Heydər “Xalq!” deyəndə
Xalq “Heydər!” dedi
Qara imperiya caynaqlarından
Salamat
qurtaran tək kişiydi o.
Böyüdü, ucaldı
fələklər qədər,
Yerin
də, göyün də gərdişiydi o.
Ağbirçək ananın saçları kimi,
Öpdü ağ pambığı
baxışlarıyla.
Hər yerdə
Vətənə xalı
toxundu
Torpağa
vurduğu naxışlarıyla.
Əlində bərəkət,
gözündə işıq,
Çəkdi qara
nefti ağ
yanağına.
Dünyanı gətirib
qədəmlərinə,
Qaldırdı
milləti Tanrı dağına.
Sahildən-sahilə körpülər atdı,
O əsri bu əsrə bağlamaq üçün.
Keçdi birdəfəlik
sağlamlığından,
Vətəni
salamat saxlamaq üçün.
Memar baxışıyla baxdı dağlara,
Əridi, yonuldu
qranit qaya,
Nəsimi, Cabbarlı,
Cavid, Nəriman,
Heykələ
çevrilib gəldi dünyaya.
Gecə də,
gündüz də həvəsindədir,
Yaz
günü, yay günü, qış günü yoxdu.
Bütün könüllərə
səyahətdədir,
İşsiz iş
saatı, iş günü yoxdu.
Yüksələn dövlətlə qalxır,
ucalır,
Sünbüllə,
zəmiylə ətirlənir
o.
Hər eldə
bir şirin xatirə qalır,
Hər
yerdə sevgiylə xatırlanır o.
Sevgi birdən-birə yarana bilməz,
Aylarla-illərlə
yığılıb gəlir.
Gözdən qəlbə
köçür, candan
ürəyə,
Millətin
bağrından doğulub
gəlir.
Xalqını dünyaya
tanıtmaq üçün
Səsi
qanadlandı altı qitədə.
Bu gün diqqəti
var bütün dünyanın
Azərbaycan
adlı bir xəritədə.
Məkkədə görmüşdüm,
o xoş günləri
Ömrünün
ən gözəl vaxtı sayırdı.
Orda da əl
açıb dua yerinə
“Azərbaycan” sözü pıçıldayırdı.
Çində də
görmüşdüm böyüklüyünü,
Orda
ucalmışdı Çin
səddi kimi.
Onu qoruyurdu baxışlarımız,
Vətənin
müqəddəs sərhədi
kimi.
“Manas” dastanının
min illiyində
Yaratmaq
eşqiylə aşıb-daşırdı.
Ordaca bizləri
yığıb başına,
Qorqud
bayramına hazırlaşırdı.
Zamandan-zamana gələcək
səsi,
Bir
qaya səngəri, daş qalasıdı.
O, mənim xalqımın
baş sərkərdəsi,
O, mənim yurdumun
baş qalasıdı.
Xalq elə güclüdü, sevdiklərini
Qaldırar başında
qızıl tac
eylər.
Onun hər sözünü, işarəsini
Hər
ağır dərdinə
bir əlac eylər.
Xalq elə güclüdü, o dirildəni
Əzrayıl
heç zaman öldürə bilməz.
Min dəniz qabara,
min çay kükrəyə,
İzini
torpaqdan sildirə bilməz.
Oğullar doğular
bu qoca dünya
Bir
də əvəzini gətirməz onun.
Yazar yaddaşına, hafizəsinə,
Heç
vaxt zəhmətini itirməz onun.
Qorquda bənzətdi
“dədə” deyənlər,
Kimi “ata” dedi,
kimi “ər” dedi.
Ana-bala kimi qucaqlaşdılar,
Heydər “Xalq!”
deyəndə,
Xalq “Heydər!” dedi.
Xilaskarın gəlişiylə
alov yatdı, qan dayandı,
Sanki, bir az rahatlandı,
nəfəs dərdi Azərbaycan.
Zirvələrə qaya kimi
sinə gərdi Azərbaycan.
Ölüm-itim qorxusu
yox,
başçı başda, yerindədi.
Saf arzular qaynağıdı,
təzə-tərdi Azərbaycan.
Öz varını
özünə ver,
aşıb-daşsın dəniz kimi.
Dolu qızıl külçəsidi,
parlaq zərdi Azərbaycan.
Sərkərdələr
sərkərdəsi
öz işinin
başındadı.
Bir də hardan
tapasıdı
belə mərdi Azərbaycan?
Hünərsizlər
bacarmadı,
bu Vətəni saxlamağı.
Öz hünərli oğlu
ilə
hünərvərdi
Azərbaycan.
Zəlimxan YAQUB,
xalq şairi
Xalq qəzeti.- 2014.- 15 iyun.- S.4.