Sumqayıt xəbərləri
Ötən
əsrin 70-ci illərindən başlayaraq
ümummilli lider Heydər
Əliyevin qayğısı sayəsində sürətli inkişaf yolu keçən
Sumqayıt ölkəmizin ikinci böyük sənaye şəhərinə çevrilmiş, burada təhsil,
elm və mədəniyyət sahələri yetərincə dirçəldilmişdir. Bütün bunları, eləcə də xalqımızın həyatında
ulu öndərin müstəsna xidmətlərini
yüksək dəyərləndirən sumqayıtlılar
1993-cü il iyunun 15-də
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışını -Milli Qurtuluş Gününü
hər il böyük təntənə ilə keçirir, ən maraqlı tədbirlərini dahi rəhbərin
ölməz xatirəsinə həsr edirlər.
Artıq bir neçə gündür ki, Sumqayıtda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. İlk belə tədbir şəhərin 34-cü məhəlləsində abadlaşdırma işlərinin yekununa həsr olunmuşdu. Burada yaradılan növbəti “Nümunəvi məhəllə”nin açılış mərasiminə şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələri və qonaqlar toplaşmışdılar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmilər və qonaqlar əvvəlcə məhəllədə görülmüş işlər, sakinlərin xahişi ilə onların rahatlığı üçün yaradılmış nümunəvi şəraitlə yaxından tanış oldular. Yeri gəlmişkən qeyd edək ki, müasir “Nümunəvi məhəllə”lərin yaradılması sahil şəhərində artıq gözəl ənənə halını almışdır. Son illər ərzində Sumqayıtda 10-a qədər belə məhəllə yaradılmışdır. Buradakı işıqlandırma sistemi yenisi ilə əvəz edilmiş, ərazinin müəyyən yerlərinə ot örtükləri salınmış, daxili yollar asfaltlaşdırılmış, ətrafda xeyli ağac əkilmiş, oturacaqlar quraşdırılmışdır. Yaşayış binalarının fasadları dəyişdirilmiş, kommunikasiya xətləri yenilənmiş, ticarət və ictimai iaşə obyektləri müasir görkəmə salınmışdır. Binaların zirzəmilərinin çirkab sulardan təmizlənməsi, kanalizasiya qurğularının təmir olunması da yaddan çıxmamışdır.
“Nümunəvi məhəllə”nin açılış mərasimi hər kəsə unudulmaz təsir bağışladı. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək işgüzarlığı və tələbkarlığının nəticəsidir: “İrimiqyaslı layihələr insanların rifah halının yaxşılaşmasına yönəldilib. İqtisadi inkişaf üstün dərəcədə sosial yönümlüdür. Azərbaycanın inkişaf mexanizmi bu gün dünyanın diqqətindədir və onun öyrənilməsi üçün respublikamıza xarici ölkələrdən xüsusi səfərlər təşkil olunur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsi olaraq şəhərimizin də inkişafı günbəgün sürətlənir”.
Məhəllə sakinləri adından çıxış edənlər - Əjdər Cabbarov, Cəfər İbrahimov, Ramiz Mahmudov, Yusif Babayev və başqaları dövlət başçısına diqqət və qayğıya görə sonsuz minnətdarlıqlarını bildirdilər.
Mərasim konsert proqramı ilə başa çatdı.
* * *
Müstəqillik illərində də Sumqayıtdan
qayğısını əsirgəməyən ulu öndər
bu şəhərə 16 dəfə səfər etmiş,
quruculuq işləri ilə şəxsən
maraqlanmış, ictimaiyyət nümayəndələri ilə
görüşərək dəyərli tövsiyələr
vermişdir. Unudulmaz dahi şəxsiyyətin hər gəlişi
Sumqayıtda əsl bayrama çevrilirdi.
Milli
Qurtuluş Günü ərəfəsində Sumqayıtda digər
mühüm tədbirlərlə yanaşı, bir qayda olaraq,
möhtəşəm bayram konsertləri də təşkil edilir.
Bu dəfə isə konsertin keçirildiyi Nəsimi adına mədəniyyət və istirahət
parkına daha çox seyrçi toplaşmışdı.
Burada qurulmuş xüsusi səhnədə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik
Orkestri çıxış edirdi.
Öncə
orkestrin bədii rəhbəri və dirijoru, professor
Rauf Abdullayev mərasimə toplaşanları Azərbaycanın
mədəniyyət işçiləri adından
salamladı. Bildirildi ki, ümummilli lider Heydər
Əliyev klassik musiqini sevər, vaxtaşırı müxtəlif
mədəniyyət ocaqlarında onları həvəslə
dinləyərdi. Dahi rəhbər bunu
ziyalılara, partiya-təsərrüfat fəallarına da
tövsiyə edərdi.
Sonra orkestrin ifasında Qara Qarayev, Fikrət Əmirov,
Tofiq Quliyev və Avropa ölkələri bəstəkarlarının
əsərləri səsləndirildi. Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı solistlərinin ifa etdikləri
klassik əsərlər
alqışlarla qarşılandı.
Tədbirdə çıxış edənlər Azərbaycan
Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti
dəstəklədiklərini, tezliklə işğal
altında olan ərazilərdə belə təntənələrin
keçiriləcəyinə möhkəm
inandıqlarını söylədilər.
Əli
NƏCƏFXANLI,
“Xalq
qəzeti”. - 2014. - 12 iyun. - S. 4.