Bakıda Yaponiya
filmləri festivalı keçirilir
Bakıda “28 Cinema” kinoteatrında Yaponiya filmləri festivalı keçirilir. Lent.az -ın
məlumatına görə,
iyunun 20-dən 23-dək davam
edəcək festival Yaponiyanın
Azərbaycandakı səfirliyinin
və “28 Cinema” kinoteatrının
birgə təşkilati
dəstəyi və
“JTİ” şirkətinin hamiliyi
ilə baş tutacaq.
Yapon
dilində nümayiş
olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcək. Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da
“Hankyu qatarı”, “Xəttat
qızlar”,
“16 yaşlılar üçün Buşido”,
“Məndən sənə”,
“Xoşbəxt uçuş”
filmləri nümayiş
olunacaq. Festival
çərçivəsində göstəriləcək
filmlərə giriş sərbəstdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 21 iyun.- S.6.