaycan 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu reallaşdırmaqla həmin vəzifənin öhdəsindən uğurla gəldiyini də sübut etdi. Əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda beynəlxalq forum təsis etmək olan belə bir mötəbər məclisə respublikamızın ev sahibliyi etməsi isə heç də təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan son illər dünya xalqları arasında dialoqun təşviqi və inkişafında çox mühüm rol oynamaqdadır. Bu faktlar ilk növbədə, ölkəmizin geosiyasi mövqeyi ilə bağlı olsa da, adıçəkilən məsələdə Azərbaycanın mədəni zənginliyinin də öz yerixüsusi əhəmiyyəti var.

 

 Bakı forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasipraktik aspektləri müzakirə olunaraq, dialoqa yönələn maneələr nəzərdən keçirildionun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edildi. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaratdı.

 

 Bakıda Dünya Bankının (DB) Azərbaycan üzrə II İqtisadi Siyasət Forumunun keçirilməsi də ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında uğurlu mərhələ idi. Dünyanın nüfuzlu maliyyə institutları, bank strukturları, elmi-iqtisadi tədqiqat mərkəzləri, reytinq agentlikləri və tanınmış iri holdinqlərin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə qlobal iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı geniş müzakirələrin aparılması, ölkələr arasında maliyyə-iqtisadi əməkdaşlığın artırılması barədə təkliflərin nəzərdən keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi kimi xarakterizə olundu.

 

Bundan sonra 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda əsası qoyulmuş Bakı Beynəlxalq Humanitar forumlarını qeyd etmək lazımdır. 2012-ci ildə II,  2013-cü ildə isə III Bakı Beynəlxalq Humanitar forumlarının yüksək səviyyədə keçirilməsi buna misal ola bilər. 

 

Forumlarda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edirdilər. Onlar arasında bütün qitələrdən gəlmiş insanların təmsil olunduğu siyasi liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar var idi. Forumlarda bir sıra sahələr üzrə aktual mövzuları əhatə edən “dəyirmi masalar təşkil edildi.

 

Daha sonra– 2012-ci ildə Bakıda keçirilən İnternet İdarəçilik Forumu, onlayn ifadə azadlığı, internetinsan hüquqları, inkişaf edən ölkələrdə elektron hökumət, internet əsrində media plüralizmi, mübahisələrin onlayn həlli, internet infrastrukturunun inkişafı, kibercinayətkarlığa qarşı mübarizə metodlarının təkmilləşdirilməsi, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi baxımından mühüm tədbir kimi yadda qalmışdır.

 

 Nəzərə alaq ki, hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri də məhz informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan İnternet İdarəçilik Forumunun Bakıda təşkil edilməsi, ölkələrin öz informasiya-kommunikasiya təhlükəsizliyi probleminin həlli yollarını bir növ Azərbaycanda araması mühüm əhəmiyyət kəsb edir.Paralel olaraq  2013-cü ildə Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoqmövzusunda Dünya İqtisadi Forumunun(Davos Forumu) keçirilməsi ölkəmizin siyasi çəkisinin növbəti parlaq təzahürü idi. Davos Ümumdünya İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdə qərar tutmuş  cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu nailiyyət  iqtisadiyyatın böyük qələbəsi kimi qiymətləndirilir. Beləliklə, son beş ildə Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə nəzər yetirsək, görərik ki, tədbirlərin mahiyyəti tamamilə müxtəlif istiqamətlidir. Bu tədbirlər siyasiiqtisadi sahələrə aid edildiyi qədər, mədəni, informasiya, ictimai sferalara da şamil olunur. Bu da Azərbaycanın regionda lider dövlət olması qənaətinin əyani şəkildə təsdiqidir. Bakı forumları dünyada azad ticarətin, ölkələr arasında ikitərəfli əməkdaşlığın güclənməsi, qlobal iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə-bank sektorunda çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi və digər faktorlar baxımından mühüm əhəmiyyət daşıyır.

 

 Müxtəlif sahələri əhatə edən beynəlxalq  forumların Azərbaycanda keçirilməsinin başqa bir mühüm əhəmiyyəti respublikamızdakı inkişaf barədə real təsəvvürlərin birbaşa iştirakçılara təqdim olunmasıdır. Azərbaycan paytaxtına gələn xarici qonaqların hər biri  ölkəmizdən xoş təəsüratlarla qayıdır.  Bakıda böyük mədəni mühitin olduğunu bütün müsahibələrində dönə-dönə vurğulayan əcnəbi qonaqlar Azərbaycanın təbii təbliğatçısına çevrilirlər. Bu forumlar Azərbaycan diplomatiyasının qələbəsi, Azərbaycan dövlətinin uğurlu xarici siyasət xətti həyata keçirdiyinin bariz nümunəsidir. İstər Cənubi Qafqaz və Yaxın Şərq regionunun, istərsə də, bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərinin daim inkişaf etdirilməsi, mədəni müxtəlifliyin qorunması, tolerant mühitə sadiqlik rəsmi Bakının xarici siyasət platformasında ön planda durur.

 

 

 

Anar TURAN,

 

Xalq qəzeti”. - 2014. - 12 iyun. - S. 4.