Türk Dünyası Riyaziyyat Cəmiyyəti ölkələrarası elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir

 

Müsahibimiz Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti Misir Mərdanovdur.

 

  Ölkəmizdə  təhsil sisteminin formalaşmasında danılmaz  xidmətləri  olan Misir Mərdanov  1998-2013-cü illərdə təhsil naziri vəzifəsində çalışıb. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının  Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.  2011-ci ildə Dağıstan Respublikasının “Əməkdar elm xadimi  fəxri adını almışdır.  200-dən çox  elmi məqalənin, kitab və monoqrafiyaların, “Azərbaycan təhsil tarixifundamental dörd cildliyinin müəllifidir. Hazırda AMEA-nın RiyaziyyatMexanika İnstiutunun direktorudur.

  Misir müəllim, bildiyimiz kimi, bu yaxınlarda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti seçilmisiniz. Bu cəmiyyət haqqında oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik.

  Türk Dünyası Riyaziyyat Cəmiyyəti bir qrup alimin təşəbbüsü ilə 1999-cu ildə yaradılmış və elə həmin ildə də Türkiyənin Elazığ bölgəsindəki Fırat Universitetində I konqresi keçirilmişdir. Cəmiyyətin yaradılmasında əsas məqsəd türk dünyasında riyaziyyat elminin inkişaf etdirilməsi olmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu cəmiyyətin üzvləri sırasında  ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və digər ölkələrdə yaşayan və fəaliyyət göstərən riyaziyyatçı alimlər də vardır.

  I konqresin qərarına əsasən, cəmiyyətin konqreslərinin iki ildən bir türk dünyasının müxtəlif  ölkələrində keçirilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda,  konqreslərarası dövrdə cəmiyyətin işinə idarə heyətinin rəhbərlik etməsi qərara alınmışdı. Təəssüf ki, müəyyən təşkilati və maliyyə problemlərinin yaranması səbəbindən cəmiyyətin növbəti konqresi nəzərdə tutulduğu kimi, 2001-ci ildə deyil, yenə Türkiyədə, Sakarya Universitetində keçirildi. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, cəmiyyətin konqreslərində 300-400 nəfər alimin iştirak etməsi müəyyən maliyyə çətinlikləri yaradır. O səbəbdən də növbəti konqreslərin harada keçirilməsi həmişə problem olaraq qalır. Cəmiyyətin I və II konqreslərində Azərbaycanda çalışan riyaziyyatçı alimlərlə yanaşı, Türkiyə universitetlərində fəaliyyət göstərən azərbaycanlı alimlər də fəal iştirak etmişlər. Bu cəmiyyətin yaradılmasında və ilk konqreslərin keçirilməsində akademik Fikrət Əliyevin rolunu yüksək qiymətləndirmək lazımdır.

  Cəmiyyətin III konqresi 2009-cu ildə Qazaxıstanın Almatı şəhərindəki Əl-Fərabi Universitetində keçirilmişdir. III konqresdə cəmiyyətin prezidenti vəzifəsinə Qazaxıstanın o zamankı elm və təhsil naziri akademik Baxtıcan Cumaqulov seçilmişdi. Elə həmin konqresdən sonra Bakıda akademik Fikrət Əliyevin rəhbərliyi ilə cəmiyyətin “Pure and Applied Mathematics” jurnalının nəşrinə başlandı.

  2010-cu ildə konqresin rəhbərliyi Azərbaycan dövlətinə müraciət edərək növbəti konqresin Bakıda keçirilməsini xahiş etdi.

  Cəmiyyətin Azərbaycanda keçirilmiş IV konqresində dünyanın  20 ölkəsindən 650 alim iştirak edirdi.

  – 2011-2014-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyəti Azərbaycanla bağlı olub. Bu zaman kəsiyində cəmiyyətin fəaliyyəti istiqamətində nə kimi işlər görülüb?

  – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığından sonra  cəmiyyətin IV konqresinin Bakıda keçirilməsi qərara alındı. Azərbaycan hökuməti bu barədə xüsusi qərar qəbul etdikonqresin keçirilməsi üçün maliyyə vəsaiti ayırdı. Cəmiyyətin IV konqresi 2011-ci il iyulun 5-7-də  Bakı şəhərində keçirildi. Konqresdə dünyanın 20 ölkəsindən 650 riyaziyyatçı alim iştirak etdi. İlk dəfə idi ki, ölkəmizin paytaxtında bu qədər riyaziyyatçı-alim biraraya gəlmişdi. Onu da qeyd edim ki, IV konqresə qədər cəmiyyətin yaranması rəsmiləşdirilməmiş və heç bir yerdə qeydiyyatdan keçməmişdi.

  Cəmiyyətin IV konqresində məni prezident seçdilər. Konqresdə qərara alındı kı, cəmiyyətin konqresləri üç ildən bir keçirilsin və növbəti V konqresə Qırğızıstan ev sahibliyi etsin.

  Üç il ərzində biz cəmiyyəti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdik, onun müasir tələblərə uyğun veb-səhifəsini  yaratdıq, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunda  ofisi  fəaliyyətə başladı. V konqresə hazırlıqla bağlı Astanada və Bişkekdə idarə heyətinin yığıncaqları keçirildi. Eyni zamanda, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin jurnalı olanPure and Applied Mathematics” mütəmadi dərc edilməyə başlandı. İndiyədək jurnalın 5 cilddə 9 nömrəsi çapdan çıxmışdır. IV konqresin qərarına uyğun olaraq cəmiyyətin fondu yaradıldı və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildi.

   – Növbəti üç ildə  kimi işlər görmək nəzərdə tutulub? Builki V konqres haqqında ətraflı məlumat verərdiniz.

   Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi 2014-cü il iyunun 4-dən 7-dək Qırğızıstanda (İssık-Kul) keçirildi. Konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edirdi.  Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti kimi mən, BDU-nun  Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti, akademik Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü, professor Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edirdilər.

  Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdim.

  İyunun 7-də  Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçildi. Mən cəmiyyətin fəxri prezidenti, akademik Fikrət Əliyev vitse-prezident, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvləri seçildilər.

  Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alındı.  Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları I mükafat olaraq Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə,   2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin “Nəzəri və tətbiqi riyaziyyat ” jurnalının redaksiya heyətinə verildi. Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alındı. O da nəzərdə tutuldu ki, gələcəkdə fonda toplanacaq vəsait hesabına belə mükafatların sayı və həcmi artırılsın.

  Fərqli türk dillərində riyaziyyat terminləri sözlüyünün hazırlanması üçün professor Hasan Hilmi Hacısalihoğlunun rəhbərliyi ilə 4 nəfərdən ibarət komissiya yaradıldı. Azərbaycandan AMEA-nın RiyaziyyatMexanika İnstitutunun professoru Məmməd Bayramoğlu  həmin komissiyanın üzvü seçildi.

  – Belə bir riyaziyyat cəmiyyətinin yaranması alimlərin elmi araşdırmalarına nə kimi töhfələr verə bilir? Ümumiyyətlə, cəmiyyətin fəaliyyətini genişləndirmək üçün hansı tədbirlər  planlaşdırılır?

  Türk Dünyası Riyaziyyat Cəmiyyətinin 3 ildən bir keçirilən konqreslərində yüzlərlə riyaziyyatçı alim bir araya gəlir, riyaziyyatın müxtəlif sahələrinə aid elmi müzakirələr keçirilir və prioritetləri müəyyənləşdirilir. Qarşıda duran məqsəd ondan ibarətdir ki, heç olmasa, ildə bir dəfə buya digər ölkədə alimləri bir araya toplayaraq riyaziyyatın ayrı-ayrı sahələrində elmi konfranslar keçirək. Bundan əlavə, türk dünyasının şagird və tələbələri arasında olimpiadaların və yarışların keçirilməsi də planlaşdırılır.

  Misir müəllim, son olaraq Azərbaycan elminin hazırkı durumu haqqında  fikirlərinizi öyrənmək istərdik. Son zamanlarda elm sahəsində atılan addımları necə qiymətləndirirsiniz?

  Son illərdə Azərbaycan rəhbərliyinin elmə diqqəti və qayğısı nəticəsində alimlər arasında elmin inkişafına meyilmaraq xeyli artmışdır. Təsəvvür edin ki, son bir il ərzində cənab Prezident əsaslı şəkildə yenidənqurmadan sonra Şamaxı rəsədxanasının, akademiya şəhərciyində Mərkəzi Elmi Kitabxananın  Milli Ensiklopediyanın yeni, müasir tələblərə uyğun olan binalarının açılışında iştirak etmiş, akademiyanın yaradılmasının 70 illiyi ilə əlaqədar xüsusi sərəncam imzalamışdır. Bütün bunlar cənab Prezidentin dediyi kimi, yaxın gələcəkdə ölkəmizin regionda elm sahəsində də lider olmasına əminlik yaradır.

  Bir ildən artıq müddətdə rəhbərlik etdiyim RiyaziyyatMexanika İnstitutunun timsalında bu açıq-aydın hiss olunmaqdadır. 253 nəfər əməkdaşın çalışdığı bu institutda bir il ərzində 22 nəfər doktorluq dissertasiyası müdafiə etmiş, institut əməkdaşlarının 2 monoqrafiyası, 101  elmi işi çap olunmuşdur. Sevindirici haldır ki, 2013-cü ildə institutun əməkdaşlarının 30 məqaləsi dünyanın nüfuzlu agentliyi olanThomson Reutersin siyahısına daxil olan jurnallarda çap olunmuşdur. Yaxın günlərdə həmin məqalələrin müəlliflərinə xüsusi mükafatın verilməsini nəzərdə tuturuq.

  İnanıram ki, 2014-cü ildə həmin jurnallarda çap olunan məqalələrin sayı artacaq və ölkəmiz dünya ölkələri arasında elmin inkişafı ilə bağlı reytinq cədvəlində daha yüksək pilləyə qalxacaqdır.

 

 

 

Müsahibəni qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti”. - 2014. - 19 iyun. - S. 5.